580) Mikroskopun böyüdücü sistemi nədən ibarətdir?
A) Makrovint
B) Mikrovint
C) Diafraqma
D) Tubus
E) Okulyar
Okulyar tubusun yuxarı hissəsinə taxılır. Onun iki linzası var. Bunlardan biri okulyarın yuxarı-gözə yaxın ucuna birləşdirilir və göstərici vəzifəsini yerinə yetirir. İkinci linza isə ucda yerləşib toplayıcı vəzifəsini görür.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı.1998. Səh. 10-13
581) İndikatorlu qidalı mühitlərdən nə üçün istifadə olunur?
A) Materialın göndərilməsində
B) Mikroorqanizmin növünün identifikasiyasında
C) Təmiz kulturanın toplanmasında
D) Təmiz kulturanın alınmasında
E) Kulturanın saxlanmasında
Mikroorqanizmlərin saxarolitik, hemolitik və digər xassələrinə əsasən onun növünü təyin etmək üçün differensial-diaqnostik qidalı mühitlərdən istifadə edilir. Bu mühitlərə Hissin əlvan sıra mühiti, indikatorlu süd, indikatorlu ətli-peptonlu bulyon və s. mühitlər aiddir. Təmiz kulturası alınmış mikroorqanzimlərin bir-birindən identifikasiya etmək üçün onların morfoloji, kultural, tinktorial xassələri də öyrənilir.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 67,83
Dostları ilə paylaş: |