Magistratura məRKƏZİ


Cədvəl 2011 - 2015-ci illərdə Azərbaycanda bank sisteminin inkişafının dinamikası



Yüklə 0,55 Mb.
səhifə14/15
tarix10.01.2022
ölçüsü0,55 Mb.
#109974
1   ...   7   8   9   10   11   12   13   14   15
Cədvəl

2011 - 2015-ci illərdə Azərbaycanda bank sisteminin inkişafının dinamikası




2011

2012

2013

2014

2015

Aktivlər, milyon manat

14260

17643,1

20385

25182

34906

Artım tempi, faizlə

7,3

26,5

23,3

23,5

38,6

Kapital, milyon manat

1886

2582

3427

4269

3618

Artım tempi, faizlə

-0,6

36,9

32,7

24,6

-15,3

İqtisadiyyata kredit, milyon manat

9699

12244

15423

18543

21717,9

Artım tempi, faizlə

8,1

27,8

26

20,2

17,1

Vaxtı keçmiş kreditlərin portfeldə payı, faizlə

6,4

6

5,1

5,3

6,9

Xarici borc, milyon manat

1860,4

2270

3298

4781

7156

Əhalinin əmanətləri, milyon manat

4119,8

5113,4

6396

6877

9473.9

Artım tempi, faizlə

36

24,1

25,1

7,5

31,8

Müddətli əmanətlər, milyon manat

3276

4070,6

5308

5645

7832,7

Likvid aktivlər (milyon manat)

2426,2

2625,5

2287

3224

6256

Cədvəldən göründüyü kimi 2011 – 2015-ci illərdə maliyyə aktivləri 3 dəfə yarımdan çox artmış, həm də bu artımın çox böyük hissəsi yəni 38,6 faizi ancaq 2015-ci ildə baş vermişdir. Bu illərdə kapitalın maliyyələşməsi əvvəlki ilə nisbətən 2012 –ci, 2013-cü və 2014-cü illərdə xeyli artım müşahidə olunmuş və əksinə 2015-ci ildə 15 faiz artmışdır. Bu illərdə iqtisadiyyata kredit qoyuluşu daha sürətlə 2,3 dəfə artmış, bunun daha sürətlə artımı isə 2012 – 2014-cü illərdə qeyd olunmuşdur. Bütünlükdə bu proseslə yanaşı əhalinin əmanət banklarında vəsaiti artaraq, 9,5 milyard manat olmuşdur. Bunun da çox hissəsi dollar formasında banklarda yerləşdirilmişdir. Banklara vəsaitlərin cəlb edilməsini stimullaşdırmaq üçün faiz dərəcəsi 9 faizdən 12 faizə yüksəlmiş, sığortalı vəsaitlərinin həcmi xeyli yüksəlmişdir.



Bütün bunlar Azərbaycanda son illərdə mövcud reallığı, makroiqtisadi siyasəti nəzərə alaraq Mərkəzi Bank və eləcə də digər banklar öz fəaliyyətlərində müvafiq korreksiyalar etmişdir ki, bu da üzər valyuta sisteminə keçidlə bağlı yaranan neqativ halların qarşısını mümkün qədər almağa və manatın məzənnəsinin sabitləşməsinə imkan verəcəkdir.

Bütün bunlar eyni zamanda yaxın gələcək üçün dövlətin antiinflyasiya siyasətinin təkmilləşməsini tələb edir. Qeyd etmək lazımdır ki, Azərbaycanda inflyasiya proseslərinin xarakterinə xarici ölkədlərdə xüsusən, Azərbaycanla yüksək ticarət əlaqəsinə malik olan ölkələrdə qiymətin dəyişməsi bütünlükdə inflyasiyanın artması amili kimi özünü göstərmişdir. Məsələn, Azərbaycanın əsas qeyri-neft idxalı olan ölkələrdə son ildə inflyasiya orta hesabla 8,5% olmuşdur ki, bu da Azərbaycanda inflyasiyanın müəyyən dərəcədə artmasına səbəb olmuşdur.

Məlumdur ki, Azərbaycanda pul-kredit siyasətinin xarakterinə tədiyyə balansı mühüm təsir göstərir. Qeyd etmək lazımdır ki, 2015-ci ildə Azərbaycan ümumi ticarət dövriyyəsi otuz dörd milyard manat olmuşdur ki, onun da iyirmi beş milyardı ixracdan, doqquz milyarddan bir az artığı idxaldan əldə olunmuşdur.

Əgər biz nəzərə alsaq ki, son hesabat ilində Azərbaycanda tədiyyə balansının cari hesabı 17,2 milyard ABŞ dolları həcmində olmuşdur. Qeyd etmək lazımdır ki, 2011 – 2015 - ci illərdə cari əməliyyatlar balansı xeyli azalaraq 2014-cü ildə 10,4 milyard dollara çatmışdır. Məlumdur ki, ölkənin effektiv pul-kredit siyasəti yeritməsi, habelə, manatın məzənnəsini optimal səviyyədə saxlamaq likvidliyin təmin edilməsində strateji valyuta ehtiyatlarının həcmi mühüm rol oynayır. Son 2015-ci ildə Azərbaycanın valyuta hesabı otuz doqquz milyard dollardan çox olmuşdur. Məlumdur ki, dünya təcrübəsində əgər ölkə beş aylıq idxalı maliyyələşdirmək imkanına malik valyuta ehtiyatına malikdirsə, bu ölkənin təhlükəsizliyinin qorunması lazımi səviyyədə olduğunu göstərir. Bu göstərici Azərbaycanda zəruri olan ehtiyatdan 5 dəfədən də çoxdur.

Manatın effektiv məzənnəsini təmin etmək makroiqtisadi dayanıqlığı stimullaşdırmaq üçün Mərkəzi Bank tədiyyə balansını, ölkənin strateji valyuta ehtiyatını, xüsusən Neft Fondunun imkanlarını nəzərə alaraq siyasət yeridir və açıq bazarda əməliyyatlar həyata keçirir. Bildiyimiz kimi, Azərbaycan dövləti 21 dekabr 2015-ci il tarixdən Üzən məzənnə rejiminə keçməklə bbağlı müvafiq qərar qəbul etmişdir. Ötən dövr bu siyasətin düzgün olduğunu bir daha sübut etmişdir. Ölkədə reallaşdırılan pul-kredit siyasətinin xarakterinə dövriyyədə olan pul kütləsi 2015-ci ildən təxminən 50%-dən çox azaldılmışdır ki, bu da əsasən Mərkəzi Bankın yeritdiyi siyasət nəticəsində onun konvertləşməsinin artması ilə izah edilməlidir. Bu prosesi daha real qiymətləndirmək üçün manatın məcburi ehtiyatlarla yəni likvidliklə əlaqəsinin aşkara çıxarılması vacibdir. 2015-ci ildə Mərkəzi Bank məcburi ehtiyat normasını iki faizdən 0,5 faizə, uçot dərəcəsini isə 3,5 faizə endirmişdir. Qeyd etmək lazımdır ki, ümumən 2010 – 2015-ci illərdə bir qayda olaraq dövriyyədə olan pul kütləsinin həcminin azalmağa meyl etmiş, belə ki, əgər bu rəqəm 2010-cu ildə 34,5, 2011-ci ildə 32,5, 2012-ci ildə 25,5, 2013-cü ildə 19, 2014-cü ildə azalaraq 6,1 faizə enmiş, 2015-ci ildə isə 50,5 faiz aşağı düşmüşdür.

Bütün bu tədbirlərin səmərəli reallaşdırılması bütünlükdə Azərbaycanın bank sektorunun fəaliyyətinin yenidən qurulmasını tələb edirdi. Bütün bu dəyişiklikləri nəzərə alaraq ölkə prezidenti İlham Əliyev cənabları 15 iyul 2015-ci il tarixində «Azərbaycan Beynəlxalq Bankı», habelə ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi ilə bağlı qərar vermişdir. Bundan başqa Aqrar Kredit Qapalı Cəmiyyətinin fəaliyyətinin sağlamlaşdırılması ilə bağlı tədbirlər müəyyənləşdirdi. Bütünlükdə, məlum bazel tövsiyyələrinə və Avropa direktivlərinə uyğunlaşmaq məqsədilə Mərkəzi Bank öz fəaliyyətində ciddi tənzimləmə tədbirləri həyata keçirdi. Bununla bağlı, Mərkəzi Bank, Avropa Bankı Dünya Bankı ilə əlaqədə çalışaraq Azərbaycanda maliyyə sektorunun inkişafı ilə bağlı ciddi tədbirlər görür ki, bu da Azərbaycanda bank sektorunun likvidliyinin artmasına, habelə bir il ərzində bank aktivlərinin 38,7 faiz artaraq 35 milyard manata çatmasına səbəb olmuşdur.

3.2. Müasir şəraitdə pul bazarı və dövlətin valyuta siyasətinin təkmilləşdirilməsinin prioritetləri

Qiymətli kağızlar bazarı maliyyə bazarının ayrılmaz hissəsidir, bu bazarın əmələ gəlməsi isə müxtəlif qiymətli kağızların yaranması və satışı ilə bağlıdır. Qiymətli kağızlar dedikdə onun sahibinə gələcəkdə nağd pul vəsaitlərinin əldə edilməsi hüququ verən alınan və satılan maliyyə sənədi başa düşülür. Başqa sözlə, qiymətli kağızlar bazarı qiymətli kağızlarda mülkiyyət hüququnu satmaq və ya almaq və bu əmlakdan gəlir götürmək imkanı verir.

Qiymətli kağızlar bazarı iki növə bölünür: 1) qiymətli kağızların emissiya müddəti ərzində yaranan ilkin bazar və 2) əvvəllər buraxılmış qiymətli kağızların yenidən satıldığı təkrar bazar.

Qiymətli kağızlar bazarının dövlət tənzimlənməsi xüsusi əhəmiyyəti bazar iqtisadiyyatının fəaliyyət mexanizmində qiymətli kağızların oynadığı rol ilə müəyyən edilir. Onlar iqtisadi əlaqələrin spektrini genişləndirmək, onların müxtəlif variantlarını həyata keçirmək imkanlarını yaradır(məsələn, mülkiyyət münasibətini vauçer özəlləşdirilməsi vasitəsilə ), maliyyə resurslarının mobilliyini , onları iri məbləğlərdə səfərbər etmək imkanını artırır(iqtisadi fəaliyyətin səhmləşdirilməsi, istiqrazların buraxılışı vasitəsilə), alınmış malların, göstərilən xidmətlərin ödənilməsi, borcların qaytarılması(veksellərin, çeklərin və qiymətli kağızların digər növlərinin vasitəsilə) prosesini sürətləndirir,yəni,inteqral şəkildə təsərrüfat proseslərinin bütün kompleksini intensivləşdirir. Qiymətli kağızlar bazarının vəziyyəti bazar iqtisadiyyatının səmərəliliyinə güclü təsir edir; İqtisadiyyatın vəziyyəti birbaşa fond bazarının parametrlərində öz əksini tapır. Buna görə də, dövlət qiymətli kağızlar bazarının inkişafında, onun normal fəaliyyət göstərməsində maraqlıdır..

Qiymətli kağızlar bazarının sistematik və səmərəli tənzimlənməsinin həyata keçirilməsi üçün normativ – hüquqi baza yaradılmışdır, onun əsas elementləri aşağıdakılardır: "Qiymətli kağızlar bazarı haqqında" Qanun (1996), "Səhmdar cəmiyyətlər haqqında" Qanun (1996), "Dövlət və bələdiyyə müəssisələrinin özəlləşdirilməsi haqqında" Qanun (1991), qiymətli kağızlar bazarının inkişafı haqqında Prezidentin fərmanları, hökumətin qərarları və s. Dövlət tənzimlənməsinin texnologiyasında inzibati və iqtisadi üsullardan istifadə olunur. İnzibati alətlər İlk növbədə, bütün bazar iştirakçıları üçün davranış qaydalarını müəyyən etməyə yönəldilmişdir: emitentlərin, investorların, peşəkar iştirakçıların(brokerlərin, dilerlərin), onların hüquq və vəzifələrinin. Belə ki, "Qiymətli kağızlar bazarı haqqında" Qanunda peşəkar fond bazarının iştirakçılarının- brokerlərin və dilerlərin tərkibi müəyyən edilmişdir.

Broker və diler fəaliyyəti xüsusi razılıq əsasında həyata keçirilir- Maliyyə Bazarları üzrə Xidməti və onun ərazi bölmələri tərəfindən verilən lisenziya əsasında. Lisenziyanı verən orqanlar sonradan peşəkar iştirakçıların qiymətli kağızlar üzrə qanunvericiliyə uyğun fəaliyyəti ilə bağlı nəzarət funksiyalarını həyata keçirilər və qanun pozuntularına görə lisenziyanı ləğv etmək hüququna malikdirlər. Xidmət qiymətli kağızlar bazarında dövlət siyasətinin məzmunu və həyata keçirilməsinə görə məsuliyyət daşıyır. O bazar fəaliyyətinin əsas parametrlərinin hazırlayır və təsdiq edir (qiymətli kağızlar emissiyasının standartları, onlarla əməliyyatlar üzrə vahid normativ tələblər, qiymətli kağızların açıq yerləşdirilməyə,tədəvülə,kotirovkaya və listinqə buraxılması üzrə normalar və s.).

Qiymətli kağızlar bazarı, digər bazarlar kimi, iki struktur elementin- tələbat və təklifin, qarşılıqlı əlaqəsi vasitəsilə fəaliyyət göstərir və dövlətin tənzimləyici funksiyaları belə bir qarşılıqlı əlaqənin balanslaşdırılmasına , həcminə, tərkibinə, strukturuna görə bir elementin digər elementdən həddindən artıq ayrılmasının qarşısının alınmasına yönəldilmişdir; Bu tələbat və təklif amillərinin maksimum tam aşkarlanmasını,onların həyata keçirilmə mexanizmində nəzərə alınmasını tələb edir. Bazar iqtisadiyyatı olan ölkələrdə dövlət fond bazarının həcminə, strukturuna qiymətli kağızların emitenti kimi çıxış edərək birbaşa təsir göstərir. Dövlətin bu cür fəaliyyətinin əsas məqsədi inflyasiya alətlərini istifadə etmədən, yəni əlavə (təminatsız) pul emissiyası olmadan, habelə xarici borcalmaya müraciət etmədən dövlətin pul vəsaitlərinə olan tələbatını təmin etmək sə'ylərindən ibarətdir(çünki daxili borcun artımı xarici borcun artımından daha üstün hesab edilir ). Dövlət büdcəsinin kəsiri dünya təcrübəsinin tipik bir hadisəsi olduqundan , dövlətinin emissiya fəaliyyəti, bir çox ölkələrdə davamlı xarakter almışdır.

Maliyyə Nazirliyi olmuşdur. DQİ tədavül müddəti 3 ay, FKİ-in tədavül müddəti isə bir ildən çox təşkil etmişdir. Dövlət qiymətli kağızlar bazarının təşkili funksiyalarını istiqrazların yerləşdirilməsini,ödənilməsini, onların satışından əldə edilən vəsaiti Maliyyə Nazirliyinin hesabına köçürərək Mərkəzi Bank yerinə yetirirdi. Eyni zamanda, Mərkəzi Bank diler funksiyalarında yerinə yetirirdi, bu da ki ona inzibati və iqtisadi təsir vasitələrindən istifadə edərək birbaşa olaraq bazarın vəziyyətinə təsir etmək imkanı yaratmışdır( satış üçün nəzərdə tutulan istiqrazların həcminin, onların qiymətlərinin səviyyəsinin, qiymətlərin qüvvədə olma müddətinin, faizlərin məbləğinin və ödənilməsinin tezliyinin müəyyən edilməsi və s.) Mərkəzi Bank həmçinin bazarın sabit, fasiləsiz fəaliyyət göstərməsinin təmin edilməsinə,onun parametrlərinin faktiki dəyərinin normativlərdən aşağı olmayan səviyyədə saxlanılmasına yönəldilmiş nəzarət -monitorinq funksiyalarını da yerinə yetirirdi. Bu məqsədlə, onun nəticələri əsasında tənzimləyici tədbirlərin sonradan tənzimləməklə bazar şəraitinin müntəzəm təhlili aparılmışdır.

Qiymətli kağızların etibarlılığı, onların alınması və mülkiyyət hüququ ilə əlaqədar risk dərəcəsi tələbata güclü təsir göstərir. Risklərin mövcudluğu onunla şərtləndirilir ki, onların sahibi üçün qiymətli kağızların faktiki yararlığına təsir xarakterini kifayət qədər dəqiqliklə təsirini proqnozlaşdırmaq mümkün olmayan çoxlu sayda faktorlar təsir göstərir. Buna görədə, risk elementi daha çox və ya az dərəcədə fond bazarlarında həmişə mövcuddur; onun ölçüləri qiymətli kağızlara sahiblik müddəti ərzində dəyişə bilər. Risklərin mövcudluğu fond bazarının inkişafına mane olduğundan, bazar iqtisadiyyatlı ölkələrdə risklərə qarşı müdafiə sistemi yaradılmışdır. Bizim ölkədə, belə bir sistem formalaşdırılma mərhələsindədir- və onun yaradılmasının tamamlanması dövlət tənzimlənməsi orqanlarının prioritet məqsədlərindən biridir. Müdafiə mexanizmi risk növündən asılıdır. Risklərin yaranma səbəblərinin xarakterinə görə innovasiya, idarəetmə, kredit, valyuta, siyasi, qanunvericilik riskləri və risklərin bir çox digər növləri mövcuddur. Dünya praktikasında istifadə edilən risklərdən müdafiənin əsas metodu- sığortadır.

Maliyyə bazarının bu seqmentində (elementində)- valyuta bazarında ayrı-ayrı ölkələrin dünya iqtisadiyyatı ilə milli iqtisadiyyatın qarşılıqlı əlaqəsi. Azərbaycanda valyuta münasibətləri sahəsində bazar prinsipləri valyuta üzərində dövlət inhisarı ləğv edildikdən sonra tətbiq edilməyə başlamışdır, valyuta üzərində dövlət inhisarı zamamı dövlət valyuta dəyərlərinin yeganə hüquqi sahibi idi, xarici valyuta əməliyyatları aparmaq üçün müstəsna hüquqa malik idi. Valyuta üzərində dövlət inhisarı ləğv edildikdən sonra Azərbaycannın daxili valyuta bazarının yaradılmasına, onun fəaliyyəti üçün normal şəraitin təmin edilməsinə yönəldilmiş dövlət tənzimləyici tədbirlərə ehtiyac yaranmışdır. Bu cür tədbirlər üçün normativ-hüquqi baza 9 oktyabr 1992-ci il tarixli "Valyuta tənzimi və valyuta nəzarəti haqqında" Qanunu oldu, bu Qanuna uyğun olaraq dövlətin tənzimləyici funksiyaları iki istiqamətdə aparılmalıdır:


  1. valyuta bazarında təşkilat fəaliyyəti mexanizminin formalaşdırılması;

  2. onun ölkənin sosial-iqtisadi inkişafının tələblərinə uyğun olan vəziyyətinin təmin edilməsi, onun maksimum sürətləndirilməsi.

Qanunda hüquqi və fiziki şəxslərin (rezidentlərin və qeyri-rezidentlərin) valyuta sərvətləri üzərində mülkiyyət hüququ təsbit edilmişdir,bu hüquq dövlət tərəfindən , digər obyektlər(intellektual, maddi, maliyyə və s.) üzərində mülkiyyət hüququ kimi qorunur. Valyuta sərvətlərinin sahiblərinə valyuta ilə alqı-satqı əməliyyatları və digər valyuta əməliyyatları aparılması hüququ verilmişdir yəni valyuta bazarının subyektlərinin funksiyalarını yerinə yetirmək hüququ. Valyuta bazarının fəaliyyətini təmin edən müvafiq maddi infrastrukturda yaradılmışdır : səlahiyyətli kommersiya bankları, valyuta mübadiləsi məntəqələri, valyuta birjaları və s.

Qanuna uyğun olaraq xarici valyutada xarici valyutanın və qiymətli kağızların tədavülünün sahəsini və xarakterini müəyyən edir, xarici valyutanın tədavül prosesinin təşkili və tənzimlənməsinə yönəldilmiş normativ aktlar dərc edir, rezidentlər və qeyri-rezidentlər tərəfindən Azərbaycan Federasiyasının xarici valyuta əməliyyatları Azərbaycan Federasiyasının xarici valyutası ilə əməliyyatların aparılması qaydalarını , valyutanın və xarici valyutada qiymətli kağızların ötürülməsi, idxalı, köçürülməsi qaydalarını, eləcə də alyuta sərvətlərinin çıxarılması və göndərilməsi qaydalarını və s. müəyyən edir.

Xarici valyuta bazarı 1992-ci ildə formalaşmışmağa başlamışdır. Valyuta bazarının fəaliyyətə başlaması ilə xarici valyutanın alğı-satqı prosesi iki növ müəssisələr tərəfindən xidmət olunmuşdur- valyuta birjaları və səlahiyyətli kommersiya bankları tərəfindən. Birjaların xarici valyuta bazarının iştirakçıları kimi fəaliyyətinin xüsusiyyətləri onunla ifadə olunur ki, onlar, valyuta alqı-satqısının bilavasitə subyektlərinin deyil, yalnız valyuta alıcıları və satıcıları arasında vasitəçi, valyuta əməliyyatları aparıldığı ticarət meydançası funksiyasını yerinə yetirir. Valyuta bazarının Ikinci iştirakçısı- səlahiyyətli kommersiya bankları- valyuta ticarətinin birbaşa iştirakçılarıdır, yəni vasitəçilər olmadan valyuta alışı və satışı əməliyyatlarını yerinə yetirlər. Beləliklə xarici valyuta bazarının strukturu iki sektordan ibarətdir- birja və birjadankənar (banklararası). Idarəetmə, tənzimləmə, nəzarət obyektləri kimi onlar ekvivalent deyil. Birja ticarətinin təşkili daha nizama salınmışdır: Birjalar öz funksiyalarını qəti müəyyən edilmiş qaydalar üzrə yerinə yetirir, birja valyuta əməliyyatları haqqında məlumatı rəsmi statistika orqanları əldə edə bilər və onlar onu mətbuatda dərc etdirə bilər. Banklararası bazarda xarici valyutanın alınması və satılması şərtləri müstəqil şəkildə onun iştirakçıları tərəfindən müəyyən edilir. Buna görə də, onların effekti uzun davam edə bilməz. Valyuta intervensiyası mütəmadi olaraq nisbətən uzun müddət ərzində istifadə edilsə rəsmi valyuta məzənnəsinin real məzənnədən süni ayrılmasının yaranması və sonradan səviyyəsinin kəskin dəyişməsi(sıçrayışı) və bundan irəli gələn bütün mənfi sosial-iqtisadi nəticələr qaçılmazdır.

Mərkəzi Bank, digər dolayı təsir vasitəsindən-uçot faizi dərəcəsindən istifadə edərək valyuta məzənnəsinə təsir göstərə bilər. Əgər dərəcə artırsa, xarici təklifi kapital axınının artması nəticəsində artır, və beləliklə, milli valyuta məzənnəsi artır. Azalan dərəcə şəraitində kursun əks hərəkatı yaranır. Fiziki şəxslərə xarici valyutanın satışı zamanı onlardan satış həcminin 1% məbləğində vergi tutulur, lakin əsasən bu vergi fiskal funksiyaları həyata keçirir. Fiziki şəxslər tərəfindən xarici valyutanın satışı vergiyə cəlb edilmir. Beləliklə valyutanın əhalidən bank sektoruna əks hərəkəti üçün müəyyən stimul yaradılmışdır.

Tətbiq olunan dövlət valyuta dövlət tənzimlənməsinin Inzibati metodlarından valyuta dəhlizinin yaradılmasını geyd etmək lazımdır. Onun mahiyyəti ondan ibarətdir ki, qanunvericilik formasında müəyyən bir dövr üçün valyuta məzənnəsinin maksimum və minimum səviyyəsi müəyyən edilir və bu müddət bitdikdən sonra məzənnə dəhlizi parametrləri valyuta sahəsində dəyişmiş şərtlərə uyğun olaraq dəyişirlər. Rəsmi valyuta məzənnəsi müəyyən edilmiş səviyyələrdən kənara çıxmamalıdır Valyuta məzənnəsi dinamikasının valyuta dəhlizi çərçivəsində baş verməsi üçün, Mərkəzi Bank valyuta müdaxiləsi alətindən istifadə edir. 1995-1998 illərdə Azərbaycanda məzənnə dəhlizindən istifadə təcrübəsi dövlət valyuta tənzimlənməsinin bu alətinin obyektiv şəraitə, formalaşan bazar iqtisadiyyatı prinsiplərinə münasibətdə qeyri-adekvatlığını göstərmişdir. Dollar məzənnəsinin artımının qarşısının süni alınması (və müvafiq olaraq rublun məzənnəsinin düşməsi) bu valyutaların real nisbətini təhrif etmişdir və bu səbəbdən də təsərrüfat subyektlərinin fəaliyyətini həm ölkə daxilində, xüsusilə xarici iqtisadi fəaliyyətini yanıltmışdır. Valyuta məzənnəsi əmtəə qiymətlərinin (pulla ifadə edilmiş), bir növüdür(spesifik olmasına baxmayaraq), və buna görə də onun bazar şəraitinda , və formalaşmasının adekvat forması- üzəndir, yəni o, digər qiymət növlərindən eyni qaydada formalaşmalıdır(tələbat və təklif, dəyər formalaşdıran faktorlarının təsiri altında).

Valyuta bazarının inzibati-hüquqi tənzimlənməsinin digər, daha effektiv aləti valyuta bazarında rubl müqabilində ixrac valyuta mədaxilinin məcburi satışının normativinin təyin edilməsidir. Uzun müddət bu standart 50% səviyyəsində müəyyən edilmişdir. 1995-ci ilin ortalarına qədər bu normativin böyük bir hissəsi(30-40 %-dək) Mərkəzi Bankın respublika valyuta ehtiyatlarına satılmışdır. 27 iyun 1995-ci ildən etibarən ixracatçılardan valyuta gəlirlərini normativ daxilində satmaq tələb olunurdu(seçim əsasında birja və ya banklararası bazarda ), yəni satış ixracatçılar üçün daha sərbəst və buna görə də daha sərfəli oldu. Müəyyən edilmiş normativin xüsusi əhəmiyyəti onunla müəyyən edilir ki, malların və xidmətlərinin ixracından valyuta daxilolmaları- ölkənin valyuta ehtiyat fondunun formalaşdırılmasının əsas mənbəyidir. Normativ Mərkəzi Banka, birincisi, bazarda müəyyən ölçüdə sabit valyuta təchizatının həcmini təmin etmək üçün, İkincisi isə , ixracatçılar tərəfindən valyutanın ölkə hüdudlarından kənarda satışının həyata keçirilməsinin qarşısını almaq üçün imkan yaratmışdır.

Dövlət valyuta tənzimlənməsinin miqyası, intensivliyi, tənzimləmə alətlərinin toplusu hökumətin, Mərkəzi Bankın pul siyasətinin məzmunu və istiqamətindən asılıdır, onlar isə ölkədə iqtisadiyyatın vəziyyətindən, valyuta bazarında vəziyyətin xarakterindən asılıdır. Azərbaycan valyuta bazarının mövcudluğunun, nisbətən qısa müddəti ərzində valyuta siyasətində və dövlət valyuta tənzimlənməsi mexanizmində əhəmiyyətli dəyişikliklər baş vermişdir. Ən əhəmiyyətli dəyişikliklər 1998-ci ilin maliyyə böhranından sonra baş vermişdir; Bu hadisəya qədər Azərbaycan Mərkəzi Bankı valyuta sahəsində əsasən liberallaşdırma siyasətini həyata keçirmişdir, bu da ki xüsusilə səlahiyyətli kommersiya banklarına daha çox muxtariyyət verilməsində, onların fəaliyyətinə nəzarətin zəifləməsində və s. özünü büruzə vermişdir. Valyuta bazarı əsasən kortəbii inkişaf etmişdir.

Valyuta bazarının böhran vəziyyətindən çıxışını təmin etmək üçün Hökuməti və Azərbaycan Mərkəzi Bankı tərəfindən dövlətin tənzimləyici tədbirlərinin gücləndirilməsinə , valyuta bazarının vəziyyətinin nəzarətinə yönəlmiş tədbirlər kompleksi hazırlanmışdır. Bu tədbirlərin həyata keçirilməsi liberallaşdırma siyasətindən imtina deməkdir. Belə ki, 16 sentyabr 1998-ci ildən etibarən ixracatçılar valyuta mədaxilinin yarısını yalnız fond bazarında satmağa borcludurlar. Bu, valyuta gəlirlərinin satışına nəzarət üçün daha əlverişli şərait yaratmışdır, ona görə ki valyuta birjalarının fəaliyyəti kommersiya bankları ilə müqayisədə daha açıqdır. 1998-ci il 31 dekabr tarixindən etibarən ixrac valyuta mədaxilinin məcburi satış normativi 50-dən 75%-ə qaldırılmışdır.

Azərbaycan Mərkəzi Bankı tərəfindən valyuta bazarının ,valyuta birjalarının vəziyyətinə , valyuta sahəsində kommersiya banklarının fəaliyyətinin xarakterinə, nəzarət-tənzimləmə təsiri artırmaq istiqamətində digər tədbirlərdə həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində valyuta bazarının normal fəaliyyəti bərpa edilmiş, valyuta tələbatı və təklifi arasında nisbi balans əldə edilmiş, Mərkəzi Bankın qızıl-valyuta ehtiyatları artmışdır, rublun məzənnəsinin dinamikası nəzarət edilən olmuşdur.

Bu müddət ərzində valyuta bazarının xarici iqtisadi əlaqələrin xidmət olunmasında rolu əhəmiyyətli dərəcədə artmışdır, hal-hazırda birja valyuta bazarında əməliyyatların ümumi həcminin 60%-dan çoxu xarici iqtisadi əlaqələrlə bağlıdır, birja valyuta bazarı böhrandan sonra ı valyuta bazarının əsas sektoruna çevrilmişdir. (3) Kommersiya banklarının spekulyativ gəlir əldə etmək məqsədilə əməliyyatlarının həyata keçirilməsi sahəsində imkanları xeyli azalmışdır. Ölkədə vahid regionlararası valyuta bazarı formalaşmışdır. Bu valyuta bazarının mərkəzləşdirilmiş dövlət tənzimlənməsi imkanlarını, valyuta əməliyyatları üzərində nəzarət, regional valyuta bazarları arasında əməkdaşlığın gücləndirilməsi imkanlarını artmışdır və bununla da onların hər birinin və bütün ümum Azərbaycan bazarının fəaliyyətinin səmərəliliyinin artırılması imkanları çoxalmışdır. Valyuta bazarının idarə olunmasında daha yüksək səmərəliliyə nail olmaq üçün , burada bazar iştirakçılarının özlərinin rolunun artırılması üçün 20 oktyabr 1999 il tarixində Milli Valyuta Assosiasiyası yaradılmışdır.




NƏTİCƏ

Dünya təcrübəsi bir mənalı göstərir ki, bazar sisteminin monetar tənzimlənməsi iqtisadi inkişafın müxtəlif pillələrində fərqli prinsip, vasitə və mexanizmlər vasitəsilə reallaşdırılmış və sosial-iqtisadi proseslərin tənzimlənməsində oynadığı rol fərqli olmuşdur. 1929-1933-cü illərin böyük durğunluq illəri əslində bazar iqtisadiyyatının monetar tənzimlənməsinin iflası kimi tarixə daxil olmuşdur. bu illərdə Con Meyn Keyns təliminə uyğun olaraq iqtisadiyyatların fiskal, başqa sözlə büdcə vergi tənzimlənməsi həlledici bir model kimi gündəmə gəldi. Çünki, təcrübə göstərdi ki, böhrandan ancaq pul-kredit siyasətini təkmilləşdirmək. monetar siyasətlə qısa müddətdə böhrandan çıxış mümkün olmayacaqdır. Təxminən 30 ildən çox bir dövr ərzində inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində iqtisadi proseslərin tənzimlənməsinin büdcə mexanizmi həledici bir sistem kimi fəaliyyət göstərmişdir.

XX əsrin 70-ci illərində dünya ölkələrində yenidən monetar prinsiplərə söykənən nəzəriyyələr güclənməyə başladı. Doğrudur, hətta fiskal tənzimləmənin hökmran bir ideya olduğu halda belə, Fon Fridrix Hayerq kimi iqtisadçılar fiskal tənzimləmə prinsipini qəbul etmir və belə hesab edirdilər ki, ancaq monetar tənzimləmə yolu ilə böhrandan çıxmaq olar. 1976-cı ildə Nobel mükafatlar laureatı Milton Fridmen və Şvars fundamental bir tədqiqat əsəri yazaraq sübut etdilər ki, son 100 ildə Amerikada baş verən (1867-1963-cü illər) bütün böhranların əsasında səhv pul-kredit siyasəti durur. Sonrakı illərdə bu nəzəriyyə Amerikada «Reyqonomika», İngiltərədə «Tetçerizm» və «Vaşinqton Konsersium» kimi modellərdə əsa sbir sistem kimi götürüldü. Monetar tənzimləmə ümumi halda tədavüldə olan pul kütləsinin həcmini, ölkənin milli valyutasının məzənnəsini dəyişdirmək və ya tənzimləmək yolu ilə iqtisadi prosesləri idarə etməyə əsaslanır.

Tədqiqat işində belə nəticəyə gəlinir ki, pul-kredit siyasətinin mahiyyətini daha düzgün dəyərləndirmək, onun iqtisadi-sosial proseslərə təsirini obyektiv qiymətləndirmək üçün ölkədə iqtisadi ədəbiyyatda M-0, M-1, M-3, M-4 pul kütlələri formasının həcmini düzgün müəyyənləşdirmək və onların iqtisadi inkişafa təsirini yaxşılaşdırmaq üçün mümkün qədər onların hər birinin miqdarını düzgün müəyyənləşdirmək lazımdır. Azərbaycan müstəqil dövlətə çevrildikdən sonra qısa müddət ərzində özünün pul-kredit siyasətini formalaşdırmalı idi. Bu dövrdə əsas xarakterik cəhət ondan ibarət idi ki, ölkənin maliyyə ehtiyatları hədsiz dərəcədə məhdud idi, ölkə valyutasının dönərlilik qabiliyyəti çox aşağı idi, 1993-cü ildə illik inflyasiya 1250%, 1994-cü ildə 1850% olmuşdur. Bu illərdə likvid olmayan kreditlərin böyük həcmdə verilməsi ölkənin pul-kredit siyasətini daha da yararsız hala saldı. Azərbaycanda pul-kredit siyasətinin formalaşması və imkanlarının genişlənməsi ölkəmizdə «Əsrin müqaviləs»nin bağlanması nəticəsində ölkəyə külli miqdarda xarici investisiyaların daxil olması monetar siyasətin tənzimləmə funksiyalarını xeyli yüksəltməyə imkan verdi. Nəhayət, 2000-ci ildən başlayaraq ölkənin valyuta ehtiyatları artdı, manatın dönərliliyi yüksəldi və monetar tənzimləmə imkanları kəskin artdı. Ölkədə monetar siyasət tənzimləyici orqan kimi Mərkəzi Bank tərəfindən həyata keçirilir. Mərkəzi Bank dövriyyədə olan pul kütləsinin həcmini tənzimləmək, açıq bazarda əməliyyatlar aparmaq, maliyyə bazarına fəal müdaxilə etmək, faiz dərəcəsini dəyişmək, diskont siyasət yeritməklə monetar siyasətin səmərəli reallaşmasını təmin etmişdir.

Monetar siyasət reallaşdırılarkən hökmən o fiskal siyasətlə qarşılıqlı əlaqə və asılılıqda tətbiq edilməlidir. Əks təqdirdə ölkənin maliyyə təhlükəsizliyini təmin etmək mümkün olmur. Təhlil göstərdi ki, 2008-ci ildən dünyanı bürüyən qlobal maliyyə böhranı öz təsirini Azərbaycana da göstərdi və ölkəmizdə də manatın məzənnəsi pul-kredit siyasəti dəyişən siyasətə uyğun təkmilləşdirilməsi zərurəti yarandı. Araşdırmalar göstərir ki, Azərbaycanda son illərdə pul-kredit siyasətinin effektliliyinin təmin edilməsində 1999-cu ildə yaradılmış Neft Fondu bu gün də müstəsna rol oynayır. Belə ki, büdcə balansının gözlənilməsində, onun imkanının artırılmasında büdcəyə Neft Fondundan ayrılan transferlər müstəsna rol oynamışdır.

Magistr dissertasiya işində edilən ümumiləşdirmələr belə qənaətə gəlməyə əsas verdi ki, ölkəmizdə yaxın gələcəkdə monetar tənzimləmə sistemini səmərəli həyata keçirmək üçün manatın iki ildə iki dəfə devalvasiya edilməsi və üzən valyuta sisteminə keçirilməsi bu gün artıq öz müsbət nəticələrini verir. Yaxın perspektiv üçün ölkəmizdə monetar tənzimləmə siyasətinin əsas prinsipləri ölkə prezidentinin 16 mart 2016-cı il tarixdə qəbul etdiyi «Milli iqtisadiyyat və onun əsas sektorlarında strateji yol xəritəsinin əsas istiqamətləri»ndə müəyyənləşdirilmişdir. Həmin sərəncamda Azərbaycanda strateji hədəflər. prioritetlər müəyyənləşdirilmiş, GİZİT təhlil və 360 dərəcə diaqnostika araşdırmaları nəticəsində monetar və fiskal tənzimləmənin səmərəli nisbətdə tətbiqi ilə bağlı konkret müddəalar müəyyənləşdirilmişdir. Ümumən biz, onların işin yazılışı gedişində nəzərə almağa çalışmışıq.




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin