Magistr dissertasiyasi magistrant: Əhmədov Tural



Yüklə 0,52 Mb.
səhifə3/3
tarix22.10.2017
ölçüsü0,52 Mb.
#9357
1   2   3

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi gömrük qanunvericiliyinə uyğun olaraq, ölkənin başqa dövlətlərlə beynəlxalq iqtisadi inteqrasiyasını möhkəmləndirmək məqsədilə, beynəlxalq hüquq normaları çərçivəsində protokolların, və sövdələşmələrin hazırlanmasında iştirak edir.


Gömrük ittifaqı dövlətlərin qarşılıqlı iqtisadi əməkdaşlığı genişləndirmək və birgə xarici iqtisadi siyasəti həyata keçirmək məqsədilə birləşmişdir. İki və daha artıq ölkə arasında müqavilə əsasında yaradılır və müqavilə iştirakçısı olan ölkələrin əmtəələri üçün gömrük rüsumlarının və başqa maneələrin aradan qaldırılmasını, vahid gömrük məkanının formalaşdırılmasını nəzərdə tutur.Azad ticarət zonasından fərqli olaraq gömrük ittifaqı digər ölkələrə münasibətdə ümumi gömrük tarifi tətbiq olunması və ortaq xarici ticarət siyasəti yeridilməsini təxmin edir.

1995-ci ildən başlayaraq, keçən dövr ərzində DGK vahid gömrük siyasəti nəticəsində öz beynəlxalq əlaqələrini keyfiyyətli səviyyəyə qaldıraraq nəzərə çarpacaq dərəcədə genişləndirilmişdir.

Beynəlxalq inteqrasiyanın dərinləşməsini və beynəlxalq əməkdaşlığın genişləndirilməsini həyata keçirərək ikitərfli və çoxtərfli sövdələşmələrə üstünlüyün verilməsi artıq gömrük sisteminin təkmilləşdirilməsi sferasında öz bəhrəsini verdi. Artıq Türkiyə Respublikası, İran İslam Respublikası, Gürcüstan, Özbəkistan, Qazaxstan, Livan, Bolqarıstan və Ukraynanın gömrük orqanları ilə, bu sahədə qarşılıqlı kömək və əməkdaşlıq haqqında sövdələşmələr imzalanmışdır. MDB-nin üzv ölkələrinin gömrük xidməti rəhbərlərinin şurası və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində çoxtərəfli müqavilələr mövcuddur. 7 iyul 1997-ci ildə Birləşmiş Krallıqların, Şimali İrlandiyanın və Azərbaycan Respublikasının gömrük orqanları arasında qarşılıqlı administrativ əməkdaşlıq barəsində memorandum imzalanmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Ukraynanın Dövlət Gömrük Xidməti arasında qarşılıqlı köməyin göstərilməsi qaydaları haqqında memorandumun ekspertizası keçirilmişdir. Memorandum Azərbaycan Respublikası hökumət nümayəndələrinin Ukrayna səfəri gedişində 30 iyul, 1999-cu ildə Ukrayna DGX ilə Kiyevdə imzalanmışdır. DGK MDB-nin üzv ölkələrinin gömrük xidməti rəhbərlərinin Şuranın iclaslarında aktiv iştirak edir. Azərbaycanın gömrük xidmətinin bu strukturada aktiv iştirakının yüksək qiymətləndirilməsinin nəticəsidir ki, MDB ölkələrinin gömrük xidməti rəhbərlərinin Şurasının 20-ci iclası Bakıda keçirildi. DGK vahid gömrük tarifi, gömrük rüsumları, malın mənşə ölkəsinin müəyyənləşdirilməsi metodları, mal yüksəklərin gömrük qiymətləndirilməsini işləyib hazırlayaraq MDB-nin üzv ölkələrinin gömrük siyasətinə yönəldilmiş sənədlərin təqdim olunmasını həyata keçirdi. DGK kadrların hazırlanması, informasiya sisteminin avtomatlaşdırılması, gömrük statistikası və beynəlxalq əməkdaşlıq istiqamətlərində MDB üzv ölkələrinin gömrük orqanları ilə əməkdaşlıq edir.(11)

Gömrük sferasında beynəlxalq əməkdaşlıq sahəsində ən mühüm addımlardan biri Milli Məclisin 3 may, 2000-ci il qərarılə Azərbaycan Respublikasının əmtəə və ya malların kodlaşdırılması və təsvirinin harmonizə edilmiş sistemi haqda Beynəlxalq Konvensiyaya qoşulması oldu. Bundan başqa Azərbaycan Respublikasının “Gömrükdə hüquq pozmalar və onların analizi üzrə qarşılıqlı administrativ kömək haqqında Beynəlxalq Konvensiyaya” (Noyabr,9 iyun 1977) qoşulması istiqamətində işlər görülür.


Azərbaycan Respublikası “BYD kitabçasının tətbiqlə Beynəlxalq Yükdaşımalar üzrə Gömrük Konvensiyası”na, 2000-ci ilin mayında “Malların təsviri və kodlaşdırılması üzrə harmonikləşdirilmiş sistemə dair Beynəlxalq Konvensiya”ya, (“Nayrobi Konvensiyası”), 2003-cü ildə isə Gömrük prosedurlarının sadələşdirilməsi, harmonizə edilməsi haqda Beynəlxalq Konvensiyaya (Kioto Konvensiyasına) qoşulmuşdur. Ümumdünya Gömrük Təşkilatının üzvü olan Azərbaycan Gömrük Komitəsi bu qurumun Siyasi Konvensiyasında və Maliyyə Komitəsində təmsil olunur. Dünyada genişlənən qloballaşma prosesi, nəticə etibarilə ideyaların, müasir texnologiyaların, mal və xidmətlərin qarşılıqlı yayılması ölkənin gömrük xidməti qarşısında da daim təkmilləşmə və modernləşmə vəzifələri qoyur. Eyni zamanda, gündəlik praktik fəaliyyətdə informasiya texnologiyalarının tətbiqinə geniş yol açır. Çünki bunsuz nə gömrüyün operativ fəaliyyəti, nə də dövlət sərhədindən keçirilən mal və yük axınının operativ təhlili mümkünsüzdür.
Azərbaycanın tanınmış tərəfdaş olması respublikaya gömrük işində informasiya texnologiyalarının inkişafı və təkmilləşdirilməsi sahəsində göstərilən beynəlxalq yardım öz səmərəsini verdi. Bu gün əminliklə demək olar ki, Dövlət Gömrük Komitəsinin potensialının gücləndirilməsi və məlumat ötürülməsi şəbəkəsinin yaradılması üzrə texniki yardım layihəsinin bir neçə mərhələsi artıq müvəffəqiyyətlə sonlanmışdır.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Dövlət Gömrük Komitəsi arasında imzalanmış layihəyə uyğun olaraq həyata keçirilən tədbirlər nəticəsində bu sistemin köməyi ilə ilk dəfə idarəetmə proseslərinə müasir informasiya texnologiyalarının tətbiqi mümkün olmuşdur. 38 gömrük orqanında “Onlayn” sisteminin tətbiqi ölkənin gömrük orqanları arasında sabit informasiya mübadiləsini təmin etməyə imkan vermişdir. Hazırda bütün yerli gömrük orqanları ilə “Modem” əlaqəsi qurulmuş, malların qısa müddət ərzində rəsmiləşdirilməklə gömrükdən çıxarılmasına nəzarət təmin olunmuşdur.

Dövlət Gömrük Xidmətinin təkmilləşdirilməsinə yönələn 900.000 avro büdcəsi olan layihə gömrük qanunvericiliyinin təkmilləşdirilməsi, onun müasir beynəlxalq standartlara, xüsusi olaraq Aİ Gömrük Məcəlləsinə uyğunlaşdırılması və informasiya texnologiyalarının inkişaf strategiyasının yaxşılaşdırılması və həyata keçirilməsi üzrə Dövlət Gömrük Komitəsinə dəstəyin göstərilməsini nəzərdə tutur.
Gömrük xidmətinin yaxşılaşdırılması Azərbaycanda sərmayəçi inamının artırılması və ölkə ilə ticarət əlaqələrinin gücləndirilməsi istiqamətində vacibdir.
Layihə çərçivəsində DGK-ya təqdim olunan avadanlıq sırasında ümumi dəyəri 210.000 AZN olan serverlər, kompüterlər, UPS-lər və digər müvafiq kompüter avadanlıqları yer alırdı. İnformasiya Texnologiyaları Avadanlıqlarının əldə edilməsi gömrük xidmətlərinin artırılmış avtomatlaşdırma vasitəsilə effektivliyinin yüksəlməsinə yönəlmiş vacib addımdır.

DGK artıq TASIS proqramı çərçivəsində Avropa gömrüyü ilə əlaqələrimizin intensifikasiyası istiqamətində işlər görür. Azərbaycan Respublikası DGK-nin TASIS proqramı çərçivəsində Avropa gömrüyü ilə əməkdaşlığı nəticəsində narkotiklərin növ və tiplərinin müəyyənləşdirilməsi, risk səviyyəsinin müəyyənləşdirilməsi, yüklər üzərində nəzarət, gəmilərin yoxlanılması və s. sahədə gömrük işləri istiqamətində nəzəri və praktiki semenarlarda azərbaycanlı gömrük işçilərinin ittifaqı üçün şərait yaradılmışdır.

TASIS proqramı çərçivəsində, Azərbaycan Respublikasının milli və dövlətlərarası proqramı, Avropa Şurası Komissiyasının texniki kömək proqramı, eyni zamanda Azərbaycan Respublikası DGK-nin Avropa Gömrüyü və Ümumdünya Gömrük Təşkilatı ilə sıx əlaqələri nəticəsində müxtəlif Avropa dövlətlərinin ekspertləri gömrük işinin öyrənilməsi və analizi, mal və yüklərin mənşə ölkəsinin müəyyənləşdirilməsi, yüklərin qiymətləndirilməsi, malın təsvirinin və kodlaşdırılmasının harmonizə edilmiş sistemi istiqamətində müxtəlif seminar və hazırlıq kursları keçirmişlər.

6-9 sentyabr, 2000-ci ildə TASIS proqramı üzrə gömrük orqanları üçün keçirilmiş görüşlərin nəticələrini müzakirə etmək, əməkdaşlığın inkişafının prespektivlərini müəyyənləşdirmək məqsədilə DGK-də Avropa gömrüyünün TASIS proqramının regional koordinatoru cənab Con Patt və baş menecer Xanım Ceyn Hassan ilə rəsmi görüş keçirilmişdir.

13-16 sentyabr, 1999-cu ildə Azərbaycan Respublikası DGK-nin dəvəti ilə Bakıya Ümumdünya Gömrük Təşkilatının baş katibi Mişel Dane gəlmiş, bir sıra hökumət nümayəndələri ilə görüşmüş və Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən qəbul edilmişdir.

Digər dövlətlərin gömrük orqanları ilə qarşılıqlı əməkdaşlığın mühüm əhəmiyyətini və Azərbaycan gömrüyünün beynəlxalq avtoritetinin yüksəlmiş, 5-8 dekabr 2000-ci ildə Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının Bakıda keçirmiş 44-cü sesiyası təsdiq etdi. Sesiyanın bu işində gömrük əməkdaşlığının qlobal forumuna hazırlıq, gömrük reformlarını və modernləşdirilməsi, gömrük qaydalarının sadələşdirilməsi məsələlərini müzakirə edən 24 ölkənin nümayəndələri iştirak etdi, eyni zamanda ÜGT-nin strukturunu analiz edərək 2001-2002-ci maliyyə ili üçün, büdcə planı nəzərdən keçirildi. 44-cü sesiyanın gedişində gömrük əməkdaşlığı şurası tərəfindən elektron ticarət haqqında Bakı deklorasiyasının proyekti qəbul edildi. Bakı şəhəri ÜGT-nın tarixində yeni bir səhifə açdı. Siyasi komissiyanın 44-cü sessiyasının müstəsna hal kimi Bakı şəhərində keçirilməsi hər şeydən əvvəl respublikamızın gömrük orqanlarının beynəlxalq aləmdə ilbəil artan nüfuzunun parlaq nümunəsidir. Dünyanın 153 ölkəsinin üzv olduğu ÜGT-nın Siyasi komissiyasında 17 ölkə arasında Azərbaycanın təmsil olunması və beynəlxalq təşkilatın işində, yaxından iştirakı, iqtisadi təhlükəsizliyi, suverenliyi qorumaq, dünya təsərrüfatında iqtisadi əlaqələri genişləndirmək, gömrük sahəsində götürülən öhdəliklərə əməl etmək və s. kimi qarşıda dayanan vəzifələrin əməli həllinə nail olur. Bu fakt da maraqlıdır ki, Siyasi komissiya ÜGT-nin ali orqanı kimi siyasi, strateji vəzifələrə dair məsələlərlə məşğül olur, təkliflər hazırlayır.

Gömrük islahatları və modernləşdirmədə məqsəd ÜGT-nin gələcək tərkib və nizamlama proqramı üzrə müqavilələrin tə’min edilməsidir. Gömrük islahatları və modernləşdirilməsi proqramları ilk dəfə 1990-cı ildə bir sıra ölkələrin təklifləri əsasında meydana çıxmışdır. Proqramın əsas məqsədi üzv ölkələrin administrasiyalarına onların problemlərini müəyyən etmək, modernləşdirmə üzrə öz məqsədlərinə çatmağın mümkünlüyünü tə’min etmək üçün şərait yaratmaq, bu sahədə qarşıya çıxan mürəkkəb problemlərin həllinə nail olmadan ibarətdir. Son illər katiblik tərəfindən proqramın səmərəliliyinin artırılması nəticəsində irəliləyişlərə nail olmuşdur. Təkliflərdə bu cür fikirlər səslənirdi ki, ÜGT-nin proqramı üzv administrasiyalara müasir gömrük proses və proseduraların, uzunmüddətli planın həyata keçirilməsinə gömək etməlidir. Onu da qeyd edək ki, CRM proqramı ilə ÜGT səlahiyyətləri arasında əlaqəyə nail olmaq üçün proqrama bir sıra dəyişiklilərin edilməsi vacibdir. İlk növbədə tələbatın qiymətləndirilməsi zamanı tətbiq edilən metodların yeniləşdirilməsi, ÜGT-nin bir sıra əməkdaşlarının gələcəkdə CRM məsləhətçisi rolunda iştirak etmək üçn hazırlanması, qiymətlər, mənşə, hüquq mühafizə, gömrük proseduraları və s. sahəsində ÜGT-nin səlahiyətlərini əhatə etməlidir.

Aydın məsələdir ki, bu gün elektron ticarət dünyada öz yerini tapır və ildən ilə genişlənir. Təbii ki, burada gömrük də öz sözünü deməlidir. Buna görə də sesiyalar elektron ticarəti üzrə gömrük nəzarətinin həyata keçirilməsi məsələləri müzakirə olunmuş və Bakı bəyannaməsi qəbul edilmişdir. Sesiyanın yekun günü-dekabrın 8-də yekun nitqində Siyasi komissiyanın sessiyasının ilk dəfə olaraq Brüseldə deyil, Azərbaycanda keçirilməsini Azərbaycanın ÜGT ilə fəal əməkdaşlığının nəticəsi kimi qiymətləndirilir.

Beləliklə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası DGK-nin beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi və gömrük işinin təkmilləşdirilməsi sahəsində gördüyü işlər öz bəhrəsini verir və gələcəkdə də beynəlxalq iqtisadi inteqrasiya istiqamətində inkişafa tə’sir göstərəcəkdir.

3.2 Qeyri-ərzaq mallarının gömrük ekspertizasının səmərəliliyinin yüksəldilməsi yolları

Azərbaycan Respublikasının gömrük sistemi ümummilli lider Heydər Əliyev tərəfindən formalaşmış siyasətə uyğun şəkildə müəyyən edilmiş və inkişafını davam etdirərək müstəqilliyimizin əsas atributlarından olan çoxfunksiyalı iqtisadi sistemə doğru çevrilmişdir. Ötən əsrdə ardıcıl olaraq həyata keçirilən dövlət siyasətinin nəticəsi olaraq gömrük sisteminin yenidən qurulmasına istiqamətlənmiş mühüm tədbirlər həyata keçirilmiş, maddi-texniki bazası önəmli istiqamətdə möhkəmlənmiş, diferensiallaşdırılmış gömrüktarif sistemi və qanun aktları yaradılmış, hüquqpozmalar əlehinə mübarizə tədbirləri gücləndirilmişdir. Azərbaycanda müşahidə olunan iqtisadi inkişaf tendensiyası və ümumdünya sisteminə inteqrasiya, gömrük sisteminin inkişafını, maddi və texniki bazanın təkmilləşdirilməsini, bütün istiqamətlərdə modelləşdirilməsini, gömrük işinin beynəlxalq standartlar səviyyəsində aparılmasını və ölkənin iqtisadi inkişafındakı rolunun artırılmasını daha da zəruri edir. Qeyri-ərzaq mallarının ekspertizasının təkmilləşdirilməsi üçün aşağıdakı istiqamətlərdə tədbirlərin görülməsi məqsədəuyğun hesab edilir:

• Qanunvericilik bazası və gömrük tənzimlənməsinin təkmil qaydalarının hazırlanması.

• Gömrük proseduralarının avtomatlaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması

• Gömrük infrastrukturunun inkişafına investisiyalar qoyulması.

• Beynəlxalq əməkdaşlıq və Kadr hazırlığının artırılması.



Azərbaycan Respublikasında 1997-ci ildə qəbulolunmuş Gömrük Məcəlləsi gömrük işinin həyata keçirilməsində, gömrük sisteminin formalaşmasında mühüm rol oynamışdır. Son on il müddətində həmin vaxtdan sürətli inkişaf mərhələsinə keçmiş Azərbaycanın iqtisadi qüdrəti möhkəmlənmiş və əhalinin həyat səviyyəsi sürətlə yaxşılaşmışdır. Azərbaycan Respublikasının keçən dövr ərzində iqtisadi əlaqələri xeyli genişlənmiş, beynəlxalq təşkilatlara qoşulmuşdur. İqtisadi-ticarət əlaqələrinin ildən-ilə arealının genişlənməsi, iqtisadi sistemə inteqrasiyasının artması, idxal-ixrac əməliyyatlarının həcminin sürətlə dəyişməsi normativ aktların təkmilləşdirilməsini zəruri edir. Bu səbəbdəndə inkişafetmiş ölkələrin gömrük işinin aparılması sahəsində böyük təcrübəsi və bu baxımdan qəbul olunmuş beynəlxalq konvensiyaların maddələri nəzərə alınmaqla Azərbaycan Respublikasının gömrük qanunvericiliyi daha da təkmilləşdirilməli, o cümlədən də qeyri-ərzaq mallarının gömrük ekspertizasının təşkili sahəsində daha təkmil normativ-hüquqi aktlar qəbul olunmalıdır. Beynəlxalq ticarətin sürətli inkişafında, əmtəə və xidmətlərin dövriyyəsinin sürətlənməsində, səmərəli tranzit fəaliyyətinin sistematik təşkilində, hüquqpozmaların qarşısının alınmasında gömrük nəzarətinin xüsusi rolu danılmazdır. Qeyri-ərzaq mallarının ekspertizası fəaliyyətinin səmərəli və yüksək standartlar üzrə təşkili bir baxımdan beynəlxalq ticarətdə mənfi halların qarşısının qəti surətdə alınmasını, digər baxımdan isə xarici ticarətin sərbəst inkişafına təkan verməsini təmin etməlidir. Qeyri-ərzaq mallarının gömrük ekspertizası fəaliyyətinin təşkilini sürətləndirmək, bununla yanaşı, gömrükdə səmərəliliyi təmin etmək məqsədilə ekspertizanın aparılması metodları təkmilləşdirilməli, nəzarət prosesində texniki nailiyyətlərdən geniş istifadə edilməli, gömrük baxışında müasir texniki-nəzarət cihaz və avadanlıqları tətbiq edilməli və bu sahədə yeni növ elektron yoxlama üsulları tətbiqini tapmalıdır. Gömrük işinin aparılması sahəsində cinayət və hüquqpozmaların açılma faizinin yüksəldilməsi məqsədilə gömrük orqanlarının məlumat təminatının avtomatlaşdırılmasına, xarici iqtisadi fəaliyyətdə cinayət meyillərin qarşısının alınmasına, riskin idarəolunması sisteminin təkmilləşdirlməsinə xüsusi diqqət yetirilməlidir. Gömrük qaydalarına xarici ticarətlə bağlı müqavilələrinə görə malların idxalı və ixracı müddətində riayət edilməsi məqsədilə infrastrukturunun müasir tələbləri üstələyən şəbəkəsi yaradılmalıdır. Bildiyimiz kimi, qeyri-ərzaq mallarının ekspertizasının təşkilində malların təsnifatı xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan da, gömrük laboratoriyalarının fəaliyyəti istiqamətləri sürətləndirilməli və gömrük laboratoriyalarının geniş şəbəkəsi yaradılmalısı məqsədəuyğundur. Şəbəkə sisteminə daxil olmuş laboratoriya strukturları ölkə üzrə bütün regionları tam əhatə etmə gücünə malik olmalıdır. Burdan belə nəticəyə gəlmək olar ki, qeyri-ərzaq malları üzərində ekspertiza fəaliyyətinin təşkili üzrə məhsuldarlığın artırılması məqsədilə kadrların hazırlanması işi diqqət mərkəzində daimi olaraq saxlanmalıdır. Gömrük əməkdaşlarının ÜGT-nin dəstəyi ilə keçirilən tədris kurslarında iştirakının təmin edilməsi, bundan başqa müxtəlif beynəlxalq təşkilatlar tərəfindən ixtisasartırma məqsədilə keçirilən seminar və kurslarda gömrük mütəxəssislərinin sahələr üzrə müasir nəzəri və praktiki biliklərə yiyələnməsi üçün yeni addımlar atılmalıdır. Gömrük işinin səmərəsini bu yolla daha da artmaq olar. Respublikada ekspertizası fəaliyyətinin təşkilini təkmilləşdirmək və modern gömrük modelinin qurulmasına nail olmaq üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsi olduqca vacibdir. Bu istiqamətdə tədbirlərin aparılması gömrük sistemində normaların beynəlxalq normalara çatdırılmasını, Azərbaycanda da inkişaf etmiş ölkələrin gömrük işi sahəsində təcrübəsinin sürətlə tətbiqinə şərait yaradır.

Gömrük ekspertizaların aparılması məqsədilə belə bir bölmənin yaradılmasına səbəb gömrük əməkdaşlarının fəaliyyətində xüsusi peşə ixtisası tələb edən məsələlərinin həlli olmuşdur. Beləliklə də, gömrük işi üzrə uğurlu siyasətin reallaşdırılmasına kömək göstərən gömrük ekspertizasının infrsatrukturu olaraq “Mərkəzi laboratoriya” yaradılmış və bu fəslin əvvəlində qeyd olunan Əsasnamə üzrə fəaliyyətə başlamışdır.

Gömrük fəaliyyəti üzrə Respublikamız müstəqillik qazanıldıqdan sonra səmərəliliyinin yüksəldilməsinə istiqamətlənmiş görülən işlər təqdirəlayiqdir.

Fəaliyyətinin ilk dövrlərində ekspertiza sistemi üzrə laboratoriyanın təşkilatlanması, onun yeri, cihaz və avadanlıqları, laboratoriya mebel dəsti, reaktivləri və s.ilə təchiz olunmasilə əlaqədar məsələr ilə məşğul olmuşdur.

Bu məqsədlə mal qruplarının tədqiqinə aid metodik vəsaitlər hazırlanmış, xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası əsasında müxtəlif mal qruplarına aid standartların və s. toplanması ilə bağlı olaraq məlumat bankı yaratmaq üçün sorğu üzrə informasiyalar toplanmışdır.

AR Milli Elmlər Akademiyasının Botanika İnstitutu 1994-cü il birinci dəfə müasir analitik cihaz və avadanlıq dəstilə təchiz olunmuş radiologiya, radiokimya şöbəsində 2 otaqdan ibarət laboratoriyada praktik-elmi fəaliyyətinə başlanılmış vəbununla da məhdud sahəni əhatəedən nümunələrin tədqiqi aparılmışdır. Ekspertiza məqsədi ilə məhz həmin ildə mallardan nümunələrin götürülməsi prosedurasını əks etdirdiyi 20-dən artıq əmtəə növünü əhatəsinə alan ilk praktiki-nəzəri əhəmiyyət daşıyan elmi-metodiki vəsaitin hazırlanmasına başlanılmışdır.

Xarici İqtisadi Fəaliyyətin Mallar üzrə Nomenklaturasına müvafiq olaraq təşkilatlanma işləri aparılmış əmtəə çeşidi üzrə məlumat bankının yaradılması məqsədilə müvafiq şəkildə beynəlxalq standartlar, dövlət standartları, sahə standartları, texniki şərtlər toplanmış və mallar qruplar üzrə sinifləşdirilərək dövriyyənin 70 %-ni təşkil edən əmtəələrə aid ümumi məlumat informasiya bankısistemi yaradılmasının əsası qoyulmuşdur.

Laboratoriyanın inzibati binasının tikintisi və müasir cihaz və avadanlıqlarla təchiz olunmasına görə 1995-1997-ci illər dönüş dövrü kimi xarakterizə olunur.

İlk dəfə Çexiya Respublikasının şirkəti ilə 14 may 1996-cı ildə laboratoriyaya mebel, avadanlıq dəstinin alınması ilə bağlı L.S 96-11 nömrəli müqavilə imzalanmış və müasir cihazlar, laboratoriya üçün mebel dəsti və ləvazimatlar alınmışdır.

1996-cı ildə laboratoriya binasının sxem çertyoju ÜGT-nin ”Gömrük laboratoriyalarının təşkili” layihəsinə uyğun verilmiş və onun əsnasında laboratoriyanın inzibati binasının inşasına başlanmışdır.

1997-ci il Azərbaycan mallarının xaricə ixrac edilməsi, xarici malların Azərbaycan Respublikasına idxal edilməsi, və həmin malların gömrük nəzarətinin aparılması qaydaları” ilə bağlı təlimatlar hazırlanmış və 104 nömrəli 10.02.1997 tarixli əmr ilə təsdiqlənmişdir. Bunun əsasında da malların emal rejimləri altında hərəkətinin hüquqi əsası öz yerini tağmışdır.

Həmin dövrdə maddi-texniki nəzarət vasitələrindən RANGER”,” GT-3000 GOLDD Tester” Goldd Detector”, PRESİDUUM DİAMOND FAACT ”, , ”YEWELL DETECTOR”, bədən skaynerləri-metal dedektorlarından, ”Narkotik vasitələrin ekspress təyinatı üzrə spreey-testlərindən istifadə edilməsi qaydaları hazırlanmışdır, bu isə metodiki informasiya bazasının elmi-texniki cəhətdən dahada zənginləşməsinə şərait yaratmışdır.

Gömrük işində radiasiya təhlükəsizliyinə daimi nəzarət üzrə ilk addımlar atılmış və AR NK-nin ”Azərbaycan Respublikası ərazisində radiasiyanın daimi təhlükəsizliyinə nəzarət olunmasını gücləndirmək tədbirləri haqda ”76 saylı 11.07.1997-ciil tarixli normativ hüquqi aktı və Gömrük Komitəsinin 5 sentyabr 1997-ci iltarixli 822 nömrəli və 27 oktyabr 1997-ciiltarixli 958 nömrəli əmrlərə müvafiq olaraq ”radiasiya nəzarəti”nə bağlı texniki vasitələrə dair göstəriş təlimatları hazırlanmışdırki, bu isə təhlükəsizlik baxımından nəzarətin təşkilini özündə birləşdirmişdir.

1998-ci ildən başlayaraq beynəlxalq konfranslarda çıxışetmə imkanları yaranmış, ÜGT-nin təşkil etdiyi “Əqli formalı mülkiyyət hüquqlarının qorunması üzrə beynəlxalq iclaslarda “Yüksək təhlükəli sayılan obyektlərin ekspertizası, qiymətləndirilməsi, sertifikatlaşdırılması və sığortalanması işlərinin təkminləşdirilməsi” ilə bağlı təşkil olunmuş beynəlxalq tədbirlərdə müxtəlif təkliflərlə çıxışlar olmuşdur.

Ümumdünya Gömrük Təşkilatının HS Nomenklaturasının icmalı üzrə 1999-cu ildə təşkil olunmuş Subkomitənin 20-ci sessiyasında nümayəndə heyəti iştirak edərək ayrı-ayrı mal qruplarına təsnifat baxımdan təkliflər təqdim olunmuşdur.

21.06.2000-ci ildə Laboratoriyanın əsaslı təmirdən sonra açılışı baş tutmuşdur. Açılışda Ümumdünya Gömrük Təşkilatının katibi olan M.Dane, İq. Əməkdaşlıq Təşkilatının gömrük rəhbərlərinin Bakıda keçirilmiş 7-ci iclasının nümayəndə heyyətləri iştirak etmişdirlər.

Gömrük laboratoriyalarının açılışını AR DGK-nin mühüm nailiyyəti hesab edən Ümumidünya Gömrük Təşkilatının katibi Dane bu nailiyyətlərin ilkin olan nəticələri gömrük orqanlarının fəaliyyətində özünü büruzə verə biləcəyini bildirmişdir.

Ümumilikdə əmtəələrin mal mövqelərinə əsasən kodlaşdırılmasının, həmçinin Xarici Ticarətin Gömrük statistikasının təşkilini dəqiqliyinə təminat vermiş və səmərəlilik baxımdan müxtəlif əməliyyatlar üzrə milyonla manat gəlir əldəedilməsinə səbəb olmuş və əsasən isə ekologiyanın ,flora və faunanın, heyvanların həyat və sağlamlığının qorunmasını təmin etmişdir.



Bu inkişaf xranologiyası sistemin yeni texniki vasitələr ilə təminatı və ən müasir metodologiyaların, avadanlıqların tətbiqi gömrük orqanlarının operativ surətdə həll etməyə imkan yaradacağını göstərir.

Gömrük yoxlamasının səmərəliliyinin artırılması məqsədilə əmtəələr haqda lazımlı məlumatlar əldə etmək üçün gömrük nəzarətinin müxtəlif növ maddi-texniki vasitələrindən istifadə olunur. Gömrük nəzarətinin müxtəlif texniki vasitələri AR-nın gömrük sərhədindən müəyyən müddətdə keçirilən mallara tətbiq edilir.

Gömrük nəzarətinin aparılmasının texniki vasitələrinin mal və ya nəqliyyat vasitələri barəsində informasiya əldə etmək, əmtəə və malların eyniləşdirilməsini, radioaktiv materialların idax və ya ixrac hallarında, gömrük qaydalarının müəyyən və ya tamdərəcədə pozulması halının əlamətini aşkara çıxarmaq məqsədilə tətbiq olunur.

Azərbaycan Respublikasının gömrük məcəlləsinə əsasən gömrük orqanlarında insan həyatı və sağıamlığı üçün,gömrük ərazisindən keçən mallar və avadanlıqlar üçün təhlükəsiz olan texniki vasitələrdən istifadə etmək nəzərdə tutulub.

Belə texniki vasitələr toplusu "gömrük texnikası” adlanır.

Gömrük texnikası ─ Gömrük əməkdaşları tərəfindən qarşıya qoyulmuş tapşırıqları yerinə yetirməkçün Gömrük orqanları strukturlarında istifadə edilən maddi-texniki vəsaitlər toplusudur.

Gömrük texnikasını aşağıda qeyd olunmuş əsas hissələrə bölünür:

gömrük ekspertizasında bilavasitə istifadə edilən texnik vasitələr, daha çox gömrük sərhədndən keçirilən mal qruplarının eyniləşdirilməsində istifadə edilir;

gömrük nəzarətində bilavasitə istifadə edilən texnik vasitələr faktiki gömrük nəzarəti zamanı sərhəddən keçirilən mallara, əmtəələrə, texniki vasitələrə və şəxslərə nəzarətdə tətbiq olunur;

aşkar olunmuş cinayət faktları ərəfəsində tətbiq edilən texniki vasitələr baş vermiş cinayət işnin aşkar olunması vaxtı tətbiq edilir.

informasiyaları ötürülməsi və gömrük orqanları birbirilə əlaqə yaratması məqsədilə istifadə edilən maddi-texniki vəsaitlər məlumatların ötürülməsi və digər texnolji prosseslər vaxtı istifadə edilir.

gömrük orqanlarının təhlükəsizliyinin təmin edilməsi vaxtı istifadə edilən texniki vasitələr.

Yuxarıda qeyd olunan maddi-texniki vəsaitlər arasında gömrük ekspertizası zamanı istifədə edilən texniki vasitələr mühüm əhəmiyyət kəsb etməkdədir.

Gömrük ekspertizasında istifadə olunan texniki vasitələr sərhəddən keçirilən əmtəə qruplarının eyniləşdirilməsi,mənşəə ölkəsinin təyin olunması, təsnifatlar üzrə ekspertizanın təşkil olunması və s. məqsədlərlə tətbiq edilir..



Nəticə və təkliflər

Qeyri-ərzaq mallarının gömrük ekspertizası fəaliyyətinin Ölkəmizdə təşkilinin müasir vəziyyətinin araşdırılması, aşağıda göstərilən nəticələrə gəlməyə və müəyyən təkliflər verməyə imkan yaratmışdır:

  1. Dissertasiya işində qeyd etdiyim kimi, qeyri-ərzaq mallarının gömrük ekspertizası fəaliyyətinin təşkilinin hüquqi təminatı hesab edilərək müxtəlif qanunvericilik aktları (qanunlar, sərəncam, fərmanlar və qərarlar, əmrlər, normativ-hüquqi aktlar və s.) müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul olunmuşdur.

  2. Azərbaycan Respublikasında qeyri-ərzaq mallarının gömrük ekspertizasının təşkilinin hüquqi-normativ bazası bütün qanuni fəaliyyətləri tam lazımi səviyyədə həyata keçirməyə imkan verir.

  3. Son illər ölkəmizdə aparılan uğurlu iqtisadi islahatların nəticəsi olaraq gömrük subyektləri tərəfindən həyata keçirilən idxal-ixrac əməliyyatlarının həcminin xeyli artması bu sahədə işlərin daha da artırılmasını və yüksək səviyyədə təşkilinə tələblər irəli sürür.

  4. 2010-2016-ci illərdə Respublikada idxalın əmtəə və xidmət strukturuna nəzər salsaq görərik ki, ölkə idxalının geniş bir hissəsini qeyri-ərzaq malları təşkil edir. Bunu nəzərə alaraq, ölkə istehlakçılarının sosial-iqtisadi mənafelərinin qorunması məqsədilə qeyri-ərzaq mallarının ekspertiza fəaliyyətinin yüksək səviyyədə təşkili prioritet məsələ olaraq saxlanmalıdır.

  5. Beynəlxalq Konvensiyalara qoşulma prosesini daim genişləndirmək və gömrük işində rəhbər tutmaq lazımdır.

  6. Ümumilikdə qeyri-ərzaq mallarının ekspertiza aparılması üzrə fəaliyyətinin gömrük işinin təşkili sahəsində qəbul olunmuş yeni normativ hüquqi aktların təkmilləşdirilməsi.

  7. Gömrük rəsmiləşdirilməsi və nəzarətində avtomatlaşdırılmış sistemin uğurlu inkişafını təmin etmək.

  8. Birmərkəzli idarəetmə sisteminin tətbiqi işinə təkan verilməsi.

  9. Gömrük orqanlarının əməliyyat-axtarış şöbələrinin maddi- texniki baza hissəsinin təkmilləşdirilməsi.

  10. Anbarların, terminallarının və malların müvəqqəti saxlanc gömrük anbarlarının təsis edilməsi üzrə işlərin genişləndirilməsi.

  11. Mərkəzi Labaratoriya başda olmaqla laboratoriyalar şəbəkəsinin yaradılması üzrə işlərin perspektivliyinin artırılması yollarının tapılması.

  12. Gömrük sərhədi üzrə keçid məntəqələrinin müasir beynəlxalq standartlara uyğun olaraq qurulması və yeni təkminləşdirimiş avadanlıqlarla təchiz olunması.

  13. Yeni Gömrük infrastrukturlarının yaradılmasına yardım göstərilməsi üzrə məsələlərdə beynəlxalq təşkilatlarla əməkdaşlıqların yaradılması və yeni müqavilələr bağlanmasına can atılması üzrə tədbirlər.

  14. Sumqayıt, Biləsuvar, Gəncə, Naxçıvan, gömrük idarələrində gömrük laboratoriyalarının yaradılmasına şərait yaradılması.

  15. İEÖ-lərin təcrübəli və ixtisas dərəcəsi yüksək olan əməkdaşlarının qeyri-ərzaq malları üzrə ekspertiza fəaliyyətinin yenidən təşkili üçün ixtisasartırma kurslarında təlim keçmələri üçün mübadilənin aparılması.

  16. Gömrük işçilərinin peşə səviyyələrinin artırılması məqsədilə gömrük işinə aid elmi-metodik dərs vəsaitlərinin geniş miqyasda hazırlanması.

  17. Əcnəbi mütəxəssisləri cəlb etməklə gömrük işi ilə əlaqədar ixrac nəzarəti və digər fəaliyyətə həsr olunmuş elmi seminarların təşkil olunması üzrə işlər aparılması.

  18. Azərbaycan Respublikasının gömrük işinin beynəlxalq təşkilatlarla qeyri-ərzaq mallarının ekspertiza aparılması fəaliyyətinin təşkili istiqamətlərində beynəlxalq çoxtərəfli əlaqələrin genişləndirilməsi


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin