291) Eksudat və transudatı diferensə edən sınaq hansıdır?
A) Rozin, Lanq
B) Lanq, Fuşe
C) Haynes, Lanq
D) Rivalt, Luker
E) Rozin, Qram
Differensəedici sınaqlara Rivalt və Lukerin sınaqları aiddir. Seroz ekssudatla transsudatı bir-birindən fərqləndirmək üçün bu sınaqlardan istifadə olunur. Ekssudatda mukopolisaxarid kompleksi – seromusin var. Bu da turşunun təsirindən laxtalanır. Transsudatda bu kompleks yoxdur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 124
292) Bəlğəmin tərkibi nədən aslıdır?
A) Dərman preparatlarının qəbulundan
B) Nəfəs almadan
C) Tənəffüs yollarındakı patoloji prosesdən
D) Qida qəbulundan
E) Ağ ciyərin hava tutumundan
Bəlğəm ağciyərdən və nəfəs yollarından ayrılan patoloji ifrazatdır. Tənəffüs orqanları xəstəliklərində öskürmə, hayxırma zamanı ifraz olunur. Bəlğəm öz tərkibinə görə eyni cinsli deyil. Patoloji proseslərdən asılı olaraq onda selik, irin, seroz mayesi, qan, fibrin və s. ola bilər. Bütün bu elementlərin hamısı eyni vaxtda olmaya bilər. Selik bronx və traxeyanın selikli qişasında yerləşən çoxlu miqdarda vəzlərin sekresiyasıdır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 125 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 81, 82
Dostları ilə paylaş: |