MəHƏMMƏd hüseyn təBRİZİNİN “BÜrhani-qate” LÜĞƏTİNDƏ onomastik vahiDLƏR



Yüklə 335,82 Kb.
səhifə25/27
tarix05.01.2022
ölçüsü335,82 Kb.
#111778
1   ...   19   20   21   22   23   24   25   26   27
2. Xrononimlər

Dövrün, zamanın müəyyən əlamətdar hissələrini, tarixi gün, bayram adlarını bildirən xüsusi adları bildirən “xrononim” [41, s.338] yunan mənşəli xronos+onoma sözlərindən ibarətdir [41, s.338].

“Bürhani-qate” lüğətində yer almış xrononimlər onların məxsus olduğu xalqın bir sıra adət-ənənələri, mərasim və bayramları haqqında maraqlı məlumatlarla zəngindir. Həmin xrononimlərin bir hissəsi hal-hazırda İran İslam Respublikasında rəsmi olaraq istifadə edilən hicri-şəmsi təqviminin adları ilə əlaqəlidir. Belə ki, lüğətə daxil edilmiş bu aylarla bağlı olan məlumatlarda günün adı ilə ayın adı uyğun gələrsə, həmin günün bayram kimi qeyd olunması və mübarək sayılması göstərilir. Müxtəlif ayin, etiqad, ənənə və mərasimlər icra olunan həmin əlamətdar günlər qədim insanların ibtidai dünyagörüşü haqqında olan məlumatları qismən də olsa işıqlandırmış olur. Qeyd etmək istərdik ki, bu xrononimlər həmçinin mələk adlarını da ifadə edir. Lakin həmin adlar dissertasiyanın II fəslindəki mələk adları ilə bağlı olan bölməyə daxil edildiyindən, yenidən təkrar etməyə ehtiyac duymadıq.

Lüğətdə bəzi ayların günləri ilə bağlı olan, birinci tərəfi əsasən جشن cəşn (bayram) sözündən ibarət xrononimlər də diqqət çəkir. Bu adlar qədim çağlarda insanların müəyyən əlamətdar günlər, bayramlarla bağlı formalaşmış dünyagörüşləri, onların adət-ənənələri haqqında maraqlı faktları özündə daşıyır. Məsələn: جشن بزرگ Cəşn-e bozorg [165, 129a], جشن پورندگان Cəşn-e purəndeqan [165, 129a], جشن تیرگان Cəşn-e tirqan [165, 129a], جشن خردادگان Cəşn-e xordadqan [165, 129a], جشن سده Cəşn-e səde [165, 129a], جشن مردگیران Cəşn-e mərdgiran [165, 129a-b],جشن نیلوفر Cəşn-e nilufər [165, 129b],خرم روز Xorrəmruz [165, 156b] və s.

Bu adlardan “جشن بزرگ” – Qədimdə fərvərdin ayının 6-cı günü ilə bağlı keçirilən خرداد Xordad [165, 154b] bayramı adı ilə də tanınır. Müxtəlif mənalarda izah olunan “خرداد”, xrononim kimi “şəmsi təqviminin aylarından 6-cı günün adıdır. Qədim iranlıların qeyd etdiyi bu bayram جشن خردادگان Cəşn-e xordadqan da adlanırdı. Bu bayramda mələklərdən hacət istəmək yaxsı əməl hesab olunurdu. Bunu “xordad” sözünün həmçinin mələk mənasını ifadə etməsi ilə də əlaqələndirmək olar.

جشن تیرگان” qədimdə tir ayının 13-cü günündə Əfrasiyab və Mənuçehr arasında sülh bağlandığına görə qədim iranlılar bu günü bayram kimi qeyd edirdilər. “Bürhani-qate” lüğətində bu bayramın yalnız تیرگان Tirqan [165, 124b] şəklində işlənən variantı da yer almışdır. Bu təqvimdə qeyd olunan bayramlardan biri də ریزگان آبAbrizqan [165, 8b] adlanır. Bu bayramda insanlar bir-birinə su atırdılar.

Geniş izah edilən bayramlardan biri də جشن سده (Cəşn-e səde)-dir. Lüğətdə bu bayramın Huşəng bin Siyaməkə qədər gedib çatması haqqında məlumat verilib. Bəzi mənbələrdə Huşəngin Adəmin (ə) dördüncü oğlu olduğu deyilir.

Lüğətdə diqqət çəkən digər bir bayram izahlarından biri Tanrı adını ifadə edən və ملکی Mələki bayramlarından biri olan دادگر Dadgər [165, 168a] bayramıdır. Dehxudanın “Lüğətnamə”sinə istinadən, “دادگر” bayramı Sultan Cəlaləddin Məlikşah dövründə Cəlali təqviminə əsasən, keçirilmiş bayramlardandır. Bu bayram ondan əvvəlki dövrlərdə də qeyd edilmişdir [154, s.31].

“Bürhani-qate” lüğətinə daxil edilmiş xrononimlərdənمهرگان Mehreqan [165, 390a-b] və نوروز Nouruz [165, 406b] digər bayramlardan daha geniş izah olunması baxımından seçilir. Mehrəqan qədim iranlılar arasında Novruz bayramından sonra böyük təmtaraqla keçirilən bayramlardan biri olmuşdur. Bu bayram miladi təqvimlə oktyabr ayının ikisinə təsadüf edir. Yazın gəlişini əks etdirən Novruz bayramına gəldikdə isə, əsrlərin dərinliyindən dövrümüzə qədər gəlib çıxmış ən gözəl bayramlardan biridir. Novruz hal-hazırda Azərbaycan, İran, Əfqanıstan, o cümlədən, Orta Asiya respublikalarında böyük coşqu ilə qeyd edilən qədim xalq bayramıdır.

Ümumiyyətlə, lüğətdə yer almış adət-ənənələrlə zəngin olan xrononimlərin hər biri tarixin qədim çağlarından bizə miras qalan bir xəzinədir. Bunlardan bəziləri zaman keçdikcə unudulmuş və yaddaşlardan silinmişsə də, onların izləri əsrlərin sınağından keçərək dövrümüzə qədər gəlib çatmışdır.

Lüğətdə toplanmış bir çox xrononimlərin şəxs adları kimi də işlənməsi onomastikanın bu sahəsinin şəxs adları sırasının zənginləşməsində olan rolundan xəbər verir. Hicri-şəmsi təqviminin adları şəxs adları kimi də işlədilir. Məsələn: آذر Azər [125, s.22;126, s.23], آراد Arad [125, s.25;126, s.25], اردیبهشت Ordibeheşt [125, s.57;126, s.35], اسپندار Espendar [125, s.62] və اسپندارمذ Espendarmoz [125, s.62], اسفند Esfənd [125, s.64] və اسپند Espənd [125, s.62], بهمن Bəhmən [125, s.114;126, s.58], خرداد Xordad [125, s.184;126, s.80], دادگر Dadgər [125, s.194], تیر Tir [125, s.149], مهرگان Mehreqan [125, s.414], نوروز Nouruz [125, s.434].

Bunlardan Azər, Bəhmən, Novruz Azərbaycan şəxs adları sırasında yer almışdır.




Yüklə 335,82 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin