MƏCƏLLƏYƏ ediLMİŞ DƏYİŞİKLİk və ƏlavəLƏRİn siyahisi



Yüklə 4,92 Mb.
səhifə46/49
tarix20.01.2017
ölçüsü4,92 Mb.
#806
1   ...   41   42   43   44   45   46   47   48   49
§4. Həyat sığortası

Maddə 928. Həyat sığortası müqaviləsi

928.1. Həyat sığortası şəxsən sığortalıya və ya başqa şəxsə aid ola bilər.

928.2. Əgər həyat sığortası müqaviləsi başqa şəxsin xeyrinə bağlanırsa, həmin şəxsin və ya onun qanuni nümayəndəsinin yazılı razılığı zəruridir.

Maddə 929. Müqavilənin bağlanmasından imtinanın yolverilməzliyi

Sığortalı müqavilənin bağlanması zamanı özünün məlumat vermək vəzifəsini pozduqda, əgər müqavilə bağlanmasından beş il keçmişsə, sığortaçı müqavilədən imtina edə bilməz. Əgər məlumat vermək vəzifəsi qəsdən icra olunmamışdırsa, müqavilədən imtinaya yol verilir.

Maddə 930. Sığorta haqları vaxtaşırı ödənildikdə müqavilənin ləğvi

Əgər sığorta haqları vaxtaşırı ödənilirsə, sığortaçı sığorta münasibətlərini istənilən vaxt, lakin cari sığorta dövrünün sonuna yaxın ləğv edə bilər.

Maddə 931. Fayda götürmək hüququnun üçüncü şəxsə verilməsi

931.1. Yığımlı sığorta zamanı sığortalı sığorta ödənişi almaq hüququnu üçüncü şəxsə verə bilər, həmçinin üçüncü şəxsi başqa şəxslə əvəz edə bilər, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın.

931.2. Əgər sığortalı başqa göstəriş verməmişdirsə, sığorta ödənişi almaq hüququ olan üçüncü şəxs bu hüququ ancaq sığorta hadisəsi baş verdikdə həyata keçirə bilər.

Maddə 932. Qeyri-münasib üçüncü şəxs

932.1. Əgər yığımlı sığorta zamanı sığortaçının vəzifəsi üçüncü şəxsin hüququna uyğun gəlmirsə, bu hüquq sığortalıya qalır.

932.2. Əgər yığımlı sığorta zamanı üçüncü şəxs özünün sığorta ödənişi almaq hüququndan istifadə etmirsə, bu hüquq sığortalıya qalır.

Maddə 933. Sığortaçının sığorta ödənişi vermək vəzifəsindən azad edilməsi

933.1. Əgər sığorta müqaviləsi başqa şəxsin ölməsi halı üçün bağlanmışdırsa, sığortalı qanunsuz hərəkətləri ilə qəsdən həmin şəxsin ölümünə səbəb olduqda sığortaçı öz vəzifələrindən azad edilir.

933.2. Əgər həyat sığortası zamanı üçüncü şəxsin sığorta ödənişi almaq hüququ vardırsa, həmin şəxs həyatı sığortalanmış şəxsin ölümünə qanunsuz hərəkətləri ilə qəsdən səbəb olduqda bu hüquq tanınmır.

Maddə 934. İntihar zamanı əvəz ödəməkdən azad edilmə

Həyat sığortası zamanı sığortalanmış şəxsin intihar etdiyi halda onun vərəsələri və ya faydalanan şəxs sığortalanmış şəxsin müqaviləyə öz təşəbbüsü ilə xitam verildiyi vaxt ala biləcəyi miqdarda ödəniş ala bilərlər.

Maddə 935. Sığorta müqaviləsinin dəyişdirilməsi

935.1. Sığortalı sığortanın cari dövrü qurtaranadək istədiyi vaxt sığorta müqaviləsinin sığorta haqları verilməyən müqavilə ilə əvəz olunmasını tələb edə bilər.

935.2. Əgər sığortalı müqavilənin bu cür əvəz olunmasını tələb edirsə, həm də yığılmış sığorta haqlarının ehtiyatı birdəfəlik haqq kimi nəzərdən keçirilirsə, həmin tələbin irəli sürüldüyü andan müqavilədə nəzərdə tutulan sığorta məbləğinin və ya fayda məbləğinin yerini sığortaçının sığortalanmış şəxsin yaşı nəzərə alınmaqla vəzifəsinə uyğun gələn məbləğ tutur.

Maddə 936. Müqaviləyə xitam verilərkən çıxmalar

Həyat sığortası müqaviləsinə imtina, ləğvetmə və ya şikayət nəticəsində xitam verildikdə, sığortaçı bu müqaviləyə xitam verildiyi günədək yaradılmış sığorta ehtiyatını qaytarmalıdır. Sığortaçı müqavilədə nəzərdə tutulmuş məbləği qaytarılan vəsaitdən çıxa bilər.

Maddə 937. Məcburi icranın nəticələri

Sığorta şəhadətnaməsi sahibinin (müqavilə ləğv edilərkən sığortaçıdan ödəniş almağa hüququ çatan şəxsin) müflis olduğu halda məhkəmənin qərarı ilə şəhadətnaməyə tutma yönəldilə bilər. Sığortaçı ilə razılaşmaya əsasən başqa şəxs sığorta müqaviləsinə xitam verilərkən sığorta şəhadətnaməsi sahibinin sığortaçıdan ala bildiyi məbləğ həddində kreditorların qanuni tələblərini ödəyərək şəhadətnamə sahibinin yerini tuta bilər.

§5. Fərdi qəza sığortası

Maddə 938. Fərdi qəza sığortası müqaviləsi

938.1. Fərdi qəza sığortası müqaviləsi istər sığortalı barəsində, istərsə də digər şəxs barəsində bağlana bilər.

938.2. Sığorta müqaviləsinin sığortalanmış şəxs tərəfindən deyil, amma onun xeyrinə bağlanması üçün sığortalanmış şəxsin və ya onun nümayəndəsinin razılığı tələb olunur.

Maddə 939. Sağlamlığa zərər vurulmasının nəticələri

Əgər sığortaçının vəzifəsi sağlamlığa qəsdən zərər vurulmasından asılıdırsa, qəsdin olmaması o vaxta qədər güman edilir ki, bunun əksi sübut edilməsin.

Maddə 940. Fərdi qəzanın qəsdən törədilməsinin nəticələri

940.1. Əgər başqa şəxsin sığortalanması zamanı xeyrinə sığorta müqaviləsi bağlanmış şəxs fərdi qəzanın baş verməsini qanunsuz hərəkətləri ilə qəsdən törədərsə, sığortaçı öz vəzifələrinin icrasından azad edilir.

940.2. Əgər fayda götürmək hüququna başqa şəxs malikdirsə, o, fərdi qəzanı qanunsuz hərəkətləri ilə qəsdən törətdikdə bu hüquqdan məhrum edilir.

Maddə 941. Fərdi qəza haqqında məlumat vermək vəzifəsi

Əgər vəzifələr fayda götürən şəxsin xeyrinə yerinə yetirilməlidirsə, bu şəxs fərdi qəza haqqında məlumat verməlidir. Bu qayda məlumatları bildirmək və sənədləri vermək vəzifəsinə də şamil edilir.

Maddə 942. Reqres hüququnun yolverilməzliyi

Sığortalının zərər üçün məsul olan şəxs barəsində reqres hüququ yoxdur.


317 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 944.2-ci maddənin ikinci cümləsi çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

944.2. Əmanətin qoyulduğu hesab üzrə bank ilə əmanətçinin münasibətlərinə bank hesabı müqaviləsi haqqında qaydalar tətbiq olunur, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin müddəalarında ayrı hal nəzərdə tutulmasın və ya bank əmanəti müqaviləsinin mahiyyətindən ayrı hal irəli gəlməsin. hüquqi şəxslərin əmanətlərdə (depozitlərdə) olan pul vəsaitini başqa şəxslərə köçürməyə ixtiyarı yoxdur.


318 26 may 2009-cu il tarixli 821-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 1 iyul 2009-cu il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 404) ilə 945.1-ci maddəsində "banklar" sözündən sonra "və poçt rabitəsinin milli operatoru" sözləri əlavə edilmişdir.

319 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 945.2-ci maddənin birinci cümləsində "ona" sözü "qanuna" sözü ilə əvəz edilmişdir.


320 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 947.2-ci maddənin birinci cümləsində "əmanətin məbləğini və ya onun bir hissəsini hər iki tərəfı qane edən ağlabatan müddətdə, lakin 15 gündən gec olmayaraq" sözləri "əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində" sözləri ilə əvəz edilmişdir.


321 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Məcəlləyə 953.3-cü maddə əlavə edilmişdir.


322 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Məcəlləyə 953.4-cü maddə əlavə edilmişdir.


323 26 may 2009-cu il tarixli 821-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 1 iyul 2009-cu il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 404) ilə 943-cü və 954.4-cü maddələrində "kredit təşkilatlarına" sözlərindən sonra "və poçt rabitəsinin milli operatoruna" sözləri əlavə edilmişdir.

324 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Məcəlləyə 957.4-cü maddə əlavə edilmişdir.


325 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 961-ci maddənin adında "çəkdiyi xərclərin" sözləri "xidmətlərinin haqqının" sözləri ilə əvəz edilmişdir.


326 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 961.1-ci maddədən "Bank hesabı müqaviləsində nəzərdə tutulmuş hallarda" sözləri çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

961.1. Bank hesabı müqaviləsində nəzərdə tutulmuş hallarda müştəri hesabdakı pul vəsaiti ilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqını ödəyir.


327 30 sentyabr 2011-ci il tarixli 201-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 dekabr 2011-ci il, № 282, “Azərbaycan” qəzeti 29 dekabr 2011-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1073) ilə 965.2.1-ci və 965.2.2-ci maddələrdə “nəzərdə tutan” sözlərindən sonra “sənədlər və yaxud bu sənədlər əsasında verilən” sözləri əlavə edilmişdir.


328 20 sentyabr 2005-ci il tarixli 995-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 995) ilə 965.2.3-cü maddəsində "üçüncü növbədə dövlət büdcəsinə" sözlərindən sonra ", məcburi dövlət sosial sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna" sözləri əlavə edilmişdir.


329 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Məcəlləyə 969.2.3-cü maddə əlavə edilmişdir.


330 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 971.2-ci maddə əlavə edilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

971.2. Hüquqi şəxslər arasında hesablaşmalar, habelə fiziki şəxslərin iştirakı ilə aparılan və onların sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı olan hesablaşmalar nağdsız qaydada icra edilir. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, bu şəxslər arasında hesablaşmalar nağd pullarla da aparıla bilər.


331 26 may 2009-cu il tarixli 821-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 1 iyul 2009-cu il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 404) ilə 971.3-cü maddəsində "kredit təşkilatları (bundan sonra - banklar)" sözlərindən sonra "və poçt rabitəsinin milli operatoru" sözləri əlavə edilmişdir.

332 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 974.3-cü maddəyə üçüncü cümlə əlavə edilmişdir.


333 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 978.3-cü maddədə "ayrısı birbaşa müəyyənləşdirilmir" sözləri "bu hal birbaşa müəyyənləşdirilir" sözləri ilə əvəz edilmişdir.


334 24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 980.1-ci maddəyə üçüncü cümlə əlavə edilmişdir.


335 23 dekabr 2003-cü il tarixli 566-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə Məcəlləyə 992-1 maddəsi əlavə edilmişdir

336 15 noyabr 2011-ci il tarixli 247-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 25 dekabr 2011-ci il, № 280, “Azərbaycan” qəzeti 29 dekabr 2011-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1102) ilə 992-1.5-ci maddədən “və ya fiziki” sözləri çıxarılmışdır.


337 15 noyabr 2011-ci il tarixli 247-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 25 dekabr 2011-ci il, № 280, “Azərbaycan” qəzeti 29 dekabr 2011-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1102) ilə 992-1.9-cu maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



992-1.9. Qiymətli kağızların idarə olunması müştəriyə məxsus olub, peşəkar iştirakçının idarəçiliyinə verilmiş qiymətli kağızlar və ya pul vəsaitləri ilə müştərinin mənafeyi üçün və ya onun göstərdiyi üçüncü şəxsin mənafeyi üçün qiymətli kağızlar bazarında əməliyyatların aparılması üzrə peşəkar fəaliyyətdir.


338 15 noyabr 2011-ci il tarixli 247-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 25 dekabr 2011-ci il, № 280, “Azərbaycan” qəzeti 29 dekabr 2011-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1102) ilə 992-1.11-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



992-1.11. Depozitar fəaliyyəti qiymətli kağızların saxlanması və onlara hüquqların, habelə öhdəliklərlə yüklənməsi faktlarının uçotu və təsdiq edilməsi üzrə xidmətlərin göstərilməsi üzrə peşəkar fəaliyyətdir.


339 23 dekabr 2003-cü il tarixli 566-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə Məcəllənin 996.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

996.1. Qanunda nəzərdə tutulmuş hallarda və ya qanunla müəyyənləşdirilmiş qaydada xüsusi icazə (lisenziya) almış şəxs adlı və ya orderli qiymətli kağızla, o cümlədən sənədsiz formada (hesablayıcı elektron texnikası vasitələrinin və i.a. köməyi ilə) təsdiqlənmiş hüquqları təsbit edə bilər. Hüquqların təsbit edilməsinin belə formasına qiymətli kağızlar üçün müəyyənləşdirilmiş qaydalar tətbiq olunur, bu şərtlə ki, təsbitin xüsusiyyətlərindən ayrı qayda irəli gəlməsin.

340 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745) ilə 997.1-ci maddədə, 54-cü fəslin 9-cu paraqrafının adında, 1078-2-ci maddənin adında və mətnində, 1078-23.5-ci maddədə ismin müvafıq hallarında "ipoteka şəhadətnaməsi" sözləri ismin müvafiq hallarında "ipoteka kağızı" sözləri ilə əvəz edilmişdir.


341 23 dekabr 2003-cü il tarixli 566-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə 997.1-ci maddədə "və qiymətli kağızlara dair qanunlar" sözləri ", depozit sertifikatı, ipoteka şəhadətnaməsi, opsion, fyuçers, girov kağızı, mənzil sertifikatı və bu Məcəllə" sözləri ilə əvəz edilmişdir.

15 noyabr 2011-ci il tarixli 247-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 25 dekabr 2011-ci il, № 280, “Azərbaycan” qəzeti 29 dekabr 2011-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1102) ilə 997.1-ci maddədə “mənzil sertifikatı” sözlərindən sonra “, investisiya fond payı” sözləri əlavə edilmişdir.



342 23 dekabr 2003-cü il tarixli 566-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə 997.1-ci maddəyə ikinci və üçüncü cümlələr əlavə edilmişdir.

343 23 dekabr 2003-cü il tarixli 566-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə 997.5-997.9-cu maddələr əlavə edilmişdir.

9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-cı il, № 11, maddə 1053) ilə 997.9-cu maddədə birinci cümlədə “tətbiq edilməsindən” sözlərindən sonra “inzibati qaydada və (və ya)” sözləri əlavə edilmişdir.



344 23 dekabr 2003-cü il tarixli 566-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə Məcəlləyə 997-1-ci maddə əlavə edilmişdir.

345 17 may 2011-ci il tarixli 115-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 07 iyul 2011-ci il, № 145, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 586) ilə 561-ci maddəsində “məhkəmə qərarlarının icrasına dair” sözləri “icra haqqında” sözləri ilə, 1033.1-ci maddəsində “məhkəmə icraçısı” sözləri “icra məmuru” sözləri ilə əvəz edilmişdir.


346 23 dekabr 2003-cü il tarixli 566-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (
Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin