Məhəmməd Füzuli (1498-1556). Həyatı


"Leyli və Məcnun" poeması (1537)



Yüklə 25,86 Kb.
səhifə5/12
tarix31.12.2021
ölçüsü25,86 Kb.
#113625
1   2   3   4   5   6   7   8   9   ...   12
Məhəmməd Füzuli

"Leyli və Məcnun" poeması (1537). "Leyli və Məcnun" Füzuli yaradıcılığının yüksək zirvəsidir. Şərq xalqları içərisində çox geniş yayılmış bu mövzunun qədim bir tarixi vardır. Hələ qədim zamanlardan ərəb şifahi ədəbiyyatında mövcud olaıı bu mövzuda ilk dəfə 1188-ci ildə Nizami Gəncəvi epik poema yazmış, sonralar onlarca Şərq şairi bu mövzuya müraciət etmişlər.

Füzuli özünün həssas sənətkar təbiətinə çox uyğun olan bu mövzunu sələflərindən fərqli bir şəkildə işləyərək, əsərə bir çox yeni epizodlar və mövzu ilə bağlı türk xalq ədəbiyyatında yayılan rəvayətlər əlavə etməklə insanın mənəvi əzəməti, insan gözəlliyinin ülviliyi və məhəbbətin qüdrətini tərənnüm edən ölməz sənət abidəsi yaratmışdır. Saf, təmiz eşqin mənəvi qələbəsini təsdiq edən bu əsərində şair bir sıra ictimai məsələlərə də toxunmuş, sevgi azadlığı, məhəbbət aləmində bərabərlik, insan şəxsiyyətinə hörmət, vəfa, sədaqət, fədakarlıq, dəyanət kimi gözəl sifətlərdən bəhs etmişdir. Poemada Füzulinin fəlsəfi-irfani düşüncələrinə də geniş yer verilir və həm də bu problemlər burada da yenə insan qəlbinin bu ali hissilə bağlı şəkildə öz bədii-fikri tutumunu tapmışdır. Şair eləcə də İnsan və təbiət probleminin həllində bu zəmindən çıxış edir. Poemada "hünər və kamal əhli" olan zəka sahiblərinin müsibəti, müqəddəs arzular önünə çıxan maneələrin keçilməzliyinə etiraz da baş mövzu ilə ustalıqla əlaqələndirilir.

Əsərdə xüsusi diqqəti çəkən problemlərdən biri də orta əsr qadınlarının hüquqsuzluğuna, kölə vəziyyətinə etiraz və usyandır. Əsərin qadın qəhrəmanı Leylinin dilindən deyilmiş aşağıdakı sətirlərə diqqət edək:


Yüklə 25,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin