AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
“MAGİSTRATURA MƏRKƏZİ”
Əlyazması hüququnda
Rüstəmzadə Elvin Bayram oğlu
(Magistrantın a.s.a.)
“Tikiş məmulatlarının keyfiyyət göstəricilərinin optimallaşdırılması
kriteriyaları və proqnozlaşdırılmasının analizi” mövzusunda
MAGİSTR DİSSERTASİYASI
İxtisasın şifri və adı: 060643 – “Çoxişlənən malların texnologiyası mühəndisliyi”
Elmi rəhbər: t.e.d., prof. FƏRZƏLİYEV M.H.
Magistr proqramının rəhbəri: t.e.d., prof. FƏRZƏLİYEV M.H.
Kafedra müdiri: s.ü.f.d. MƏMMƏDOVA L.H.
BAKI - 2015
MÜNDƏRİCAT
səh.
Giriş. Keyfiyyətin mahiyyəti və onun bazar iqtisadiyyatı şəraitində rolu ...............................................................................................................
|
3
|
I FƏSIL.
|
TİKİŞ SƏNAYESİNDƏ KEYFİYYƏTİN İDARƏ OLUNMASININ XÜSUSİ PRİNSİPLƏRİ ........................
|
7
|
1.1.
|
Keyfiyyətin idarə edilməsinin iqtisadi metodları ..................
|
10
|
1.2.
|
Keyfiyyətin idarə edilməsinin texnoloji metodları ...............
|
13
|
1.3.
|
Keyfiyyətin idarə edilməsinin ekspert metodları ..................
|
24
|
|
|
|
II FƏSIL.
|
TƏŞKİLATİ LAYİHƏLƏNDİRMƏ KEYFİYYƏTİN OPTİMALLAŞDIRILMASININ METODU KİMİ ........
|
30
|
2.1.
|
Keyfiyyətin idarə edilməsinin sertifikatlaşdırma təminatı ....
|
33
|
2.2.
|
Keyfiyyətin idarə edilməsinin sənədli təminatı ....................
|
40
|
2.3.
|
Keyfiyyətin idarə edilməsinin informasiya təminatı ............
|
44
|
|
|
|
III FƏSIL.
|
KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNİN OPTİMALLAŞDIRILMASI KRİTERİYALARI ............
|
49
|
3.1.
|
Məhsulun keyfiyyətinin proqnozlaşdırılması metodları .......
|
52
|
3.2.
|
Tikiş məmulatlarının keyfiyyətinin rəqabət qabiliyyəti ........
|
57
|
3.3.
|
Optimallaşdırılmış və proqnozlaşdırılmış məmulatların keyfiyyətinin təkmilləşdirilməsinin analizi ............................
|
67
|
Nəticə və təkliflər .........................................................................................
|
72
|
İstifadə edilmiş ədəbiyyat ............................................................................
|
73
|
XÜLASƏ
|
|
РЕЗЮМЕ
|
|
SUMMARY
|
|
GİRİŞ. KEYFİYYƏTİN MAHİYYƏTİ VƏ ONUN BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ ROLU.
Keyfiyyət çoxlu xüsusiyyətlərə malik olan həcmli, mürəkkəb və universal kateqoriyadır.
Fəlsəfi nöqteyi-nəzərdən keyfıyyət müzakirə olunan obyektin çox mühüm xassəsini göstərir və nəticədə o, spesifik olur, digər obyektlərdən seçilir. Bununla belə keyfıyyət bir çox obyektləri bir ortaya cəmləyir, yəni həmcins edir. Keyfıyyət kateqoriyası insanın obyektiv reallığı dərk etməsinin münasib pilləsini bildirir. Araşdırmanın ilkin mərhələsində obyekt ilk əvvəl hansısa bir xüsusiyyətlə və yaxud bir sıra xüsusiyyətlərlə seçilir. Fəlsəfi nöqteyi-nəzərdən burada xüsusiyyət obyektin keyfiyyətinin müəyyən tərəfinin başqa, qarşılıqlı əlaqədə ola biləcək, obyektlərə münasibətinə yanaşma üsulu kimi izah olunur. Nə qədər ki, hər bir obyekt başqa cisim və hadisələrlə qarşılıqlı əlaqədədir o, külli miqdarda xüsusiyyətlərə malik ola bilər. Ancaq keyfıyyəti xüsusiyyətlər cəmi kimi təyin etmək təşəbbüsü müvəffəqiyyətlə nəticələnmir. Bu, tamamilə konkret maddi obyektlərə aiddir. O ki, qaldı məmulatlara, keyfiyyət kateqoriyası ancaq ayrı-ayrı xüsusiyyətlər demək deyil, o, bu obyektin funksional birlikdə mühüm xüsusiyyətlərinin bütöv xarakteristikasını bildirməlidir.
Keyfiyyətin sosial nöqteyi-nəzəri ayrı-ayrı subyektlərin və yaxud bütövlükdə cəmiyyətin müzakirə olunan obyektə münasibətindən asılıdır.
Keyfiyyətin texniki tərəfi araşdırılan obyektin kəmiyyət və keyfiyyət dəyişikliklərindən asılıdır.
Təhsildə texniki qanunauyğunluq və fiziki, elektromexaniki və digər eyni təyinatlı cisimlərin xüsusiyyətlərinin aşkarlanması araşdırmalar obyekti olurlar. Mühəndis mövqeyindən keyfıyyət seçilən obyektin cəm xüsusiyyətinin hansısa bir etalona görə müqayisəsində araşdırılır.
İqtisadi mövqedən keyfiyyətə, araşdırılan obyektin istehlakı və istehlakın dəyər nəticəsi kimi baxılır. Madam ki, bu və ya digər obyektin keyfıyyətinə tələbat müxtəlifdir, deməli bu obyekt istehlakçılar tərəfındən müxtəlif qiymətləndirilir. Nəticə etibarı ilə iqtisadi nöqteyi-nəzərdən bilmək vacibdir ki, keyfiyyət nə qədər tələbatla uyğunlaşır.
Hüquqi nöqteyi-nəzərdən keyfıyyət obyektin NTS-də müəyyən edilmiş tələblərə cavab verən xüsusiyətlərinin cəmi kimi üzə çıxır.
«Keyfiyyət» termininin müəyyənləşdirilməsində onun anlaşılmasının müxtəlif aspektlərini nəzərə almaq lazımdır. Ancaq ədəbiyyatlarda (istər ölkə, istərsə də xarici) bu suala birtərəfli yanaşma üzündən onun coxlu ifadələrinə rast gəlmək olar. Məsələn, İSO 9000 seriyalı standartlarda keyfıyyət xüsusiyyətlərin birləşməsi və məhsul, yaxud xidmətin xarakteristikası kimi müəyyənləşdirilir.
Bir sıra xarici ədəbiyyat mənbələrində keyfiyyətə istehlakçıların tələblərinə uyğunluq kimi baxılır, bəzən isə keyfıyyət istismara uyğunluq kimi izah olunur. Ancaq keyfıyyətin müəyyənləşdirilməsinə bu cür yanaşma onun yalnız bir tərəfini əks etdirir.
Bunun əsasında məhsulu təsərrüfat fəaliyyətinin əhəmiyyətli nəticəsi kimi üzə çıxan və müəyyən tələbləri təmin etmək üçün əvvəlcədən təyin olunan, bütün müxtəlif maddi dəyərlərin birliyi kimi qəbul etmək lazımdır. Burada məhsul ümumiləşdirilmiş maddi anlayışdır və özündə məmulatları və texnologiyaları birləşdirir.
Bazar və rəqabət şəraitində dünyanın inkişaf etmiş ölkələri yüksək keyfiyyəti strateji ticarət simvolu və milli sərvətlərin ən mənalı mənbəyi kimi qəbul edirlər. Keyfıyyət bir çox şeydə hökumətin nüfuzunu müəyyən edir, hər bir insanın və bütövlükdə cəmiyyətin tələbatının təmin olunmasının əsasına qulluq edir, rəqabətə dözümlülüyün mühüm vasitəsi olur. Ancaq onun əsasında müəssisə rəqabət şəraitində davam gətirə bilər, buna görə də tam obyektiv olaraq görünür ki, bazar şəraitində keyfıyyəti yüksəltmək və təmin etmək üçün fəaliyyət birincilik təşkil etməlidir.
Keyfiyyəti yüksəltmək və təmin etmək zəruriliyini müəyyən edən səbəblər çoxdur. Onların arasında aşağıdakıları xüsusi qeyd edək:
-
şəxsi, istehsalat və ictimai təlabatın daim güclənməsi;
-
elmin, texnikanın, istehsalatın, iqtisadiyyatın və bütün dünya cəmiyyətlərinin inkişafında ETİ-nin rolunun və sürətinin güclənməsi;
-
xidmətin, buraxılan məhsulların konstruksiyasının mükəmməlləşdirilməsi və yerinə yetirilən funksiyaların əhəmiyyətinin yüksəlməsi;
-
nisbətən aşağı keyfıyyətli məhsul və xidmətləri istehlakçıların qəbul etməməsi;
-
istehsalatın intensivləşdirilməsinə doğru tələblərin çoxalması və müəssisənin müvəffəqiyyətlə yaşamasında vacib faktor kimi keyfiyyətin effektinin artması.
Sadalanan səbəblərlə yanaşı, həmçinin dünya bazarlarında rəqabətin yüksəlməsini də qeyd etmək lazımdır. Rəqabət ancaq xarici bazarda yox, ölkə daxilində də realdır.
Məhsulun və xidmətin keyflyyətinə lazımi münasibət olmazsa istər bazar, rəqabət və müqayisəli açıq iqtisadiyyat şəraitində, istərsə də təsərrüfatçılığın başqa sistemlərində hər hansı bir iş, bir qayda olaraq, uğursuzluğa düçar olacaq.
Hamıya məlumdur ki, bir çox ölkələrdə alıcılar kifayət qədər orta qiymətlərlə ancaq o məhsulu alırlar ki, beynəlxalq standartlara uyğundur və yaxud onu ötüb keçir, yüksək istehsal keyfıyyəti var və tamamilə onların tələbatını təmin edir. Dünyanın o ölkələri ki, keyfiyyətə, onun idarə olunmasına ciddi diqqət göstərirlər, həmçinin alıcıları buna əmin edirlər, onlar ixracatın istər yüksək həcmini, istərsə də struktur göstəricilərini əldə edirlər. Buna sübut ancaq ənənəvi texniki inkişaf etmiş ölkələr (ABŞ, Yaponiya və Qərbi Avropa ölkələri) deyil, Cənubi-Şərqi Asiya ölkələrinin bir qismi də ola bilər.
Hər hansı bir böyük problemin həlli effektiv idarə olunmadan mümkün deyildir. Elmin, texnikanın, istehsalatın bütün təcrübəsini və potensialını, işçilərin bütün bilik və bacarığını təxirə salınmaz problemin həllinə yönəltmək lazımdır.
Kİ-nin elmi-nəzəri əsası bizim ölkədə 70-80-cı illərdə yer alıb. O vaxt araşdırmalar, eksperimentlər aparılır və monoqrafiyalar, kitablar və məqalələr dərc olunurdu. Burada bütün təcrübələrin xüsusi prinsipial nəticəsi kimi o göstərilir ki, idarəetmə metodları və mülkiyyət formaları ilə bərabər, istifadəsindən asılı olmayaraq, Kİ hər hansı bir istehsalatın ayrılmaz hissəsi, funksiyasıdır. Hər halda keyfıyyətin sistematik yüksəldilməsinə ancaq lokal xarakterli təsir ilə nail olmaq mümkün deyil, çünki bir sahənin və yaxud bir tədarükçünün çox da yüksək olmayan Kİ-si o keyfıyyətli məhsulun başqa sahə və yaxud başqa müəssisədə yaradılıb və hazırlanmasına gətirib çıxardır. Kİ-də kompleks xarakterli tədbirlər tətbiq etmək vacibdir.
Keçmiş SSRİ-də inzibati-komanda metodlarından istifadə edən mərkəzləşdirilmiş planlı iqtisadiyyat şəraitində ən yaxşı dünya nümunəli keyflyyətə çatmağa yönəldilmiş Kİ konsepsiyası rəsmi idi. Qeyd etmək lazımdır ki, Kİ ilə yanaşı, müəssisədə idarəetmədə başqa istiqamətlərlə yanaşı bu vacib şərtləri də qəbul etmək lazımdır: müştərilərə məhsulun vaxtında çatdırılmasının təmin edilməsi; məhsulun istehsal həcminin yüksəldilməsi, buraxılan məhsulun maya dəyərinin azalması. Lakin Kİ-nin rolu, o cumlədən də rəqəbətaparma bacarığı bütövlükdə ba- zar şəraitində son dərəcə böyükdür. Bununla bərabər, əsasən keyfıyyətin yüksəldilməsi və təmin edilməsinə dair bütün fəaliyyət ancaq alıcılara yönəldilir.
İdarəetmədə həmişə müvəffəqiyyəti təmin edən və bütün idarəetmə məqsədlərinə çatmasını müəyyən edən əsas istiqamət seçilir. Hazırda bazar iqtisadiyyatı şəraitində belə istiqamət Kİ-dır.
I FƏSİL. TİKİŞ SƏNAYESİNDƏ KEYFİYYƏTİN İDARƏ OLUNMASININ XÜSUSİ PRİNSİPLƏRİ
Başlıca, ümumi və ümumi sistemli prinsiplərlə yanaşı Kİ xüsusi prinsiplərini də nəzərə almaq lazımdır. İSO 9000 seriyalı standart ilə uyğunluqda, belə istehsal sistemlərini əvvəl göstərildiyi kimi, ancaq müqavilələrə dair çatdırılan istehsal üçün yaratmaq lazımdır. Müqavilənin hansısa bir şərtlərinə uyğun olmayan müəssisənin istehsal etdiyi məhsul üçün ümunıi Kİ yarımsistemləri çərçivəsində həyata keçirmək kifayətdir.
Qeyd etmək lazımdır ki, müəssisənin idarə olunmasını aparan orqanı yüksək əsası olan ümumi Kİ yarımsistemlərini bütün başqa yarımsistemləri ilə birgə və qarşılıqlı əlaqədə müzakirə etmək lazımdır. Bazarın müasir tələblərini nəzərə alaraq, çatdırılma şəraitindən asılı olmayaraq, bütün növ məhsullardan hər biri üçün Kİ-nı təkmilləşmiş istehsal sistemində icra etmək məqsədəuyğundur.
Ümumi Kİ yarımsistemlərini 4 idarəetmə dərəcəsinə ayırmaq olar:
-
sifir – yüksək sahibkarlıq yönlü təşkilati-məqsədli;
-
birinci – yüksək təşkilati-məqsədli icraedici (yüksək idarəetmə hissəsi);
-
ikinci – koordinasiya nəzarətli icraedici (orta idarəetmə hissəsi);
-
üçüncü – texniki əməliyyat icraedici (idarəetmənin aşağı icra hissəsi).
Kİ-nı məhsulun həyat dövriyyəsinin bütün mərhələlərində, hər konkret növ məhsul üçün fərdi ola bilər. Bununla belə həyat dövriyyəsinin son mərhələsində dayanmaq lazımdır. Kİ məqsədi bazar şəraitində istifadə və ya ləğvetmə mərhələsində ətraf mühitə zərərli təsiri minimuma endirmək və ya kənar etməkdir.
Prinsiplərdən hər hansı birinin reallaşdırılması, keyfıyyətin yüksəlməsinə və təmin edilməsinə dair idarəetmədə kifayət qədər bilik və peşəkar bacarıq olmadan mümkün deyil. Bu, öyrədilmənin kütləvi, arasıkəsilməz və sistematik hazırlığını, eyni zamanda istehsalçıların, eləcə də istehlakçıların ixtisasının yüksəlməsini tələb edir.
Sistemli Kİ prinsiplərinin reallaşdırılması keyfıyyət sahəsində fəallığın müəssisədə yüksəlməsinə zəmin yaradır və məhsulun istehsalatda iş fəaliyyəti ilə bağlı sıx qarşılıqlı hərəkət və qarşılıqlı əlaqə ehtimal edən, daha yüksək rəqabətaparma bacarığını təmin edir. Keyfıyyətin yüksəlməsində fəallıq dövrəsi istehsalatda iş fəallığını müntəzəm surətdə qabaqcadan müəyyən edir və qabaqlayır. Keyfiyyətin yüksəlməsinin fəallıq dövrələrini idarəetmənin bütün mərhələlərində müəyyən məqsədə yönəlmiş qaydaya salmaq lazımdır.
Bununla bağlı obyektiv olaraq tək müəssisənin yox, idarəetmənin bütün iyerarxiya strukturlarında göstərilən dərəcələrdə yüksək dərəcəli Kİ-na ehtiyac əmələ gəlir:
-
sahələrarasi federal (sahələrarası federal Kİ sistemində);
-
müəyyən sahəyə aid olan federal (müəyyən sahəyə aid olan federal Kİ sistemlərində);
-
sahələrarasi federasiya subyektlərində (Kİ sistemlərində federasiya subyektlərində);
-
müəyyən sahəyə aid olan federasiya subyektlərində (Kİ müəyyən sahəyə aid olan federal subyektlərində);
-
ərazi (Kİ şəhər və rayon sistemlərində);
-
müəssisələrin birliklərində (birliklərin Kİ sistemlərində);
-
müəssisələrdə (müəssisələrin Kİ sistemlərində);
-
sexlərdə və şöbələrdə (sexlərin, şöbələrin Kİ sistemlərində).
Qeyd etmək lazımdır ki, idarəetmə ancaq sənaye məhsullarına aid olunmur, onu hər yerdə, milli təsərrüfatın bütün strukturlarında və cəmiyyətdə bütövlükdə, o cümlədən Dövlət idarəetmə strukturlarında tədris etmək lazımdır. Bununla belə, dövlətin icra strukturlarının idarəetmə orqanları idarəetmə sisteminə müvafiq tələb olunan xidmətlərini (məlumat, təhsil, hüquq, səhiyyə və s.) həvalə edərək, idarəetməyə yox, icra etməyə cəhd göstərməlidirlər. Belə yanaşmaya misal kimi 1994-cü ildə ABŞ prezidenti B.Klintonun Kİ müasir üsüllarını hökümətin icra fəaliyyətinə yeridilməsi lahiyəsinin tətbiqi haqda qərarı ola bilər.
Məhsulun Kİ onun həyat dövrünün bütün mərhələlərində və iyerarxiya səviyyəsində sisteminin müəyyən dərəcəsinin bütün strukturlarla birinci növbədə xammalın, materialların və komplektləşən məmulatların təchizatı ilə ticarət, nəqliyyat, xidmət və başqa təşkilatlarla qarşılıqlı əlaqəsinin vacibliyini şərtləndirir.
Bununla belə, əsasən konkret məhsulun həyat dövrünü təmin edən təşkilatlarla qarşılıqlı əlaqəsini müəssisələrin Kİ əlaqələndirici sistemləri əsasında həyata keçirmək məqsədə uyğundur, yəni Kİ interqrativ ola bilər.
Kİ-da keyfiyyətə görə bütün ümumi, kollektiv və fərdi məsuliyyəti birgə əlaqələndirmək məqsədə uyğundur, ancaq buna baxmayaraq böyük məsuliyyəti idarəetmənin yüksək əsası daşıyır.
Müəssisənin məqsədli idarəetmə sistemlərində, o cümlədən kompleks sistemlərdə istər məqsədli iqtisadiyyat, istərsə də bazar şəraitində mühüm amillərdən biri Kİ əhəmiyyətli lahiyələndirilməsidir. Bütün məqsəd, siyasət və öhdəliklər onların icrasına dair tədbirlər müəyyən plan müddətində bazar şəraitini nəzərə almaqla reallaşmalıdır və plan xüsusiyyətini daşıyan müvafiq sənədlərdə əksini tapmalıdır. Planlaşdırma tez uyğunlaşan, operativ olmalıdır və konkretləşmənin effektiv əsasında və kompleks sistemin məqsədlərinə çatmasına xidmət etməlidir.
Kompleks sistemi qurduqda həmçinin, minimal xərclərlə lahiyələndirmənin mümkünlüyünü təmin edən modul prinsipini istifadə etmək məqsədə uyğundur. Bununla yanaşı, əsaslandırılmış hallarda layihələndirmənin dünya praktikasında daha çox istifadə olunan yeddi sistem, yeddi element və s. işlədilməsinə səbəb olan "yeddi prinsipini" tətbiq etmək lazımdır (məşhur yeddi dəfə ölç, həftənin yeddi günü kimi).
Məsələn, qərarların qəbul edilməsini dəqiq yeddi sual bazasında həyata keçirmək lazımdır:
-
niyə (hər bir halda məqsədi bilmək);
-
nə (idarəetmənin konkret obyektini bilmək lazımdır);
-
kim (idarənin subyektini göstərmək lazımdır);
-
harada (idarə təsirinin dəqiq əlavə edilmə yerini bilmək lazımdır);
-
nə vaxt (idarə təsirinin başlanğıcənı və onun sonunu bilmək lazımdır);
-
nə ilə (hansı vasitələrlə, ehtiyatlarla obyektə təsir etmək lazım olduğunu nəzərə almaq lazımdır);
-
necə (obyekti idarə edən idarənin qaydasını, texnologiyasını bilmək lazımdır).
Beləliklə, bazar münasibətləri şəraitində istehsalat və idarəetmə proseslərinin bütün reallaşan mərhələlərində keyfiyyətin "diktaturası" zamanı ümumi (total) sistemli Kİ-na ehtiyac əmələ gəlir. Bununla bərabər, dövlət, istehlakçılar, müstəqil təşkilat və cəmiyyətlər Kİ ümumi təşkil olunmasına və keyfıyyətə nəzarətə daim diqqət yetirməlidirlər.
1.1. Keyfiyyətin idarə edilməsinin iqtisadi metodları
Keyfiyyət sahəsində qarşıya qoyulan məqsədə nail olmaq üçün idarəçilik fəaliyyəti, idarə olunan obyektə təsirin üsul və qaydaları keyfıyyətin idarə edilməsinin (Kİ) metodlarını təşkil edir. Praktikada Kİ-nin iqtisadi, təşkilatı-tapşırma (inzibati) və sosial-psixoloji metodları geniş tətbiq olunur. Onlar müxtəlif əlamətlərə görə təsnifatlaşdırılır (cədvəl 1).
Cədvəl 1
Keyfiyyətin idarə edilməsi metodlarının təsnifatı
Təsnifat əlaməti
|
Keyfiyyətin idarə edilməsi metodları
|
Təşkilati-tapşırma
|
iqtisadi
|
Sosial-psixoloji
|
Tətbiq üçün əsas
|
Keyfiyyətə qoyulan tələblərə əməl olunması zərurəti və keyfiyyət üçün məsuliyyətin mövcudluğu
|
Maddi maraq
|
Mənəvi maraq
|
Təsirin xarakteri
|
Birbaşa
|
Dolayı
|
Dolayı
|
Əsas idarəetmə vasitəsi
|
Təşkilatı (reqlamentləşdirmə, standartlaşdırma və s.)
|
İqtisadi (əmək haqqı, qiymət və s.)
|
Sosial (şəxsiyyətin xüsusiyyətləri, statusu; işçilərin maraqlarının ümumiliyi və s.)
|
Metodun seçilməsi üçün əsas
|
Təşkilati təhlil
|
Texniki-iqtisadi təhlil
|
Sosial-psixoloji tədqiqat
|
Metodun seçilməsində məhdudiyyətlər
|
Keyfiyyət sahəsində tələblərə və hüquqi normalara uyğunluq
|
İqtisadi qanunlara, keyfiyyət səviyyəsində və normativlərə uyğunluq
|
Mənəvi-etik normalara, qaydalara və tələblərə uyğunluq
|
Qeyd etmək lazımdır ki, texnoloji metodlar da keyfıyyətin həm idarə edilməsində, həm də təmin olunmasında tətbiq edilir.
Yuxarıda göstərilənlərlə yanaşı, Kİ-nin bir neçə digər metodları da vardır ki, onlardan texnoloji və ekspert metodları geniş yayılmışdır. Bu metod keyfıyyətin təmin olunması və idarə edilməsində daha çox istifadə olunur.
Keyfiyyətin idarə edilməsinin iqtisadi metodları. Kİ-nin iqtisadi metodları müəssisə və təşkilatların işçilərini və kollektivlərini keyfıyyətin daim yüksəldilməsinə, onun zəruri səviyyəsinin təmin edilməsinə həvəsləndirən iqtisadi şəraitin yaradılması ilə reallaşdırılır.
Kİ-nin iqtisadi metodlarına aşağıdakılar daxildir:
-
Kİ sahəsində fəaliyyətin maliyyələşdirilməsi (Kİ sahəsində yeniliklərin, yeni və modernləşdirilmiş məhsul növlərinin işlənməsi üçün kreditlərin verilməsi; borcların verilməsi, qiymətin müəyyənləşdirilməsi, kalkulyasiya, xərclərin və nəticələrin tutuşdurulması);
-
Kİ sisteminin bölmələrində təsərrüfat hesabı;
-
istehsalın iqtisadi stimullaşdırılması, istehlakçılara onların tələblərinə uyğun məhsul və xidmətlərin təqdim edilməsi;
-
yeni və modernləşdirilmiş məhsul və xidmət növlərinin yaradılmasının biznes-planlaşdırılması, onlar üçün beynəlxalq standartların tələblərinə uyğun KS-nin işlənməsi;
-
məhsul və xidmətlərin keyfıyyət səviyyəsi nəzərə alınmaqla onların qiymətinin müəyyənləşdirilməsi;
-
keyfıyyət üçün iqtisadi həvəsləndirmə fondlarının, o cümlədən keyfıyyətə, məhsulun, texnikanın, texnologiyanın yaradılması və modernləşdirilməsinə görə həvəsləndirmə və mükafatlandırma fondlarının təşkil olunması;
-
istehsal sisteminin hər bir iş yerində və ümumilikdə idarəetmə sistemində keyfıyyətə görə əmək haqqının ödənməsi və maddi həvəsləndirmə sisteminin tətbiqi;
-
tədarük edilən məhsulun və göstərilən xidmətlərin keyfıyyətindən asılı olaraq tədarükçülərə iqtisadi təsir vasitələrindən istifadə üçün şəraitin yaranması.
İqtisadi metodlardan istifadəyə misal kimi maddi stimullaşdırmanı göstərmək olar. Bu zaman qabaqcadan əmək haqqının artırılmasının müqabilində işçidən öz əməyinin keyfıyyətinə daha yüksək məsuliyyət, nəticə kimi yüksək keyfıyyətli məhsul gözlənilir: «daha yüksək əmək haqqı - daha yüksək keyfıyyət». Bu, məsələyə hal-hazırda geniş istifadə olunan «yüksək səmərəlilik - yüksək əmək haqqı» kimi yanaşmayla ziddiyət təşkil edir. Birinci metodiki yanaşmanın nə qədər faydalı və səmərəli olmasmı Yaponiyanın «Omron» korporasiyasında qazanılan nailiyyətlərin misalında görmək olar. Lakin bu korporasiyanın təcrübəsi göstərir ki, belə yanaşmadan diferensial şəkildə, hər bir kəsin əməyini hərtərəfli qiymətləndirməklə, subyektivliyə və bərabərləşdirməyə yol vermədən istifadə edilməlidir.
Şəkil 1. “Daha yüksək əmək haqqı – daha yüksək keyfiyyət” əmək haqqının ödənməsi metodunun prinsipial mahiyyəti
Bu metodun geniş miqyasda reallaşdırılması nəticə etibarilə əhalinin tələbatını və alıcılıq qabiliyyətini yüksəldə bilər (əmək haqqının artması ilə əlaqədar). Bu da uyğun olaraq istifadə olunan məhsulun həcmini, müəssisələrin (metodun tətbiq edildiyi müəssisə də daxil olmaqla) ümumi gəlirini artırır. Məhsulun satış həcmi yalnız keyfiyyətin yaxşılaşdırılması ilə yox, həm də maya dəyərinin azalması (sonra bu, qiymətin aşağı düşməsinə gətirir) və istehsal həcminin böyüməsi ilə artır.
Qeyd etmək lazımdır ki, müasir dövrdə Azərbaycan Respublikasında bazar münasibətlərinin inkişafı KİE-nin iqtisadi metodlarından daha geniş istifadəni tələb edir. Bu, bazar münasibətləri şəraitində müəssisələrin öz varlığını qoruyub saxlaması və inkişafı üçün mühüm şərtdir.
1.2. Keyfiyyətin idarə edilməsinin texnoloji metodları
Elm və texnikanın müasir imkanları Kİ-ni müxtəlif metodlarla həyata keçirməyə şərait yaradır və bu zaman konkret hansı metodun seçilməsi idarə olunan obyektin xassələrindən daha çox asılıdır. Kİ-nin bütün texnoloji metodlarını aşağıdakı kimi qruplaşdırmaq olar: avtomatik, avtomatlaşdırılmış, mexanikləşdirilmiş və əl ilə. Kİ-nin avtomatik metodu istehlakçıların tələbatının daha dolğun ödənməsi üçün ən əlverişli metoddur. Bu zaman prosseslərin verilmiş parametrlərdən kənara çıxması və müvaflq idarəetmə tədbirləri texniki qurğuların köməyi ilə avtomatik müəyyənləşdirilir və obyektə təsir göstərilir. Kİ təcrübəsində statistik metodlar da geniş istifadə edilir. Onlar keyflyyətin izlənməsinin qarşılıqlı əlaqəli kompleks üsullarını özündə birləşdirir. Statistik metodlara daxildir: statistik tənzimləmə, statistik qəbul nəzarəti, statistik təhlil, keyfıyyətin statistik qiymətləndirilməsi. İlk iki metod əsasdır və Kİ-də bilavasitə istifadə edilir, sonuncu iki metod isə məsələnin əsas metodlarla həllində onlara köməkçidir.
Kİ-nin texnoloji metodlarından qrafiki metod, o cümlədən nəzarət kartları metodu tez-tez tətbiq edilir. Nəzarət kartları şəklində qurulmuş qrafıklər adi qrafıklərdən spesifik xətlərin olması ilə fərqlənir. Bu xətlər tənzimləmə sərhədlərini (nəzarət sərhədlərini) göstərir. Nəzarət kartları məhsulun keyfıyyətinə nəzarətdə və texnoloji proseslərin tənzimlənməsində istifadə edilir. Nəzarətin növündən asılı olaraq onlar kəmiyyət (o cümlədən alternativ) və keyfıyyət əlamətlərinə görə nəzarət kartlarına bölünür. Birinci halda məhsul vahidlərinin bütün qrupunun keyfiyyət göstəricilərinin ədədi qiymətlərindən istifadə edilir, ikinci halda belə qrup yarımqruplara bölünür və müxtəlif yarımqrupların keyfiyyətinin qarşılıqlı nisbətlərindən asılı olaraq nəzarət olunan məhsul partiyası haqqında qərar qəbul olunur.
Statistik təhlil metodunda Pareto diaqramı geniş tətbiq edilir. Pareto diaqramı Kİ-nin səmərəliliyinə və təminatına pozitiv və neqativ təsir edən səbəb və amillərin üzə çıxarılmasında istifadə olunur və azalan qayda üzrə onların hər birinin xüsusi çəkisini əyani göstərir.
Çıxdaşın növləri üzrə qurulmuş Pareto diaqramı şəkildə göstərilmişdir.
Belə diaqram qurularkən, bir qayda olaraq, maraqlı tərəfləri təmsil edən səriştəli mütəxəssislərdən ibarət qrup yaradılır. İşçi qrup qüsurların və zay məhsulun yaranma səbəblərini hərtərəfli öyrənir. Çoxsaylı göstəricilərin təhlili əsasında zay məhsulun yaranma səbəbləri xüsusi çəkisinə görə qruplaşdırılır. Şəkildə onlar absis oxu üzərində şərti şifrələrlə göstərilmişdir.
Şəkil 2. Çıxdaşın növləri üzrə Pareto diaqramı
Bu diaqramın köməyi ilə konkret məhsul üçün çıxdaş növləri üzrə müəssisənin itkilərini tam və obyektiv qiymətləndirmək və məhsulun keyfıyyət göstəricilərində bu və ya digər amilin vacibliyini müəyyənləşdirmək mümkündür. Bu metod həm də işlənən və hazırlanan məhsulun keyfıyyət səviyyəsinin təmin edilməsi üçün idarəedici təsirlərin hazırlanmasında, istehsalatda çıxdaşın profılaktikası və qarşısının alınmasında səmərəli vasitədir.
Pareto diaqramı ayrı-ayrı sahələrdə istehsalın faktiki vəziyyətini obyektiv göstərməyə və keyfıyyətlə bağlı kompleks məsələləri həll etməyə imkan verir. O, həm də növlər üzrə çıxdaş hallarının sayını, çıxdaşdan itkilərin məbləğini, çıxdaşın aradan qaldırılması üçün vaxt və maddi itkiləri, daxil olan reklamasiyaların məzmununu, daşınma zamanı məmulatın sınma hallarının sayını, reklamasiyaların təmin olunması ilə əlaqədar xərcləri və s. müəyyənləşdirməyə şərait yaradır.
Kİ-də istifadə olunan metodlar içərisində ekspert metodu daha geniş tətbiq edilir.
Kİ-nin tədqiqi onun obyektlərinin bir-biri ilə qarşılıqlı əlaqə və təsirdə öyrənilməsi prosesi kimi müəyyən metodoloji bazadan və metodlardan istifadəni nəzərdə tutur. Kİ-nin tədqiqi aşağıdakı ümumi tələblərə cavab verməlidir:
-
məqsədyönlülük – tədqiqatın hüdudlarını müəyyənləşdirməyə imkan verir;
-
obyektivlik – müvafıq tədqiqat metodlarından istifadə etməklə, Kİ-nin vəziyyətini tam əks etdirən keyfıyyət göstəricilərini seçməklə, icraçıları səriştəli mütəxəssislərdən seçməklə və s. əldə olunur;
-
sistemlilik – tədqiqatların əhatəli və doğru olmasını təmin edir;
-
spesiflik – tədqiqat obyektinin xüsusiyyətlərini nəzərə alır;
-
vaxtlı-vaxtında həyata keçirilmə – lazımi vaxtda tədqiqatların aparılmasını və qərarların qəbul edilməsini təmin edir.
Bu və ya digər təsnifat əlamətindən asılı olaraq müxtəlif tədqiqat növləri tətbiq edilir, məsələn, fundamental və tətbiqi, lokal və kompleks və s.
Tədqiqatlar dövriliyinə görə birdəfəlik, dövri və müntəzəm ola bilər.
Tədqiqatın nəticələrindən istifadə sahəsinə görə onlar fundamental və tətbiqi olur. Fundamental tədqiqatların məqsədi Kİ-nin yeni qanunlarının və qanunauyğunluqlarının aşkar edilməsi və işlənməsidir.
Tətbiqi tədqiqatların məqsədi isə keyfiyyətin idarə edilməsi və təmin olunmasının praktiki problem və məsələlərinin həllində fundamental tədqiqatlarda və texnikada əldə edilən nailiyyətlərdən istifadə etməkdir.
Qeyd etmək lazımdır ki, Kİ-nin tədqiqi əsasən tətbiqi xarakter daşıyır və həm empirik, həm də nəzəri istiqamətlərdə aparıla bilər. Birinci halda tədqiqatın nəticələri müxtəlif müşahidələrin və eksperimentlərin köməyi ilə alınır. İkinci halda keyfiyyətin idarə edilməsində baş verən hadisələrin dərk olunması müəyyən abstrakt obyektlərdən istifadəyə əsaslanır.
Təşkilatlarda Kİ-də tədqiqatların dərinliyi və əhatəliliyi tədqiqatın iki növü ilə, lokal (yarımsistemlərin tək-tək elementlərinin xassələri digər elementlərlə qarşılıqlı təsir nəzərə alınmadan öyrənilir) və kompleks (idarəetmə elementlərinin xassələri qarşılıqlı əlaqədə və qarşılıqlı təsirdə öyrənilir) növləri ilə təmin edilir.
Həll olunan məsələlərin xarakterindən asılı olaraq həm lokal, həm də kompleks tədqiqatların üstünlükləri və çatışmamazlıqları vardır. Kompleks tədqiqatlar praktiki olaraq bütün tədqiqatçılar tərəfindən daha mütərəqqi hesab edilir. Onun metodoloji bazasını sistemli yanaşma təşkil edir. Sistemli yanaşma aşağıdakıları nəzərdə tutur:
-
Kİ sisteminin müəyyən çərçivədə açıq sistem kimi öyrənilməsi. Bu sistemdə daxili və xarici mühit, daxili və xarici məqsədlər, yarımsistemlərin məqsədləri, məqsədə çatmaq üçün strategiyalar bir-biri ilə qarşılıqlı əlaqədədir. Beləliklə, bir elementdə dəyişiklik digər elementlərdə və ümumilikdə sistemdə dəyişikliklərə səbəb olur;
-
Kİ sisteminin spesifık xassələrə malik, qarşılıqlı təsirdə və əlaqədə olan elementlərdən və yarımsistemlərdən təşkil olunan bütöv bir sistem şəklində öyrənilməsi;
-
Kİ sisteminin fəaliyyət parametrlərinin və göstəricilərinin dinamiklik şərtində öyrənilməsi.
KİE-nin tədqiqində tədbiq edilən metodlar nəzəri, empirik, nəzəri-empirik metodlara bölünə bilər.
Nəzəri metodlara aşağıdakılar aiddir:
-
formalaşdırma metodu. Bu metod Kİ sisteminin tərkibinin və strukturunun süni dillərin və simvollarm köməyi ilə öyrənilməsini nəzərdə tutur və digər metodlarla (modelləşdirmə, ideallaşdırma və s.) qarşılıqlı əlaqəli şəkildə tətbiq edilir;
-
aksiomlaşdırma metodu. Bu metod tədqiqatın nəticələrinin məntiqi aksiomlar bazasında alınmasmı nəzərdə tutur;
-
ideallaşdırma metodu. Bu metod Kİ sisteminin element və ya komponentlərinin müəyyən xassələrini ideallaşdırmaqia öyrənilməsini nəzərdə tutur;
-
abstraktdan konkretə keçid. Bu metod nəticələrin əldə edilməsində abstrakt olaraq hissələrə bölünmüş tədqiqat obyektinin məntiqi öyrənilməsindən, onun tam (bütöv) şəkildə dərk edilməsinə keçməyə əsaslanır.
Empivik metodlara aşağıdakılar aiddir:
-
müşahidə – Kİ obyektinin xassə göstəricilərinin və parametrlərinin qeyd olunmasına əsaslanır;
-
ölçmə – Kİ obyektiııin tədqiq olunan xassələrinin ədədi qiymətləndirilməsinə imkan verir;
-
müqayisəetmə – tədqiq olunan obyektin analoqla (etalon, nümunə və s.) fərqi və ümumi cəhətləri müəyyənləşdirilir;
-
eksperiment – tədqiq olunan obyektin onun üçün süni yaradılmış şəraitdə tədqiqatına əsaslanır. Bu metod digər metodlardan (məsələn, müşahidə, ölçmə, müqayisəetmə və s.) istifadəni nəzərdə tııtur.
Nəzəri-empirik tədqiqat metodlarına aşağıdakılar daxildir:
-
abstraktlaşdırma – tədqiqat obyektinin cüzi xassələrini nəzərə almadan onun daha mühüm tərəflərinin model üzərində öyrənilməsinə əsaslanır;
-
analiz və sintez – tədqiqat zamanı öyrənilən obyektin müxtəlif üsullarla elementlərə, nisbətlərə bölünməsi (analiz) və obyektin elementlərinin tam şəkildə birləşdirilməsi (sintez);
-
induksiya və deduksiya – xüsusidən ümumiyə (indiksiya), ümumidən xüsusiyə (deduksiya) dərketmə bazasında tədqiqatın nəticələrinin alınmasına əsaslanır;
-
modelləşdirmə - obyektin tədqiqi zamanı onun modelindən istifadə edilir. Bu metodda modelin tədqiqatının nəticələri real obyektə interpretasiya olunur.
Kİ-nin tədqiqat metodları tədqiqat mərhələləri üzrə qruplaşdırılmaqla, məhsul və xidmətin həyat tsiklinin mərhələlərinə aid edilməklə, həmçinin keyfıyyətin idarə edilməsinin yarımsistemlərinin növlərinə, tədqiqatın məqsədlərinə, analizin növlərinə və s. görə də sinifləşdirilə bilər.
Analiz növlərinə proqnostik, diaqnostik, detallar üzrə və qlobal analiz daxildir.
Kİ-nin inkişaf etdirilməsində məqsədi dəqiq müəyyənləşdirərkən proqnostik analiz həyata keçirilir.
Kİ-nin tədqiqi zamanı alınan nəticələr, onun perspektivdə inkişaf istiqamətlərini əsaslandırmaqla bərabər, konkret fəaliyyət şəraitində Kİ sisteminin təkmilləşdirilməsi üçün səbəb-nəticə əlaqələrini, prioritetləri və tədbirləri də müəyyənləşdirməlidir. Bu isə diaqnostik analiz aparmaqla əldə oluna bilər. Burada diaqnostika dedikdə analitik xarakterli tədqiqat işləri kompleksi başa düşülür. Diaqnostik analizdə bir amilin digərinə təsiri və onlar arasında əlaqələr müəyyənləşdirilərək idarəetmənin qüsurları və onların aradan qaldırılması yolları təyin edilir.
Diaqnostik analiz Kİ-nin detallar üzrə (tematik) analizin əsasını təşkil edir və Kİ sistemində ehtiyatların axtarışına yönəldilir.
Kİ-nin tədqiqində qlobal analizin aparılması mühüm rol oynayır. Qlobal analiz idarəetmənin müxtəlif ierarxik səviyyələrini, yəni keyfiyyətin idarə edilməsi sisteminin müxtəlif səviyyələrini əhatə edir.
Kİ-də tədqiqatların təsnifatından, aparılan analizin növlərindən və digər tədqiqat işlərindən asılı olmayaraq elə konkret metodlar vardır ki, onlardan təcrübədə tez-tez istifadə edilir. Belə metodlara aşağıdakıları misal göstərmək olar: müsahibə, aktiv müşahidə; anketləşdirmə, sənədlərin və informasiya materiallarının öyrənilməsi; dekompozisiya; müqayisəetmə; dinamik; məqsədin strukturlaşdırılması; ekspert, sosioloji, orqanoleptik; ideyaların irəli sürülməsi; normativ; parametrik; əsas tərkib hissələri; korrelyasiya; matrisa; analitik hesablama; analoq; yaradıcılıq iclasları; morfoloji analiz; diferensial, kompleks, qarışıq; indeksli; qrafiki, qrafıki modelləşdirmə.
Yuxarıda göstərilən metodlardan məqsədin strukturlaşdırılması metodu Kİ-də qarşılıqlı əlaqəli məqsədlərin kəmiyyətcə və keyfıyyətcə təsvirini, təhlilini nəzərdə tutur, onlara çatmaq müddətlərini müəyyənləşdirir. Əksər hallarda strukturlaşdırılmış məqsədlər məqsədlər «ağacı» şəklində verilir. Belə təsvir evristik prosedurlardan istifadə etməklə deduktiv məntiq əsasında qurulur və bir neçə məqsədlər səviyyəsindən ibarətdir: baş məqsəd - əsas məqsədlər (birinci səviyyəli yarımməqsədlər) - ikinci səviyyəli məqsədlər - üçüncü səviyyəli yarımməqsədlər və s. Hər bir yarımməqsəd nisbi əhəmiyyətlilik əmsalı ilə xarakterizə olunur və bir məqsədin yarımməqsədləri üçün bu əmsalların cəmi vahidə bərabər olmalıdır. Bir qayda olaraq məqsədlər «ağacının» qurulmasında təsnifləşdirmə, dekompozisiya və ranqlama proseduralarından istifadə edilir.
Dostları ilə paylaş: |