Mən sağam məsumə Abadın qələmilə əsirlik dövrünün xatirələri Kitabın adı: Mən sağam



Yüklə 7,49 Mb.
səhifə2/23
tarix10.02.2018
ölçüsü7,49 Mb.
#42631
1   2   3   4   5   6   7   8   9   ...   23

Bu kitabı yazdım ki, deyim:


Mən sağam. Sağam ki, Abiyan ailəsindən bir gündə iki nəfərin şəhid olduğunu və ananın həyat yoldaşı ilə övladının yasını birgə tutduğunu unutmayaq.

Sağam ki, ruhani tələbə (itkin) şəhid Hüseynzadənin oğlu Meysəmin hələ də hər gecə bir gün atam xəbərsiz qapını döyərsə, onu ilk görən mən olum deyə gözü yollarda həyət qapısının arxasında yatdığını unutmayaq.

Sağam ki, biz azadələrin hələ də gecələri ər-Rəşid və “İstixbarat” məhbəsinin, Ənbər, Rəmadi, Tikrit və Mosul qətlgahlarının kabusu ilə yuxudan atıldığını, insan hüquqları müdafiəçisi olan təşkilatların bütün o cinayətlərə hələ də cavab vermədiyini unutmayaq.

Sağam ki, səkkiz illik məcburi müharibənin dünyanın İrana qarşı müharibəsi, müdafiəmizin isə təkbaşına olduğunu unutmayaq. Başımıza bomba yağdıran MiQ və Mirajların Sovetin və Fransanın hədiyyələri olduğunu, iprit və siyanür kimyəvi bombalarının xammalının Almaniyanın İraqın BƏƏS1 rejiminə bəxşişi olduğunu unutmayaq. Kəşfiyyatçı AVAKS təyyarələrinin, Ərəbistan və Küveyt tankerlərini müşayiət edən hərbi gəmilərin Amerikanın Səddama gözaydınlığı olduğunu unutmayaq. Unutmayaq ki, Səddama peşkəş etdikləri freqatlar Super Etendard təyyarələri ilə birgə neft platformalarımıza hücum edirdilər. Namərdlik onda idi ki, bu müharibə yalnız əsgər və ordu müharibəsi deyildi. Əksinə, onlar müharibənin əhatəsini bütün şəhərlərə, prospektlərə, silahsız və müdafiəzsiz xalqa çəkmişdilər. Doqquz və on iki metrlik raketlərlə iki metrlik küçələri hədəfə alırdılar ki, uşaqlar, analar və dinc əhali üçün heç bir sığınacaq yeri qalmasın. İndi bizim övladlarımız necə inansınlar ki, Səddama silah verən ölkələr metodlarını dəyişmiş, sülhsevər və insan hüquqlarının müdafiəçisi olmuşlar?

Sağam ki, İraq düşərgə və məhbəslərindəki üç yüz qərib şəhidin hekayətini unutmayaq. Unutmayaq ki, İraq BƏƏS rejimi üçün əsir canı nə qədər dəyərsiz və ucuz idi.

Kaş dünya biləydi ki, BƏƏS qüvvələri Temmuz bayramında (Səddamın çevrilişinin qələbəsi) Rza Zahidini oxuyub-oynamağa necə məcbur etdilər. O tabe olmadıqda isə iraqlı bir əsgər onu o qədər vurdu ki, beyin qanaması səbəbindən dünyasını dəyişdi.

Kaş dünya biləydi ki, Ramazan əməliyyatında əsir düşənlərin başına nə gəldi. Fərzamfər qardaşdan soruşaydı ki, BƏƏS qüvvələri cəbhədə Temmuz bayramını necə keçirdilər. Onların heyrətdən bərəlmiş gözləri qarşısında əsirləri necə gülləbaran etdilər. Cəsədlərini T-62 tankları ilə yerlə yeksan etdilər. Bir dəstəsinə od vurdular. Əsirlər nə qədər fəryad çəkirdisə, onlar bir o qədər də çox şənlənir və rəqs edirdilər. Bu ziyafətin son bölümündə bir dəstəni də tanka və hərbi Ciplərə bağladılar. Yerin üzərində o qədər sürüdülər ki, şəhid oldular.

Kaş dünya biləydi ki, Məhəmməd Əli Cəfəri başına dəyən ağac zərbələrindən şəhid oldu.

Kaş dünya biləydi ki, Məcid Amiri xəstə deyildi. O, bütün ramazan ayını oruc tutmuşdu. İki gün sonra ishala düşdü. Amma bu xəstəlikdən yox, qamçı zərbələri nəticəsində şəhid oldu. Halbuki humanitar təşkilatlar üzlərini çevirib, orada nə baş verdiyini belə sormadılar.

Kaş dünya biləydi ki, 1359-cu ilin mehr ayında (1980-cı ilin sentyabr-oktyabr aylarına təsadüf edir) cəbhədə yox, Min bir gecə şəhəri Bağdadda nə baş verdi. Xomeyni keşikçisini (pasdar)1 tapmaq bəhanəsilə əlli nəfəri gülləbaran etmək istəyən iraqlı zabitin nərəsi qarşısında Əlirza Allahyari cərgədən çıxıb: “Öldürməyin, bunlar heç biri Xomeyni keşikçisi deyil. Xomeyni keşikçisi yalnız mənəm”, - dedi və bir neçə saniyə sonra Əlirza dayandığı kimi də yerə yıxıldı.

Kaş dünya biləydi ki, Camal İbrahimpur qırx beş gün ölümlə əlbəyaxa olduqdan sonra Səlahəddin xəstəxanasına aparıldı və bir daha heç vaxt geri dönmədi. O xəstəxanaya gedən növbəti əsirlər öz gözləri ilə gördülər ki, Camal çarpayının üzərinə: “Məni burada qətlə yetirdilər”, - deyə yazmışdır.

Kaş dünya Seyid Cəlil Hüseynini tanıyaydı və ilahi simasını görəydi. Onu kəfənləyib dəfn edən dostu, Mosul düşərgəsinin mərsiyyəçisi Seyid Yunus Əli Hüseynidən onun son nəfəsində nə dediyini soruşaydı.

Kaş dünya biləydi ki, Rza Rzayinin bədəninin əti işgəncələrin şiddətindən necə parçalanmışdı. BƏƏS qüvvələri kabelləri onun sümüklərinə dolayır, amma yanğıları sönmürdü. Yaralarına duz tökdülər, amma yenə də qane olmadılar. Parça-parça olmuş bədənini kiçik şüşə qırıntıları üzərində yuvarlatdılar. Sonda onu elektirik cərəyanına qoşdular. Kaş dünya Rzanın cəsədini görəydi və humanitar təşkilatlar insaniyyətin çöküşünü göstərəydilər.

Kaş dünya biləydi ki, həmişə düşərgədə şax-şax yeriyən, var-gəl edən Səyyadi kabel zərbələri nəticəsində beyin qanaması keçirtdi və şəhid oldu. Yaxud, Qırmızı Xaç Komitəsinin nümayəndələri Əli Dəşti üçün Xürrəmşəhrdən uşaqlarının məktubunu və şəklini gətirdikdə əsarət nömrəsi olmasına baxmayaraq, o artıq şəhid olmuşdu.

Kaş dünya biləydi ki, Tikrit düşərgəsi hər daşı, divarı cəhənnəm olan bir yer idi. Belə ki bir çox əsirlər, o cümlədən Qüdrətullah Rəhməti orada susuzluqdan şəhid oldu.

Kaş dünya biləydi, bizim üçün və tariximiz üçün fəxrdir ki, Fəthullah Əzizinin savadı yox idi, amma düşərgədə yazıb-oxumaq öyrənəndə ilk dəfə: “Mən son damla qanımadək müqavimət göstərəcəyəm”, - cümləsini yazdı və bu şüara da əməl etdi.

Kaş dünya biləydi ki, Hüseyn Sadiqzadənin əlləri hansı torpağa toxunurdu, yer yaşıllaşırdı. Onun əllərinin bərəkətindən düşərgənin kiçik bağçası yaşıllaşmışdı. Amma kabel zərbəsi nəticəsində burnundan qan açıldı və o qədər qan itirdi ki, şəhid oldu. Doğrusu, 21-ci əsrdə dünyanın hansı nöqtəsində kimsə burun qanamasından ölmüşdür?

Kaş dünya biləydi ki, satqınlar və xəyanətkarlar Məhəmməd Rzayini bir gilə siqaretə satdılar və tüstüsünü havaya buraxdılar. Ölüm kağızının altını imzaladılar ki, təbii ölümlə dünyadan köçmüşdür. Amma Məhəmmədi yaralarının ağırlığından yuya bilməyənlər həqiqətin nə olduğunu bilirlər.

Kaş dünya biləydi ki, Məhəmməd Sabiri yuxuda Kərbəlaya getdiyini, orada hamının İmam Hüseynin (ə) məzarının ətrafına fırlandığını, məzarın isə onun ətrafına fırlandığını gördü. Həmin gecənin sabahı o, futbol meydançasında idman geyimi və yivli futbol ayaqqabısı ilə yox, ev çəkələyi və nimdaş əsir paltarı ilə topun ardınca qaçarkən burnundan bir neçə damla qan axdı. Uşaqlar Məhəmmədi həkimə aparın deyə nə qədər yalvardılarsa da faydası olmadı və Məhəmməd dostlarının qucağında can verərək şəhid oldu. Onun şəxsi əşyalarını açdıqda kiçik bir vəsiyyətnamə tapdılar. Orada yazılmışdı: “Əqidə uğrunda əsir düşmək, azadlığın özüdür”.

Kaş dünya biləydi ki, Abdul-Mehdi Nikməneş uzun zaman öncə ölüm xəstəliyi nəticəsində (yəni, səbəbsiz) şəhid olsa da Qırmızı Xaç davamlı olaraq anasından məktublar gətirirdi. O, məktublarda yazırdı: “Abdul-Mehdi, o qədər arzu edirəm ki, sağ ikən bir də səni görüm”.

Sonda otuz il sonra çiynimdə olan bu ağır yükü yerə qoydum ki, deyim:

“Zalımların leksikonunda ən çox zülm yükü olan söz “əsarət”dir.




Yüklə 7,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin