İllik plan nəzarəti. İllik plan nəzarəti illik marketinq planlarında müəyyən edilmiş göstəricilər üzrə müəyyən edilmiş plan tapşırıqlarının yerinə yetirilmə səviyyəsini, həmin tapşırıqlardan kənarlaşmaları və bu kənarlaşmaların həcminə müxtəlif amillərin təsir dərəcəsini aşkar etmək məqsədilə aparılan nəzarət sistemidir. Aşağıdakıları özündə birləşdirir.
Mənfəətliliyə nəzarət.Məhsul satışından əldə edilən gəlirlər onun istehsalı və satışına çəkilən xərcləri ödəməklə yanaşı, həm də müəssisəyə müəyyən məbləğdə mənfəət əldə etməyə imkan verməlidir, yəni onun rentabelli işləməsini təmin etməlidir. Satışın həcminin və xərclərin səviyyəsinin təhlili müəssisənin rentabelli işləməsini müəyyən etməyə imkan vermir. Buna görə də, hər bir müəssisə satışın həcminin, xərclərin səviyyəsinin və istehlakçıların təmin edilmə səviyyəsinin təhlili ilə yanaşı məhsulların, satış ərazilərinin, istehlakçı qrupları ilə əlaqələrin və bölüşdürmə kanallarının mənfəətliliyini (rentabelliyini) təhlil etməli və ona nəzarəti həyata keçirməlidir.