M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


Millətçilik və dini fundamentalizm



Yüklə 0,71 Mb.
səhifə138/154
tarix17.04.2023
ölçüsü0,71 Mb.
#125484
1   ...   134   135   136   137   138   139   140   141   ...   154
felsefe

Millətçilik və dini fundamentalizm ilə bağlı məsələlərə daha çox diqqət yetirmək lazımdır. Öz şəxsi dəyərlərini qiymətləndirməyi bacarmayan, özünün cəmiy­yətdə yerini və rolunu görməyən, öz yaşıdları olan başqa xalqların nümayəndələri ilə milli dəyərlərə əsaslanan söhbətlərdə xalqını layiqincə qiymətləndirməyə əmin olmayan, sözü və əməli hələ də bir-birinə uyğunsuzluq təşkil edən tələbəni yalançı “millətçi” ambisiyasından uzaqlaşmaq, sözün əsl mənasında milli hissləri aşılamaq üçün nə edilməlidir? Bir çox səriştəsiz adamların təşəbbüsü və kiməsə xoş gəlməsi xatirinə ali məktəblərdə, xüsusən texniki ali məktəblərdə dinin öyrənilməsinin ləğv edilməsi müasir gənclik və din arasında bir boşluq yaratmışdır. Özünün dinə olan marağını, din tarixini öyrənmək istəyini reallaşdırmaq üçün yaradılan süni maneəni dəf edən gənc ayrı-ayrı məqsədlərə xidmət edən sektalara üz tutmağa məcbur olur. Bunun qarşısını almaq gənclərin dinə elmi yanaşmasını təmin etmək üçün bu gün vacib vəzifələrimiz nədir?
Mənəvi mədəniyyətin maddi mədəniyyətdən fərqi və onun spesifikliyi ilk növbədə ondadır ki, mənəvi mədəniyyətin yekun məhsulu bir sıra ən müsbət xassələrə malik olan ideal törəmədir. Onlardan ən başlıcası isə-onların istifadə olunmasının ən ümumi xarakteridir. Elə bir mənəvi dəyər yoxdur ki, idealda hamınınkı olmasın. Yevangiliyada deyildiyi kimi, beş çörəklə min adamı doydurmaq olmaz, lakin beş ideya və ya incəsənətin şah əsəri ilə bu mümkündür! Maddi nemət məhduddur, nə qədər çox adam ona göz tikirsə, bir o qədər onların hər birinə az pay düşür. Mənəvi nemətlərə gəldikdə isə vəziyyət əksinədir. Nə qədər çox adam mənəvi dəyərlərə sahib olursa onu artması ehtimalı çoxalır.
Mənəvi əməyin ən ümumi xarakterini həm də o şərtləndirir ki, ictimai istehsal iştirakçılarının ümumi çəkisində əqli əmək işçiləri həmişə azlıq təşkil edirlər. Bir tərəfdən cəmiyyət maddi neməti istehsal etməyən çox saylı adamları saxlamağa qadir deyil, digər tərəfdən isə cəmiyyətə bu qədər çox da lazım deyildir: axı bir Eynşteyn bir çox illər bütün universitetləri “təəccüb­ləndirə“, bir Şekspir isə dünyanın bütün teatrlarının repertuarını təmin edə bilər. Mənəvi əmək məhsulları lap əvvəldən ictimaidir və öz təbiəti etibarı ilə yalnız fərdi tələbat üçün nəzərdə tutulmamışdır.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin