212) Qastromukoprotein hansı vitaminin sorulmasında iştirak edir?
A) Vitamin B12
B) Vitamin PP
C) Vitamin C
D) Vitamin K
E) Vitamin A
Qastromukoprotein, qida ilə qəbul olunan vitamin B12-nin həzm olunmasına, sorulmasına şərait yaradır. Normal qan yaranması üçün B12 vitamini lazımdır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 39 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 47
213) Mədə şirəsindəki qeyri-proteolitik ferment hansıdır?
A) Qastromukoprotein
B) Tripsin
C) Pepsin
D) Lipaza
E) Qastrin
Qeyri-proteolitik fermentlərə lipaza aiddir. Lipaza süd yağını parçalayır. Ona görə də südəmər uşaqların həzmi üçün lipazanın böyük əhəmiyyəti vardır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 39 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 47
Dostları ilə paylaş: |