Nöqsanların növü
|
Nöqsanların xarakteristikası
|
İstehsal nöqsanları
|
2.1. Məmulatın kənarlarının, divarlarının, dibinin müxtəlif qalınlıqda olması
|
Şüşə kütləsinin məmulatın kənarları qalınlığı və dibi üzrə düzgün paylanmamasıdır. Məmulatın formaya salınması üsulunun düzgün seçilməməsi nəticəsində yaranır.
|
Natamam preslənmə
|
Presləmə zamanı şüşə kütləsinin az miqdarda götürülməsi səbəbindən yaranır. Bu zaman məmulatın müxtəlif hissələrində qabarmış hissələrə və nazik hissələrə rast gəlinir
|
Tikiş (pers) xətti nöqsanı
|
Məmulatın üzərinə yol veriləndən artıq formada dartılmış hissələrin xətt şəklində çıxmasıdır.
|
İti tikişlər
|
Hamarlanmamış birləşmə xətləridir
|
Tilişkəli tikişlər
|
İki hissənin bitişdiyi yerdə kütlənin toxunması nəticəsində yaranır
|
2.3.Qatlar
|
Şüşənin səthinə kobud şəkildə çixan müxtəlif formalı qeyri-bərabərlikdir.
|
2.4.Qırışlar
|
Şüşənin səthində zəif hiss olunan qeyri-bərabərlikdir
|
2.5.Dalğavarilik
|
Şüşə taraların səthində rast gəlinən və optiki kənarlaşma adlanan qeyri-bərabərlikdir
|
2.6. Döymə əyriliyi
|
Şüşənin səthində xırda dalğalar şəklində yaranan nöqsanlardır. Metalların döyülməsi zamanı yaranan izləri xatırladır. Məmulatın soyuq formalarda istehsalı zamanı yaranır.
|
2.7. Kənar cisim
|
Üfürmə borusundan məmulata keçən diametri 1mm-dən çox olmayan metal hissəcikləri
|
2.8. Kənarların yığılması
|
Məmulatın cizgili kənarlarının aydın olmaması, kənarların zədələnməsi
|