41 Məs., müəssisənin daxili imkanları hesabına inşa edilmiş torpaq, tikili və
avadanlıqların komponenti kimi istifadə edilmiş bəzi ehtiyatlar digər aktivlərin
hesabına aid edilə bilər. Bu yolla digər aktivlərə aid edilmiş ehtiyatlar həmin
aktivin istismar müddəti ərzində xərc kimi tanınır.
2.6. Ehtiyatların daxil olmasının və istehsalata buraxılmasının sənədlərlə rəsmiyyətə salınması Ehtiyatların uçotu üçün baş verən hadisələrin kifayət qədər eyni tipdə olması
xarakterikdir. Məhz buna görə də onları uçotda əks etdirmək üçün Respublika
Dövlət Statistika Komitəsi tərəfindən hazırlanılan tipik formalardan istifadə olunur.
Müəssisədə ehtiyatların hərəkəti ilə bağlı baş verən bütün təsərrüfat
əməliyyatlarının sənədlərlə rəsmiyyətə salınması onların anbarlarda və maddi-
məsul şəxslərdə mühafizəsinə müntəzəm nəzarəti həyata keçirmək üçün əsas
sayılır.
Ehtiyatların uçotu üzrə rasional şəkildə hazırlanılan ilkin sənədlər və sənəd
dövriyyəsi sxemi müəssisə rəhbərlərinə operativ rəhbərlik üçün zəruri
informasiyalar əldə etməyə imkan verir.
Ehtiyatların uçotu üzrə əsas sənədlər aşağdıakılar hesab olunur:
“Vəkalətnamə” (M-2 №li forma) maddi sərvətləri almaq üçün müəssisənin
etibar etdiy şəxsə verilir. Bu sənəd bir nüsxədə tərtib olunur və müəssisənin
mühasibatı tərəfindən ehtiyatları alası şəxsə imza etdirməklə təqdim olunur.
“Mədaxil orderindən” (M-4№ forma) mal satanlardan müəssisənin anbarına
daxil olan ehtiyatların uçotu üçün istifadə edilir. Mədaxil orderlərinin blankları
nömrələnmiş şəkildə maddi məsul şəxsə verilir. Bir nüsxədə tərtib edilir.
“Materialların qəbulu haqqında akt” (M-7№li forma) malsatanın
müşayətedici sənədləri ilə daxil olan materiallar arasında fərq aşkarlandıqda tərtib
edilir. Sənədsiz daxil olan ehtiyatların qəbulu zamanı da belə bir akt tərtib
edilməlidir.