Maliyyə siyasəTInin mahiyyəti və prinsipləri


Lizinq müqaviləsinin obyekti



Yüklə 433,22 Kb.
səhifə5/5
tarix17.11.2018
ölçüsü433,22 Kb.
#83619
1   2   3   4   5
Lizinq müqaviləsinin obyekti
Lizinq müqaviləsinin obyekti istehsal təyinatlı binalar, dəzgahlar, maşınlar, avadanlıqlar, nəqliyyat vasitələri və sair əmlak ola bilər.
Lizinq müqaviləsinin subyektləri
Lizinq müqaviləsinin subyektləri aşağıdakılardır:

– öz əmlakını lizinq müəssisələrinə satan hüquqi və fiziki şəxslər;

– əmlakı satın almaqla onu istehlakçıya icarəyə verən lizinq müəssisələri;

– əmlakı icarəyə götürən hüquqi və fiziki şəxslər;


Lizinq xidmətini həyata keçirən müəssisələr
Azərbaycan Respublikasında lizinq xidmətini hüquqi və fiziki şəxslər (o cümlədən xarici hüquqi və fiziki şəxslər) tərəfindən yaradılan maliyyə-kredit təşkilatları və ixtisaslaşdırılmış lizinq müəssisələri həyata keçirə bilərlər. Lizinq xidmətini həyata keçirən müəssisələrə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq dövlət orqanı tərəfindən xüsusi lisenziya verilir.

Lizinq – bazar iqtisadiyyatının inkişafına təkan verən maliyyə mexanizmlərindən biridir.

Müəssisələr üçün istehsalatın müasirləşdirilməsi üsullarından biri də avadanlığın bank kreditləri vasitəsilə və ya lizinq yolu ilə əldə edilməsidir.

Kiçik və orta müəssisələrin kredit qabiliyyəti aşağı olduğuna, onlar likvid girovun təklif edilməsi imkanına malik olmadıqlarına görə sözügedən müəssisələrin maliyyələşdirilməsində lizinq şirkətləri mühüm rol oynayırlar. Lizinq şirkətinə müraciət edərək cuzi məbləğdə ilkin ödənişlə avadanlıq alınır, istismara verilir və bir neçə il ərzində dəyəri ödənilərək müqavilə müddətinin sonunda avadanlıq sahibkarın mülkiyyətinə keçirilir. Lizinqin faydası məhz hər hansı avadanlığın «sahibliyinə» deyil, «istifadəsinə» əsaslanmasından ibarətdir.

Lizinq ümumiyyətlə, iqtisadiyyata kapital qoyuluşlarının həcmini artırır, bank maliyyələşdirilməsinə alternativ kimi çıxış edən lizinq digər maliyyələşdirmə formalarından istifadə edilməsinə imkan yaradır. Burada lizinq əməliyyatlarının üstünlüklərini qeyd etmək yerinə düşər:

1. Lizinq ödəmələri ƏDV-yə cəlb olunmur;

2. Investisiya qoyuluşlarını 100% maliyyələşdirir;

3. Lizinq avadanlığı lizinq şirkətinin mülkiyyətində olduğundan, bank kreditlərindən fərqli olaraq adətən əlavə girov tələb olunmur;

4. Lizinqli əmlakın sürətli amortizasiyası üçün ikiqat əmsalın tətbiqi, bu da öz növbəsində investisiya qoyuluşu mərhələsində vergiləri azaldır;

5. Lizinqlə bütün ödənişlər nağdı (pulun) vəsaitlərin axınına uyğunlaşdırılır və maliyyə ehtiyacı hiss etmədən uzun müddətə geri ödəmə imkanı yaranır;

6. Lizinqlə investisiya öz-özünü maliyyələşdirir. Burada lizinq ödənişləri investisiya qoyuluşundan əldə olunan gəlirlə həyata keçirilir;

7. Lizinq əsas vəsaitlərin təzələnməsi vasitəsidir. Lizinq mütəmadi olaraq avadanlığın təzələnməsinə və bununla da müasir texnologiyadan istifadə edilməsinə imkan yaradır.

Lizinq müəssisələrinin pul gəlirləri texnikanın və avadanlıqların icarəyə verilməsindən əldə edilən icarə haqqı, hansı ki, onun məbləği tərəflər arasında bağlanan müqavilədə müəyyən edilir. Satışdan və fəaliyyətin digər sahələrindən daxil olan pul vəsaitlərindən ibarətdir. Bundan başqa texnika və avadanlıqların alınmasına büdcədən vəsait də verilir. Fəaliyyətin ayrı-ayrı sahələrindən əldə edilən pul gəlirlərindən fəaliyyətin sahələri üzrə xərcləri çıxmaqla fəaliyyətin yekun maliyyə nəticəsi olan mənfəət (zərər) hesablanır.

Mənfəət bölüşdürüləndə öhdəliklər yerinə yetirilir, müvafiq pul fondları yaradılır.

Hazırda sanitariya sağlamlığı, təhlükəli yoluxucu xəstəliklərin qarşısının alınması insan sağlamlığı üçün yararlı və təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, habelə əhalinin insan və heyvanlar üçün təhlükəli olan xəstəliklərdən qorunması istiqamətində bir sıra tədbirlər həyata keçirilir.

Baytarlıq məntəqələrində çalışan işçilər tərəfindən hər il orta hesabla 32,7 milyon baş kənd təsərrüfatı heyvanları və quşlarında xəstəliklərə qarşı dövlət vəsaiti hesabına profilaktiki və məcburi peyvəndləmələr aparılır. 162 baytarlıq-sanitariya ekspertiza laboratoriyalarında çalışan mütəxəssislər orta hesabla 24 infeksion və invasion xəstəliklərə qarşı 52 milyon diaqnostik müayinə həyata keçirirlər ki, bu da mövcud tələbatı tam ödəmir.

Son üç il ərzində bu sahənin inkişafına dövlət investisiyaları və xüsusi ayırmalar hesabına 13,4 milyon manat vəsait ayrılmışdır. Buna baxmayaraq sahənin maddi-texniki bazasının zəifliyi və kadr çatışmazlığı baytarlıq tədbirlərinin tam və səmərəli yerinə yetirilməsinə imkan vermir.

Son illər Dövlət Baytarlıq Xidmətinin nəzarət funksiyasının artırılması ilə yanaşı, özəl baytarlıq xidmətinin genişlənməsi sahəsində də müəyyən işlər görülmüşdür. Belə ki, hazırda ölkənin şəhər və rayonlarında 25 özəl baytarlıq xidməti məntəqələri fəaliyyət göstərir. Dövlət Baytarlıq Xidməti müəssisələri dövlət büdcəsindən maliyyələşdirilir. Xərclərin növləri smetada müəyyən edilir. Belə ki, smetada işçilərin əmək haqqı xərci və ona əlavələr, müxtəlif dərman və baytarlıq ləvazimatının satın alınması xərcləri, kapital qoyuluşu və təmir xərcləri, sair xərclər planlaşdırılır.

Özəl baytarlıq xidməti məntəqələrinin pul gəlirləri hüquqi və fiziki şəxslərin mal-qarasına göstərilən baytarlıq xidmətindən əldə edilir. Bu müəssisələrdə də xərclər smetada müəyyən edilir.

Fəaliyyətin xarakterindən asılı olmayaraq bütün xidmət müəssisələrinin fəaliyyətinin nəticəsi mənfəətlə başa gəlməlidir. Mənfəət iqtisadi səmərəliliyi xarakterizə etməklə bərabər maliyyə öhdəliklərinin yerinə yetirilməsi və təkrar istehsalın həyata keçirilməsinin əsas maliyyə mənbəyidir. Ona görə də mənfəətin artırılması üçün bütün ehtiyatlardan səmərəli istifadə edilməlidir.

Mənfəət bölüşdürüləndə mənfəətdən vergi ödənilir. Xalis mənfəət bölüşdürüləndə istehlak və yığım fondları yaradılır. Mənfəətdən fondlara ayrılan vəsait tələbata əsasən müəssisə tərəfindən sərbəst müəyyən edilir.
DÖVRIYYƏ VƏSAITLƏRININ TƏŞKILI
Maliyyə işinin təşkilinin əsas istiqamətlərindən biri dövriyyə vəsaitlərinə tələbatın maliyyələşdirilməsidir. Başqa müəssisələrdə olduğu kimi, xidmət müəssisələrin də fəaliyyətinin həyata keçirilməsi üçün zəruri həcmdə dövriyyə vəsaiti olmalıdır. Xidmətedici müəssisələrdə dövriyyə vəsaitlərinin dövriyyəsi xidmətin sahələri üzrə fərdi xüsusiyyətlərə malikdir.

Dövriyyə vəsaitləri ümumi prinsiplər əsasında təşkil edilir. Ilk növbədə dövriyyə vəsaitlərinə tələbat hesablanmalıdır. Tələbat xidmətin və işin həcminə və normalara əsasən hesablanır. Tələbat hesablandıqdan sonra onun ödənilməsinin mənbələri müəyyən edilir: xüsusi vəsait, möhkəm passivlərin artımı, cəlb edilən vəsaitlər, bankın qısamüddətli kreditləri.

Dövriyyə vəsaitləri təşkilinə görə normalaşdırılan və normalaşdırılmayan vəsaitlərə bölünür. Normalaşdırma zamanı daimi minimum ehtiyat müəyyən edilir. Normalaşdırma iqtisadi cəhətdən məqsədəuyğunluq nəzərə alınmaqla dövriyyə vəsaitlərinin formalaşdırılması və istifadə edilməsinə nəzarət etməyə imkan verir. Normalaşdırmada məqsəd vəsaitlərdən səmərəli istifadə etməkdir. Normalaşdırılan dövriyyə vəsaitlərinə daxildir: istehsal prosesinin fasiləsizliyini təmin etmək üçün əmtəə-material qiymətlilərin zəruri minimum ehtiyatının yaradılması üçün pul vəsaitləri, maşın və mühərriklərin dəyişmə fondu, ehtiyat hissələri, quraşdırma üçün texnoloji avadanlıqlar, təmir üçün və köməkçi materialları, azqiymətli və tez köhnələn əşyalar, neft məhsulları, bitməmiş istehsal, gələcək dövrün xərcləri, hazır məhsullar.

Normalaşdırılmayan dövriyyə vəsaitlərinə daxildir: yüklənmiş mallar, təhvil verilən işlərə görə sifarişçinin borcları, pul vəsaitləri, debitor borclarının bütün növləri, sair aktivlər.

Müəssisə dövriyyə vəsaitlərinin ehtiyat norma və normativlərini sərbəst müəyyən edir və əmtəə-material qiymətlilərin normadan artıq ehtiyatının əmələ gəlməsinə nəzarət edir.

Maşın və mühərriklərin dəyişmə fondu üzrə xüsusi dövriyyə vəsaitinin normativi keçən ildə dəyişmə əməliyyatlarının həcminə əsasən planlaşdırılan ildə tam komplektli traktorların göndərilməsinin həcmi nəzərə alınmaqla müəyyən edilir. Dövriyyə vəsaitinin norması keçən ildə xüsusi dövriyyə vəsaiti normativinin keçən ildə plan üzrə dəyişmə əməliyyatlarının həcminə bölünməsi və planlaşdırılan ildə dəyişmə əməliyyatlarının həcminə vurulması yolu ilə müəyyən edilir. Alınan nəticəyə nəqliyyat-tədarük xərcləri nəzərə alınmaqla və artıq köhnəlmiş maşınların dəyəri çıxılmaqla planlaşdırılan ildə göndərilən tam komplektli traktorların həcminin dəyəri əlavə edilir.

1. Misal: Əgər 100 təmir üçün traktorların mühərrikinin dəyişmə fondu 9 vahid nəzərdə tutulubsa, plan üzrə 300 təmir nəzərdə tutulubsa, onda dəyişmə fondunun norması 27 mühərrik təşkil edir (300×9/100).

Ehtiyat hissələri üzrə dövriyyə vəsaitinin norması keçən ildə kvartallıq və yaxud aylıq tarixə minimum qalığın illik məsarifə bölünməsi yolu ilə müəyyən edilə bilər. Ehtiyat hissələri üzrə xüsusi dövriyyə vəsaitinin normativi əldə edilən normanın planlaşdırılan ildə ehtiyat hissələrinin məsarifinə vurulması yolu ilə müəyyən edilir.

2. Misal: Keçən ildə ehtiyat hissələrinin məsarifi 110 min manat olmuşdur, minimum qalıq 5 min manat olmuşdur. Cari ehtiyat 16,0 yəni (5×360/110) günə bərabərdir. Ona 2 gün əlavə edilir (material qiymətlilərin yolda olan müddəti). Nəticədə ehtiyat hissələrinin qalıq norması 18 gün təşkil edir.

3. Bitməmiş istehsal üzrə normativ keçən ildə orta illik qalığın həmin dövrdəki xərclərə nisbəti kimi müəyyən edilir, norma ilə hesablanır, hazır məhsullar üzrə xüsusi dövriyyə vəsaitinin normativi də həmin qaydada hesablanır.

4. Neft məhsulları üzrə norma keçən ildə minimum ehtiyatın keçən ildəki məsarifə nisbəti kimi müəyyən edilir. Planlaşdırılan ildə məsarif və normadan istifadə etməklə normativ hesablanır.

5. Gələcək dövrlərin xərcləri üzrə xüsusi dövriyyə vəsaitinin normativi – planlaşdırılan əvvəlinə bu xərclərin qalığına gələcək dövrlərin planlaşdırılan xərcləri əlavə edilir və planlaşdırılan ildə maya dəyərinə daxil edilən xərclər çıxılmaqla müəyyən edilir.

6. «Yanacaq», «Sair material qiymətliləri», «Tara», «Azqiymətli və tez köhnələn əşyalar» üzrə xüsusi dövriyyə vəsaitinin normativi bu materialların qalığının istehsal xərclərinin məbləğinə nisbəti kimi müəyyən edilən normalarına əsasən müəyyən edilir.

Fərdi normativlərin cəmlənməsi yolu ilə planlaşdırılan ilin axırına icmal normativ müəyyən edilir. Icmal normativ ilin əvvəlinə olan göstərici ilə müqayisə edilməklə artım müəyyən edilir. Xüsusi dövriyyə vəsaiti normativinin artımının maliyyələşdirilməsi üçün mənfəət və digər xüsusi vəsaitlərdən başqa möhkəm passivlərin artımından da istifadə edilir.

ƏSAS FƏALIYYƏTIN QISAMÜDDƏTLI KREDITLƏŞDIRILMƏSI
Xidmətedici müəssisələr xüsusi vəsait çatışmadıqda bank kreditlərindən istifadə edirlər. Əgər onlar ancaq istehsal funksiyalarını yerinə yetirirlərsə əmtəə-material qiymətlilərin və xərclərin normadan artıq ehtiyatına borc vəsaiti (kredit) alırlar. Kredit müqaviləyə əsasən müəyyən edilən qədər verilir. Kredit alınması üçün tələb olunan sənədlər banka təqdim olunmalıdır. Belə ki, kredit alınması üçün aşağıdakı sənədlər banka verilməlidir: xüsusi formada ərizə, kredit müqaviləsi, girov müqaviləsi, girov əmlakının qiymətləndirilməsi aktı, girov əmlakının sığortalanmasına dair şəhadətnamə.

Kreditləşmədə əsas sənəd kredit müqaviləsidir. Kredit müqaviləsində bankın və kredit alanın kreditləşdirmənin prinsiplərinə əməl edilməsi üzrə qarşılıqlı öhdəliklərini və iqtisadi məsuliyyətini müəyyən edilir. Kredit müqaviləsi bir il müddətinə, yaxud daha qısa müddətə bağlana bilər.

Kredit müqaviləsində kreditin obyektləri, kreditin məbləği, kreditin verilməsi və ödənilməsinin şərtləri, kreditlərin istifadəyə görə faiz dərəcəsi, xüsusi dövriyyə vəsaitlərinin həcmi, kreditləşdirmə üçün zəruri olan sənədlərin siyahısı, onların banka təqdim edilməsi vaxtı və s. göstərilir.

Kredit müqaviləsində aşağıdakı bölmələr vardır: bankın və borc alanın vəzifələri; bankın və borcalanın hüquqları.



Bankın vəzifələri: kreditləşdirmə obyektləri üzrə müəyyən edilən kreditləri vaxtında vermək, əmtəə-material qiymətlilər və istehsal xərcləri üzrə hesablaşmaları ayrılmış kreditlər hesabına aparmaq, kreditdən istifadəyə görə faizləri hesablamaq və almaq, kredit borcunu hesablaşma hesabından ödəmək.

Borc (kredit) alanın vəzifəsi: kredit alınması üçün zəruri sənədləri banka təqdim etmək, kreditdən istifadəyə görə faizlər və kredit borclarını ödəmək, sərbəst vəsait olduqda kredit borclarını vaxtından əvvəl ödəmək, dövriyyə vəsaitlərinin dövriyyəsinin sürətləndirilməsini təmin etmək.

Borc alanın hüququ: kredit müqaviləsində nəzərdə tutulan məbləğdə və vaxtda bankdan kredit tələb etmək.

Bankın hüququ: sərbəst fondlar və ehtiyatlar, yayındırılmış dövlət vəsaiti məbləği qədər krediti azaltmaq. Müqavilə şərtləri yerinə yetirilmədikdə krediti vaxtından əvvəl qaytarmaq.

Müəssisənin kredit qabiliyyəti dedikdə kreditdən istifadə imkanları və məqsədəuyğunluğu, kreditin vaxtında qaytarılması ehtimalının müəyyən edilməsi başa düşülür.

Xidmət müəssisələri maddi-texniki bazasının möhkəmləndirilməsi kapital qoyuluşu vasitəsilə həyata keçirilir. Kapital qoyuluşu əsas fondların yenisinin yaradılması, mövcud olanların yenidən qurulması, texniki cəhətdən silahlandırılması ilə əlaqədar xərclərdir.

Hər ildə kapital qoyuluşuna tələbat planlaşdırılır. Kapital qoyuluşu aşağıdakı mənbələrdən maliyyələşdirilir: xüsusi vəsait, bank krediti, büdcə vəsaiti. Xüsusi vəsaitə daxildir: amortizasiya ayırmaları, xüsusi təyinatlı fondların vəsaiti, əsas fondların icarəyə verilməsindən əldə edilən vəsait, çıxdaş edilmiş əsas fondların satışından daxil olan vəsaitlər və s. Kapital qoyuluşunun kreditləşdirilməsi ümumi prinsiplərə əsaslanır.


MALIYYƏ PLANLAŞDIRILMASI
Müasir şəraitdə müəssisələr istehsal və maliyyə planlarını müstəqil tərtib edirlər. Maliyyə planı biznes planın tərtib edilməsinin yekun mərhələsidir. Maliyyə planında maliyyə vəsaitlərinə tələbat və onun ödənilməsi mənbələri müəyyən edilir. Maliyyə planlaşdırılmasının nəticəsi olaraq «maliyyə planı» cədvəli tərtib edilir.

Maliyyə planlaşdırılması prosesində pul gəlirlərinin və mənfəətin artırılması, maya dəyərinin aşağı salınması və bunun əsasında pul yığımlarının artırılması ehtiyatları aşkara çıxarılır.



Maliyyə planlaşdırılmasını bir neçə mərhələyə bölmək olar. Birinci mərhələdə hesabat ilində maliyyə planı göstəricilərinin yerinə yetirilməsi təhlil edilir. Ikinci mərhələdə biznes planın göstəricilərinə əsasən gəlirlərin və xərclərin konkret növləri hesablanır. Üçüncü mərhələdə ayrı-ayrı maddələr uyğunlaşdırılır.



Yüklə 433,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin