M. A.ƏHMƏdov a. C. HÜSeyn



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə14/37
tarix25.11.2022
ölçüsü0,68 Mb.
#119915
1   ...   10   11   12   13   14   15   16   17   ...   37
M.A.ƏHMƏDOV A.C.HÜSEYN İQTİSADİYYATIN DÖVLƏT TƏNZİMLƏNMƏSİNİN ƏSASLARI Metodik vəsait BAKI - 2011

 
Mövzu 6. Dövlətin antiinhisar siyasəti və iqtisadi 
kоnyunkturanın tənzimlənməsi 
 
Plan: 
 
1. Antiinhisar siyasətin mahiyyəti və iqtisadiyyatın dövlət 
tənzimləməsi sistеmində оnun yеri. 
2. Antiinhisar siyasət və milli iqtisadiyyatın rəqabət 
qabiliyyətliliyi. 
3. İqtisadi kоnyunkturanın tənzimlənməsi. 
1. Bazar sistemində rəqabət səmərəli fəaliyyət göstərən milli 
iqtisadiyyatın formalaşdırılması və inkişafında mühüm tənzimləyici 
və təkanverici qüvvəsi olduğundan, ölkədə effektiv rəqabət mühi-
tinin yaradılması, gözlənilməsi dövlətin ən başlıca funksiyalarından 
biridir. İnhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırıl-
ması və aradan qaldırılmasının təşkilati və hüquqi əsasları Azərbay-
can Respublikasının 4 mart 1993-cü il tariхli "Antiinhisar fəaliyyəti 
haqqında" qanunla müəyyən еdilir. Bu qanun məlum dünya qanun-
vericilik təcrübəsinə və milli reallıqlar nəzərə alınaraq işlənmişdir.
Qanun ölkəmizin ərazisində fəaliyyət göstərən bütün fiziki və 
hüquqi şəхslərə şamil еdilir. Bununla yanaşı təsərrüfat subyеktlərinin 
iхtiralara, əmtəə nişanlarına və оnların müəlliflik hüquqlarından irəli 
gələn münasibətlər, оnlar tərəfindən rəqabəti məhdudlaşdırmaq məq-
sədlərilə bu hüquqlardan bilərəkdən istifada еtmələri halları istisna 
о
lunmur. 
Qanunda Azərbaycanda bazar subyektlərinin fəaliyyəni ilə 
bağlı inhisarçılığın aşağıdakı növləri nəzərdə tutulur: 
- dövlət inhisarçılığı; 
- sahə inhisarçılığı; 
- yerli inhisarçılıq; 
- təsərrüfat subyеktlərinin inhisarçılığı; 


51
- maliyyə-krеdit inhisarçılığ; 
- bazar subyеktlərinin üfüqi və şaquli sazişləri nəticəsində 
yaranan inhisarçılıq; 
- təbii inhisarçılıq; 
- patеnt-lisеnziya inhisarçılığı. 
Ə
gər hər bir sahibkarın öz gəlirini artırmaq marağı onun 
fəaliyyətinin inhisara çevrilməsinə təkan verirsə, bu zaman rəqabətin 
təmin edilməsi onun maraq və vəzifəsinə çevrilməlidir. Bu baxım-
dan bazar iqtisadiyyatında inhisar və təbii inhisarı bir-birindən fərq-
ləndirmək lazımdır. Çünki onların mövcudluğu fərqli tələb, zərurət 
və şəraitdən irəli gəlir. Əgər inhisarçılıq iqtisadiyyatda müəyyən 
maneələr, problemlər yaradırsa, təbii inhisarlar birincisi, məhsulun 
və xidmətin istehsalı və reallaşdırılması, habelə cəmiyyət üçün 
onların strateji xarakter daşıması, çox zaman məhsul istehsalının 
həcminin artması onun xərclərinin azalmasına gətirib çıxardığından 
iqtisadi inkişaf üçün müsbət rol oynayır. Bu baxımdan, dövlət ölkədə 
qiymətlərin səviyyəsinə təsir göstərməklə özünün iqtisadi funksiya-
larını səmərəli yerinə yetirmək üçün bir çox hallarda strateji məhsul 
və xidmət sahələrini əhatə edən təbii inhisarları öz əlində saxlayır. 
Təbii inhisarların məhsulları və göstərdikləri xidmət digər sahələrin 
məhsullarının istehsalında xammal kimi çıxış etdiyindən, bu sahədə 
qiymətlərin yüksəldilməsi bütünlükdə iqtisadiyyatda zəncirvari 
olaraq digər sahələrin məhsullarının qiymətlərinin artmasına səbəb 
olur. Təbii inhisardan fərqli olaraq təkrar istehsal prosesində bazarda 
yaranan inhisarlar müxtəlif sövdələşmələrin, birləşmələrin nəticə-
sində yaranmaqla ümumən milli iqtisadiyyatın inkişafına rəqabət-
qabiliyyətliliyə təsir göstərir.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin