42 “Limit-zabor kartı” (M-8 №-li forma) təsdiq edilən limit həddində müəssi-
sənin istehsalat bölmələrinə (sexlər, obyektlər, sahələr və s.) anbardan buraxılan
xammalın, materialların, satın alınan yarımfabrikatların və s. uçotu üçün nəzərdə
tutulmuşdur. Ehtiyatların buraxılışı limiti mövcud normativlər əsasında
müəyyənləşdirilir.
Limit-zabor kartı iki nüsxədən ibarət olmaqla bir ay üçün tərtib edilir.
Ehtiyatların silinməsi nisbətən az olduqda bu sənədi bir rüb üçün tərtib etməyə
icazə verilir. Kartın bir nüsxəsi ay başlananadək sexə – ehtiyatlardan istifadə edən
istehlakçıya, digər nüsxəsi isə anbara verilir.
“Tələbnamə-qaimə” (M-11№ forma) material-istehsalat ehtiyatlarının
uçotunun bilavasitə müəssisənin özündə, onun struktur bölmələri, yaxud maddi-
məsul şəxsləri arasında aparmaq üçün nəzərdə tutulmuşdur. Bu sənəd anbarın
maddi-məsul şəxsi tərəfindən iki nüsxədən ibarət olmaqla tərtib edilir.
“Materialların kənara buraxılışı qaiməsi” (M-15№li forma)müəssisədən
kənar ərazidə yerləşən bölmələrə və habelə kənar müəssisəlarına buraxılan
ehtiyatların uçotu üçün nəzərdə tutulmuşdur. Qaimə, müqavilə, naryad və
materialların alınması üçün verilən vəkalətnamə əsasında iki nüsxə tərtib olunur.
Sənədin birinci nüsxəsi ehtiyatların büraxılması üçün anbara, digəri isə onu alana
təqdim edilir.
“Materialların uçotu kartoçkası” (M-17№li forma) anbarda doldurulur. Bu
sənəddə ehtiyatların hər birisinin nomenklatur nömrəsi, növü, çeşidi, ölçüsü və s.
qeydə alınır. Kartoçka ciddi hesabat blankı hesab olunur və imzalamaq şərti ilə
anbardara verilir. Anbardar, yaxud digər maddi-məsul şəxs ilkn mədaxil-məxric
sənədləri əsasında əməliyyatın baş verdiyi gün ərzində kartoçkada müvafiq qeyd
aparılmalıdır.
Ehtiyatların daxili yerdəyişməsi (baza anbarları və sex anbarları arasında)
rəsmiyyətə
salındıqda,
bilavasitə
material-istehsalat
ehtiyatlarının
uçotu
kartoçkasından istifadə etmək olar.