Мцяллиф адлы кимйяви реаксийалар



Yüklə 63,99 Kb.
tarix15.11.2018
ölçüsü63,99 Kb.
#82560
növüDərs

Kimya məktəbdə




KİMYANIN TƏDRİSİNDƏ FƏNLƏRARASI ƏLAQƏ MƏZMUNLU EKSKURSİYALARDAN İSTİFADƏ ETMƏKLƏ ŞAGİRDLƏRİN EKOLOJİ BİLİKLƏRİNİN ÜMUMİLƏŞDİRİLMƏSİ METODİKASI
Tağıyev T.İ.

Gəncə Dövlət Universitetinin

Kimya kafedrasının dosenti, p.e.n.
Ekoloji təhsilin məktəb qarşısında qoyduğu vəzifələrdən biri şagirdlərin əmək fəaliyyəti zamanı, təbiətlə ünsiyyət prosesində və gündəlik həyatda kimyəvi bilikləri tətbiq etmək bacarığı formalaşdırmaqdır [1].

Ekoloji təhsilinməktəb qarşısında qoyduğu vəzifələr kompleks tədbirlər (sinifdənxaric işlər və məktəbdənkənar tədbirlər) vasitəsilə daha ətraflı həyata keçirilə bilər.

Apardığımız tədqiqat zamanı aşkar olundu ki, məktəblərdə ekoloji aspektdə həyata keçirilən bu cür tədbirlər heç də həmişə bir-biri ilə əlaqələndirilmir, onrlar epizodik xarakter daşıyır [2].

Belə ki, ekoloji məsələlərin öyrədilməsi əksər hallarda dərs prosesi ilə məhdudlaşdırılır.

Yaxud sinifdənxaric işlərdə mənimsənilən ekoloji məzmunlu biliklərdən dərs prosesində müntəzəm istifadə edilmir. Bu isə ekoloji bilik və bacarıqların formalaşdırılmasında natamamlığa səbəb olur.

Bu çaiışmazlıqların bir sıra səbəbləri vardır:

- bəzi müəllimlər təhsil sistemində ekoloji biliklərin rolunu kifayət qədər qiymətləndirmir və ona əhəmiyyət vermirlər;

- müəllimlərin bu aspektdə tədris-metodik ədəbiyyatla təmin edilmir;

- ekoloji məsələlərin həllinə kompleks yanaşma metodu tətbiq olunmur;

- məktəblərdə fənlərarası əlaqə məzmunlu ekoloji bilikləri əhatə edən sinifdənxaric işləri aparılmır.

Bütün bu çatışmazlıqların aradan qaldırılması üçün sinifdənxaric işlərdən müntəzəm, sistemli şəkildə istifadə edilməsi zəruridir.

Dərs prosesində bir sıra ekoloji prosesləri, faktları və hadisələri bilavasitə müşahidə etmək və bu sahədə mənimsənilmiş bilikləri təbiətin mühafizəsi işlərində tətbiq etmək mümkün deyildir.

Dərs prosesində həyata keçirilməsi çətinlik törədən bu cür ekoloji məsələlər sinifdənxaric işlər vasitəsi ilə genişləndirilir, dərinləşdirilir və tamamlanır. Lakin sinifdənxaric işlər şagirdlər üçün məcburi yox, könüllülük prinsipi əsasında, onların marağı üzrə müstəqilliyin təmin edilməsi şəraitində qurulmalıdır. Sinifdənxaric işlərin effektivliyini təmin etmək üçün onun məzmununu müəyyənləşdirərkən aşağıdakı prinsipləri nəzərə almağı zəruri hesab edirik:

- biliklərin həyatla əlaqələndirilməsi;

- şagirdlərin bilik və yaş xüsusiyyətlərinə, əqli inkişafına müvafiq olması.

Tədqiqat nəticəsində müəyyən etmişik ki, ekoloji məzmunlu sinifdənxaric işlər yerli materiallar əsasında qurulduqda daha effektli olar. Sinifdənxaric işlərdə məqsədyönlü təşkil edilən problem situasiyalardan istifadə etməklə yerli təbiətlə münasibətdə ona zərər yetirməmək, ətraf mühiti çirkləndirməmək, təbiətdə antiəxlaqi davranışlarla (heyvanlara əziyyət vermək, bitkiləri qırmaq və s.) qarşı barışılmazlıq, təbiətin zənginliyinə xələl gətirməmək kimi məsuliyyətli davranış ruhunda tərbiyə etmək mümkündür.

Bu zaman şagirdlər nəinki yerli təbiətdə yaranan mövcud ekoloji problemi başa düşür, həm də onun aradan qaldırılması işində iştirak etməyin zəruriliyini dərk edir və ictimai faydalı işlərə fəal qoşulurlar.

Sinifdənxaric işlər zamanı bilavasitə təbiətin qoynunda təşkil edilən müşahidələr, aparılan eksperimentlər, çəkilən rəsmlər, fotoşəkillər, şagirdlər üçün daha maraqlı və cəlbedici olur. Onların fənnə marağı artır. Ekoloji tərbiyənin səviyyəsi yüksəlir.

Onların tərbiyəlilik səviyyəsi, onların davranışları əsasında təbiətin mühafizəsi tədbirlərində fəal iştirak etmələri ekoloji məsələlərlə bağlı situasiyalarda fəallıqlarının artması, bu zaman göstərdikləri müsbət emosiayalar vasitəsi ilə sübut edilir.

Sinifdənxaric işlərdə təşkil edilən müzakirələr ekoloji bilikləri ümumiləşdirməyə imkan verir.

Sinifdənxaric işlərdən gecələr, konfranslar, mühazirələr və s.-dən istifadə etməklə şagirdlərin ekoloji bilikləri genişləndirilir, dərinləşdirilir və tamamlanır. Burada nəzərə almaq lazımdır ki, ekoloji məsələlərin kompleks xarakteri onların həll edilməsində ayrı-ayrı təbiət fənlərindən mənimsənilən «baza» biliklərindən kompleks istifadə olunmasını tələb edir. Bu isə fənlərarası əlaqə vasitəsi ilə həyata keçirilə bilər.

Lakin fənlərarası əlaqə vasitəsi ilə müxtəlif fənlər üzrə ümumi təlim-tərbiyə məsələləri vahid yanaşma metodu ilə həyata keçirilməlidir [2].

Bu məqsədlə ekoloji aspektdə aşağıdakı təlim-tərbiyə məsələləri həll edilməlidir:

1. Təbiətlə münasibətdə şagirdlərdə məsuliyyətli davranış formalaşdırmaq.

2. İnsan fəaliyyətinin ətraf mühitə təsirinin kimyəvi proseslərin, kimya istehsalatının ikili təbiətini aşkar etmək.

3. Şagirdlərin mənimsədikləri ekoloji bilikləri təbiətin mühafizəsi işlərində praktik tətbiq etmək bacarığı formalaşdırmaq.

İşlədiyimiz metodika üzrə ekskursiyalardan istifadə etməklə ekoloji biliklərin ümumiləşdirilməsi metodikasını nəzərdən keçirək.

Ekskursiyalar. Şagirdlərin təbiətdə məsuliyyətli davranışının formalaş­ma­sın­da ekskursiyaların imkanları genişdir.

Eks­kur­­siyalar zamanı şagirdlərin nəzəri biliklərinin tətbiqi üçün şərait, həmçinin faktları, hadisələri və onların mənfi ekoloji nəticələrini müşahidə etmək imkanı vardır.

Dərs prosesində müşahidə edilməsi mümkün olmayan obyektlər eks­kur­siya­lar vasitəsi ilə müşahidə olunur.

Tədqiqat nəticəsində müəyyən edildi ki, ekoloji biliklərin ümu­mi­ləşdirilməsində effektivliyin artırılması yollarından biri yerli obyektlər üzrə təşkil edilən ekskursiyalarda fənlərarası əlaqədən istifadə edilməsidir.

Apardığımız araşdırmalardan müəyyən etdik ki, kimyadan təşkil edilən ekoloji məzmunlu ekskursiyalarda biliklərin ümumiləşdirilməsində aşığıdakı tə­ləb­­lərə əməl edilməlidir:

- ümumiləşdirilən nəzəri biliklərin praktika əlaqəsi aşkar edilməli;

- şagirdlərdə doğma diyarın təbiətinə məhəbbət, zənginliyinə inam yaradılmalı;

- ətraf mühitlə idrakı və emosional davranılmasını vəhdətdə həyata ke­çirilməli;

- şagirdlərin qarşısında başqa təbiət fənlərindən mənimsənilmiş baza biliklərini səfərbər etməyə istiqamətləndirən problemli suallar qoymalı;

- müşahidə edilən faktlar və hadisələrə əsaslanaraq, şagirdləri təbiətlə məsuliyyətli davranış ruhunda tərbiyə etməli;

-havaya, suya, torpağa, tikintilərə və qurğulara, abidələrə, antropogen təsirlərin mənfi ekoloji nəticələrini müşahidə etdirmək və onların aradan qaldırılması üçün təcili tədbirlər görülməsinin zəruriliyinin dərk etdirməli;

- ekskursiyanın nəticələri ilə bağlı şagirdlərin müzakirələrini təşkil etməli və müvafiq təkliflər hazırlamalı.

Bu məqsədlə ekskursiyaların keçirilməsi ilə bağlı obyektlərin seçilməsində aşağıdakı tələbləri müəyyənləşdirdik:

- obyektdə antropogen təsirlərin (müsbət və ya mənfi) müşahidə edilməsinin mümükünlüyü;

- obyektin məktəbin yerləşdiyi əraziyə nisbətən yaxın yerləşməsi;

- obyektdəki ekoloji vəziyyətin təyin edilməsində və onun mühafizəsində təbiət fənlərinə aid biliklərin ümumiləşdirilməsi imkanları.

Bu tələbləri nəzərə alaraq ekskursiya keçiriləcək aşağıdakı obyektləri ayırd etdik:

- neft və qaz çıxarılması və emalı ilə bağlı istehsalat sahələri;

- faydalı qazıntı çıxarılan mədənlər;

- kimya sənayesi ilə bağlı istehsalat sahələri;

- kənd təsərrüfatı məhsulları istehsal edilən sahələr;

- xörək duzu istehsalatı;

- sement istehsalatı;

- şüşə zavodları;

- keramika məhsulları istehsalı və s.

Kimya proqramına əsasən ekskursiyaların təşkili, məzmunu və onun əsas mərhələlərini aşağıdakı kimi ayırd etdik.

- ekskursiyaya müəllimin hazırlanması;

- plan tərtib edilməsi, məqsədin müəyyənləşdirilməsi, müvafiq ədəbiyyatların öyrənilməsi, vasitələrin tapılması və s;

- ekskursiyaya şagirdlərin hazırlanması.

Təşəbbüskar qrupların yaradılması, ekskursiya proqramının işlənməsi, ekskursiyada iştirak edən hər bir qrupun vəzifələri ilə tanış edilməsi:

- idrakı və tərbiyəvi məsələlərini ayırd edilməsi;

- ekskursiyanın yekunlaşdırılması;

- proqramda qeyd olunanları, təbiətin mühafizəsi məsələlərinin həyata keçirilməsi.

Müəllimin ekskursiyaya hazırlaşması aşağıdakılardan ibarətdir:

- əvvəlcə ekskursiya obyekti ilə diqqətlə tanışlıq, müəssisənin mütəxəssisi ilə tanışlıq və ondan müəyyən informasiyanın alınması.

Daha sonra müəllim ekskursiyanın marşrutunu dəqiqliklə hazırlayır, nəqliyyat haqqındakı məsələləri dəqiqləşdirir.

Nümunə üçün Alüminium zavoduna təşkil olunan ekskursiyanı nəzərdən keçirək.
Ekskursiyanın məqsədi.

Ətraf mühiti çirkləndirən amillərin müşahidə edilməsi:

- onun qarşısının alınması üçün görülən mümkün tədbirlər;

- təbii sərvətlərdən səmərəli istifadə edilməsi haqqındakı bilikləri dərinləşdirmək və genişləndirmək;

- təbiətlə məsuliyyətli davranışın formalaşdırılmasını davam etdirmək.
Ekskursiyanın obyekti: Gəncə Alüminium zavodu.

Ekskursiyanın məzmunu aşağıdakı müddəaları əhatə edir:

- iş yerinin və müəssisənin əmək kollektivi ilə tanışlıq;

- ətraf mühitə kimyəvi maddələrin (zavodun tullantı qazları və tozlar) mənfi təsirini aşkar etmək. Ayrı-ayrı çirkləndirici komponentlərin müşahidə edilməsi;

- ətraf mühitə atılan tullantıların əmələ gətirdiyi mənfi ekoloji nəticələr və onların aradan qaldırılması üsuslları ilə tanışlıq;

- müəssisədə fəhlələrin sağlamlığının qorunması üçün iş yerində görülən tədbirlər ilə tanış olmaq.



Ekskursiyaya hazırlıq:

1. Şagirdləri ekskursiyanın məqsədi ilə tanış etmək;

2. Ekskursiyanın planının müzakirəsi;

3. Öyərniləcək konkret obyektin müəyyən edilməsi.

Bu hazırlıqdan sonra şagirdlərə ekskursiyadan sonra cavab verəcəkləri suallar yazdırılır:

1. Alüminium zavodunun ətraf mühitə (su, hava, torpaq, abidələr, tikinti qurğuları) və insan sağlamlığına nə kimi təsiri vardır?

2. Zavodun ətraf mühitə mənfi təsirinin qarşısını almaq üçün nə kimi mühafizə tədbirləri görülür?

3. Zavodda xammaldan kompleks istifadə edilirmi?

4. Zavodda hansı komponentlər tullantı kimi atılır?

5. Bu tullantılardan başqa müəssisələrdə də istifadə edilirmi?

6. Zavodda fəhlələrin əmək şəraiti necədir?

7. Zavodda nə kimi təhlükəsizlik tədbirləri görülür?

8. Zavodda hansı peşə xoşunuza gəldi?

9. Zavodun ətraf mühitə etdiyi çirkləndirici təsiri və onun mənfi ekoloji nəticələrini cədvəl əsasında ümumiləşdirin.

Ekskursiyanın proqramı aşağıdakı mərhələləri əhatə edir.

1. Ekskursiyanın aparıcı mütəxəssisinin giriş sözü (müəssisənin iarixi, onun keçmişi, indiki və gələcəyi haqqında məlumat verilir);

2. Zavodun ərazisi, onun ətrafı ilə fəhlələrin əmək şəraiti ilə tanışlıq;

3. Zavodda gedən texnoloji proseslərlə tanışlıq. Xammalın qurudulması, xırdalanması və emalı ilə tanışlıq;

4. Xammalın və məhsulun keyfiyyətcə analizi üsulları ilə tanışlıq;

5. Ətraf mühitə atılan tullantıların (qum, gil, kükürd qazı) utilizasiyası;

6. Zavodda tullantılardan səmərəli istifadə edilməsi, ətraf mühitin çirklənmədən mühafizəsi üçün görülən tədbirlər haqqında izah edilən materialların qeyd edilməsi.

Ekskursiyadan sonra ümumiləşdirici müşahidə təşkil edilir. Nəticədə şagirdlərin suallara nə qədər tam cavab verməsi yoxlanılır.

Müsahibə zamanı bir sıra suallar ümumiləşdirilir. Başqa sözlə, başqa fənlərdən mənimsənilmiş biliklərdən istifadə olunmasını tələb edən sintez edilmiş suallardan istifadə olunur:

1. Zavodun əhatəsində bitki örtüyünün seyrəlməsi və həmin sahənin əkin üçün yararsız olması nə ilə bağlıdır?

2. Zavodun ətraf mühitə etdiyi mənfi təsirlər nə ilə bağlıdır?

(Texnologiyanın qeyri-mükəmməl olması, isçilərin ekoloji savadsızlığı, texnoloji rejimə düzgün əməl olunmaması və s.)

3. Xammalın emalı və məhsulun istehsalı zamanı nə kimi fiziki-kimyəvi proseslərindən istifadə edilir?

4. Bu proseslərlə bağlı reaksiyaların tənliklərini yazın.

5. Bu fiziki proseslər təbiətdə və insan həyatında hansı bioloji proseslərin baş verməsinə səbəb olur? Cavablarınızı konkret misallarla izah edin.

6. Tullantılar torpağa hansı yollarla qarışa bilər?

7. Torpağın çirklənməsi və onun mühafizəsi ilə bağlı hansı fiziki, kimyəvi, bioloji üsullardan istifadə edilir?

8. Zavodun ətraf mühitlə əlaqəsinə aid hansı mühafizə tədbirləri həyata keçirlir?

9. Burada şagirdlər nə kimi ictimai faydalı tədbirlərdə iştirak edə bilərlər? (ekoloji biliklərin təbliği, yaşıllaşdırma, tullantıların toplanması və s.)

10. Zavodun keçmişi və indiki istehsalı ilə bağlı iqtisadi göstəriciləri, iqtisadi səmərəsi, ekoloji cəhətdən nə dərəcədə yararlığını müqayisə edin.

11. Zavodun indiki vəziyyəti və gələcək perspektivi haqqında nələri proqnozlaşdırmaq mümkündür?

12. Zavodun ətraf mühitə mənfi təsirinin aradan qaldırılması işində nə kimi çatışmazlıqlar olduğunu müşahidə etdiniz?

13. Bu çatışmazlıqların aradan qaldırılması üçün siz nə təklif edərsiniz?

Şagirdlərlə təşkil edilən müsahibədə ətraf mühitə mənfi təsir edən antropogen faktorlar aşkar epdilir. Daha sonra zavodun ətraf mühitlə əlaqəsinə aid şagirdlərin cavabları 1 saylı ümumiləşdirici cədvəldə qeyd etdirilir.


Cədvəl1.

Alüminium zavodunun ətraf mühitə çirkləndirici təsiri

onun mənfi nəticələri


Çirklənən obyektlər və çirkləndiricilər

Çirklənmənin mənfi nəticələri

Atmosfer havası (xammal, tozlar və kükürd qazı)

İnsan və heyvanların tənəffüs orqanlarına mənfi təsir edir. Havanı tutqunrlaşdırır, günəş şüalarının yer səthinə düşmə intensivliyi azalır

Torpaq, xammal tozları, tullantı qum, gil və s. boş suxurlar

Çirkləndirici tozlar atmosfer çöküntüləri (qar, yağış) vasitəsi ilə torpağa qarışır, onun bitki örtüyünü məhv edir və əkin üçün yararsız edir

Su hövzələri. Xammal və tullantı maddələrin tozları

Su hövzələrini çirkləndirir. Onun istifadəsini məhdudlaşdırır.

İnsan orqanizmi toz və zəhərli komponent, kükürd qazı və s.

İnsanın tənəffüs yolu ilə orqanizminə daxil olur və onun zəhərlənməsinə səbəb olur

Ekskursiyadan sonra onun nəticələrini əks etdirən divar qəzeti buraxılır. Toplanmış kolleksiyalar kimya kabinetində saxlanılır. Şagirdlər ekskursiya haqqında qısa hesabat yazırlar.



İstifadə edilmiş ədəbiyyat:


1. Ümumtəhsil məktəblərinin VIII-XI sinifləri üçün kimya proqramı. Bakı, 1999, s. 3-4.
2. Tağıyev T.İ. kimya kursunda ekoloji biliklərin inteqrasiyası imkanları (metodik vəsait). Gəncə. 2003, 54 s.



Методика использование экскурсии межпредметным

содержанием с целью обобщения экологических

знаний учащихся в преподавание химии

Т.И.Тагиев

к.п.н., доцент кафедры Химия

Гянджинского Государственного Университета

РЕЗЮМЕ
В результате исследования выяснилось, что систематическое и це­ле­направленное использование экскурсий связанных содержанием на внек­ласс­ных работах по химии повышает интерес к предмету, способствует соз­данию у них сознательного отношения к природе и ответственности за принятие конкретных решения.

Procedure of the using excursion at out-of-class works cohcerned with intersubject content with the purpose for summarizing ecological

knowledge at chemistry teaching

T.I.TAGIYEV

Candidate jf pedogogical sciences,

Assistant professor of the Faculty of Chemistry

Ganja State University

SUMMARY

At the result of research it was determined that systematical and purposeful using of excursions concerned with ecological content at out-of school works on chemistry rause interest to subject, assist to qreate them deliberate relations to nature and responsibility for make a concrete decision.



Açar sözlər: kimyann tədrisi, metodikası, ekologiya, təbiətə münasibət, ətraf mühit, ekskursiya obyekti, keramika məhsuları, utilizasiya, tullantı, komponent, texnologiya.
Ключевые слова: методика преподовании химии, экология, отношение к природе, окружающая среда, объект экскурсии, керамические продукты, утилизасия, выбросы, компонент, технология.
Key words: methods of teaching chemistry, environment, for nature, facility tours, ceramic products, utilizasiya emissions, a component technology.






Yüklə 63,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin