Təlim strategiyaları– tədris prosesində istifadə olunan forma, üsul, vasitə və yanaşmaların məcmusudur.
Təlim məqsədlərinin düzgün müəyyənləşdirilməsinin şərtləri:
Məzmun standartlarının qismən və ya bütövlükdə reallaşmasının müəyyən edilməsi
Məzmun standartlarındakı ümumi məsələlərin mövzu baxımından xüsusiləşdirilməsi
Məzmun standartında biliyin kateqoriyalarının müəyyən edilməsi (deklarativ, prosedural, kontekstual)
Məzmun standartında bacarığın xüsusiyyətinin müəyyən edilməsi (idraki, emosional, psixomotor)
Biliyin kateqoriyası və bacarığın xüsusiyyətlərinin təlim məqsədində əks etdirilməsi
Kollektivlə iş Kollektivdə işləmək, kollektiv fəaliyyətə alışmaq bacarığının bünövrəsi qoyulur, şagirdlərdə ünsiyyətyaratma bacarığının təşəkkülü və inkişafı təmin edilir.
Qruplarla iş Şagirdlər müəyyən problemi həll etmək üçün qrupda birləşirlər. Bu prosesdə onların müzakirə etmək, fikir mübadiləsi aparmaq, mühakimə yürütmək və birgəfəaliyyət bacarıqları inkişaf edir.
Cütlərlə iş Şagirdlər təlim tapşırıqlarını birgə yerinə yetirirlər. Bu dərs forması şagirdlərə daha yaxından əməkdaşlıq etməyə və ünsiyyət qurmağa, məsuliyyəti bölüşməyə optimal imkan yaradır.
Fərdi iş Şagirdin fəaliyyətini izləmək, potensial imkanlarını müəyyənləşdirmək və inkişaf etdirmək məqsədi daşıyır. Bu təlim forması şagirdin sərbəst düşünməsi üçün real imkanlar yaradır.