Magistratura məRKƏZİ BƏDƏlova əfsanə adiL



Yüklə 0,89 Mb.
səhifə19/20
tarix10.01.2022
ölçüsü0,89 Mb.
#110675
1   ...   12   13   14   15   16   17   18   19   20
Cədvəl 35.

İqtisadiyyatın neft və qeyri-neft bölməsində ÜDM istehsalı, milyon manatla

Seçilən mövzu müasir beynəlxalq iqtisadi münasibətlər sisteminin ən aktual problemlərindən birinə həsr edilmişdir. Qloballaşma şəraitində sürətlə inkişaf edən beynəlxalq ticarət dünyanın ayrı-ayrı regionlarında yerləşən suveren dövlətlər arasında iqtisadi münasibətlər sisteminin yeni formasının yaradılmasını tarixi bir zərurətə çevirmişdir. Dünya ölkələrində iqtisadi artımın təmin olunmasında xarici ticarət amilindən istifadə edilməsi və xarici ticarətin qarşılıqlı əlaqəsin, xarici ticarətin genişlənməsi yolu ilə dayanıqlı, davamlı iqtisadi inkişafın təmin edilməsi dünya ölkələrinin əksəriyyətində intensivləşməsinin əvəzedilməz rolu olub.

Dünya iqtisadiyyatının indiki inkişaf səviyyəsində qarşısında duran həyati əhəmiyyətli məsələləri həll etmək üçün Azərbaycan Respublikası qloballaşan iqtisadiyyat xammal əlavəsi olaraq yox, dünya sivilizasiyasının bərabərhüquqlu üzvü olaraq inteqrasiya etməlidir. Amerikan iqtisadçısı olan M.Kastelsin qeyd etdiyi kimi, «qlobal iqtisadiyyat yüksək dərəcədə dinamikdir, eksklyuzivdir və bununla yanaşı milli sərhədlər baxımından yüksək dərəcədə sabit sistemdir. »Məhz bu sabitliyi, milli mənafeləri qorumaq və dünya iqtisadiyyatına inteqrasiyanı təmin etmək üçün həmin proseslərdə xarici ticarətin rolunu izah edən nəzəriyyələri nəzərə almaq böyük əhəmiyyət kəsb edir. İqtisadiyyatın yaxud da başqa hansısa elm sahəsinin tərəfinin “nəzəriyyə”sinin əsas məqsədi həmin sahənin predmetinə, obyektinə aid olan hadisələrin səbəblərini izah etmək, onlar arasındakı “səbəb-nəticə” əlaqələrini göstərməkdir. Beynəlxalq ticarət nəzəriyyələrinin də ilkin məqsədi ölkələr arasında hazırda əhəmiyyətli hadisə hesab edilən əmtəə və xidmət idxal və ixraaclarının əsas səbəblərini diqqətə çatdırmaqdır.

XVIII əsrin ikinci yarısına kimi xarici ticarəti hərtərəfli izah edən araşdırmalar mövcu deyil. Bununla belə, o vaxta qədər mövcud nəzəriyyələrdə xarici ticarət anlayışına səthi formada toxunulurdu. Belə ki, beynəlxalq ticarətin elmi cəhətdən ilk olaraq sistemli şəkildə təhlil edildiyi əsər “ İqtisad elminin Atası” hesab edilən Adam Smitin “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında traktat” əsəridir. Hazırkı dövrə qədər beynəlxalq ticarət nəzəriyyələri nəzərəçarpan dərəcədə inkişafa məruz qalmışlar.

Kapitalist ölkələrində iqtisadi artımın qiymətləndirilməsi prosesinin qeyri-stabilliyi modelin zəif cəhətlərindən biri kimi özünü göstərir. Model iqtisadi artım modelləri arasında sadəliyi ilə fərqlənsə də, yetəri qədər dəqiq təhlillər aparmağa şərait yaratmışdır. Günümüzdə də geniş istifadə edilən Solou modelinin məhdudiyyətləri də vardır: 1965-ci ildə Kupmans Ramseyin nəzəri modelinə əsaslanaraq iqtisadi artım modelini bir qədər də inkişaf etdirmişdir. Mövcud olan modellərdən əsasında müxtəlif ölkələrin iqtisadi artımı səviyyəsi araşdırılmışdır. Bu qiymətləndirilmədən əldə olunan nəticələr modellərin hansı dərəcədə nəzəri yaxud empirik tərəfinin mövcud iqtisadi vəziyyətə uyğun olduğunu göstərir.

İqtisadi artımın əsas məqsədi tələb və təklif arasında düzgün mütənasibliyin yaradılmışdır.Bu iqtisadi artımın tələb və təklif amilləri hesab olunur.

Lakin qeyd etınəliyik ki, bu amillərlə yanaşı elə amillər də fəaliyyət göstərir ki, onlar iqtisadi artımın keyfıyyət halına təsir göstərməklə, son nəticədə, istehsal prosesinin nəticəsini yüksəltməklə artım sürətinin mənbəyini əks etdirir. Buna misal olaraq istehsalın proporsional inkişafını, stimullaşdırma mexanizminin yaxşılaşdırılmasını, xalq təsərüfatı strukturunun tarazlaşdırılmasını, istehsalın ərazi üzrə tənzimlənməsi və s. göstərmək olar.

İqtisadi artımın tipləri xalis formada fəaliyyət göstərmir. Yəni tam demək mümkün deyil ki, iqtisadi inkişafın filan mərhələsində sırf iqtisadi artımın ekstensiv və ya intensiv tipi fəaliyyət göstərmişdir. Adətən onlar vəhdət şəklində fəaliyyət göstərirlər. Lakin inkar olunmaz forma hal kimi deməliyik ki, artımın intensiv olaraq tipli hansısa şəraitdə iqtisadi yüksəlişin inkişafın yeni keyfıyyət formasına salınmasına birbaşa səbəb olur.



Bir qayda olaraq iqtisadi yüksəlişin intensiv tipi ictimai formada istehsalın intensivləşdirilməsinin meydana çıxması, qərarlaşması həm də inkişafı şəraitində baş verir. İntensivləşdirmə ümumiyyətlə, təsərrüfatçılığın qanunauyğun prosesi olub istehsalm səmərəliliyini təmin edən prosesdir.



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin