Magistr pilləsi Sərbəst mövzular


İşğal edilmiş ərazilərdəki tarixi memarliq abidələri və muzeylərin vəziyyəti



Yüklə 29,57 Kb.
səhifə2/3
tarix10.01.2022
ölçüsü29,57 Kb.
#109355
1   2   3
İşğal edilmiş ərazilərdəki tarixi memarliq abidələri və muzeylərin vəziyyəti

Azərbaycanda rəsmi qeyd olunmuş 14 dövlət qoruğundan 2 qoruq, 20 yasaqliqdan 4 yasaqliq və bir çox təbii tarixi abidələr işğal altindadir. Erməni işğalindaki 269 min hektar meşə sahəsinin qəddarcasina qirildiği, həmin ərazilərdə nadir bitki və heyvanat aləminin məhv edildiyi, təbii sərvətlərimizin dağildiği bir il ərzində istehsalatda yaranan 238.2 min kv.metr kimyəvi çirkli sulari birbaşa Azərbaycan ərazisindəki Oxçu çaya axidilir.

İşğal olunmuş ərazilərdə və Yuxari Qarabağ Azərbaycanin Qirmizi Kitabina düşmüş məməlilərin 4 növü, quşlarin 8 növü, baliqlarin 1 növü, amfibiya və digər 3 növü, bitkilərin 27 növü məskunlaşmişdi. Meşələrin amansizcasina qirilmasi, heyvanlarin bəzi növlərinin yer üzündən silinməsi təbiətdəki ahəngdarliği pozur, cəmiyyətdə sirayət edərək insanlarin mənəviyyatina mənfi təsir göstərir.

Ermənilərin istifadə etdiyi əkin yerlərindən başqa bütün sahələr tamamilə məhv edilmişdir. Respublikanin kənd təsərrüfatina yararli olan 4.1 min hektar (ümumi ərazisi 47.7%-i) torpaqlarin 1.226.674 hektari işğal olunmuşdur ki, onun 139.396 hektar suvarilan sahədir. Həmin sahələrin 183.242 hektari əkinə yararli olmaqla, 94.275 hektari suvarilan torpaqlardir.

Beləliklə, Azərbaycanda memarliq, tarix və mədəniyyət abidələrinin öyrənilməsi, qorunmasi və mühafizəsi tarixindən məlum olur ki, zəngin mədəni, təbii irs olan ölkəmizdə onlarin tarixi dəyər kimi saxlanilmasi istər dövlət, istərsə də xalqin maraq dairəsində olmuşdur.

Ümumiyyətlə, hazirda Azərbaycan dövləti işğal altinda olan abidələrin, xüsusilə, muzeydənkənar sərvətlərin salamatliği uğrunda hər cür imkanlardan istifadə edir. Bu sahədə təkcə hökumət və dövlət strukturlari deyil, Azərbaycan Mədəniyyət Fondu, müxtəlif ictimai cəmiyyətlər də böyük diqqət yetirirlər. Bunlarin sirasinda olan Heydər Əliyev Fondu və təşkilatin prezidenti YUNESKO və İSESKO-nun xoşməramli səfiri Mehriban Əliyevanin təşəbbüskarliğini xüsusi qeyd etmək lazimdir.

2007-ci ilin yazinda təşkilatin “Heydər Əliyev Fondu təqdim edir....” seriyasindan nəşr olunan “ Müharibə və tarixi mədəniyyət abidələrimiz” adli nəfis kitab respublikanin taninmiş alim və mütəxəssislərin iştiraki ilə hazirlanaraq, həm də dünya ictimaiyyətinin diqqətinə çatdirilmaq məqsədilə nəşr olunmuşdur. Kitabda işğal altinda qalan Azərbaycan ərazilərindəki 400-dən çox muzeydənkənar abidə xüsusilə, dini abidələrdən ziyarətgahlar, məscid, məbədlər haqqinda zəngin məlumat verilmişdir.

Hazirda Heydər Əliyev Fondu “ Qarabağ həqiqətləri” silsiləsinin davami olaraq, Xarici İşlər Nazirliyi ilə birgə “Azərbaycana qarşi müharibə: mədəni irsin hədəfə alinmasi” adli nəşri üzərində gərgin iş gedir. Kitaba Ermənistan-Azərbaycan, Dağliq Qarabağ münaqişəsi nəticəsində dağidilmiş və zərər çəkmiş mədəni sərvətlərimizin geniş siyahisi, fotoşəkillər, kosmik çəkilişlər, xəritələr, film və multimedia diski əlavə olunmasi nəzərdə tutulmuşdu.

Azərbaycan Respublikasi Mədəniyyət və Turizm Nazirliyinin işğal altindaki abidələrin kitab-kataloqunu hazirlayaraq çap etdirilməsi də bu istiqamətdə aparilan zəruri tədbirlərdəndir. Kitab-kataloqda işğal altindaki abidələrin, fotoşəkillərin, cizgilərin, abidələrin yerləşdiyi ərazilərin xəritələri də yer alib.

Bununla yanaşi, topluda həmin abidələr haqqinda Azərbaycan və ingilis dilində tarixi məlumatlar da yerləşdirilmişdir. Bir fakti da nəzərə almaq lazimdir ki, həmin topluda Qarabağ abidələrinin yalniz məlum, vaxtilə sovet dövründə qeydə alinmiş hissəsi haqqinda məlumat yerləşdirilib. Çünki həmin tarixi çağlarda respublikanin digər ərazilərində olduğu kimi işğal olunmuş ərazilərdə də abidələrin hamisi qeydiyyata götürülməmişdir. Bunun həyata keçirilməsi üçün isə YUNESKO-nun missiyasi ilə birgə iş planlaşdirilmişdir. Hazirda da bu sahədə iş prosesi gedir.



  1. Yüklə 29,57 Kb.

    Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin