G.Nəbiyeva. Material ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi. Bakı, 2015.
48 sənədlərlə rəsmiyytə salınmasının düzgünlüyünü yoxlamaq, habelə aşkara çıxarılan
kənarlaşmaları uçotda vaxtlı-vaxtında əks etlirmək zəruridir.
Müəssisələrdə buraxılış sisteminin təşkilinin tələbata cavab verməsi böyük
əhəmiyyət kəsb edir. Belə ki, müəssisədən material qiymətlilərinin çıxarılması
yalnız təchizat sexi rəisinin, baş mühasibin və yaxud onun müavininin
imzaladıqları buraxılış vərəqələrinə əsasən həyata keçirilə bilər. Məhz buna görə
də, mühafizə işçilərində həmin vəzifəli şəxslərin imzalarının nümunələri olmalıdır.
Təlimata görə xammal və materiallar istehsala buraxılan zaman əsasən iki
sənəddən – limit-zabor kartlarından və qaimələrdən istifadə edilir.
Qüvvədə olan təlimata əsasən hər bir sexə ay ərzində materiallardan istifadə
limiti müəyənləşdirilir. Bu zaman mövcud xərc normalarına, sex anbarında və iş
yerlərində olan matarialların mövcudluğuna diqqət yetirmək lazımdır. Bk limitlər
limit - zabor xəritələrində göstərilir, xəritə təchizat şöbəsi tərəfindən iki nüsxədə
tərtib edilir, birincisi anbarlara, ikincisi isə sexə təqdim olunur. Limit-zabor
xəritələri həm fərdi, həm də qrup halında yazılır. Bunlardan birincisi bir adda
materialın buraxılması üçün, ikincisi isə bir neçə adda materialların buraxılışı üçün
nəzərdə tutulmuşdur. Limit-zabor xəritələri əsasında materiallar buraxılışı
dayandırılır. Əlavə material buraxılışı müəssisə rəhbərinin, baş mühəndisin və
yaxud təchizat şöbəsinin rəisinnin sərəncamı ilə buraxıla bilər. Hər bir halda artıq
xərcin baş verməsi səbəbləri çox ciddi şəkildə və dərindən yoxlanılmalıdır.
Artıq xərc aşağıdakı hallarda baş verə bilər:
1. materiallardan qənaətlə istifadə olunması;
2. istehsalda zay məhsulların xüsusi çəkisinin yüksək olması;
3. istehsal proqramının artıqlaması ilə yerinə yetirilməsi;
4. bitməmiş istehsalda detalların itkisi və s.
Müəssisənin müdriyyəti materialların artıq sərf olunmasının səbəblərini aşkara
çıxararaq mövcud nöqsanların aradan qaldırılması üçün tədbirlər görür. İstehsalda
limit-zabor xəritələrinin tətbiq olunmasının ən mühüm və ən müsbət tərəflərindən
biridir.