zəruri hallarda uşağın psixi inkişafının gedişini, inkişafın yaş normativlərinə müvafiqliyini diaqnostik müayinə metodları vasitəsilə müəyyən etmək;
tərbiyə işi prosesində fərdi yanaşmanı təmin etmək, şagirdlərin peşə və şəxsiyyət yönümündə özünütəyinetmə imkanlarının inkişafına kömək göstərmək, onların maraq, meyl və qabiliyyətlərinin inkişaf səviyyəsini aşkara çıxarmaq;
uşaqların yaşlılar və yaşıdları ilə ünsiyyətinin diaqnostikasını aparmaq, ünsiyyət pozulmalarının psixoloji səbəblərini müəyyənləşdirmək;
müvafiq profilli mütəxəssislərlə birlikdə tibbi və defektoloji təbiətə malik pozğunluqların müəyyənləşdirilməsi;
sosial davranış xarakterli pozğunluqların forma və səbəblərinin müəyyənləşdirilməsi, psixi inkişafda özünü göstərən müxtəlif kənaraçıxma hallarının diferensial diaqnostikasının həyata keçirilməsi.
“Əsasnamə”nin inkişafetdirici və korreksiya işi adlanan bölməsində praktik psixoloqun bu istiqamət üzrə aparacağı işlərin, həyata keçirəcəyi tədbirlərin qısa məzmunu qeyd olunmuşdur. Bu istiqamətdə iş aparan psixoloq uşağın şəxsiyyətinin fərdi xüsusiyyətlərinin formalaşmasına fəal təsir göstərmişdir ki, bu istiqamətdə iş aparan psixoloq uşağın şəxsiyyətinin fərdi xüsusiyyətlərinin formalaşmasında fəal təsir mövqeyinə malik olmalıdır.
Məktəb praktik psixoloqunun peşə fəaliyyətində konsultativ iş üzrə istiqamətin özünəməxsus məzmunu vardır. Peşəkar fəaliyyəti yerinə yetirən psixoloq bu istiqamətdə “Əsasnamə”də qeyd olunan aşağıdakı konkret vəzifələrin icrasına nail olmalıdır:
uşaqların təlim – tərbiyəsi, əməkdaşlıq pedaqogikası ilə əlaqədar problemlərin həllində müəssisənin rəhbərliyinə, müəllimlərə, tərbiyəçilərə, valideynlərə və s.məsləhətlərin verilməsi;
təlim, inkişaf, peşə və həyati özünütəyinetmə, qarşılıqlı münasibətlər, özüütərbiyə və s. problemlər üzrə uşaqlara fərdi və qrup şəklində məsləhətlərin verilməsi;
müxtəlif iş formalarından istifadə etməklə pedaqoqların, tərbiyəçilərin, valideynlərin və ictimaiyyət nümayəndlərinin psixoloji mədəniyyətinin yüksəldilməsinə kömək etmək;
uşaqların təlim – tərbiyə müəssisələrində, müxtəlif uşaq – gənclər birlikləri və təşkilatlarında tərbiyə şəraitinin psixoloji təhlilini vermək, işlərin asanlaşdırılması, özünüidarənin təşkili məsələləri ilə əlaqədar məsləhətlər vermək.
Qeyd etmək lazımdır ki, “Təhsil sistemində psixoloji xidmət haqqında Əsasnamə” praktik uşaq psixoloqunun xidməti peşə fəaliyyətinə aid ən mühüm sənəd hesab olunur. Təhsil sistemində çalışan praktik psixoloq öz işini səmərəli qurmaq üçün ilk növbədə haqqında söhbət gedən bu mühüm sənədi dərindən bilməli və onun tələblərini peşəkar fəaliyyətində rəhbər tutmalıdır.
Dostları ilə paylaş: |