Magistratura məRKƏZİ” Əlyazması hüququnda Məmmədov Vüsal Məhəbbət oğlu


Xidmət sferası müəssisələrində investisiya fəaliyyətini xarakterizə edən göstəricilər sistemi, onların təsnifatı və qiymətləndirilməsi metodikası



Yüklə 461,5 Kb.
səhifə36/41
tarix10.01.2022
ölçüsü461,5 Kb.
#106152
1   ...   33   34   35   36   37   38   39   40   41
2.3. Xidmət sferası müəssisələrində investisiya fəaliyyətini xarakterizə edən göstəricilər sistemi, onların təsnifatı və qiymətləndirilməsi metodikası
İnvestisiya fəaliyyətini təhlil etmək üçün ilk növbədə onu xarakterizə edən göstəricilər sistemini bilmək lazım gəlir. Planlaşdırma və iqtisadi təhlil işlərində ilk növbədə investisiya fəaliyyətini xarakterizə edən ümumi və xüsusi göstəricilər öyrənilir. İnvestisiya layihələrinin hazırlanması, investisiya fəaliyyətinin proqnozlaşdırılması və iqtisadi təhlili işlərində investisiyaların ümumi həcmi və xalis investisiyaların kəmiyyəti göstəricilərdən istifadə edilir. Ümumi investisiya – hesabat dövründə həyata keçirilən bütün investisiyaların cəmi həcmini xarakterizə edir. Xalis investisiyaların həcmi investisiyaların ümumi həcmindən hesabat dövründə amortizasiya ayırmaları məbləğini çıxmaqla müəyyən edilir. İnvestisiya qoyuluşlarının effektivliyini təyin etmək məqsədilə bir neçə variantda hesablamalar aparılan zaman investisiyanın ümumimi məbləğində xalis investisiya məbləğinin çox olması, habelə ümumi investisiya məbləğində xalis investisiya məbləğinin payının yüksək olması xalis mənfəətinin xeyli hissəsini investisiya fəaliyyətinə yönəldən şirkətin iqtisadi potensialının yüksəlməsini xarakterizə edir. Xalis investisiyaya dair mənfi məbləğin olması müəssisənin iqtisadi potensialının azalmasını, özünün mənfəətinin və amortizasiya ayırmalarının bir hissəsinin investisiyaya yönəldiyini göstərir. Xalis investisiya məbləğinin sıfıra bərabər olması investisiyalaşdırmanın ancaq amortizasiya ayırmaları hesabına həyata keçirildiyini, müəssisədə iqtisadi artımın və mənfəəti çoxaltmaq üçün iqtisadi bazanın olmamasını göstərir.

Aydındır ki, sözügedən göstəricilər dəyər ifadəsində hesablanılır və qiymətləndirilir. Uzunmüddətli investisiya qoyuluşları zamanı qiymətlər mütəmadi olaraq dəyişir. Buna görə də, investisiya qoyuluşları üzrə biznes-planın yerinə yetirilməsinin, investisiya qoyuluşları həcmlərinin dinamikasının öyrənilməsi və qiymətləndirilməsi üçün qiymətlərin artımı indekslərini hesaba almaq lazım gəlir.

Uzunmüddətli investisiya qoyuluşlarının təhlili və qiymətləndlirilməsi, eləcə də müvafiq maliyyə qərarlarının qəbul edilməsi idarəetmə obyektinin müxtəlif tərəflərini xarakterizə edən göstəricilər sistemi vasitəsilə həyata keçirilir. İqtisadi təhlilin digər bloklarında olduğu kimi, sosial-iqtisadi, maliyyə, texniki və ekoloji xarakterilə göstəriciləri aşağıdakı qruplara ayırmaq olar: 1) dəyər və natural göstəricilər; 2) kəmiyyət və keyfiyyət göstəriciləri; 3) həcm və udel göstəricilər.

İnvestisiya layihələrinin yerinə yetirilməsinə çoxlu sayda daxili və xarici kəmiyyət və keyfiyyət, obyektiv və subyektiv amillər təsir göstərdiyinə görə analitik tədqiqatlar zamanı parametrik, sosial-iqtisadi, maliyyə, marketinq və ekoloji göstəricilərdən kompleks şəkildə istifadə olunur. Mühəndis-texniki əsaslandırma, tikinti, obyektin istismara verilməsi, yaxud ləğv edilməsi mərhələsində maliyyələşdirmə proqramının, marketinq və istehsal üzrə biznes-planların, yerinə yetirilməsi səviyyəsinin qiymətləndirilməsi üçün investisiyaların retrospektiv təhlili aparılır və əsas parametrlərdə nəzərə alınmamış kənarlaşmalar, «həlledici amil» təyin edilir. Belə təhlilin nəticələrinə istinad etməklə menecerlər layihənin həyata keçirilməsinin sonrakı gecişini kollektə edir, investisiya siyasətində dəyişikliklər aparır. Xüsusi vurğulamaq yerinə düşər ki, investisiya fəaliyyətinin kompleks və sistemli təhlilinin ardıcıllığı «ümumi göstəricilərin təhlilindən xüsusi göstəricilərin təhlilinə», «əsas və xüsusi göstəricilərə təsir göstərən daxili və xarici amillərin təsirinin kəmiyyət baxımından qiymətləndirilməsinə» əsaslanmaqla tədqiqatın qarşısına qoyulan məqsəd və vəzifələrdən asılı olaraq müəyyən edilir. Təhlil zamanı investisiya fəaliyyətinin əsas istiqamətləri, eləcə də yeni obyektlərin tikilməsi, əsas vəsait obyektlərinin əldə edilməsi, qeyri-maddi aktivlərə investisiyalar və digər uzunmüddətli maliyyə qoyuluşları üzrə biznes planların yerinə yetirilməsi səviyyəsi dinamikası öyrənilir. Eyni zamanda, hər bir uçot obyekti üzrə tikinti-quraşdırma işlərinin investisiyalaşdırılması planının icrası araşdırılır, habelə tikintinin əmək, material və digər resurslarla təmin olunması dərəcəsi və digər amillərin təsiri hesablanılır.

Məlumdur ki, investisiya layihələrində iştirak edənlərin başlıca məqsədi əsas fəaliyyət ilə müqayisədə daha çox mənfəət əldə etməkdən ibarət olur. Bu səbəbdən də iştirakçıların hamısı istismarın bütün mərhələlərində investisiya layihəsinin effektivliyini təhlil edir və qiymətləndirir. Doğrudan da, maliyyə, maddi və intellektual resursların sərfi müqabilində uzunmüddətli perspektiv dövr üçün mənfəət əldə etmək arzusunda olan investisiya layihəsi iştirakçıları qeyri-müəyyənliyi və riskləri nəzərə alaraq investisiya layihələrinin səmərəliliyini mütəmadi olaraq araşdırır. Məlum həqiqətdir ki, investisiya layihələrinin həyata keçirilməsinin bütün mərhələlərində onların dəyərinin gəlir və xərclərin hesablanılması iqtisadi təhlilin qarşısında prioritet vəzifə kimi dayanır. İnvestisiya layihələrinə kapital qoyuluşları, böyük məbləğdə maliyyə və digər resursların xərclənməsi, habelə uzunmüddət ərzində gəlirlərin formalaşdırılması etimalı mütəmadi olaraq təhlil edilir.

Beynəlxalq təcrübədə investisiya layihələrinin effektivliyinin qiymətləndirilməsinin təhlilində bir çox metodlardan istifadə olunur. Bunlara misal olaraq aşağıdakıları göstərmək olar:

1). Kapital qoyuluşlarının rentabelliyinin və ödənilməsi müddətlərinin hesablanılması metodu;

2). Layihənin tətbiqi nəticəsində məsrəflərin azalmasının hesablanılması metodu;

3). Çevrilmiş məsrəflərin təhlili metodu;

4). Xalis cari dəyərin hesablanılması metodu;

5). Alınan mənfəətə görə müqayisə metodu;

6). Daxili rentabellik normasının hesablanılması metodu.

Xüsusi vurğulamaq yerinə düşər ki, kapital qoyuluşlarının rentabelliyinin və ödənilməsi müddətlərinin hesablanılması metodu sadə olduğuna görə investisiya layihələrinin ekspress təhlilində daha çox istifadə olunur. Bu metoddan istifadə olunduqda investisiya layihələrinin rentabelliyini, ödənilməsi müddətlərini sadə hesablamalar aparmaqla təyin etmək, normativ göstəricilərlə müqayisə etməklə kənarlaşmaları və onların səbəblərini öyrənmək, optimal variantı seçmək elə də çətin olmur.

Xidmət sferası müəssisələrində real investisiyaların effetivliyinin retrosrektiv qiymətləndirilməsi üçün aşağıdakı göstəricilərdən istifadə edilir.

1). İnvestisiya qoyuluşlarının bir manatına əlavə məhsul buraxılışı və xidmət göstəridməsi;

2). İnvestisiya qoyuluşlarının bir manatı hesabı ilə yerinə yetirilən iş və xidmətlərə sərf olunan məsrəflərin səviyyəsinin aşağı düşməsi;

3). İnvestisiya qoyuluşlarının bir manatı hesabı ilə əmək məsrəflərinin azalması;

4). İnvestisiya qoyuluşlarının bir manatı hesabı ilə mənfəətin artımı;

5). İnvestisiyaların ödənilməsi müddəti.

Danılmaz həqiqətdir ki, sadalanan göstəricilərdən heç biri ayrı-ayrılıqda investisiyaların effektivliyini tam xarakterizə etmir. Bütövlükdə müəssisə üzrə, yrı-ayrı obyektlər üzrə investisiya qoyuluşlarının effektivliyini kompleks qiymətləndirmək üçün sözügedən parametrlər üzrə biznes-planın yerinə yetirilməsinin, habelə müqayisəli iqtisadi təhlilin və qiymətləndirmənin aparılması tələb olunur.




Yüklə 461,5 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin