Marketinqin planlaşdırılmasında «yuxarıdan aşağıya», «aşağıdan yuxarıya» və «məqsədlər yuxarıdan aşağıya, planlaşdırma aşağıdan yuxarıya» metodlarından istifadə edilir.
«Yuxarıdan aşağıya» planlaşdırma metodunda marketinq strategiyası və resursların bölüşdürülməsi haqqında qərarlar müəssisənin planlaşdırma bölməsi tərəfindən mərkəzləşdirilmiş qaydada hazırlanır və icra üçün müvafiq bölmələrə və strateci təsərrüfat vahidlərinə göndərilir.
«Aşağıdan yuxarıya» planlaşdırma metodu qeyri-mərkəzləşdirilmiş planlaşdırma prosesidir və burada marketinq planlaşdırılması aşağı pillələrdə həyata keçirilir, baxılmaq və təsdiq edilmək üçün müəssisənin rəhbərliyinə təqdim edilir.
«Məqsədlər yuxarıdın aşağıya, planlaşdırma aşağıdan yuxarıya» metodununmahiyyəti ondan ibarətdir ki, marketinqin məqsədi rəhbərlik tərəfindən müəy-yən edilir, marketinqin planlaşdırılması və marketinq planlarının tərtibi isə müəy-yən edilmiş məqsədlərə uyğun olaraq menecerlər tərəfindən həyata keçirilir.