MÖVZU 14
XIDMƏT MÜƏSSISƏLƏRININ MALIYYƏSI
-
Məhsul istehsalının artırılması və onun iqtisadi səmərəsinin yüksəldilməsində xidmət müəssisələrinin rolu.
-
Xidmət müəssisələrinin fəaliyyətinin xüsusiyyətləri və maliyyənin təşkili.
-
Texniki təmir müəssisələrində maliyyənin təşkili.
-
Nəqliyyat müəssisələrində maliyyənin təşkili.
-
Tikinti təşkilatlarında maliyyənin təşkili.
-
Digər xidmət müəssisələrində maliyyənin təşkili.
-
Pul gəlirləri və mənfəət. Mənfəətin bölüşdürülməsi.
-
Dövriyyə vəsaitlərinin təşkili.
-
Kapital qoyuluşunun maliyyələşdirilməsi və kreditləşdirilməsi.
-
Maliyyə planlaşdırılması.
MƏHSUL ISTEHSALININ ARTIRILMASI VƏ ONUN IQTISADI SƏMƏRƏSININ YÜKSƏLDILMƏSINDƏ XIDMƏT
MÜƏSSISƏLƏRININ ROLU
Xidmətedici müəssisələr istehsal prosesində bilavasitə iştirak etmir, lakin istehsal prosesində dolayı yolla iştirak etməklə ona kömək edirlər. Bu baxımdan istehsalın artırılması və onun iqtisadi səmərəsinin yüksəldilməsində xidmətedici müəssisə və təşkilatların da mühüm rolu vardır.
«2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nda göstərilir ki, kənd təsərrüfatı istehsalçılarının müasir texnika ilə təmin olunması ərzaq istehsalının artırılmasının vacib şərtidir. Belə ki, texnikanın çatışmazlığı, aqrotexniki tədbirlərin müəyyən olunmuş müddətdə həyata keçirilməsini, məhsulun vaxtında və itkisiz yığılmasını çətinləşdirir, istehsal prosesində ciddi maneələr törədir. Mövcud köhnə texnika ilə aparılan işlər keyfiyyətsiz olduğundan, xeyli itkilərə yol verilir. Ümumiyyətlə, maddi-texniki bazanın zəifliyi nəticəsində bitkiçilik sahəsində ildə orta hesabla ən azı 30-40 milyon manatlıq məhsul itkisinə yol verilir. Ona görə də müasir tələblərə cavab verən servis xidməti müəssisələrinin geniş şəbəkəsinin yaradılması zərurəti meydana çıxır. Aqrar sahədə nəzərdə tutulan xidmət işlərinin yerinə yetirilməsini sürətləndirmək, sahibkarların əməyini yüngülləşdirmək, onların lazımi texnika ilə vaxtında və güzəştli şərtlərlə təmin edilməsi məqsədilə «Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» «Azərbyacan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli 468 saylı sərəncamı» ilə «Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti» yaradılmışdır. Hazırda ölkənin bölgələrində onun 10 satış xidmət bazası və 57 rayonda texniki xidmət servisləri fəaliyyət göstərir.
Proqramda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi əsas vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur.
Xidmətedici müəssisələrə daxildir: texniki təmir, avtonəqliyyat, texniki-quraşdırma, lizinq təşkilatları və s. (baytarlıq xidməti, enerji təchizatı və s.).
1.Texniki təmir müəssisələri aşağıdakı işləri yerinə yetirirlər: mürəkkəb təmir növlərinin texnologiyasını hazırlayır və təşkil edir, maşınlara və mexanizmlərə texniki xidmət göstərir, hissələrin təmirini həyata keçirir, heyvandarlıq fermalarında iş proseslərini mexanikləşdirir, maşın və avadanlıqlara texniki xidmət göstərir və digər işləri yerinə yetirir.
2. Nəqliyyat müəssisələri maddi-texniki vəsaitləri təsərrüfatlara daşıyır, kənd təsərrüfatı məhsullarını təsərrüfatlara və satış yerinə daşıyır, başqa yüklərin daşınmasını və həm də sərnişinlərin daşınmasını həyata keçirir.
3. Tikinti-quraşdırma təşkilatları, istehsal və qeyri-istehsal təyinatlı tikinti işlərini həyata keçirirlər.
4. Lizinq müəssisələri – lizinq müqaviləsinin obyekti olan əmlakı satın almaqla onu istehlakçıya icarəyə verən müəssisədir.
5. Baytarlıq xidməti. Hazırda sanitariya sağlamlığı, təhlükəli yoluxucu xəstəliklərin qarşısının alınması, insan sağlamlığı üçün yararlı və təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, habelə ailənin, insan və heyvanlar üçün təhlükəli olan xəstəliklərdən qorunması istiqamətində bir sıra tədbirlər həyata keçirirlər.
Baytarlıq məntəqəsində çalışan işçilər tərəfindən hər il orta hesabla 32,7 milyon baş kənd təsərrüfatı heyvanları və quşlarında xəstəliklərə qarşı dövlət vəsaiti hesabına profilaktiki və məcburi peyvəndləmələr aparılır.
Son illər Dövlət Baytarlıq Xidmətinin nəzarət funksiyasının artırılması ilə yanaşı, özəl baytarlıq xidmətinin genişlənməsi sahəsində də müəyyən işlər görülmüşdür. Belə ki, hazırda ölkənin şəhər və rayonlarında 25 özəl baytarlıq xidməti məntəqəsi fəaliyyət göstərir, 307 nəfər baytarlıq mütəxəssisi baytarlıqda işlədilən müalicə-profilaktika preparatlarının alqı-satqısı ilə məşğul olur və bu istiqamətdə işlər davam etdirilir.
Xidmətedici müəssisələrin maliyyəsi müəssisələrin və xalq təsərrüfatı sahələrinin maliyyəsinin tərkibinə daxildir. Onlar bütün xalq təsərrüfatı sahələrindəki müəssisələrə xas olan ümumi xüsusiyyətlərə malikdir. Xidmətedici müəssisələrin maliyyələşdirilməsi və kreditləşdirilməsi xalq təsərrüfatı sahələrində olduğu qaydada həyata keçirilir.
Xidmətedici müəssisələrin başqa müəssisə və təşkilatlarla, həmçinin şəxslərdə münasibətləri fəaliyyətin bütün sferalarında müqavilə əsasında qurulur.
Tərəflərin vəzifələri və öhdəlikləri, yerinə yetiriləcək ilin həcmi, hesablaşmanın formaları müqavilədə müəyyən edilir.
Texniki təmir işlərinin yerinə yetirilməsi üçün sifarişçi müəssisə təmir təşkilatına müraciət edir. Tərəflər razılaşdıqdan sonra müqavilə bağlanır. Müqavilədə həm də təmir obyektləri, işin yerinə yetirilməsinin vaxtı göstərilir. Təmir xərcləri smeta-maliyyə hesablamasında müəyyən edilir. Orada təmir xərclərinin növləri və təmirin smeta dəyəri hesablanır. Smeta-maliyyə haqq-hesabı tərtib ediləndə xərclərin növləri üzrə xərc norması göstərici və təmirin həcmindən istifadə edilir. Təmir işləri yerinə yetirildikdən sonra sifarişçiyə təhvil verilir. Hesablaşma müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirilən iş mərhələləri üzrə, yaxud işlər tam yerinə yetirildikdən sonra aparıla bilər.
Işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi və hazırlanmış məmulatların satışından daxil olan pul vəsaitləri istehsal fəaliyyətindən mənfəəti təşkil edir.
Texniki təmir təşkilatının xərcləri təmir emalatxanasının xərcləri, avtomobillər, traktorlar və avadanlıqlara və avtomobil nəqliyyatı təsərrüfatına texniki xidmət xərclərindən digər istehsalat bölmələrinin xərclərindən ibarətdir.
Işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi, məmulatların hazırlanması üzrə müstəqim (düzünə) xərclər bilavasitə maya dəyərinə daxil edilir. Qeyri-müstəqim xərclər (dolayı) (ümumistehsalat və ümumtəsərrüfat xərcləri) istehsalat işçilərinin əmək haqqına mütənasib olaraq bölüşdürülür.
Ümumi (balans) mənfəəti fəaliyyətin bütün sahələrindən əldə edilən pul gəlirlərindən fəaliyyətin bütün sahələri üzrə xərcləri çıxmaqla hesablanır. Mənfəət fəaliyyətin iqtisadi səmərəliliyini xarakterizə edən göstəricidir.
Mənfəət bölüşdürüləndə mənfəət vergisi ödənilir. Mənfəətin qalan hissəsi müəssisənin sərəncamında olur, istehlak və yığım fondları yaradılır.
TIKINTININ MALIYYƏSI
Tikintinin maliyyəsinin xüsusiyyətləri
Tikintinin xüsusiyyətlərinə daxildir:
1. Tikinti işlərinin davam etmə müddəti (uzun müddət);
2. Obyektlərin tikintisinin müxtəlif təbii iqlim şəraitində və müxtəlif bölgələrdə aparılması. Bu da tikintinin fərdi dəyərinə təsir edir və hazır tikinti işlərinin təhvil verilməsindən pul gəlirlərinin qeyri-bərabər daxil olmasına səbəb olur.
3. Tikintinin maliyyələşdirilməsi smeta dəyəri daxilində aparılır, hansı ki, sifarişçi ilə bağlanan müqavilə əsasında müəyyən edilir.
4. Tikinti-quraşdırma işlərinin xarakteri tikintinin ayrı-ayrı dövrlərində tikinti işlərinin material və əmək tutumunun müxtəlif dərəcələrini müəyyən edir, bu da dövriyyə vəsaitlərinə tələbatın qeyri-bərabərliyini müəyyən edir;
5. Tikintidə maliyyənin iki növü iştirak edir:
– sifarişçinin maliyyəsi;
– podratçının maliyyəsi.
Sifarişçinin maliyyəsi – yeni əsas fondların yaradılması, mövcud olanların təzələnməsi, modernləşdirilməsi və yenidən qurulmasına xərclərin maliyyələşdirilməsi üçün zəruri olan və dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi üçün zəruri olan vəsaitlərin məcmuundan ibarətdir.
Bu xərclərin maliyyələşdirilməsi mənbələri aşağıdakılardır:
-
Amortizasiya ayırmaları;
-
Əsas fəaliyyətin mənfəətinin bir hissəsi;
3.Təsərrüfat üsulu ilə aparılan tikinti-quraşdırma işlərinin dəyərinin aşağı salınmasından mənfəət və qənaət;
4.Tikintidə daxili resursların səfərbərliyə alınması (tikintidə dövriyyə vəsaitlərinə tələbatın azaldılması – ixtisar edilməsi);
5. Uzunmüddətli kreditlər;
6. Büdcə vəsaiti;
7. Sair mənbələr (pay haqları);
8. Investorların vəsaitləri.
Tikintinin xüsusiyyətləri podratçının maliyyəsinin bir sıra xüsusiyyətlərinə təsir edir. Belə ki, tikinti obyektinin uzun müddət davam etməsi bitməmiş istehsalın həcminin artmasına təsir edir, hansı ki, xüsusi dövriyyə vəsaitlərinin tərkibinə daxil edilir. Bu da öz növbəsində təhvil verilən işlərdən pul gəlirlərinin qeyri-bərabər daxil olmasına səbəb olur.
Tikinti işləri iki üsulla yerinə yetirilir – podrat və təsərrüfat üsulları.
Podrat üsulunda işləri ixtisaslaşdırılmış təşkilatlar yerinə yetirirlər. Podratçı ayrı-ayrı işlərin yerinə yetirilməsi üçün subpodrat müqaviləsinə əsasən subpodratçı cəlb edə bilər. Bu halda podratçı baş podratçı kimi çıxış edir və bütün işə görə cavabdeh olur.
TIKINTI-QURAŞDIRMA IŞLƏRININ XƏRCLƏRININ TƏRKIBI
Tikintidə kompleks xərclər həyata keçirilir: müstəqim və qeyri-müstəqim (birbaşa və üstəlik xərclər).
Birbaşa xərclər – konstruksiyaların, hissələrin, materialların satın alınması və daşınması xərcləri tikintidə çalışan fəhlələrin əsas əmək haqqı, tikinti maşınları və mexanizmlərinin istismarı üzrə xərclər, sair birbaşa (müstəqim) xərclər.
Üstəlik xərclər – inzibati-idarə xərcləri, iş yerlərinə xidmət və istehsalın təşkili üzrə xərclər.
Xərclərin həcmi - icmal smeta tərtib edilməklə hər bir tikinti obyekti üzrə müəyyən edilir. Smeta tikintinin maliyyələşdirilməsi və hesablaşmaların aparılması üçün əsasdır. Tikintidə dəyərin dörd növü vardır:
1. Tikinti işlərinin maya dəyəri – sifarişçinin obyektinin tikintisinin təşkili və təhvil verilməsi xərcləridir;
2. Smeta dəyəri – birbaşa və üstəlik (dolayı) xərclər üstəqəl plan üzrə mənfəət;
3. Tikinti işlərinin plan maya dəyəri – işlərin maya dəyərinin aşağı salınmasından əldə edilən qənaət qədər smeta dəyərindən az olan məbləğ.
4. Tikinti-quraşdırma işlərinin faktiki maya dəyəri. Mühasibat uçotunun məlumatları əsasında müəyyən edilir və yalnız smetada göstərilən xərcləri deyil, həm də faktiki xərcləri ifadə edir (nəqliyyatın boş dayanmasına görə cərimə, materialların çatışmaması və digər qeyri-məhsuldar xərclər).
Tikintidə, başqa müəssisələrdə olduğu kimi, xərc elementləri tətbiq edilir:
– materiallar;
– əsas əmək haqqı;
– maşın və avadanlıqların istismarı xərcləri;
– üstəlik xərclər və s.
TIKINTI TƏŞKILATLARININ DÖVRIYYƏ VƏSAITLƏRI
Tikinti təşkilatlarının dövriyyə vəsaitləri dövriyyə istehsal fondları və tədavül fondlarına bölünür.
Istehsal fondlarına daxildir: ehtiyatlar (tikinti materialları, konstruktor hissələri) və gələcək dövrlərin xərcləri.
Tədavül fondları pul vəsaitləri və hesablaşmalarda olan vəsaitlərdən ibarətdir.
Tikinti təşkilatlarında dövriyyə vəsaitlərinin tərkibi əsaslı tikintinin texniki-iqtisadi xüsusiyyətlərinə əsaslanır və onda, yəni dövriyyə vəsaitlərinin tərkibində hazır məhsullar və bitməmiş istehsal yoxdur.
Tikinti təşiklatlarının dövriyyə vəsaitləri üçün xarakterik cəhət dövriyyə müddətinin uzunluğudur. Hazır obyekt sifarişçiyə təhvil verilən vaxt dövriyyə başa çatmış olur.
Başqa təşkilatlarda olduğu kimi, tikintidə də dövriyyə vəsaitləri üç metodla normalaşdırılır:
1. Hesablama-analitik (pacrmno – analumureskoro);
2. Əmsal;
3. Birbaşa hesablama metodu (dövriyyə vəsaitlərinin bir günə düşən xərci müəyyən edilir, sonra bu rəqəm ehtiyat günlərin sayına, yaxud faizə vurulur).
Tikinti təşkilatlarında dövriyyə vəsaitlərinin normalaşdırılmasında fəaliyyətin xüsusiyyətinə uyğun xüsusiyyətlər vardır. Belə ki, dövriyyə vəsaitlərinin normativi cari ildə dövriyyə vəsaitlərinin orta normaları, planlaşdırılan ildə tikinti-quraşdırma işlərinin həcminin artımı, dövriyyə vəsaitlərinin dövriyyəsinin sürətləndirilməsi tədbirlərinə əsasən müəyyən edilir.
Dövriyyə vəsaitlərinin norması tikinti-quraşdırma işlərinin illik həcminə görə faizlə müəyyən edilir.
Tikintidə dövriyyə vəsaitlərinin formalaşdırılmasının mənbələri:
– xüsusi (istifadə edilməyən mənfəət);
–cəlb edilən vəsaitlər (kreditor borcları – bank tərəfindən kreditləş-dirilməyən əmtəə-material qiymətlilərə görə malsatanlara borclar);
– borc vəsaiti (məqsədli qısamüddətli kreditlər).
Podrat təşkilatların pul gəlirlərinə daxildir:
1. Il ərzində yerinə yetirilən və sifarişçiyə təhvil verilən tikinti-quraşdırma işlərinin smeta dəyəri;
2. Xüsusi kapital qoyuluşunun smeta dəyəri (xüsusi tikinti);
3. Podrat təşkilatın smeta dəyərindən artıq aldığı məbləğ;
4. Yardımçı müəssisələrin kənara satışından pul gəlirləri.
Hazır tikinti üzrə pul gəlirləri bərabərdir tikinti-quraşdırma işlərinin həcmi üstəgəl planlaşdırılan ilin əvvəlinə başa çatmamış tikinti çıxaq planlaşdırılan ilin axırına başa çatmamış tikintilərin dəyəri.
Tikintidə tərtib edilən sənədlər:
1.Layihə-smeta sənədləri. Layihə və smetadan ibarətdir. Texniki layihə – tikintinin texniki imkanları və istifadə cəhətdən məqsədəuyğunluğu əsaslandırılır. Smetada layihələndirilən obyektin dəyəri;
2. Yerinə yetirilən tikinti-quraşdırma işlərinin və bütün tikinti dövrü üçün müqavilə;
3. Cari tikinti dövrü üçün bağlanmış müqavilə;
4. Tikintinin podrat üsulunda tipik podrat müqaviləsi tətbiq edilir. Onda podratçının sifarişçi ilə qarşılıqlı münasibətləri ifadə edilir;
5. Bütün tikinti dövrü üçün hər bir tikinti üzrə ayrılıqda əsaslı tikintinin titul siyahısı tərtib edilir. Titul siyahısı kapital qoyuluşunun müəyyən edilən limiti daxilində tərtib edilir;
6. Tərtib və təsdiq edilən smeta-layihə sənədlərinə əsasən hər ilin tikintisinə tikintidaxili titul siyahısı tərtib edilir;
7. Əsas və mühüm sənəd smedatır. Smeta hər obyekt üzrə işlərin yerinə yetirilməsi üçün zəruri olan pul vəsaitinin məbləğini müəyyən edir.
TIKINTI TƏŞKILATLARININ MƏNFƏƏTI
Tikintidə maliyyə nəticəsi yerinə yetirilən tikinti-quraşdırma işlərinin təhvil verilməsindən, əsas vəsaitlərin satışından və satışdankənar gəlirlərdən xərcləri çıxmaqla müəyyən edilir.
Əsas vəsaitlərin satışından mənfəət (qeyri-maddi aktivlər) satış qiyməti ilə balans dəyəri arasındakı fərq kimi müəyyən edilir.
Köməkçi və yardımçı istehsalın məhsullarının satışından mənfəət satış qiymətilə bu məhsulların dəyərindən xərcləri çıxmaqla müəyyən edilir.
Tikintidə mənfəət iqtisadiyyatın digər sahələrində olan müəssisələrdəki kimi bölüşdürülür.
NƏQLIYYATIN MALIYYƏSI
Nəqliyyat – milli iqtisadiyyatın mühüm sahəsidir. O, iqtisadiyyatın sahələri üzrə müəssisələrdə məhsul istehsalının bütün mərhələlərinin tərkib hissəsidir. Nəqliyyat özündə çoxsahəli sferaları birləşdirir: dəmiryol nəqliyyatı, avtomobil nəqliyyatı, boru nəqliyyatı, çay, dəniz və hava nəqliyyatı.
Daşımaların həcminə görə dəmiryol nəqliyyatı əsas yeri tutur (bütün göndərilən yüklərin 36%-i). Ikinci yeri boru nəqliyyatı tutur (bütün göndərilən yüklərin 34%-i). Üçüncü yeri avtomobil nəqliyyatı tutur (bütün göndərilən yüklərin 25%-i). Nəqliyyatın bütün qalan növləri aşağı xüsusi çəkiyə malikdir – (çay nəqliyyatı – 4%, dəniz nəqliyyatı – 1,5, hava nəqliyyatı – 0,02%).
Xalq təsərrüfatının sahəsi kimi nəqliyyat fərqli xüsusiyyətləri ilə xarakterizə olunur:
1. Nəqliyyat daşımalarına görə qiymətlər yüklərin və sərnişinlərin daşınmasının tariflərinə əsasən formalaşır;
2. Nəqliyyatın köməyilə əmtəələrin yerdəyişməsi həyata keçirilir, məhsul istehsalı həyata keçirilmir;
3. Nəqliyyat müəssisələrində ölçü vahidi kimi aşağıdakılardan istifadə edilir:
– ton;
– ton –kilometr;
– sərnişin-kilometr;
– sərnişinlərin sayı.
4. Dövriyyə vəsaitlərinin tərkibində xammal, deməli hazır məhsul da yoxdur;
5. Nəqliyyat üçün xarakterik cəhət il ərzində ondan istifadənin qeyri-bərabərliyidir (mövsümlük);
6. Nəqliyyat vasitələrinin istehsal prosesi yüklərin və sərnişinlərin daşınmasından ibarətdir;
7. Xalq təsərrüfatının başqa sahələrindən fərqli olaraq yolların tikintisi və vəsaitlər axtarışların və layihələşdirmənin uzunmüddətli olması, həmçinin yeni sənaye-tikinti güclərinin yaradılması ilə əlaqədardır.
8. Nəqliyyatda yüklərin və sərnişin daşımalarının tariflərinin dövlət tənzimlənməsi mövcuddur. Yanacaq və elektrik enerjisi pərakəndə qiymətlə buraxılır.
NƏQLIYYAT MÜƏSSISƏLƏRININ XƏRCLƏRI
Nəqliyyat müəssisələrində xərc maddələri aşağıdakılardır:
-
Sosial sığortaya ayırmalarla əmək haqqı;
-
Yanacaq;
-
Yanacaq-yağlayıcı materiallar;
-
Elektrik enerjisi;
-
Materiallar;
-
Amortizasiya.
Nəqliyyatın ayrı-ayrı sahələrində xərc maddələrinin fərqli xüsusiyyətləri vardır. Məsələn, dəniz və çay nəqliyyatında belə xərclər donanmanın cari təmiri, hava nəqliyyatında təyyarə parkının cari təmiri və aeroportların xərci, avtomobil nəqliyyatında cari təmir və texniki xidmət, boru nəqliyyatında qazın və neftin itkisi.
Nəqliyyat müəssisələri daşımaların maya dəyərini hesablayırlar. Bunlar aşağıdakılardır:
1. Nəqliyyatın növləri üzrə daşımaların ümumi həcminə əsas xərc növlərinin ümumi məbləği;
2. Daşımaların maya dəyərinin aşağı salınmasından qənaət (plan maya dəyərini faktiki ilə müqayisə əsasında müəyyən edilir);
3. Ton-kilometrin maya dəyəri, yaxud malın maya dəyəri.
NƏQLIYYAT MÜƏSSISƏLƏRININ PUL GƏLIRLƏRI VƏ MƏNFƏƏTI
Nəqliyyat müəssisələri pul gəlirlərini nəqliyyat xidmətinin göstərilməsindən əldə edirlər. Onun əsas hissəsi yüklərin və sərnişinlərin daşınmasından əldə edilir. Nəqliyyat müəssisələrinin pul gəlirlərinə aşağıdakı amillər təsir edir:
-
Göstərilən xidmətlərin həcmi;
-
Daşımaların tarifləri;
-
Daşımalara görə müqavilə qiymətləri.
Pul gəlirlərinin həcmi müqavilə qiymətləri (tarif) və göstərilən xidmətin həcminə əsasən müəyyən edilir.
Nəqliyyat tarifləri: nəqliyyatın növləri, daşınan yüklərin sinfi (klass) daşımaların məsafəsinə görə müəyyən edilir.
Nəqliyyat vasitələrindən istifadəyə görə müqavilə qiymətləri nəqliyyatın konkret növünə tələbatdan asılıdır.
Nəqliyyat müəssisələrində pul gəlirləri biznes planın, nəqliyyat xidmətinin göstərilməsindən pul vəsaitlərinin daxil olmasının hesablanması cədvəlində planlaşdırılır.
Nəqliyyat müəssisələrində mənfəət nəqliyyat xidmətlərindən əldə edilən pul gəlirləri ilə istismar xərcləri arasındakı fərq kimi müəyyən edilir.
Mənfəət ümumi qayda üzrə bölüşdürülür. Xalis mənfəət nəqliyyat müəssisəsi tərəfindən aşağıdakı qaydada bölüşdürülür:
– istehsal bazasının inkişafı;
– sosial inkişaf;
– maddi stimullaşdırma.
NƏQLIYYAT MÜƏSSISƏSININ MALIYYƏ PLANI
Nəqliyyat müəssisəsinin maliyyə planı gəlirlər və xərclər balansı formasında tərtib edilir. Planın gəlirlər hissəsində əsasən aşağıdakılar göstərilir:
-
Nəqliyyat müəssisəsinin mənfəəti;
-
Amortizasiya;
-
Büdcə vəsaiti;
-
Möhkəm passivlərin artımı.
Xərclər hissəsində aşağıdakılar göstərilir:
-
Mənfəətdən büdcəyə ödəmələr;
-
Kapital qoyuluşunun həcmi;
-
Xüsusi dövriyyə vəsaitləri normativinin artımı;
-
Nəqliyyat vəsaitlərinin cari təmir xərcləri.
Bundan başqa dəmiryol nəqliyyatının maliyyə planına nəqliyyat təşkilatlarının işçilərinə xidmət edən büdcə təşkilatlarının smetası da daxil edilir. Dəmiryol nəqliyyatında maliyyə planı ilə birlikdə valyuta əməliyyatlarının planı da tərtib edilir, hansı ki, orada beynəlxalq əlaqələrdə yüklərin və sərnişinlərin daşınması üzrə xarici valyuta ilə vəsaitlərin daxil olması və ödəmələr əks etdirilir.
Çay və dəniz nəqliyyatı təşkilatlarının maliyyə planında dövlət kapital qoyuluşuna büdcədən ayırmalar, yol təsərrüfatı üzrə və gəmiçilik müfəttişliyinin saxlanması və mühafizəsi xərcləri, mənzil-kommunal təsərrüfatının zərərləri və s. göstərilir.
Avtomobil nəqliyyatının dövriyyə vəsaitlərinin normativi iki qrup üzrə müəyyən edilir:
1. Istehsal xərclərinin artımından bilavasitə asılı olan normalaşdırılan dövriyyə vəsaitləri üzrə, normativ xərclərin 1 manatına görə müəyyən edilir, plan üzrə istehsal fəaliyyətinə əsasən hesablanan;
2. Ehtiyatları istehsal planının artımı ilə əlaqədar olmayan dövriyyə vəsaitəlri – normativ keçən ildə faktiki orta qalıq səviyyəsində müəyyən edilir;
Dövriyyə vəsaitlərinin formalaşdırılmasının mənbələri - başqa müəssisə-lərdə olduğu kimidir, xarakterik xüsusiyyət möhkəm passivlərdir (köhnəlmənin və təkərlərin təmirinin bərpası ehtiyatı – planla ödəmələr üzrə hesablaşmalar).
LIZINQ HAQQINDA ANLAYIŞ
Xidmət müəssisələrindən biri də lizinq müəssisələridir. Lizinq xidməti haqqında Azərbaycan Respublikasının Qanunu (29 noyabr 1994-cü il, № 930). Azərbaycan Respublikasında həyata keçirilən lizinq xidməti bu Qanunla, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və Azərbaycan Respublikasının beynəlxalq müqavilələri (sazişləri) ilə tənzimlənir:
– lizinq istehlakçının sifarişi əsasında əmlakı satın almaqla onu istehlakçıya orta və uzun müddətə icarəyə vermək məqsədilə həyata keçirilən xidmət növüdür;
– lizinq müəssisəsi - lizinq müqaviləsinin obyekti olan əmlakı satın almaqla onu istehlakçıya icarəyə verən müəssisədir;
– icarəçi – lizinq müəssisəsindən əmlakı icarəyə götürən hüquqi və fiziki şəxsdir;
– qəbul protokolu – lizinq müqaviləsinin obyekti olan əmlakın qəbul edilməsi, quraşdırılması və istismara verilməsi haqqında lizinq müqaviləsi subyektlərinin imzaladıqları sənəddir;
– lizinq haqqı – icarəyə götürülmüş əmlak üçün icarəçinin lizinq müəssisəsinə ödədiyi haqdır.
Lizinq xidməti yönəldilən vəsaitin mənbəyinə, lizinq haqqının tərkibinə, lizinq müqaviləsi subyektlərinin iştirakına görə əsasən aşağıdakı formalarda həyata keçirilir:
1. Lizinq xidmətinin həyata keçirilməsinə yönəldilən vəsaitin mənbəyinə görə:
– lizinq müəssisəsinin öz vəsaiti hesabına həyata keçirilən xidmət;
– lizinq müəssisələrinin öz vəsaiti və digər mənbələrdən cəlb olunmuş vəsait hesabına həyata keçirilən xidmət (bu halda lizinq müəssisəsinin öz vəsaiti xidmətin ümumi dəyərinin 30%-dən az olmamalıdır).
2. Lizinq haqqının tərkibinə görə:
– əmlakın satılma dəyəri, digər xidmət xərcləri, habelə lizinq müəssisəsinin mənfəəti daxil edilməklə lizinq haqqı ödənilən xidmət;
– əmlakın satınalma dəyəri və lizinq müəssisəsinin mənfəəti daxil edilməklə lizinq haqqı ödənilən xidmət.
3. Lizinq müqavilələri subyektlərinin iştirakına görə:
– üç müxtəlif tərəfin iştirakı ilə (satıcı, lizinq müəssisəsi və icarəsi) həyata keçirilən xidmət;
– iki tərəfin iştirakı ilə həyata keçirilən xidmət (bu halda maliyyə vəsaitinə ehtiyacı olan müəssisə öz mülkiyyətində olan əmlakı lizinq müəssisəsinə sataraq onu icarəyə götürür).
LIZINQ MÜQAV ILƏSI
1. Lizinq xidməti barədə tərəflər arasında yazılı formada müqavilə bağlanılır;
2. Lizinq müqaviləsində aşağıdakılar göstərilir:
– müqavilənin tərəfləri, onların hüquq və vəzifələri;
– icarəyə verilən əmlakın tərkibi və dəyəri;
– zəruri hallarda icarəçinin lizinq obyekti olan əmlak üçün təminatı;
– müqavilənin müddəti;
– lizinq haqqının məbləği, onun ödənilmə müddəti və qaydası;
– lizinq müddəti bitdiyi dövrə əmlakın qalıq dəyəri.
3. Lizinq müqaviləsinə qanunvericiliyə zidd olmayan əlavə müddəalar da daxil oluna bilər;
4. Lizinq müqaviləsi bağlanarkən aşağıdakı tələblərə riayət olunmalıdır:
– lizinq müəssisəsi lizinq müqaviləsinin obyekti olan əmlakı icarəyə vermək məqsədilə onu satın almalıdır və həmin əmlak icarəyə götürənin tələblərinə uyğun olmalıdır;
– lizinq müqaviləsinin obyekti olan əmlak bu müqavilədə nəzərdə tutulan əmlak təyinatı üzrə istifadə edilməlidir;
– lizinq müqaviləsi müddətinin yuxarı həddi əmlakın texniki sənədlərində nəzərdə tutulan istismar müddətindən çox olmamalıdır;
– lizinq haqqı lizinq müəssisəsinə icarəyə verdiyi əmlaka çəkdiyi xərcləri ödəməyə və mənfəət əldə etməyə imkan verməlidir;
– lizinq müqaviləsində müqavilə müddəti bitdikdən sonra lizinq müəssisəsinin razılığı ilə əmlakın qalıq dəyərinə uyğun olaraq icarəçinin mülkiyyətinə keçə bilməsi imkanı nəzərdə tutula bilər.
Dostları ilə paylaş: |