Laborant ixtsası üzrə test sualları nümunələri Bölmə Kliniki laborator müayinə üsulları. 1 Laborant nəyi bacarmalıdır?


) Hansı anemiyada sağa meylik müşahidə olunur?



Yüklə 409,91 Kb.
səhifə58/594
tarix01.01.2022
ölçüsü409,91 Kb.
#103335
1   ...   54   55   56   57   58   59   60   61   ...   594
81) Hansı anemiyada sağa meylik müşahidə olunur?
A) Hemolitik anemiyada

B) B12 vitamin çatışmazlığında

C) Aplastin anemiyada

D) Posthemorragik anemiyada

E) Dəmir çatışmazlığında
B12 vitamin çatışmamazlığı anemiyasında neytrofil leykositdə seqmentlərin sayı 6-7 və daha çox ola bilər. Qan yaxmasında hiperseqment nüvəli neytrofillərin olması sağa meylilliliyi göstərir.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 101
82) Hemorragik diatezlərin ümumi əlaməti hansıdır?
A) Qanaxma ilə davam edən koaqulopatiya

B) Trobozun əmələ gəlməsi

C) Sümük kövrəkliyi

D) Qanaxma müddətinin azalması

E) Dərinin quruması
Qanaxma ilə davam edən koaqulopatiya hemorragik diatez adlanır. Hemorragik diatezlər qanaxmaya meylli müxtəlif xəstəliklərdir. Nəsildən-nəsilə keçən və qazanılma forması olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 107 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 189
83) Qanın laxtalanma sisteminin pozulması ilə əlaqədar olan irsi xəstəlik hansıdır?
A) Xroniki monositar leykoz

B) Hemofiliya

C) Leykoz

D) Anemiya

E) Eritremiya
Qanın laxtalanma prosesində iştirak edən hər hansı bir plazma faktorunun çatışmaması zamanı yaranır. Xəstəlik qazanılma və ya anadangəlmə (nəsildən-nəsilə keçmə) ola bilər. İrsi formada qanın laxtalanmasında iştirak edən plazma faktoru çatışmır. Əksərən VIII plazma faktorunun çatışmaması ilə şərtlənən hemofiliya – A rast gəlinir. Tək-tək hemofiliya B-yə rast gəlinir. Bu da IX faktorun çatışmaması nəticəsində əmələ gəlir. Hemofiliya zamanı laxtalanmanın I fazası – trombokinazanın əmələ gəlməsi pozulur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 108 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва «Медицина» 1984 səh 190-191


Yüklə 409,91 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   594




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin