Mənfəət və zərər haqqında konsolidə edilmiş hesabat


Qrup necə yaranır?, Ana v



Yüklə 125,82 Kb.
səhifə2/6
tarix01.01.2022
ölçüsü125,82 Kb.
#110342
1   2   3   4   5   6
MALİYƏ HESABATI LAYİHƏ İŞİ

1.Qrup necə yaranır?, Ana və törəmə müəssisələr nədir?

Qrup dedikdə, ana müəssisə və onun bütün törəmə müəssisələri nəzərdə tutulur. “Müəssisələr qrupu” termini də bizim respublikamızda 2007-ci ildən tətbiq edilir. Əslində qrup vətəndaş dövranının müstəqil iştirakçısı və hüquqi şəxs sayılmır. Onun xüsusi idarəetmə orqanı yoxdur və vergiyə cəlb olunmanın subyekti hesab edilmir. Qrup tərəfindən həyata keçirilən hər hansı bir hərəkət iştirakçılar vasitəsilə həyata keçirilir. Qrupun hər bir üzvü hüquqi cəhətdən müstəqildir. Bu mənada həmin qrup tərəfindən tərtib edilmiş hesabat hər hansı bir hüquqi əhəmiyyət daşımır.

Bir tərəfdən baş təşkilat, digər tərəfdən isə törəmə və asılı cəmiyyətlər qrupun üzvləri sayılır. Öz növbəsində baş təşkilat, törəmə cəmiyyətlərə münasibətdə əsas cəmiyyət kimi, asılı cəmiyyətlərə münasibətdə isə müəyyən üstünlüyə malik olan subyekt kimi çıxış edir.

Hüquqi şəxsin hesabatından fərqli olaraq, konsolidə edilən hesabat investorlara, onların qoyduqları investisiyalardan səmərəli istifadə olunmasına nəzarəti həyata keçirməyə şərait yaradır ki, bu da konsolidə edilmiş hesabatların ən böyük üstünlüyüdür.



Ana müəssisə adlanan mərkəzi şirkət adətən digər şirkətlərdəki səhmlərin əksəriyyətinə sahib olur, hansılar ki, sonradan törəmə müəssisə adlanır. Ana müəssisə törəmə müəssisəyə, adətən, həmin müəssisədəki səhmlərin əksəriyyətinə sahib olmaqla nəzarət edir, ancaq səhmlərə sahib olmaq digər yollarla yarana bilən nəzarət ilə həmişə eyni deyildir. Qrupun maliyyə nəticələri qanunvericilik nöqteyi-nəzərdən vahid şirkətin məlumatları şəklində təqdim edilməlidir, başqa sözlə desək, konsolidə edilməlidir.

Ana müəssisə, bir və ya daha çox törəmə müəssisəsi olan müəssisədir. Törəmə müəssisə, digər müəssisə tərəfindən nəzarət edilən müəssisədir.

27 №-li BMUS`a əsasən əgər ana müəssisə digər müəssisənin səsvermə gücünün yarısından çoxuna (50 faizdən daha çox) sahib olarsa, nəzarət mövcud hesab olunur.

Bəs bu cür sahiblik kriteriyasının mövcud olmadığı vəziyyətlər haqda nə demək olar? 27 №-li BMUS ana müəssisənin digər müəssisənin səsvermə gücünün yalnız 50 faizinə və daha az hissəsinə sahib olduğu zaman belə nəzarətin mövcud olduğu aşağıdakı halların siyahısını verir.



  1. (a)  Ana müəssisə digər investorlarla razılıq əsasında səsvermə hüququnun 50 faizindən çoxu üzərində səlahiyyətə malikdir

  2. (b)  Ana müəssisə nizamnamə və ya müqavilə əsasında müəssisənin maliyyə və əməliyyat siyasətini idarə etmək səlahiyyətinə malikdir.

  3. (c)  Ana müəssisə direktorlar şurası (yaxud analoji idarətmə orqanı) üzvlərinin əksəriyyətini təyin etmək və ya kənarlaşdırmaq səlahiyyətinə malikdir.

  4. (d)  Ana müəssisə direktorlar şurasının iclaslarında səs çoxluğuna malikdir.


Yüklə 125,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin