KİMYANIN TƏDRİSINDƏ ŞAGİRDLƏRİN
MÜSTƏQİLLİYİNİN İNKİŞAF ETDİRİLMƏSİ
T.İ.Tağıyev
Gəncə Dövlət Universitetinin professoru, p.e.d.
Müasir dövrdə məktəb qarşısında qoyulan vəzifələrdən biri təlim prosesində şagirdlərin müstəqilliyini təmin etməklə onların aktivliyi şəraitində biliklərin səbəb-nəticə baxımından mənimsəmələrinə nail olmaqdır.
Şagirdlər kimyəvi hadisələri və onları əks etdirən kimyəvi reaksiyaları səbəb-nəticə baxımından mənimsədikdə onların bilikləri şüurlu olur, həmin bilikləri qeyri-standart şəraitdə tətbiq etmək bacarığına yiyələnirlər.
Şagirdlərdə bu kimi keyfiyyətlərin formalaşması üçün təlim prosesində sistemli şəkildə tədqiqatçılıq elementlərindən istifadə etmək lazımdır.
Bu məqsədlə əvvəlcə öyrədilən mövzunun imkanları aşkar eedilməli, onun şagirdlərin müstəqillilik dərəcəsinə müvafiqliyi, tapşırığın yerinə yetirilə bilməsi üçün tələb olunan baza biliklərinə malik olması, başqa sözlə şagirdlərin gücünə müvafiq olması nəzərə alınmalıdır.
Bunun üçün şagirdlərin mənimsəyəcəyi yeni materialı bilik elementlərinə ayırmaq və onların yerinə yetirilməsində istinad edilən ehtiyat bilik (baza) elementləri ilə müqayisə etmək lazımdır. Burada tələb olunan baza bilikləri və bacarıqlarına aid müsahibə təşkil etməklə onların mövcud imkanları aşkar edilməlidir.
Şagirdlərin tədqiqatçılıqla bağlı müstəqil işləri müxtəlif mənbələr (dərslik, digər ədəbiyyatlar, laboratoriya və nümayiş təcrübələri və s.) üzrə təşkil oluna bilər.
Əgər şagirdlərin ehtiyat bilik bazası və tədqiqat aparmaq üçün tətbiq eedilməsi zəruri olan bacarıqları kifayət qədər deyildirsə, onda izahlı-illüstrativ metoddan istifadə etmək məqsədəuyğundur.
Şagirdlərin müstəqilliyinin inkişaf etdirilməsinə imkan verən metodlardan biri tədqiqatçılıq metodudur. Şagirdlərin kifayət qədər ehtiyat baza bilikləri olduqda tədqiqatçılıq metodundan istifadə etmək mümkündür.
Tədqiqatçılıq metodu əsasən aşağıdakı əlamətləri ilə xarakterizə olunur: problem situasiya yaradılması, işçi fərziyyələrin irəli sürülməsi, onun yoxlanılması üçün plan tərtib edilməsi, müvafiq ümumiləşdirmə aparılması və nəticə çıxarılması, əməliyyatların yerinə yetirilməsi və s.
Ümumiyyətlə şagirdlərin problemi müstəqil həll etmələri ilə bağlı fəaliyyətləri tədqiqat xarakteri daşıyır. Müəllim burada təşkilatçı vəzifəsini yerinə yetirir. Yəni müəllim şagirdləri axtarıcılıq fəaliyyətinə sövq etdirir, onlarda müşahidə aparmaq, təhlil tərkib etmək, ümumiləşdirmək və nəticə çıxarmaq bacarığı formalaşdırır.
Kimyadan bir sıra mövzuların tədrisində tədqiqatçılıq elementlərindən istifadə edilməsi metodikasını nəzərdən keçirək.
“Elektrolitik dissosiasiya” mövzusunu keçərkənədək şagirdlər artıq atomun quruluşunu, ion, kimyəvi rabitələr, polyar və qeyri-polyar kovalent rabitələr haqqında müəyyən biliklərə malikdirlər. Bu mövzunun tədrisində həmin biliklərə istinad olunmalıdır.
Ona görə əvvəlcə müsahibə yolu ilə həmin biliklər onlara xatırladılır.
Sonra motivasiya üçün belə situasiya yaradılır.
Sizə verilmiş maddələrin suda həll olmasını nəzərdən keçirin, təcrübə vasitəsi ilə yoxlayın:
NaCl, Na2CO3, BaCl2, HCl, şəkər, spirt.
Şagirdlər təcrübə aparmaqla verilmiş maddələrin hamısının suda həll olduğu qənaətinə gəlirlər. Sonra həmin maddələrin məhlullarının elektrik keçiriciliyinin yoxlanması tapşırığı verilir. Şagirdlər maddələrin elektrik keçiriciliyini yoxlamaq üçün cihazdan istifadə edərək həmin maddələrin elektrik keçirib-keçirməməsini yoxlayırlar.
Təcrübədən aşağıdakı nəticəyə gəlirlər:
1. NaCl, Na2CO3, BaCl2, HCl maddələrinin məhlulları elektrik cərəyanı keçirir;
2. Şəkər, spirt və distillə edilmiş su elektrik cərəyanı keçirmir.
Bu zaman qarşıda belə bir sual qoyulur:
Həmin maddələrin hamısı suda həll olmasına baxmayaraq nə üçün hamısı elektrik cərəyanını keçirmir?
Şagirdlər bu suala cavab verməkdə çətinlik çəkirlər. Artıq qarşıda problemli vəziyyət yaranır.
Şagirdləri fərziyyələri irəli sürməyə hazırlamaq məqsədi ilə onların diqqəti həmin maddə molekullarında atomlar arasındakı kimyəvi rabitələrin təbiətini xarakterizə etməyə yönəldilir.
Şagirdlər müəyyən edirlər ki, maddələrdən:
NaCl, Na2CO3 və BaCl2 molekullarında atomlar arasındakı rabitə ion rabitəsidir. Lakin HCl, şəkər və distillə edilmiş su molekullarında atomlar arasında isə polyar kovalent rabitə mövcuddur. Burada müəllim şəkər və spirt molekulunda rabitənin polyar kovalent olduğu haqqında məlumat verə bilər.
Bu araşdırmalara əsaslanaraq şagirdlər belə fərziyyələr irəli sürürlər:
NaCl, Na2CO3 və BaCl2 maddələrin elektrik keçirməsinin səbəbi onların suda həll olması zamanı müsbət və mənfi yüklü ionların alınmasıdır.
Onda yeni bir sual meydana çıxır:
Bəs HCl molekulasında atomlar arasında ion rabitə deyil, polyar kovalent rabitə olduğu halda nə üçün onun məhlulu elektrik cərəyanı keçirir?
Şagirdlərin yeni fərziyyələr irəli sürməyə hazırlanması üçün HCl, sript, distillə edilmiş su molekulları arasındakı polyarlığa diqqət cəlb edilir.
Burada şagirdlər belə fərziyyə irəli sürürlər:
HCl, sript və distillə edilmiş su molekullarının polyarlıq dərəcəsinin müxtəlif olması onların suda məhlullarının müxtəlif xarakterli olmasına səbəb olur.
Yəni polyarlığı çox olan molekulalar həlledici olan su molekulaları (polyar) tərəfindən ionlaşmaya səbəb olur. Lakin polyarlığı az olan molekulaları isə (su molekulaları) həlledicinin təsirindən ionlaşmaya səbəb olmur.
Bu fərziyyəni yoxlamaq üçün həlledicinin dəyişdirilməsi təklif edilir. Həlledici olaraq su əvəzinə toluol götürülməsi məsləhət görülür.
HCl-un toluol məhlulunun elektrik cərəyanı keçirməsini yoxlamaq üçün təcrübə aparılır.
Təcrübədən aşkar olunur ki, HCl-un toluolda məhlulu elektrik cərəyanını keçirmir. Deməli toluolda HCl molekulları ionlar əmələ gətirmir.
Beləliklə nəticə çıxarılır ki, polyar HCl molekullarının ionlaşmasına səbəb həlledici olan su molekullarıdır. Beləliklə problem həll edilir.
Müəllimin köməyi ilə təcrübədən alınan nəticələr aşağıdakı kimi formulə edilir:
- Suda həl ola bilən bütün maddələr elektrik cərəyanını keçirmir;
- Həll olma zamanı ionlarına ayrıla bilən maddələr elektrik cərəyanını keçirir;
- Məhlulları elektrik cərəyanını keçirən maddələrə elektrolitlər, məhlullari elektrik cərəyanını keçirməyən maddələrə qeyri-elektrolitlər deyilir.
“Duzların hidrolizi” mövzusunu keçərkən şagirdlərin qarşısında problemli vəziyyət yaratmaq üçün onlara əvvəlki mövzulardan məlum olan elektrolit, qeyri elektrolit, turşu, əsas, neytral mühit, H+, OH- ionları, zəif kation, zəif anion anlayışları haqqındakı biliklər xatırladılır.
Sonra problem situasiya yaratmaq məqsədi ilə təcrüqbədən istifadə edilir.
Üç sınaq şüşəsindən hər birinə 2-3 damcı lakmus məhlulu tökülür. Sonra sınaq şüşələrindən birinə kalium-sulfat, o birisinə kalium-karbonat, digərinə isə sink-xlorid duzunun kristalı salınır.
Şagirdlərə tapşırılır ki, sınaq şüşələrində baş verən dəyişikliklər üzərində müşahidə aparsınlar. Müşahidələrin nəticələrini qeyd etsinlər.
Şagirdlər təcrübələrin müşahidəsindən belə nəticə çıxarırlar ki, kalium-sulfat məhlulunun rəngi dəyişmir, kalium-karbonat məhlulu moruğu rəng alır. Sink-xlorid məhlulunun rəngi qırmızı olur.
Burada qarşıda belə bir sual qoyulur:
Sınaq şüşələrində məhlulların rənginin dəyişməsinin səbəbini necə izah etmək olar?
Verilən duzların tərkibində H+ və OH- ionları olmadığı halda onların məhlullarının neytral, turş və əsas mühitdə olması artıq problemin yaranmasına səbəb olur.
Yaranmış problemin həlli üçün onların diqqəti verilən duzların suda məhlullarında hansı ionların əmələ gəldiyini aşkar edilməsinə cəlb edilir.
Şagirdlər onlara verilən duzların və həlledici olan suyun dissosiasiya tənliklərini yazırlar.
H2O H+ + OH
K2SO3 2K+ + SO
K2CO3 2K + CO
ZnCl2 Zn2+ + 2Cl
Alınan ionlardan SO və CO ionları zəif anionlar, Zn2+ kationu isə zəif kation olduğu aşkar edilir.
Sonra duzların ionları ilə suyun ionları arasındakı reaksiya zamanı zəif kation və zəif anionun su ionları ilə birləşməsi nəticəsində H+ və OH ionlarının artıqlığının yaranması və nəticədə mühitin turş və ya əsas olması aşkar eedilir.
Burada şagirdlər dərk edir ki, zəif kation olan Zn2+ özünə OH ionlarını birləşdirdikdə məhlulda H+ ionlarının artıqlığı yaranır, nəticədə məhlul turş mühitdə olur.
Həmçinin zəif anion olan CO ionu suyun H+ ionlarını özünə birləşdirməklə məhlulda sərbət OH- ionlarının artıq toplanmasına və nəticədə mühitin qələvi xassəli olmasına səbəb olur.
Kalium-sulfat duzunun dissosiasiyasından isə zəif kation və ya zəif anion alındığı üçün suyun dissosiasiyasından alınan H + və OH ionlarının qatılığı bərabər olduğu üçün mühit neytral olur.
Beləliklə şagirdlər müstəqil olaraq problemin həllinə nail olurlar.
“Metalların xarakterik kimyəvi xassələri” mövzusunu keçərkən metalların gərginlik sırasının mahiyyəti izah edildikdən sonra onu sübut edən təcrübələr aparılır. Məsələn: dəmirin mis-2-sulfat ilə reaksiyasına aid təcrübə aparılır və müvafiq tənlik yazılır.
Fe + CuSO4 Cu + FeSO4
Sonra şagirdlərin qarşısında belə bir situasiya yaradılır.
Dəmir mis(II)-sulfatla reaksiyaya girdikdə misi sıxışdırıb məhluldan çıxarır. Bəs mis necə dəmir(III)-xlorid məhlulundan dəmiri sıxışdırıb çıxara bilirmi?
Şagirdlər metalların gərginlik sırasına aid biliklərinə istinad edərək bu suala mənfi cavab verirlər. Mis dəmir(III)-xlorid məhlulundan dəmiri sıxışdırıb çıxara bilmir. Reaksiya getməz. Ona görə ki, mis gərginlik sırasında dəmirdən sağda yerləşdiyi üçün onu sıxışdırıb çıxara bilməz.
Bu fərziyyəni yoxlamaq üçün müəllim laborator təcrübəsi aparılmasını təklif edir. Şagirdlər sınaq şüşəsində mis yonqarı və ya mis məftil üzərinə 2-3 ml 1 M. dəmir(III)-xlorid məhlulu əlavə edilir. 1-2 dəqiqədən sonra məhlulun rənginin dəyişməsi müşahidə olunur. Beləliklə bu təcrübə problem situasiya yaradır.
Yəni şagirdlərin fərziyyələri ilə təcrübənin nəticələri arasındakı zidiyyət yaranır.
Zidiyyəti həll etmək üçün şagirdlər belə bir fərziyyə irəli sürürlər ki, Fe3+ kationu vasitəsi ilə mis oksidləşə bilir. Sonra bu fərziyyə yenidən təcrübə vasitəsi ilə yoxlanılır. Bu zaman yaşıl rəngin alınmasına diqqəti cəlb etməklə orada hidratlaşmış formada Cu2+ ionu mavi rəngdə və dəmir Fe3+ ionu isə sarı-qonur rəngdə olur. Nəticədə məhlulun rəngi dəyişərək yaşıl formaya keçir. Beləliklə tcrübədən aşkar olur ki, Fe3+ ionu mis atomunu oksidləşdirərək Cu2+ ionuna çevirir. Beləliklə şagirdlər problemi həll edirlər.
Aparılan təcrübələri əks etdirən reaksiyaların tənlikləri aşağıdakı formada yazılır.
Fe + CuSO4 Cu + FeSO4
Cu + FeCl3 CuCl2 + FeCl2
Təlim priosesində müntəzəm olaraq sistemli şəklidə tədqiqatçılıq elementlərindən istifadə edilməsi şagirdlərin müstəqil tədqiqat aparmaq bacarığına yiyələnmələri üçün baza yaradılmış olur.
İstifadə edilmiş ədəbiyyat:
1. Abbasov V.M., Abbasov M.M. və başqaları. Kimyadan orta məktəb dərslikləri. Bakı. 2011.
2. Kərimov Y.S. Təlim metodları. Bakı. 2007. 272 səh.
3. Tağıyev T.İ. “Kimyanın tədrisi metodikası” dərslik. I hissə, Bakı “Elm”. 2012, 262 səh.
Т.И.Тагиев
д.п.н., доцент кафедры Химия
Гянджинского Государственного Университета
Использование элементов исследования в процессе
преподавание химии в средней школе
РЕЗЮМЕ
Результат исследования устанавливает, что систематическое применение элементов исследования на уроках способствует не только умственному воспитанию, но и развитию таких сторон личности, как самостоятельность, инициативность, способность разбираться в различных вопросах творчески.
Т.I.TAGIЙEV
The doctor of pedagogical sciences,
the senior lecturer of chair Chemistry
Ganja State University
Use of elements of research in the course of chemistry teaching in high school
SUMMARE
By results of research it is established, that regular application of elements of research at lessons promotes not only to intellectual education, but also development of such parties of the person, as independence, initiative.
Ability to understand various questions creatively.
Açar sözlər: kimyanın tədrisi metodikası, tədqiqatçılıq elementləri, müstəqillilik, yaradıcılıq qabiliyyəti, zehni tərbiyə, inkişaf etdirmə, tətbiq etmə, sistemli şəkildə təhlil etmək, nümayiş təcrübəsi, laboratoriya təcrübəsi, problem situasiya, hipotez, ümumuiləşdirmə.
Ключевые слова: методика преподавания химии, элементы исследования, самостоятельность, умственное воспитание, развитие, применение систематичности, демонстрационные опыты, лабораторные опыты, проблемные ситуации, обобщение, гипотезы.
Key words: The technique of teaching of chemistry, research elements, independence, creative ability, intellectual education, development, application, a system to understand, demonstration experiences, laboratory experience, problem situations, generalisation, hypotheses.
Dostları ilə paylaş: |