III FƏSİL. İQTİSADİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİNDƏ GÖMRÜK ORQANLARININ İŞTİRAKI. 3.1.İdxal rüsumlarının təkmilləşdirilməsi istiqamətləri
Ölkədə idxal rüsumlarının müəyyənləşdirilməsi hər bir dövlətin7 iqtisadi maraqlarından irəli gəlir və onu müdafiə edir. Keçid iqtisadiyyatlı ölkələrdə idxal rüsumlarının müəyyən olunmasında mühüm rol oynayır. Belə ki, idxal rüsumlarının müəyyən edilməsinində hər bir ölkənin iqtisadi inkişaf səviyyəsi, dövlət büdcəsi imkanları, yəni büdcənin idxaldan asılılıq dərəcəsi və s. məsələlərində özünü göstərir. Bu isə ölkənin iqtisadi təhlükəsizliyində müstəsna rol oynayır.
İdxal gömrük rüsumları ölkəyə gətirilən malların optimal strukturu formalaşdırır, təsərrüfat fəaliyyətinin nəticəsinə təsir edir,qiymət əmələgəlmənin tərkib hissəsi kimi özünü göstərir.Bundan əlavə, xarici rəqabətdən milli iqtisadiyyatın sahələrini qoruyur, fəal xarici ticarətin aparılmasına imkan yaradır, gömrük ittifaqı və azad ticarət zonasının formalaşmasına xidmət edir, ölkədə idxal və ixracın əlverişli nisbətinə təsir göstərərək valyuta laxil olmalarını və xərcləri formalaşdırır və səmərəli xarici ticarət balansına kömək edir. Bütün bunlar isə büdcənin mədaxil hissəsində mühüm rol oynayır.
Ölkədə idxal gömrük rüsumları özünün iqtisadi mahiyyəti və xarakterinə görə xarici ticarət dövriyyəsinin tənzimlənməsində bazar aləti kimi çıxış edir. Qeyd etmək lazımdlr ki, vergilər kimi gömrük vergilərinin yuxarı səviyyəsi əmtəələrin qiymətini artırır, onun rəqabət qabiliyyətini isə azaldır. Ölkədə idxal rüsumlarının qiymət əmələ gətirmə rolu idxal əmtəəsinin dəyərini qaldıran qiymət səddinin yaradılmasına görə daha çox diqqəti cəlb edir.
Belə ki, rüsum ölkədə proteksionizm vasitəsidir. Rüsum, ölkə iqtisadiyyatının və sahələrinin təkcə inkişaf etməkdə olan dövlətlərdən deyil, həm də inkişaf etməkdən özünü qoruma kimi istifadə edilir. Məhsulların emal dərəcəsinin yüksəlməsinə görə rüsum normalarının artırılması ondan xəbər verir ki, gömrük vergi qoyması emal sənayesini müdafiə etməyə istiqamətlənib.
Qeyd etmək lazımdır ki, «Gömrük tarifi haqqında» qanun, əmtəələrin gömrük ərazisindən yerdəyişmələri zamanı onlara rüsum qoyma qaydalarını müəyyən etməklə, nominal rüsum normalarını vurğulayır. Belə ki, belə yanaşma müəyyən dəqiqləşdirmə tələb edir. Tarif proteksionizminin səmərəliliyi təkcə ölkə idxal olunan analoquna rüsumun mütləq kəmiyyəti ilə deyil, eləcə də onun qiymət strukturu ilə müəyyən olunur. Başqa sözlə , xarici hazır məhsulun və ya yarımfabrikatın idxalı zamanı qoyulan rüsum faktiki tarif müdafiəsinin daha yüksək səviyyəsini təmin edə bilər. Tutaq ki, pambıq parça ipliyi istehsal edilir və rüsumla müdfiə olunmayan bazarda 2 tonunun qiyməti 2000 dollar olmaqda satılır. Bu qiymətin yarısı çiyidli pambığın idxalı üzrə xərclərdən əmələ gəlir, digər yarısı-emalla əlavə olunan dəyərdir. Xarici ipliyə 10% həcmində rüsumun tətbiq edilməsi ölkə sahibkarına öz ipliyinin daxili qiymətini 210 dollara qədər qaldırmaq imkanı verir. Əvvəlki kimi rüsumsuz idxal olunan çiyidli pambığa çəkilən xərclər 500 dollar təşkil edir. Belə ki, iplik istehsalçısının əldə etdiyi vəsait 200 dollar artacaq və xammala çəkilən xərcləri çıxmaqla 700 dollar təşkil edəcəkdir. Burada, 10% rüsum məhz pambığın ipliyə emalı mərhələsini müdafiə edir. Göstərilən misalda milli pambıqəyirmə sənayesinin real müdafiəsi səviyyəsini təyin etmək üçün xarici iplikdən tutulan rüsumun onun bütün qiymətnə deyil, yalnız çiyidli emalı ilə əlavə olunmuş dəyərə aid etmək lazımdır. Belə vəziyyətdə əyirmə istehsalının faktiki müdafiə səviyyəsi nominal tarif kəmiyyətindən iki dəfə artıq olar və 30% təşkil edər. Bu şəkildə hesablanmış rüsum normasını gömrük tarifindən göstərilmiş nominal normadan fərqli olaraq «effektiv norma» adlandırmaq olar.
Tədqiqatlar göstərir ki, tarif müdafiəsinin real səviyyəsi nominal vergiqoyma həcmini xeyli ötüb keçir və hətta hazır məlumatlar rüsumların nisbi aşağıdakı nominal normaları qadağanedici olur. Belə ki, gömrük rüsumları normalarının nominal normalar və effektiv normalar olmaqla gömrük tariflərinin normativ bazarını hazırlayan gömrük tarifi tərtibçilərinə, qanunvericiliyə əmtəə istehsalı və istehlakı strukturunda mütərəqqi dəyişikliklər üçün lazımi şərait yaranır.
Ölkədə idxal rüsumunun səmərəliliyi əmtəənin ölkənin daxili bazarındakı və dünya bazarındakı qiymətləri nisbətindən xeyli dərəcədə asılıdır. Tutaq ki, müqayisə edilən növ avtomobillərin qiyməti dünya bazarında 6 min dollar və ölkənin daxili bazarında 8 min dollardır. Bu halda xarici markaların idxalda effektiv maneə təxminən 40% dərəcəli rüsum ola bilər (o, gətirilən maşınların qiymətini 8,5 min dollara qədər artırar). Qiymətlərdəki fərq çox olmadığı halda vəziyyət başqa cür olur. Belə ki, dünya bazarında maşının qiyməti 6,5 min dollar müəyyənləşərsə, 7-9% həcmində rüsum effektiv proteksionizm maneəsi ola bilər. Dünya bazarının qiymətlər səviyyəsi tarazlanır və bu nisbi yüksək olmayan idxal rüsum normalarını səmərəli proteksionizm vasitəsi olur.
Respublikamızın xarici dövlətə gətirilən əmtəənin yolunda gömrük maneəsi nə qədər yüksəkdirsə, ixracatçı müəssisə üçün xarici ticarət əməliyyatlarından yüksək mənfəət səviyyəsini təmin etmək o qədər çətindir. Belə ki, zəif prteksionizmi təmin edə bilən tarif normasının yuxarı həddi necədir: iqtisad elmi təsərrüfat təcrübəsinin qoyduğu bu suala, hələ ki dəqiq cavabı yoxdur. Belə olduqda güman edilən xarici ticarət əməliyyatlarından mənfəət həcmini üstələyən idxal gömrük rüsumu norması əmtəənin ixracına mane ola bilər. Ölkədə idxal rüsumlarının səviyyəsini qiymətləndirərkən, rüsum normasını xarici ticarət əməliyyatlarından əldə edilən mənffətin qiyməti ilə müqayisə etmək olar. Bu cür müqayisə həmin normanın yüksək və ya aşağı olması sualına cavab vermək üçün obyektiv meyardır. Rentabelliyin orta səviyyəsi haqqında məlumat üçün oriyentir mərkəzi bankın uçot norması ola bilər. Belə ki, 80-ci illərdə inkişaf etmiş kapitalist çoxunda uçot norması illik 5-7-% səviyyəsində, ayrı-ayrı hallarda isə 9% olmuşdur. 90-ci illərdə uçot norması 12-15%-ə qədər qalmışdır. Yaranmış şəraitdə 10%-dən yuxarı gömrük rüsumları yüksək, 7-25%-li rüsumlar isə orta hesabla oluna bilər.
Qeyd etmək vacibdir ki, gömrük tarif normaları iqtisadi konyukturanın pisləşməsi dövrünedə, xüsusilə böhran illərində, adətən artır, işgüzar fəaliyyətin yüksəlişi dövründə isə aşağı düşür. 60-ci illərin axırlarından başlayaraq uzun müddət ərzinjə İEÖ-də istehsalın artması, beynəlxalq mübadilənin genişlənməsi və onun strukturunda keyfiyyət dəyişiklikləri müşahidə edilmirdi. Hal-hazırda inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrdə məhsuldar əməyin, daxili və xarici ticarət qiymətləri səviyyəsinin özünəməxsus tarazlaşması baş verirdi. Göstərilən meyllər bir sıra ölkələrin valyutalarının möhkəmlənməsi ilə onların dönərliyinin bərpası ilə müşayiət olunurdu. Belə ki, İEÖ-in gömrük tariflərində idxal rüsum normalarının azaldılması üçün, 40-cı illərin sonu, 50-ci illərin əvvəllərindəki səviyyəsi ilə müqayisədə obyektiv baza yaratdı. QATT Katibliyinin hesab göstəricisi ABŞ-da, Qərbi Avropa ölkələrində və Yaponiyada mühariöədən sonrakı illərdə 25-30%-dən 80-ci illərin əvvəlində 10-12%-ə qədər və 90-cı illərin ortalarında 3-5% aşağı düşmüşdür.
Beiə ki, dünyada İEOÖ-r, iqtisadi cəhətdən İEÖ-lə müqayisədə daha yüksək rüsumlardan istifadə edirlər. Deyilənləri aşağıdakı cədvəl məlumatların bir daha təsdiq edir.
Dünyanın bəzi ölkələrdə sənaye mallarının idxal rüsumları (%-lə)10
Malların adı
|
Paksitan
|
Braziliya
|
ABŞ
|
Avropa Birliyi
|
Dəsmal və digər məmulatlar
|
80-100
|
60
|
25-90
|
5
|
Boru və digərləri
|
80
|
30
|
6-33
|
6-13
|
Akril plastmas
|
1 kq 7 quru
|
40
|
4,2-37
|
12,5-21
|
Minik maşınları
|
80-425
|
65
|
2,5-10
|
10-29
|
Yük maşınları
|
80
|
65
|
8,5-25
|
5-28
|
Diqqət yetirsək, Pakistanla Avropa Birliyi ölkələri arasında çox böyük fərq vardır. İEOÖ-də idxal rüsumlarının yüksək olmasının əsas səbəbi, ölkə sənayesini xarici rəqabətdən qorumaqdır. Respublikamızda öz sənayesini xarici rəqabətdən qorumaq üçün hələlik bu üsuldan müdafiə edir. Respublikanın iqtisadi inkişafı ilə idxal rüsumlarının miqdarı tərs mütənasibdir.
Respublika Nazirlər Kabineti idxal və ixrac gömrük rüsumlarının dərəcələrini təyin edir. Ölkəmizin əlverişli ticarət rejimi tətbiq edildiyi ölkənin malları üçün idxal və ixrac gömrük rüsumlarının dərəcələrinin son həddi respublikanın Milli Məclisi tərəfindən müəyyən olunur. Lakin əlverişli ticarət rejimi tətbiq olunmayan ölkələrin mallarına və mənşə ölkəsi müəyyənləşdirilməyən mallara idxal gömrük rüsumlarının dərəcələri iki dəfə artırılır.
Belə ki, idxal gömrük rüsumları bütün dövlətlər tərəfindən xarici bazarlarda ticarət-siyasi rəqabət vasitəsi kimi istifadə olunur. Xarici ölkələrin bütün dövlətləri öz ixracatçılarının xarici şəraitini yaxşılaşdırmağa can atırlar. Diqqət yetirsək 1995-ci ilin yazında ABŞ hökuməti Avropa Birliyinə xəbərdarlıq etdi ki, əgər Amerika kənd təsərrüfatı məhsullarının AB-jə reallaşdırma şəraiti yaxşılaşdırılmazsa, yəni kənd təsərrüfatı mallarının milli istehsalında dövlət subsidiyalaşdırma azaldılmazsa (AB-in büdcənin məxaric hissəsinin 70%-dən çoxu kənd təsərrüfatının dotasiyasına gedir), Birləşmiş Ştatlar AB-dən gətirilən mallara idxal rüsumlarını kəskin surətdə artıracaqdır. Digər bir misal, 90-ci illərin sonunda Amerika-Belə ki, Yaponiya müharibələrini nümayiş etdirir. Belə ki, yaponiyanın amerika mallarının idxal şəraitini yaxşılaşdırmaqla etirazına cavab olaraq ABŞ hökuməti Yaponiya mallarının çoxuna, ilk növbədə. Məişət radiotexnika və inteqral sxemlərə idxal rüsumlarını təqribən 100% artırırdı. Sonda ticarət danışıqları aparıcı və danışıqlar prosesində Amerika mallarının Yaponiyaya idxal şəraitini yaxşılaşdırmaq barədə razılaşma əldə etdilər.
Respublikada mallara idxal rüsumları qoyulması səviyyəsinin müəyyən qədər aşağı düşməsinə baxmayaraq, idxal gömrük rüsumları öz ticarət-siyasi rolunu saxlamaqdadır. Gömrük tarif problemləri dünyanınticarət-siyasi danışıqlarında digər məsələlərin hamısından daha çox vaxt alır. Belə ki, QATT-ın 45 illik mövcudluğu dövründə tariflər üzrə çoxtərəfli danışıqlar turu ümumilikdə 30 il vaxt aparmışdır.
Respublikamızda idxal gömrük rüsumları potensialının təyin edilmə prosesi iki mərhələdən keçir.
I mərhələdə əmtəələrin qruplar üzrə ortalaşdırılmış daxili (topdansatış) və dünya qiymətləri arasında mövcud fərq nəzərdə tutulur.
II mərəhələdə normalar adətənaşağıdakı meyarlar üzrə dəqiqləşdirilir11:
- ölkədə bütövlükdə dövlətin iqtisadi maraqları;
- ölkədə milli istehsalçıların və istehlakçıların maraqlarının nəzərə alınması;
- ölkədə əmtəələrin idxalında ölkə iqtisadiyyatının tələbatının müəyyən edilməsi;
- ölkədə idxalın ölkə məhsulu ilə əvəzedilmə imkanı və məqsədyönlü;
- respublikada istehsal kooperasiyasının birbaşa əlaqələr saxlaması;
- əmtəələrin idxalının, onların emal dərəcəsindən asılı olaraq, həvəsləndirilməsi və ya onun qarşısının alınması;
- respublikada xammal və komponentlərin idxalı üçün güzəştlər vasitəsilə idxal təyinatlı malların istehsalına kömək edilməsi;
- ölkədə ayrı-ayrı malların idxal məhdudluğunun və ya onların idxalından dövlət büdcəsinin gəlirlərinin artırmaq məqsədəyönlüyü;
- respublikada dövlətlərarası ticarət danışıqlarında müqabil güzəşt əldə etmək üçün rüsum səviyyələri ilə manevretmə imkanı.
Qeyd etmək lazımdır ki, tarif formalaşmasında bir neçə başlıca istiqaməti fərqləndirmək olar ki, tarifin təsir qüvvəsi onlardan asılı olar:
1.Respublikada tətbiq edilən gömrük rüsumları növlərinin seçimi;
2.Tarif strukturunun formalaşdırılması;
3.Tarif təsərrüfatı sisteminin yenidən işlənməsi;
4.Qiymət müəyyənetmə metodikasının hazırlanması;
5.Rüsum tutulması məqsədilə idxal əmətəsinin mənşə ölkəsinin təyini.
Qeyd etmək lazımdır ki, idxal və ixrac tarifləri hər bir məhsulun dünya bazarında reallaşdırılmasında mühüm rol oynayır. Məhz buna görə aşağıdakı cədvəldə dünya bazarında idxal və ixrac tariflərinin təsirinə nəzər salaq.
Respublikada idxal-ixrac tarifi12
|
İdxal tarifi
|
İxrac tarifi
|
Dünya bazarında idxalın nisbi qiymətləri
|
Aşağı düşür
|
Yüksəlir
|
Dünya bazarında ixracın nisbi qiymətləri
|
Yüksəlir
|
Aşağı düşür
|
Ticarət şəraiti
|
Yaxşılaşır
|
Pisləşir
|
İdxal mallarının daxili qiyməti
|
Yüksəlir
|
Dəyişmir
|
İxrac mallarının daxili qiyməti
|
Dəyişmir
|
Yüksəlir
|
İxrac mallarına olan daxili tələb
|
Dəyişmiş
|
Azalır
|
İdxal mallarına olan daxili tələb
|
Azalır
|
Dəyişmir
|
Görünüyü kimi, dünya bazarında idxalın nisbi qiymətlərinə idxal tarifi təsir etdikdə aşağı düşür, ixrac tarifə təsir etdikdə əksinə:
Belə ki, dünya bazarında ixracın nisbi qiymətlərinə idxal və ixrac tarifləri təsir etdikdə I prosesin əksi baş verir;
Qeyd etmək lazımdır ki, ixrac tarifi ticarət şəraitini pisləşdirir, idxal tarifi isə yaxşılaşdırır;
Bundan başqa idxal mallarının daxili qiymətinə gəldikdə görünür ki, idxal tarifinə məruz qalanda yüksələr və əksinə;
Qeyd etmək lazımdır ki, ixrac mallarının daxili qiymətində isə II prosesin əksi baş verir;
Bu isə sonda ixrac mallarına olan daxili tələb idxal tarifində dəyişmir, ixrac tarifində isə azalır.
Bundan əlavə idxal mallarına olan daxili tələblərə isə III prosesin əksi baş verir.
Məlumatlardan göründüyü kimi idxal rüsumları mürəkkəb tənzimlənmə mexanizminə malikdir.
Azərbaycanda yeridilən rüsum və tarif siyasəti təkcə fiskal vəzifələrin yerinə yetirilməsinə deyil, habelə ümumi iqtisadi maraqların, daxili bazarı qorumaq, dünya iqtisadi inteqrasiyasına qoşulmaq, idxalı əvəzləyən, rəqabətqabiliyyətli milli məhsullar istehsalının stimullaşdırılmasına, ölkənin ixrac potensialının artırılmasına və ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə istiqamətlənib.
Dostları ilə paylaş: |