Layihə menecmenti



Yüklə 1.13 Mb.
səhifə12/13
tarix22.06.2018
ölçüsü1.13 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   13

601. Rəhbərlik stili nədir?

A)) Rəhbərlərin öz tabeçiliyində olanlarla münasibətlərdə, onlara təsir göstərmək və təşkilatlar məqsədlərinə nail olmağa sövq etmək üçün, adət etdiyi davranış manerasıdı;

B) Rəhbərlərin işçiləri təşkilatın məqsədlərinə nail olmağa sövq etmək istifadə üçün istifadə etdiyi təsir üsuludur;

C) Rəhbərlərin işçiləri mükafatlandırmaq üçün istifadə etdiyi meyarlar toplusudur;

D) Rəhbərin, işçiləri təşkilatın məqsədlərinə nail olmağa istiqamətləndirilməsi üçün onlara öyrətdiyi üsullar toplusudur;

E) Rəhbərin işçilərə inanmasıdır.


602. ünsiyyətin əsas fuknsiyalarına aid deyil

A) ) tənzimləmə funksiyası

B) kommunikasiya funksiyası

C) koordinasiya funksiyası

D) anlaşmaq funksiyası

E) xidmət funksiyası



603. Duqlas Mak Qreqorun “X” nəzəriyyəsinə görə avtoqrafik rəhbərin tabeçiliyində olanlara münasibətdə əsaslandığı ilkin şərtlərə aid deyil:

A)) İnsanlar işləməyi sevmirlər və imkan yaranan kimi işdən çəkinirlər;

B) Əgər insanlar təşkilatın məqsədlərini özlərininki hesab etsələr, onlar özünə nəzarət və özünü idarəetməni istifadə edəcəklər;

C) İnsanlar hər şeydən çox müdafiə olunmalırını istəyirlər;

D) İnsanlar məsuliyyətdən yaxa qurtarmağa çalışırlar;

E) İnsanlar işləməyə sövq etmək üçün hakimiyyətdən və hədələnmədən istifadə etmək lazımdır.



604. Duqlas Mak Qreqorun “Y” nəzəriyyəsinə görə avtoqrafik rəhbərin tabeçiliyində olanlara münasibətdə əsaslandığı ilkin şərtlərə aid deyil:

A)) Əmək təbii prosesdir. Əgər şərait yaxşı olsa insanlar nəinki öz üzərlərinə məsuliyyət götürməyə razı olar, həmçinin buna can atarlar;

B) Məqsədlərə bələd olma mükafatlandırma funksiyası yerinə yetirir;

C) İnsanlar işləməyi sevmirlər və imkan yaranan kimi işdən çəkinirlər;

D) Problemi yaradıcılıqla həll etmə qabiliyyətinə tez – tez rast gəlinsə də ortasəviyyəli işçinin intellektual potensialı tam istifadə olunmur;

E) Əgər insanlar təşkilatın məqsədlərini özlərininki hesab etsələr, onlar özünə nəzarət və özünü idarəetməni istifadə edəcəklər.



605. Hansı rəhbərlik stilləri vardır?

A)) Avtokratik; demokratik; liberal;

B) Avtomatik; mexaniki; fiziki;

C) Avtokratik; demokratik; siyasi;

D) İqtisadi; sosial; ictimai;

E) İqtisadi; maddi; mənəvi.



606.Şəxslərarası kommunikasiyada sözdən başqa istənilən simvollardan

istifadə olunması hansı maneələr qrupuna daxildir

A) ) qeyri-verbal maneələr

B) semantik maneələr

C) qəbul etmə ilə şərtlənən maneələr

D) neqativ əks əlaqə

E) texnniki vasitələrdə nasazlıq



607. Elmi biliklərin, elmi ideyaların, kəşflər və ixtiraların innovasiyaya

çevrilməsinin bütün dövrünü əhatə edən proses adlanır

A)) innovasiya prosesi

B) bazis innovasiya prosesi

C) yaxşılaşdırıcı innovasiya prosesi

D) birləşdirici (kompleks) innovasiya
608. Xətti səlahiyyət nədir?

A)) Xətti səlahiyyət – bilavasitə rəhbərdən öz tabeçiliyində olana, onun da öz tabeçiliyində olana verdiyi səlahiyyətdir.

B) Xətti səlahiyyət – tabeçilikdə olanın öz rəhbərlərindən onun da öz rəhbərindəntələb etdiyi səlahiyyətdir;

C) Xətti səlahiyyət – işçilərə verilən səlahiyyətdir;

D) Xətti səlahiyyət – işçilərdən qəbul edilən səlahiyyətdir;

E) Xətti səlahiyyət – müəyyən hüdudlara malikdir.


609 .Şəxsin digərləri ilə münasibətlərini qurmağa üstünlük verdiyi

qaydaların məcmusu necə adlanır?

A) ) kommunikasiya üslubu

B) Davranış

C) əks əlaqə

D) neqativ əks əlaqə

E) stereotip



610. Müasir təşkilatlarda münaqişələrə münasibət necədir?

A)) Münaqişə yol verilə biləndir;

B) Münaqişəyə yol vermək olmaz;

C) Münaqişəyə meyilli tərəfləri qovmaq lazımdır;

D) Münaqişə baş verməsinə göz yuman rəhbəri cəzalandırmaq lazımdır;

E) Münaqişə baş verdisə təşkilat dağılacaqdır.


611.Kommunikasiya prosesində iştirakçıların rollarının dəyişdirilməsi

nəticəsində baş verən mərhələ necə adlanır?

A) ) əks əlaqə

B) kodlaşdırma prosesi

C) kodun açılması

D) göndərən

E) Kanalın seçilməsi



612. Təşkilatda münaqişənin hansı nəticələri ola bilər?

A)) 1.Funksional; 2.Disfunksional.

B) 1.Düşməncilik; 2.Təşkiatın dağılması;

C) 1.Fərdi; 2.İctimai;

D) 1.Mitinq; 2.Tətil;

E) 1.Tərəqqi; 2.İnqilab;



613. Münaqişənin hansı tipləri vardır?

A)) 1.Şəxsdaxili; 2.Şəxslərarası; 3.Şəxslə qrup arasında; 4.Qruplar arasında;

B) 1.Şəxslər arasında; 2.Müdirlə işçi arasında; 3.Gəlinlə qaynan arasında; 4.Ərlə arvad arasında;

C) 1.Fəhlələr arasında; 2.Saticılar arasında; 3.Satıcı ilə alıcı arasında; 4.Polisləəhali arasında;

D) 1.Adamlar arasında; 2.Xoruzlar arasında; 3.Qruplar arasında; 4.Siyasi partiyalar arasında;

E) 1.Şəxsdaxili; 2.Qrupdaxili; 3.Ölkədaxili; 4.Dünyadaxili.


614. Kommunikasiya prosesinin əsas məqsədi ... dərk edilməsinin təmin

edilməsidir? Cümləni tamamlayın.

A) ) informasiyanın

B) siyasətin

C) demokratiyanın

D) həqiqətin

E) vəzifələrin



615. Təşkilatda münaqişələrin hansı səbəbləri vardır?

A)) 1.Ehtiyatların bölgüsü; 2.Tapşırıqların qarşılıqlı asılı olması; 3.Məqsədlərdə müxtəliflik; 4.Təsəvvürlərdə, davranışda, həyat təcrübəsində müxtəliflik;

B) 1.Pulun bölgüsü; 2.İşin bölgüsü; 3.Tapşırığın bölgüsü; 4.Vəzifənin bölgüsü;

C) 1.Şəriklik; 2.Mənfəətin bölüşdürülməsi; 3.Tapşırığın bölgüsü; 4.Vəzifəninbölgüsü;

D) 1.Çəkidə müxtəliflik; 2.Həyat tərzində və davranışında müxtəliflik; 3.Pulun bölgüsü; 4.Qan düşmənçiliyi;

E)1.Əhval-ruhiyyənin pis olması; 2.Həyat yoldaşının çox danışn olması; 3.Havanın soyuq olması; 4.Mənfəətin bölgüsü.



616. Münaqişənin funksional nəticələri hansılardır?

A)) 1.Münaqişə elə həll edilə bilər ki, bütün tərəflər bundan razı qala bilər; 2.Gələcək münaqişəli situasiyalarda tərəfli əməkdaşlığa meyilli olarlar; 3.Qrup düşüncəsi aradan qalxa bilər;

B) 1.Münaqişə tərəfləri dostlaşdırar; 2.Rəhbərlik situasiyadan istifadə edib münaqişə edən tərəfləri cəzalandıra bilər; 3.İnsanlar rəhbərdən asılı olarlar;

C) 1.Güclü zəifi cəzalandırar; 2.Uduzan tərəf işlə məşğul olar; 3.Uduzan tərəf bir daha səsini çıxarmaz;

D) 1.Münaqişə elə həll edilə bilər ki, insanlar sevinər; 2.Münaqişə müharibəyəkeçər; 3.İnsanların öz qrupuna sədaqəti artar;

E) 1.Münaqişə elə həll edilə bilər ki, bütün tərəflər bundan razı qala bilər; 2.Rəhbərlik təzyiq vasitəsi əldə edər; 3.Münaqişə müharibəyə çevrilər.


617. Hesabat, təklif və izah verici qeydlər formasında həyata keçirilən

informasiya mübadiləsi necə adlanır?

A) ) yüksələn

B) aşağı

C) azalan

D) yuxarı

E) qeyri-verbal



618. Münaqişənin disfunksional nəticələri hansılardır?

A)) 1.Narazılıq və məhsuldarlığın aşağı düşməsi; 2.Gələcəkdə əməkdaşlıqdan imtina; 3.Öz qrupuna güclü sədaqət, başqa qruplarla qeyri məhsuldar rəqabət

B) 1.Dostluq meyillərinin artması; 2.Səhvini başa düşmə; 3.Öz qrupuna güclü sədaqət, başqa qruplarla qeyri məhsuldar rəqabət;

C) 1.Məhsuldarlığın artması; 2.Gələcəkdə əməkdaşlıqdan imtina; 3.Öz qrupuna güclü sədaqət, başqa qruplarla qaeyri məhsuldar rəqabət;

D) 1.Problemin səmərəli həlli; 2.Gələcəkdə əməkdaşlıqdan imtina; 3.Öz qrupunagüclü sədaqət, başqa qruplarla qeyri məhsuldar rəqabət;

E) 1.Problemin yumşalması; 2.Gələcəkdə əməkdaşlıqdan imtina; 3.Öz qrupuna güclü sədaqət, başqa qruplarla qeyri məhsuldar rəqabət.


619. Təşkilatın yüksələn kommunikasiya şəraitində informasiyanın yuxarı

idarəetmə səviyyələrinə verilməsi nəyə təsir edir?

A) ) əmək məhsuldarlığına

B) idarəetməyə

C) qənaətçiliyə

D) səmərəliyə

E) təşkilatın imicinə



620. Münaqişənin həllinin hansı quruluş üsulları vardır?

A)) 1.İşin mahiyyətinin izah edilməsi; 2.Koordinasiyaedici mexanizmlərin tətbiqi; 3.Təşkilat miqyaslı kompleks məqsədlərin müəyyən edilməsi; 4.Mükafatlandırma sisteminin qurulması;

B) 1.İşə tələbatın izah edilməsi; 2.Koordinasiyaedici mexanizmlərin tətbiqi; 3.Təşkilat miqyaslı kompleks məqsədlərin müəyyən edilməsi; 4.Mükafatlandırma sisteminin qurulması;

C) 1.İşdən çıxarma; 2.Cəzalandırma; 3.Təşkilat miqyaslı kompleks məqsədlərin müəyyən edilməsi; 4.Mükafatlandırma sisteminin qurulması;

D) 1.Otaqların ayrılması; 2.Mükafatın artırılması; 3.Təşkilat miqyaslı kompleksməqsədlərin müəyyən edilməsi; 4.Mükafatlandırma sisteminin qurulması;

E) 1.Əmək məhsuldarlığının yüksəldilməsi; 2.Mənfəət artırılması; 3.Təşkilat miqyaslı kompleks məqsədlərin müəyyən edilməsi; 4.Mükafatlandırma sisteminin qurulması.


621. Problemin dərk edilməsinə əhəmiyyətli dərəcədə təsir edən vasitə

necə adlanır?

A) ) informasiyanın bolluğu

B) informasiyanın asılığı

C) informasiyanın yoxluğu

D) informasiyanın natamam olması

E) informasiyanın qərəzliliyi



622. Münaqişənin həll edilməsinin hansı insanlararası üsulu var?

A )) Kənarlaşma, yumşaltma, məcburetmə, kompromiss, problemin həlli;

B) Yumşaltma, məcburetmə, əmretmə, döymə, kompromiss;

C) Məcburetmə, əmretmə, sərəncamvermə, problemin həlli, kompromiss;

D) Məcburetmə, həlletmə, sərəncamvermə, problemyaratma, kənarlaşma;

E) Kənarlaşma, uzaqlaşma, qaçma, döymə.



623. Lerri Qreynerin təşkilatı dəyişikliklərin müvəffəqiyyətlə həyata keçirilməsi modelinə görə bu proses neçə mərhələdən ibarətdir?

A)) 6;


B) 4;

C) 3;


D) 5;

E) 7;
624 Göstərilən variantlardan hansı kommunikasiyanın subyekti kimi çıxış



etmir?

A) ) məlumatlar

B) qruplar

C) təşkilatlar

D) şəxslər

E) Şöbələr



625. Dəyişikliklərə müqavimətin aradan qaldırılması üsulları hansılardır?

A)) İnformasiya vermə, qərarqəbuletməyə cəlbetmə, yüngülləşdirmə və dəstəkləmə, danışıqlar aparmaq, məcburetmə.

B) İnformasiyanı gizlətmək, qərarları gizli qəbul etmək;

C) Tez-tez problem yaratmaq; qərarları bir nəfərin qəbul etməsi;

D) İqtisadi informasiyanı gizli saxlamaq, qərarları tək qəbul etmək;

E) Məsələni müzakirə etmək , uzunmüddətlı müşahidələri aparmaq, adamları dilətutmaq;


626. Kommunikasiya ... bir subyektdən digərinə ötürülməsi kimi şərh olunur.

Cümləni tamamlayın

A) )informasiyanın

B) səsin

C) elektrik cərəyanın

D) əmtəəlik məhsulun

E) əmrin


627. Stress yaradan təşkilati amillər hansılardır?

A)) 1.İşığın düşməsi, 2.Havanın isti keçməsi, 3.Otağın nəm olması, 4.Maraqsız iş, 5.Pis iş şəraiti;

B) 1. İş çoxluğu, 2.Rəhbərlərdən qorxmaq, 3.Havanın soyuq keçməsi, 4.Maraqsız iş, 5.Pis iş şəraiti;

C) İşlə həddən çox, yaxud həddən az yüklənmə, 2.Rolların münaqişəsi, 3.Rolun qeyri-müəyyənliyi, 4.Maraqsız iş, 5.Pis iş şəraiti;

D) 1.İşin intensivliyi, 2.Əmək haqqının az olması, 3. Məhsuldarlığının artması,4.Maraqsız, 5.Pis iş şəraiti;

E) 1.İşin intensivliyi, 2.əmək məhsuldarlığı, 3.Mükafatlandırma sistemi, 4.Maraqsız iş, 5.Pis iş şəraiti;


628. Verilmiş kreditlərin məqsədəuyğun xərclənməsi üzərindəki nəzarət növü

necə adlanır?

A) ) bank nəzarəti

B) valyuta nəzarəti

C) bankdaxili nəzarət

D) büdcə nəzarəti

E) Təsərrüfatdaxılı nəzarət



629. Əmək ehtiyyatlarının planlaşdırılması hansı mərhələlərdən ibarətdir?

A )) 1.Mövcud resursların qiymətləndirilməsi, 2.Gələcək tələbatın qiymətlən-dirilməsi, 3.Gələcək tələbatın ödənilməsi proqramının işlənib hazırlanması;

B) 1.Mövcud resursların qiymətləndirilməsi, 2.Mövcud resursların qorunması, 3.Mövcud resurslardan səmərəli istifadə edilməsi;

C) 1.Tələbatın hesablanması, 2.Mənbələr axtarılması, 3.Proqnozlaşdırma;

D) 1.Mövcud imkanların qiymətləndirilməsi, 2.Proqnozlaşdırma, 3.Proqram-laşdırma;

E) 1.Mövcud imkanların qiymətləndirilməsi, 2.Gələcək imkanların qiymətlən-dirilməsi, 3.Tələbatın ödənilməsi;


630....böhranlı situasiyaların meydana gəlməsi haqqında xəbərdarlıq edir.

A) )Nəzarət

B) Təşkilat

C) Menecer

D) Planlaşdırma

E) Təşkiletmə



631. Biznes təşkilatlarında əmək ehtiyatlarının idarə edilməsi prosesi özündə neçə mərhələni birləşdirir?

A)) 9;


B) 8;

C) 7;


D) 4;

E) 5


632. Əmək fəaliyyəti nəticələrinin qiymətləndirilməsi hansı məqsədlərə xidmət edir?

A)) İnzibati, informasiya, motivasiya;

B) İnzibati, hüquqi,iqtisadi;

C) Siyasi; hüquqi, təşkilati;

D) İqtisadi inzibati, psixoloji;

E) İnzibati, hüquqi, iqtisadi.


633. Nəzarət təşkilatların dəyişən xarici mühiti üçün xarakterik olan...

A) ) qeyri-müəyyənliyi

B) müəyyənliyi

C) stresi

D) adaptasiyası

E) gərginliyi



634. Əməliyyat sistemi hansı alt sistemlərdən ibarətdir?

A)) 1.Emal alt sistemi, 2.Təminat alt sistemi, 3.Planlaşdırma və nəzarət alt sistemi;

B) 1.Nəqliyyat alt sistemi, 2. Təminat alt sistemi, 3.Planlaşdırma və nəzarət alt sistemi;

C) 1.Məhsul alt sistemi, 2.Təminat alt sistemi, 3.Planlaşdırma və nəzarət alt sistemi;

D) 1.Emal alt sistemi, 2.Satış alt sistemi, 3.Mənfəət alt sistemi;

E) 1.Kapital alt sistemi, 2.Təminat alt sistemi, 3.Motivasiya alt sistemi;



635.Emal sisteminin hansı tipləri var?

A)) Layihə, kicik seriyalı, kütləvi istehsal, fasiləsiz proses;

B) Layihə, proqramm, proqnoz, fasiləsiz;

C) Kütləvi, seriyalı, fərdi, xüsusi;

D) Kütləvi, fərdi, proqnoz, proqramm;

E) Kiçik seriyalı, böyük seriyalı, orta seriyalı, böyük.


636. Nəzarət menecment prosesinin neçənci funksiyasıdır?

A) ) 4-cü funksiyası

B) 2-ci funksiyası

C) 3-cü funksiyası

D) 1-ci funksiyası

E) 5-ci funksiyası



637. A.Maslouya görə hansı tələbatlar ilkin tələbatlar hesab olunur?

A)) 1.Fizioloji tələbat, 2.Təhlükəsizliyə tələbat, 3.Gələcəkdə fizioloji tələbatın ödənilməsinə inama tələbat;

B) 1.Fizioloji tələbat, 2.Siyasi tələbat; 3.Gələcəkdə fizioloji tələbatın ödənilməsinə inama tələbat;

C) 1.Sosial tələbat, 2.Siyasi tələbat, 3.Gələcəkdə fizioloji tələbatın ödənilməsinəinama tələbat;

D) 1.Fizioloji tələbat, 2.Özünü reallaşdırmaya tələbat, 3.Gələcəkdə tələbatın ödənilməsinə inama tələbat;

E) 1.Hörmətə tələbat, 2.Sosial tələbat, 3.Fizioloji tələbat.



638. Hansı fikir elmi idarəetmə məktəbinə məxsusdur?

A))İşin yerinə yetirilməsi üçün daha münasib işçini seçmək və onu öyrənmək lazımdır;

B) İdarəetmə funksiyalarına böyük əhəmiyyət vermək lazımdır;

C) Strateji planlaşdırma ilə məşqul olmaq lazımdır;

D) Məqsədlərə düzgün seçmək lazımdır;

E) Əmək məhsuldarlığı mühitdən asılıdır.


639.Hökümətin aldığı xarici kreditlər və borclardan səmərəli istifadə

edilməsinə nəzarət qaydası hansı dövlət orqanının səlahiyyətlərindədir?

A) ) Hesablama Palatası

B) İqtisadi İnkişaf Nazirliyi

C) Milli Bank

D) Maliyyə Nazirliyi

E) Vergi nazirliyinin



640. Klassik idarəetmə məktəbinin idarəetmə elminə töhfələri hansılardır?

A)) 1.İdarəetmə prinsiplərinin inkişafı, 2.İdarəetmə funksiyalarının təsviri;

B) 1.Əməyin elmi təşkili, 2.İdarəetmə prinsiplərinin təsviri;

C) 1.İdarəetməyə sistemli yanaşma, 2.Əməyin elmi təşkili;

D) 1.Modelləşdirmə, 2.Proqnozlaşdırma;

E) 1.Proqnozlaşdırma, 2.Planlaşdırmanın tətbiqi;



641. Aşağıdakılardan hansı, davranış elmləri məktəbinə aiddir?

A)) İnsan davranışı barədə elmləri idarəetməyə tətbiq edərkən təşkilati elə formalaşdırmaq lazımdır ki, hər bir işçi öz potensialına uyğun istifadə edilə bilsin;

B) Davranış elmlərini insanlara elə öyrətmək lazımdır ki, onların məhsuldarlığı artsın;

C) Davranış elmlərini idarəetmədə tətbiq edərək təşkilatın məqsədlərinə nail olunmasını təmin edə bilər;

D) Davranış elmləri əmək məhsuldarlığının açarıdır;

E) Davranış elmləri işçilərin psixologiyasına müsbət təsir göstərir.


642. Son nəzarətin mahiyyəti nədən ibarətdir?

A)) Vaxt və ya texnoloji əməliyyatlar başa çatdıqdan sonra, məhsul və ya prosesləri

yerinə yetirildikdən sonra istifadə olunur.
B) Təsərrüfat əməliyyatlarını yerinə yetirməyə başlayana qədər həyata keçirilir.

C) Nəzarət prosesində əks əlaqənin iş yerinə yetirildikdən sonra istifadə olunur.

D) Təsərrüfat məsələri üzrə yoxlamaları yerinə yetirdikdən sonra istifadə olunur.

E) Bilavasitə işlərin yerinə yetirilməsi gedişində həyata keçirilir.



643. Hansı fikir idarəetmə elmi məktəbinin idarəetmə elminə töhfəsi hesab olunur?

A)) Mürəkkəb idarəetmə problemlərini dərk edilməsini əsaslandırmaq üçün modelləşdirmədən istifadə etmək lazımdır;

B) Mürəkkəb idarəetmə problemlərini dərk etmək üçün riyaziyyatı bilmək lazımdır;

C) Mürəkkəb idarəetmə problemlərini dərk etmək üçün riyaziyyatı və həndəsinibilmək lazımdır

D) Mürəkkəb idarəetmə problemlərini dərk etmək üçün riyaziyyatı və məntiqi bilmək lazımdır;

E) Mürəkkəb idarəetmə problemlərini dərk etmək üçün riyaziyyatı bilmək və onu təhlil etmək lazımdır.



644. Təşkilat açıq sistemdir yoxsa qapalı?

A)) Açıq sistemdir;

B) Qapalı sistemdir;

C) Sistem deyil;

D) Qrupdur;

E) Hər ikisinə aiddir.


645.Cari nəzarətin mahiyyəti nədən ibarətdir?

A)) Bilavasitə işlərin yerinə yetirilməsi gedişində həyata keçirilir.

B) Təsərrüfat əməliyyatlarının yerinə yetirməyə başlayana qədər həyata keçirilir.

C) Nəzarət prosesində əks əlaqədən iş yerinə yetirildikdən sonra istifadə olunur.

D) Təsərrüfat məsələri üzrə yoxlamaları yerinə yetirdikdən sonra istifadə olunur

E) Vaxtı və ya texnoloci əməliyyatlar başa çatdıqdın sonra məhsul və ya posesləri

yerinə yeirdikdən sonra istifadə olunur

646. Biznes təşkilatlarında vəzifələr neçə kateqoriyaya bölünür?

A)) 3


B) 5;

C) 7;


D) 12;

E.) 10;


647. Qayda prosedurdan nə ilə fərqlənir?

A)) Qayda konkret və məhdud məsələyə hesablanmışdır.

B) Hər ikisi məqsədlərə nail olunmasına kömək edir;

C) Prosedur konkret situasiyada həyata keçirilməli olan hərəkətləri təsvir edir;

D) Qayda spesfik fərdi situasiyada nə etmək lazım gəldiyini dəqiq müəyyən edir;

E) Qayda prosedurdan fərqlənmir;


648. Nəzarətin başlıca məqsədi təhlükəli xarakter alan ... aradan qaldırmaqdır.

Cümləni tamamlayın

A) ) kənarlaşmaları

B) informasiyanı

C) ölçmələri

D) problemləri

E) situasiyanı



649. Duqlas Mak Qreqor məqsədlər üzrə idarəetmə üsulunun hansı üstünlüyünü qiymətləndirirdi?

A)) Məqsədlər üzrə idarəetmə üsulu rəhbərləri şəxsi keyfiyyətlərinə görə deyil, nəticələrə görə qiymətləndirməyə imkan verir;

B) Məqsədlər üzrə idarəetmə üsulu hər bir səviyyədə ali rəhbərliyin məqsədini dəstəkləyən konkret və dəqiq məqsədlərin müəyyən edilməsilə təşkilatın fəaliyyətinin səmərəliliyini yüksəldir;

C) Məqsədlər üzrə idarəetmə üsulu, faktiki nail olunmuş nəticələri, planlaşdırılmış məqsədlərlə müqayisə etməyə imkan verir;

D) Məqsədlər üzrə idarə etmə üsulu konkret olduğuna görə səmərəlidir;

E) Məqsədlər üzrə idarəetmə üsulu məqsədlərin ierarxiyasını yaradır.


650. Kassa, hesablaşma, kredit və digər əməliyyatların keçirilməsinin

düzgünlüyünü təmin edən sistem necə adlanır?

A) ) Bank daxili nəzarət

B) Bank nəzarəti

C) Təsərrüfatdaxili nəzarət

D) Müfəttiş nəzarəti

E) İstehsal nəzarəti



651. Strateji planlaşdırma prosesini qiymətləndirərkən beş suala cavab vermək lazımdır.Düzgün olmayan cavabı müəyyənləşdirin:

A)) Strategiya firmanın sənaye – istehsal heyyətinin sayına uyğundurmu?

B) Təşkilat strategiyanı reallaşdımaq üçün kifayət qədər resurslara malikdirmi?

C) Strategiya firmanın resurslarının tətbiqinin ən yaxşı üsuludurmu?

D) Strategiya təşkilatın daxili imkanlarına uyğundurmu?

E) Startegiya xarici təhlükələri və imkanları nəzərə alırmı?


652. təşkilatın qarşısına qoyduğu məqsədə çatmasını təmin edən effektiv nəzarətin

xarakterik xüsusiyyətlərinə aşağıdakılardan hansılar daxil deyildir.

A)) Nəzərdə tutulan məqsədlərə nail olmaq nöqteyi nəzərindən geniş və gizli

olmalıdır.

B) Konkret nəticələrə istiqamətlənməlidir.

C) Nəzarət edilən fəaliyyət növünə müvafiq olmalıdır.

D) Vaxtında aparılmalıdır.

E) Strateji cəhətdən məqsədyönümlü olmalıdır.

e)motivasiyaya müsbət təsir göstərməlıdir



653. Qərar qəbul etmədə kompromis nə ilə xarakterizə olunur?

A)) Bir sahədə arzuolunmaz nəticələrin azaldılması məqsədilə digər sahədə faydanın azaldılması;

B) İki əməkdaşın mübahisəsi nəticəsində orta göstəricinin müəyyən edilməsi;

C) qərar qəbul edərkən bütün maraqlı tərəflərin fikrini nəzərə almaq;

D) Faydanı artırmaq üçün risksəviyyəsini azaltmaq;

E) Bir fəaliyyət sahəsində əldə edilmiş mənfəət hesabına digər seqmentlərə daxil olmaq.


654. Azərbaycanda Dövlət büdcəsinin icrasına operativ-nəzarət hansı

dövlət orqanına məxsusdur?

A) ) Milli məclisin Hesablama Palatasına

B) İqtisadi İnkişaf Nazirliyinə

C) Milli Məclisə

D) Maliyyə nazirliyinə

E) Prezident aparatına



655. “Daxili mükafatlandırma” kateqoriyasına nə aid edilir?

A)) İşin özü;

B) İnsanın özü;

C) Əmək haqqı;

D) Ətrafdakıların alqışları;

E) Karyera.



656. İnsanın hakimiyyətə tələbatının olması fikrini kim irəli sürmüşdür?

A)) Mak Kelland;

B) Duqlas Mak Qreqor;

C) Viktor Vrum;

D) A. Maslou;

E) Adom Smit.


657. Motivləşdirici tələbatların hansı tipi tələbatlar iyerarxiyasi nəzəriyyəsinə

aid deyildir?

A) ) Müvəffəqiyyət

B) Təhlükəsizlik

C) Mənsubiyyət

D) Fizioloji

E) Özünüifadə



658. “Tələbat ödənildikdən sonra onun motivasiyaedici təsiri kəsilir” fikri kimə məxsusdur?

A)) A. Maslouya;

B) Duqlas Mak Qreqora;

C) Viktor Vruma;

D) Fredrik Hersberqə;

E) Layman Porterə.


659. Yəginlik amillərin nəzərə alındığı motivasiya nəzəriyyəsi hansıdır?

A) ) İki amil nəzəriyyəsi.

B) Tələbatlar iyerarxiyasi.

C) Möhkəmləndirmə nəzəriyyəsi.

D) Gözləmə nəzəriyyəsi.

E) Porter-Louler nəzəriyyəsi



660. Hansı yanaşma məhşur idarəetmə məktəblərinə aid deyil?

A))Yeni iqtisadi siyasət;

B) İnzibati idarəetmə;

C) Elmi idarəetmə;

D) İnsan münasibətləri;

E) davranış elmləri.



661. Yaranma ardıcıllığına uyğun olaraq, məktəbləri düzün: 1. klassik, 2. insani münasibətlər, 3. sosial sistemlər, 4. yeni məktəb, 5. empirik məktəb

A)) 1,2,3,4,5;

B) 1,5,4,2,3;

C) 1,2,5,3,4;

D) 1,3,2,4,5;

E) 1,4,2,5,3.



662. Elmi məktəbin yaradıcısı kimdir

A)) F.Teylor;

B) P.Draker;

C) E.Meyo;

D) C.Bernard

E) A.Maslou.


663. İşin təşkilində olan mərhələlərə aşağıdakılardan hansı daxil deyildir?

A) ) əmək bölgüsü

B) Işin əlaqələndirilməsişi

C) vəzifələrin qruplaşdırılması

D) işin koordinasiyası

E) işin bölüşdürülməsi



664.Situasiya qanununu kim müəyyən etmişdir?

A)) Meri Parker Follett;

B) Frederik Teylor;

C) Piter Druker;

D) Lindal Urvik;

E) Elton Meyo.



665.Təşkilatın xarici mühitinə aid olmayan amili göstərin.

A)) İnsanlar.

B) İqtisadiyyatın zəruriyyəti;

C) Beynəlxalq hadisələr;

D)Elmi-texniki tərəqqi;

E) Sosial mədəni amillər;



666. İşin təşkili neçə mərhələyə bölünür?

A) ) 3


B) 2

C) 4


D) 5

E) 7


667.Təşkilatın uğur qazanmasının tərkib hissələrinə hansı yanaşma məqsədə uyğun deyildir?

A)) Ümumi nəticələrin çıxarılması.

B) Nəticəlik;

C) Effektivlik;

D) Qəbul edilən qərarların praktiki reallaşdırılması;

E)Yaşama (mövcud olma);



668. Təşkilatın əsl mahiyyətini özündə əks etdirən yanaşma hansıdır?

A)) Təşkilat ümumi məqsədə və ya məqsədlərə nail olmaq üçün fəaliyyətləri şüurlu sürətdəkoordinasiya edilən insanlar qrupudur;

B) Təşkilat idarəçilik fəaliyyətinin tərkib hissəsi olub özündə ayrı-ayrı fərdlər və ya insan qrupları tərəfindən yerinə yetirilən kombinələşdirilmiş əmək prosesini özündəbirləşdirir;

C)Təşkilat öz tamlığını, strukturunun vahidliyini saxlayan müxtəlif təbiətli sistemlərin xüsusiyyətidir;

D)Təşkilat hər biri tamın xarakteristikasına öz tövhəsini verən bir-birilə qarşılıqlı asılılıqda olan müəyyən bir birləşmədir;

E) Təşkilat korporativ siyasət işlənib hazırlanması, maliyyənin koordinasiya edilməsi, istehsal, bölgü, təşkilatın sərhədlərinin müəyyən edilməsi və s. məsələləri özündə birləşdirən bir qurumdur.


669. plan-nədir?

A))plan-təşkilatın müəyyən dövr ərzində keçəcəyi yol xəritəsidir

B)plan-hüquqi sənəddir

C)plan-rəhbərin təqribi müəyyənləşdirdiyi yol xəritəsidir.

D)plan-rəhbərin arzuladığı vəziyyətdir.

E)plan-tabeçilikdə olanlar üçün tərtib olunan nizamnamədir



670. Bunlardan hansı ierarxik (bürokratik) təşkilati strukturdur?

A)) Funksional;

B) Adaptiv;

C) Edxokratik;

D) Layihə;

E)Matris.



671. Matris təşkilati strukturunun üstünlüyü hansıdır?

A))Təşkiletmənin çevikliyi;

B) Təşkiletmənin yüksək səviyyəsi;

C) İşin ixtisaslaşdırılması;

D)Peşə ixtisaslaşdırılmasının həvəsləndirilməsi;

E) Funksional sahələrdəki koordinasiyanın yaxşılaşdırılması.


672. biznes-planın strukturu hansı əsas elementlərdən ibarətdir?

A)) Maliyyə planı, istehsal planı, marketinq planı, HRM planı, texnoloci plan.

B) Texnoloci plan, HRM plan, investisiya plan.

C) Maliyyə planı, istehsal, büdcə, HRM planı, texnoloci plan.

D) Maliyyə planı, istehsal planı, texnoloci plan, keyfiyyət planı, investisiya planı.

E) Maliyyə planı, istehsal planı, texnoloci plan.



673. Funksional təşkilati strukturunun üstünlüyü hansıdır?

A)) İşgüzar və peşə ixtisaslaşdırılmasının stimullaşdırılması;

B) Səylərin bir məsələnin həlli üzərində cəmləşdirilməsi;

C) Təşkiletmənin çevikliyi;

D)İstehsal bölmələrində mərkəzləşdirilmiş planlaşdırma ilə qeyri-mərkəzləş-dirilmiş fəaliyyətin uyğunlaşdırılması;

E) Müxtəlif fəaliyyət növlərinin ayrı-ayrı bazalarda effektli həyata kecirlməsi.



674. İdarəetmənin divizional təşkilati quruluşunun nöqsanı hansıdır?

A)) Uzun komanda zənciri;

B)Təşkilatın ümumi məqsədinin olmaması;

C) Təşkilatın yuxarı və aşağı səviyyələri arasında əlaqənin olmaması;

D) Müxtəlif növ məhsullar üçün bu vəya digər iş növlərinin təkrarlanması nəticəsində xərclərin çoxalması;

E) Anarxiyaya meyillilik tendensiyasının olması;


675. Biznes-planın əsas məqsədləri hansılardır?

A)) Kreditlərin cəlb edilməsi, fəaliyyətin genişləndirilməsi

B) İstehsalın genişləndirilməsi.

C) Yeni məhsulun istehsalı.

D) Birgə müəssisələrin yaradılması.

E) İnvestisiyalar cəlb etmək.



676. Adaptiv təşkilati quruluşa hansılar daxildir?

A)) Matris və layihə.

B)Xətti və qərargah;

C) Xətti-funksional və divizional;

D) Divizional və layihə;

E) Xətti və funksional;




Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə