773) Nikiforov qarışığı ilə aparılan fiksasiya hansı növə aiddir?
A) İmmunoloji
B) Bioloji
C) Bakterioloji
D) Fiziki
E) Kimyəvi
Qan yaxmaları, basma yaxmalar kimyəvi üsulla fiksasiya edilir. Nikiforov qarışığında (etil spirti ilə efirin bərabər miqdarda qarışığı) 10 dəqiqə fiksasiya edilir. Kimyəvi üsulla fiksasiya zamanı formalı elementlərin deformasiyasının qarşısı alınır.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 21
774) Vezuvin hansı rəngli boyaqlara aiddir?
A) Qara
B) Qırmızı
C) Yaşıl
D) Sarı qəhvəyi
E) Göy
Vezuvin qələvi rənglərə aiddir. Təcrübədə ən çox qələvi rənglər işlənir, çünki mikrob hüceyrəsi tərkibcə nüvə maddələrinə daha yaxındır, ona görə də qələvi rəngləri yaxşı qəbul edir. Bunlardan üç növ rəng məhlulları hazırlanır: 1) doymuş spirtli məhlul, 2) doymuş sulu məhlul, 3) doymuş spirtli sulu məhlul
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 22
775) Qidalı mühitlərin sterilizasiyası üçün ən geniş yayılan hansı üsuldan istifadə edilir?
A) Pasterizə etmək
B) Qızdırmaq
C) Quru siti
D) Qaynatma
E) Avtoklavlaşdırma
Hazırlanmış qidalı mühitlər (məsələn: ətli peptonlu aqar) sınaq şüşələrinə, butulkalara, flakonlara qıf vasitəsilə tökülür. 1200 C temperaturda 15-20 dəqiqə müddətində avtoklavda sterilizasiya edilir.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 67
776) Təmiz mikrob kulturasının əldə edilməsinin ən geniş yayılan üsulu hansıdır ?
A) Qratsiya
B) Kağız disklər
C) Appelman
D) Asılan damla
E) Driqalski
Bu üsulla işləmək üçün içərisində qidalı mühit olan üç steril Petri kasası götürülür. 1-ci kasaya steril pipetka və ya Kolle qələmi ilə müayinə materiallarından bir damla əlavə edilir. Sonra steril şpatellə kasaya yayılır, şpatel heç yerə toxundurulmadan 2-ci və 3-cü kasalardakı qidalı mühitə əkilir. Kasalar 18-24 saat müddətində 370 C temperaturda termostatda saxlanılır. Əkilmiş Petri kasaları termostatdan çıxarılır, bakteriyaların kultural xüsusiyyətləri nəzərdən keçirilir. Bu zaman kasalarda müxtəlif rəngdə, forma və böyüklükdə mikrob koloniyaları görünür.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 80
777) İçərisində əkin olan Petri kasası nə üçün termostatda tərsinə çevrilib qoyulur?
A) Mikrobun yetişməsini sürətləndirmək üçün
B) Bakteriyaları diri halda öyrənmək üçün
C) Mikrobları məhv etmək üçün
D) Təmiz kultura almaq üçün
E) Kondensasiya suyunun koloniyaların üzərinə tökülməsinin qarşısını almaq üçün
İçərisində əkin aparılan Petri kasaları tərsinə çevrilərək, yəni dibi yuxarı baxmaq şərti ilə 18-24 saat müddətində 370 C temperaturda termostatda saxlanılır. Kasaları tərsinə qoymaqda məqsəd əmələ gələcək kondensasiya suyunun bitəcək koloniyalar üzərinə damcılamasının qarşısını almaqdır,həm də kasanın qapağı onun özündən böyük olduğundan ehtiyatsızlıq nəticəsində kasa düşüb sına bilər.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 81
Dostları ilə paylaş: |