899) Dizenteriya amöbünün böyük vegetativ formasının xarakterik xüsusiyyəti hansıdır?
A) Sitoplazmada bakteriaların olması
B) Formalaşmış nəcisdə aşkar edilməsi
C) Yalançı ayaqların əmələ gəlməməsi
D) Endoplazmasında eritrositin olması
E) 30-40 mkm ölçüdə olması
Böyük vegetativ forma 20-60 mkm ölçüdə olub, sitoplazması 2 qata ayrılır. Endoplazmasında bir neçə eritrosit olur. Buna görə də onu eritrofaq və ya hematofaq adlandırırlar. Yalançı ayaqlar təkanla əmələ gəlir. Yeni xaric olunmuş duru nəcisdə aşkar edilir.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 16.
900) Dizenteriyanın diaqnozu zamanı yaxmalardan biri nəyə görə lüqol məhlulunda hazırlanır?
A) Toxuma formasını aşkar etmək üçün
B) Parazitin nüvəsini müəyyən etmək üçün
C) Böyük vegetativ formanı aşkar etmək üçün
D) Amöbü hava qabarcıqlarından fərqləndirmək üçün
E) Sistaları aşkar etmək üçün
Bir çox ibtidailərin həm aktiv-vegetativ, həm də qeyri-aktiv, yəni hərəkətsiz mərhələləri vardır. Diaqnostika zamanı bunların hər ikisi aşkar edilməlidir. Qeyri-aktiv formalarla yəni, sistalarla bilavasitə yoluxma baş verdiyi üçün onları aşkar etmək çox vacibdir. Sistalar lüqolun təsirindən sarımtıl qəhvəyi rəngə boyanır, asanlıqla aşkar edilir.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 16
Dostları ilə paylaş: |