Nəticə və təkliflər
Bildiyimiz kimi hazırda qloballaşma, inteqrasiya prosesləri çərçivəsində dünya təsərrüfatında milli iqtisadiyyatların iqtisadi inkişafının davamlı olması və iqtisadi artım problemi aktual məsələlərdir. Dövlətin, millətin siyasi və iqtisadi suverenliyinin olması onun möhkəm iqtisadiyyatının təmin edilməsi baxımından önəmlidir və bu dayanıqlı iqtisadiyyatı yaratmaq üçün güclü siyaseləcə də iqtisadi potensiala malik olmaq lazımdır. Ancaq XX əsrin 50-ci illərində əksər ölkələrin təcrübəsi sübut etdi ki, yüksək iqtisadi artım templəri, həmin ölkələrdə bu artım tempinin davamlı olmaması səbəbindən sosial iqtisadi inkişafı təmin etmədi.
Xarici iqtisadi əlaqələrin iqtisadi artımın təmin edilməsində çox böyük əhəmiyyəti vardır. Ehtimal edirik ki, xarici kapitalların ölkə iqtisadiyyatına cəlb olunması yeni iş yerlərinin yaranmasına, bu da işsizliyin səviyyəsinin sabitləşməsinə şərait yaradar. Azərbaycanda iqtisadi göstəricilərin təhlili, son illər baş vermiş iqtisadi dəyişikliklərin müsbət olduğunu deməyə imkan verir. Ancaq buna baxmayaraq, hələ də dayanıqlı inkişafın qarşısını ala biləcək elementlər olmaqdadır. Dissertasiya işində gəldiyim nəticəyə görə Respublikamızda məhz iqtisadi artımın kəmiyyətinin az olması bir sıra mühüm amillərlə əlaqədardır. Bunlara misal olaraq:
respublika iqtisadiyyatının əsasən keçmiş SSSR-nin tam xalq təsərüffatı kompleksindən ayrılaraq sərbəst fəaliyyət göstərməsi,
həm respublikanın müharibə şəraitində olması, eyni zamanda ərazinin 20 faizinin mənfur düşmənlərimiz tərəfindən zəbt edilməsi,
respublikada dəqiq həyata keçirilməyən həm pul-kredit həm də maliyyə siyasəti nəticəsində dövlətin büdcəsinin kəskin kəsirlə işləməsiylə əlaqədar olaraq dövlətin maliyyə ehtiyatlarının həm öz tələbatlarını ödəmək səviyyəsindən az olması və başqalarını göstərə bilərik.
Təklifimiz iqtisadiyyatda əsasən sosial yönümlü sahəni götürmək həm də xarici ticarətin strukturuna bir daha diqqət yetirərək ticarət əlaqələrimizi iqtisadi artımın təmin edilməsinə yönəldilməsi daha məqsədəuyğun olar. İlk olaraq islahatları dəqiq həyata keçirməli, xüsusilə istehsalda stimul yaratmalıyıq.
Bundan əlavə, respublikada iqtisadi tərəqqini təmin etməyə görə dövlətin iqtisadi siyasətindən də səmərəli eləcə də məqsədəyönlü istifadə olunmalıdır. Belə ki, dövlət dəqiq pul-kredit, həm büdcə-vergi, həm valyuta və başqa siyasətləri həyata keçirməklə biz iqtisadi inkişaf prizmasında əsaslı müsbət nəticələr də əldə etmiş olarıq.
Ümumiyyətlə sonda deyə bilərik ki, hazırda respublikada iqtisadiyyatı gücləndirmə üçün biz dövlətin əsaslı şəkildə iqtisadiyyata müdaxilə etməsinə normal yanaşmalıyıq. Amma bununla da biz inzibati-amirlik formasının tərəfdarı olduğumuzu göstərmək istəmirik. Qətiyyətlə, bir şeyi unutmamalıyıq ki, onsuz da məhdud olan eləcə də getdikcə azalan həm iqtisadi, həm təbii resursların istifadə olunmasında əhaliyə bir qədər sərbəstlik verərək biz bu resursların daha da tez zamanda tükənməsinə şərait yaradacağıq. Məhz bu səbəbdən də dövlətin iqtisadiyyata müdaxiləsi lazımlıdır ki, cəmiyyətdə olan həmin resurslardan heç olmazsa azacıq da olsa hamı eləcə də uzun müddət ərzində istifadə edə bilsin.
Dissertasiyada ölkənin iqtisadi artımının təmin edilməsi və artırılmasının əsas şərtləri dəqiqləşdirilmiş bu istiqamətə xidmət göstərən qeyri-neft sektorunun inkişaf istiqamətləri tədqiq edilmiş, xarici ticarət əlaqələrinin ümumi təhlili eləcə də müasir vəziyyətin iqtisadi artıma necə təsiri araşdırılmış, ÜTT-yə üzvlüyün ölkənin həm xarici ticarət əlaqələrinin, həm də iqtisadi artımın artırılmasında rolu, Azərbaycanda iqtisadi artımla əlaqədar həyata keçirilən dövlət proqramının nəticələri təhlil edilmiş və iqtisadi artımın təkmilləşdirilməsi istiqamətləri geniş tədqiq edilmişdir.
Cəmiyyətin iqtisadi inkişafı ilk əvvəl onun iqtisadi mexanizminin təkamülündən asılıdır. Iqtisadi inkişaf və iqtisadi artıma nail olunmasına çalışmaq ümumibəşəri meyl olub iqtisadiyyatın dövlət tənzimlənməsinin ciddi məqsədlərindəndir. Çünki, ancaq və ancaq iqtisadi artım şəraitin tam məşğuliyyət təmin oluna bilər. Nəticədə cəmiyyət üzvlərinin ayrı-ayrılıqda və birlikdə maddi-mədəni həyat səviyyəsi yüksələ bilər.
Stabil iqtisadi artım, qiymət və məşğulluğun stabilliyi şəraitində mümkündür. Lakin qiymətin stabilliyi iqtisadi artımın stabilliyinin eyni deyildir.Müəyyən dövrlərdə qiymət dəyişilə bilər, lakin iqtisadi artım pozulmaya bilər.Buna görə də qiymətin dəyişmə həddinə dövlət nəzarət etınəlidir.
Makrosəviyyədə iqtisadi inkişaf prosesinin ölçülməsinin mürəkkəbliyi ilə əlaqədar olaraq iqtisadi artım təhlil edilir. Bu zaman ölkədə istehsal olunan məhsul və xidmətlərin həcmi götürülür. Buna görədə iqtisadi artım cinsi və dəyər ölçüsündə aparılır.
Iqtisadi artım müxtəlif amillərilə müəyyən edilir. Əmək torpaq, kapital, sahibkarlıq bacarığı iqtisadi artımın müəyyən edilməsi amili kimi çıxış edir. Öz növbəsində bu amillərin hər biri də özünə məxsus formada differensiallaşdırılır, xırdılanır. Bununla əlaqədar olaraq onlar daxili və xarici amillərə bölünür, ekstensiv və intensiv amillərə ayrılırlar.
Iqtisadi artım o vaxt ekstensiv sayılırki istehsal amilləri genişləndirilmiş olsun. Iqtisadi artımın intensiv halında həmin istehsal amillərindən səmərəli istifadə olunması halı baş verir.Daha müfəssəl desək, istehsal olunmuş məşsulun artımı, əmək məşsuldarlığmm artırılması, fondlardan effektli istifadə olunması hesabma baş verir.
İqtisadi artımın aparıcı elementi elmi, texniki tərəqqinin inkişafı hesab olımur. Elmi texniki tərəqqinin inkişaf etdirilməsi, yeni texnika və texnologiyanın mənimsənilməsi, iqtisadi artımın intensiv amilini birinci yerə çıxardır, onun mahiyyətini artırır.
Müasir iqtisadi artım nəzəriyyəsi neoklassik, keyns, neokenyns və postkeynisçilik istiqaməti çərçivəsində inkişaf edir. Bu nəzəriyyələr iqtisadiyyatın dövlət tənzimlənməsi strategiyasında forma və metodlarmda öz əksini tapır.
İqtisadiyyat mürəkkəb makroqtisadi elementlərdən ibarət bir səstemdir. Həmin elementlər bir-birləriylə qarşılıqlı şəkildə bağlıdırlar. Həmin makroiqtisadi elementlərin bir-birinə münasibəti iqtisadi strukturanı müəyyən edir. Bununla əlaqədar olaraq sosial, sahə, təkraristehsal, regional və xarici ticarət strukturları bir birindən fərqləndirilirlər.
İqtisadi struktur dəyişkəndir. Buna görədə mənası onun iki formasını fərqləndirmək lazımdır. Təbii və dövlət və onun tənzimlənməsi. İqtisadi strukturanın dəyişməsində əsas məqsəd iqtisadi artımın arzu olunan səviyyəsinin əldə edilməsidir.
İqtisadi artım məşğulluqla birbaşa əlaqədardır.Normal məşğulluğun təmin olunması Dövlətin siyasi iqtisadi siyasətinin iqtisadiyyatın tərkib hissəsidir. Lakin bu heçdə fikir o demək deyildirki, işsizlik yoxdur. Qeyd etınək lazımdır ki, müəyyən həddə işsizlik iqtisadi artımı stimullaşdırır.
Dövlətin iqtisadi siyasətinin arsenallıqda siyasi iqtisadi artıma nail olmaq həyat üçün çoxlu sayda tədbir vardır. Bunlar tipik tədbirlərdən ibarət olub aşağıdakılardan ibarətdir, ictimai işin təşkili, işsizlərin yenidən ixtisaslaşması, məhsuldar qüvvələrin regional yerləşdirilməsi, digər ölkələrdə işləmək üçün işçi qüvvəsinin istiqamətlənməsi və s.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
Azərbaycan Respublikası Konstutusiyası. Bakı, 1995
Antiinhisar fəaliyyəti haqqmda Respublikanın qanunu. Bakı.1993
Azərbaycan Respublikasının islahatlar haqqmda qanunu.
Azərbaycan Respublikasının Özəlləşdirmə haqqmda qanunu.Bakı, 1992
Azərbaycan Respublikasının Sahibkarlıq haqqmda qanunu. Bakı, 1992
Azərbaycan Respublikasının Mülkiyyət haqqmda qanun. 1991
Azərbaycan Respublikası Kəndli-fermer t/tı haqqmda qanun. 1992
Azərbaycan Respublikası Səhmdar Cəmiyyətləri haqqında qanun. 1994
Azərbaycan Respublikası əhalinin məşğulluğu haqqında qanun. 1991
Allahverdiyev H.B. Iqtisadiyyatın şəratində idarəetınə strukturunun təkmilləşdirilməsi problemləri. «Nəzəriyyə və praktika» jurnalı JVs 1, Bakı, 1996
Allahverdiyev H.B. Keçid dövründə bazar iqtisadiyyatınm tənzimlənməsi problemləri.
Allahverdiyev H.B. «Nəzəriyyə və praktika», jurnalı J\9 1-2, Bakı, 1997
redaktəsilə İqtisadi proqnozlaşmanın əsasları. Dərs vəsaiti. Bakı, 1990
Allahverdiyev H.B. Keçid iqtisadiyyatınm struktur problemləri və tənzimlənməsinin əsas istiqamətləri. «Nəzəriyyə və praktika» jurnalıJ\ol-2. Bakı2001.
Babiç EKOHOMIKA obşestvennoqo sektora. M. 1996
Buzqalin А.B. Perexodnaya ekonomika. M. 1994
Dedqaev E.E.Qos. Requlirovannie i rinok. M. 1996
Əlirzayev Ə.Q. Azərbaycanın iqtisadi inkişafınm konsepsiyası və proqramı. Bakı 1999
Əhmədov I.A. Keçid dövründə iqtisadiyyatın dövlət tənzimlənməsi Bakı, 1999
Əhmədov Ə.M.Makroiqtisadi tarazlığm əsasları Qafarov K.S.Bakı 2001 Bağırova Z.A. Mustafayeva G.M.
Əhmədov Ə.M. Makroiqtisadi tarazlığm əsasları QafarovK.S. Bakı 1995.
Bağırova Z.A. Mustafayeva G.M.Əhmədov Ə.M. Xalq təsərrüfatı balansı. Bakı, 1975
Sultanov K. Iqtisadi nəzəriyyə, Dərslik. Bakı. 1999
ı
Dostları ilə paylaş: |