«magistratura hazirliği məRKƏZİ» Əlyazması hüququnda



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə44/65
tarix02.06.2023
ölçüsü0,52 Mb.
#127580
1   ...   40   41   42   43   44   45   46   47   ...   65
G.Nəbiyeva. Material ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi. Bakı, 2015.

49 
 
Limit-zabor xəritələri adətən əsas istehsalın sexlərinə aid edilən istehsal 
sexlərinə xammal və material buraxılışını rəsmiyyətə salmaq üçün istifadə edilir. 
Sex, ümumfabrik və köməkçi istehsalatlar hesabına aid edilən materialların 
buraxılması çox hallarda birdəfəlik qaimələrlə rəsmiyyətə salınır. İstehsalata 
limitdən artıq materialların buraxılması prosesində də qaimələr geniş yayılmışdır. 
Bu zaman material almaq üçün qaimənin üzərində qırmızı və yaxud başqa rəngdə 
xəbəredici zolaq olur. Siqnal tələbnaməsinin o biri üzündə artıq xərcin baş verməsi 
səbəbləri haqda sex rəisinin və yaxud sahə ustasının yazılı izahatı olmalıdır. 
Bir çox hallarda materiallar müəssisənin mərkəzi anbarından birbaşa istehsal 
prosesinə deyil, sexlərin anbarlarına göndərilir. Bu zaman materiallar istehsalata 
silinmir, yalnız 201 «Material ehtiyatları» hesabının tərkibində yerini dəyişir.
Lakin xammal və materialların istehsala buraxılmasını hələ onların istehlakı 
kimi qiymətləndirmək olmaz. Materiallar yalnız o zaman səfr olunmuş sayılır ki, 
ondan bilavasitə məhsul istehsal edilsin. Odur ki, materialların bilavasitə istehsal 
prosesində səmərəli istifadə olunmasına nəzarət edilməlidir. 
Materiallardan istehsal prosesində səmərəli istifadə olunmasına nəzarəti 
həyata keçirmək üçün texniki cəhətdən əsaslandırılmış sərt normalara üstünlük 
verilməlidir. Bu zaman həqiqi xərcləri norma ilə müqayisə etmək və 
kənarlaşmaları aşkara çıxarmaq zəruridir. 
Siqnala sənədləşdirmə metodunun məzmunu bundan ibarətdir ki, materialların 
normadan artıq sərf olunması ilə əlaqədar hər bir kənarlaşma siqnal haşiyəsi ilə 
qeydiyyatdan keçirilir. Müəssisənin rəhbərləri, məsələn təchizat şöbəsinin rəisi, baş 
mühəndis, direktor sənədləri imzalamaqla yol verilən artıq xərc haqda öz vaxtında 
məlumat vermiş olurlar. 
Materialların uçotunun təkmilləşdirilməsi maddi-texniki təchizat sisteminin 
yaxşılaşdırılması, nəqliyyat və anbar təsərrüfatlarının təşkili və nəqliyyat, 
yükləmə-boşaltma işlərinin mexanikləşmə və avtomatlaşma səviyyəsinin 
yüksəlməsi ilə sıx surətdə əlaqədardır. Bununla əlaqədar olaraq, uçotun qurulması 
işinin yaxşılaşdırılmasının xeyli hissəsi bilavastə uçot işləri sferasından kənardadır. 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin