216) Normada “B” öd payının rəngi necədir?
A) Yaşıl-göy
B) Sarı-qırmızı
C) Qırmızı-qara
D) Sarı-yaşıl
E) Yaşıl-palıdı
B payının tərkibində bilirubin və biliverdin olduğuna görə tünd zeytun yağına bənzər yaşıl-palıdı rəngdə və ya qəhvə rəngində olur. Əgər bilirubinin miqdarı çox olarsa ödün rəngi daha tünd olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 51, 52 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 63
217) Normada “B” öd payının xüsusi çəkisi necədir?
A) 1,016-1,032, qələvi
B) 1,010-1,018, qələvi
C) 1,010-1,012 amfoter
D) 1,06-1,08, turş
E) 1,014-1,020, neytral
Normal halda bütün öd payları şəffaf olmalıdır. “B” öd payının xüsusi çəkisi 1,016-1,032 olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 51, 52 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 63
218) Normada 12 barmaq bağırsaq möhtəviyyatının “A” payının mikroskopik müayinəsində təsadüf olunan elementlər hansılardı?
A) Epitel (az miqdarda), tək-tək leykosit
B) Yağ turşuları kristalları, leykosit, eritrosit
C) Maya göbələkləri, eritrositlər
D) Parazitlər, maya göbələyi
E) Çoxlu miqdarda epitel, bilrubin kristalı
Normal halda ödün, 12 barmaq bağırsaq möhtəviyyatının tərkibində leykositlərə tək-tək təsadüf olunur. Öddə leykositlərin çoxlu miqdarda olması, ödçıxaran yolların iltihabını göstərir. Leykositlər mikroskop altında ödlə boyanmış görünür. Epitellərə tək-tək təsadüf olunur, eritrositlər normada heç vaxt olmamalıdır.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 52 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 65-66
219) 12 barmaq bağırsaq möhtəviyyatının alınmasında istifadə olunan qıcıqlandırıcılar hansılardır?
A) NaCl, bitki yağı, şorbit
B) 33%-i MgSO4, pepton
C) Sorbit, MgSO4, NaCl
D) NaCl, bitki yağı
E) Xörəkduzu, bitki yağı
II faza – B öd payının alınması fazasıdır (öd kisəsinin ödü). Öd kisəsindən öd almaq üçün, zond vasitəsilə öd kisəsinə qıcıqlandırıcı və onu yığıcı maddələr yeridilir. Bunlardan aşağıdakıları göstərmək olar: 20-30 ml 33%-li maqnezium sulfat, 10%-li 30 ml pepton məhlulu, mineral sular və s.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 50 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 63
220) Öd yolarının iltihabı xəstəliklərində mikroskopik müayinə zamanı hansı elementlər görünür?
A) Az miqdarda epitel hüceyrəsi, bilurubin kristalı
B) Xolesterin kristalı, yağ turşusu, leykosit
C) Epitel hüceyrələri, bilirubin kristalı
D) Çoxlu miqdarda leykosit, epitel hüceyrəsi, selik və makrofaq
E) Epitel hüceyrəsi, xolesterin, selik
Normal halda ödün, 12 barmaq bağırsaq möhtəviyyatının tərkibində leykositlərə az təsadüf olunur. Öddə leykositlərin, epitellərin, makrofaqların, seliyin çoxlu miqdarda olması, ödçıxaran yolların iltihabını göstərir. Leykositlər mikroskop altında ödlə boyanmış görünür.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 52 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 65-66
Dostları ilə paylaş: |