Atma- ruh, ağıl.
Advaita- İkili olmayan. 788—820-ci illər arasında yaşamış Hindistanlı filosof Şankaracarya´nın fəlsəfəsi. Bu fəlsəfi görüşün əsası birliyə, birləməyə dayanmaqdadır. Bu fəlsəfəyə görə, yalnız bir tək mütləq həqiqət var və bütün görüntülər o bir tək mütləq həqiqətin təzahürləridir.
Əşram— Əşram əski Hindistanda bir növ xaniqah imiş. Eyni ülküləri paylaşan çevrələr əşramda toplaşar, bəlli əxlaqi nizama uyqun şəkildə ortaqca yaşarmışlar. Qandinin təsis etdiyi Funiks eyitim mərkəzi də əşram qurallarına uyqun idarə edilirdi. Qandinin ən ünlü əşramı Qoceratda “Sabarmati” çayının sahilində Əhmədabad şəhrində yerləşirdi.
Əşrama— Hind inancına görə hər kəsin ruhu dörd evrədən keçər. Bu dörd evrənin hər biri bir “əşrama” adlanır. Bu dörd mərhələ bunlardır: 1. Mütaliə və şəxsi disiplin. 2. Ailə qurma və dünya işləri ilə uğraşma. 3. Düşünmə, dalqınlıq və dünya təmayüllərindən qopma. 4. imtina və dünyadan tam qopuş.
Avatar—İnsan biçimində olan Tanrısal (ilahi) varlığın surəti.
Opanişad—Əski Hind fəlsəfi söyləmlərinin bütünüdür. Yüzə qədər kitabdır. Ancaq on kitabın daha əsil və orijinal olduğuna inanılır. Bu kitablarda “veda”ların qutsal öyrətiləri dartışılmaqdadır. Görəv, əxlaq, ölüm və həyat kimi müxtəlif mövzular dərincə dartışılmaqdadır.
Ahimsa— “Himsa”nın ziddi. Himsa aqressivlik və ahimsa qeyri—aqressivlik anlamındadır.
Bania— Hind toplumu dörd böyük kast və ya sinifə ayrılır. Hər sinifin də müxtəlif qatmanları, layları var. Banilar üçüncü sinif olmuş və dükançılıqla məşğul olmuşlar.
Brahmaçarya— Brahmaçarya insanın öz nəfsinə hər yönlü hakim olması və qadınla da, ancaq evlad doğurmaq üçün cinsi ilişkiyə girməsidir.
Brəhmən— Dörd Hind sinifindən birinci sinif. Hindistanda dini işlərdən sorumlu olmuşlar. Bilim və bilgi onların təkəlində olmuşdur.
Boer—Güney Afrikada yerləşən Avropalı mühacir qəbilələr. Boer savaşından sonra İngiltərənin idarəsinə keçdilər.
Bhaquat— Bhaquat Qita Fəlsəfi mövzular içərən əski Hind kitablarından biridir. Tanrının yer üzündə təzahürü olan “Krişna”nın həyatını anlatmaqdadır.
Parsi— Hind atəşpərəstləri bu adla tanınmaqdadırlar.
Purdah— qadınları kişilərdən ayıran örtük.
Tamil— Hind sakinlərindən. Dilləri də tamilcə olaraq keçər.
Telequ— Hind saninləri. Dilləri də telequca olaraq keçər.
Çapati— Hindistanda hazırlanan bir tür fətir-çörək.
Çarxa— Qandinin düzəltdiyi cəhrə, ipəyirmə aracı. Qandi işsizliyi önləmək üçün bunu düzəldip hind kəndlilərinə önərdi. Qandi özü də bu cəhrə ilə məşğul olurdu.
Xaddar— İpliyi əllə əyrilib toxunan bir tür qumaş. Qandinin önərisi üzərinə bu tür qumaşın qullanımı Hindistanda yayqınlaşdı. Konqrənin də üzvləri bu qumaşdan paltar geydilər. Bütünüylə Hind malı sayılırdı.
Dharma— məzhəb, əxlaq və görəv yasası.
Divan— Hindistanda yarıbağımsız xanlıqların başçıları. Hindistan bağımısz olmadan öncə, İngiltərənin istilasında olmanın dışında 600 böyük-kiçik xanlıqlardan ibarət idi. Bunların hər biri özünü digərindən bağımsız olaraq görərdi. Bu hökumətlərin başbaxanına “divan” ləqəbi verilmişdi.
Rişi— bilgə, dahi. Əski Hind gələnəyində düşüncə əhli olan insanlar ormanlıqlara gedib orada özlərinə dalar, yalnızca yaşardılar. Bunlara “rişi” deyirdilər. Insanlar onlardan dərs almaq üçün yanlarına gedərdilər. Rişilər açıq havada, böyük ağacların altında dərs keçərdilər.
Zulu—Güney Afrika qəbilələrindən.
Sattya— Həqiqət, doğruluq.
Satyaqraha— Satyaqraha, əslində doğruluğun yanlısı olmaq deməkdir. Ancaq Qandi bu sözü özünəxas biçimdə qeyri—aqressiv dirəniş və savaş yöntəmi kimi seçmişdir.
Satyaqrahi— Satyaqraha savaşçısı.
Sadavrata— Yoxsullara yardım etmə kültürü.
Sadavrati— yoxsullara yardım edən.
Samskar— Əski zamanların dərinliklərdən qaynaqlanıb hər insana təsir göstərən zavala uğramaz özəlliklər.
Swaraj— istiqlal
Şastra— Hind məzhəbinin qanunları və əmrləri.
Mənu— Əski Hind bilgəsi. Əski Hind yasalarının qurucusu.
Mokşa— dünya bağlarından qopma. Həyatı yeniləmədən, yenidən dünyaya gəlmədən qurtulma. Hind inancına görə, hər fərd öldükdən sonra başqa biçimdə dünyaya gəlmiş olur. Daha öncəki həyatının nitəliyinə görə yaxşı ya da kötü surət qazanmış olur. Bu həyat təkrarlanması ruhun kamala ulaşıb Tanrıya varışına qədər davam edər. Ruh öz bütüncü evrimini gerçəkləşdirdikdən sonra artıq yer üzündə həyat bulma sona çatar. Buna mokşa deyilir.
Muni— Ceyn məzhəbinin Hindistanda 25000 illik sabiqəsi var. Ahimsa Ceyn məzhəbinin əsasını təşkil edər. Ceyn məzhəbinin ruhanilərinə muni deyilir. Ceyn məzhəbi Hz. Budda ilə eyni zamanda ortaya çıxmış. Heç bir canlıya zərər verməmək Ceyn məzhəbinin ana ilkəsidir.
Mahatma— Böyük ruh. Qandiyə verilən ləqəb. Qandi bütün dünyada bu ləqəblə tanındı.
Veda— Əski Hind məzhəbinin qutsal mətnləri. Vedalar dörd bölümdən oluşmaqdadır. Ən əskisi “Riqveda” adlanır.
Həricən— Tanrının evladı. Qandi bu sözü Hindistanda nəcis olaraq tanınan qəbiləyə ləqəb olaraq taxmışdı. Bu qəbilə tarix boyu çox aşağılandığından və çox əzab çəkdiyindən Qandi onları bu aşağılıq kompleksindən qurtarmaq üçün tanrı evladı ləqəbini onlara vermiş, onlara da eşit haq tanımışıdır. Nəcislərə üst düzeydə iş verməzdilər. Tualet təmizləmə kimi aşağı işlərdə çalışdırardılar. Nəcislərə toxunmaq da yasaq imiş. Onlarla bir yerdə yemək də yeyilməzmiş.
* Qandinin “Bütün insanlar qardaşdır” kitabını 20 ildir özümlə daşıyıram. Həyatımın çətin günlərində mütləqa bu kitabı təkrar—təkrar oxuyub ruhumu sakitləşdirmişəm. Sonunda qərara gəldim ki, bu böyük insanın önəmli əsərini dilimizə tərcümə edim. Kitaba əski Hindistan cümhurbaşqanı və dəyərli filosof S. Rada Krişnan bir ön söz yazmışdır. G.G
1. Sarvodaya- rifah və sosial güvənlik. Qandinin kitablarından birinin adıdır.
2. Satya— doğruluq və dürüstlük.
3. Ahimsa “himsa” sözünün tərsidir. Himsa, yəni şiddət və aqressivlik. Ahimsa, yəni aqressivsizlik, mülayimlik və tolerans.
* Mahatma, yəni böyük ruh.
**Mokşa- dünya bağlarından qopma. Həyatı yeniləmədən, yenidən dünyaya gəlmədən qurtulma. Hind inancına görə, hər fərd öldükdən sonra başqa biçimdə dünyaya gəlmiş olur. Daha öncəki həyatının nitəliyinə görə yaxşı ya da kötü surət qazanmış olur. Bu həyat təkrarlanması ruhun kamala ulaşıb Tanrıya varışına qədər davam edər. Ruh öz bütüncü evrimini gerçəkləşdirdikdən sonra artıq yer üzündə həyat bulma sona çatar. Buna mokşa deyilir.
1 Elbay—vali
*** qadınla yalnız çocuq doğurmaq üçün seks yapmaq.
**** Hind inancına görə insanlar müxtəlif təbəqələrə ayrılırlar. Bəzi insanlar bu təbəqələrin dışında yer alır və nəcis sayılırlar. Nəcis sayılanlar tualet təmizləmə kimi aşağı işlərdə çalışmağa məhkumdurlar.
***** Bu zaman Qandinin atası ölmüşdü.
****** Qandinin kiçik adı. “Qandi” onun soyadı “Mohndas” isə, adı olmuşdur. Mahatma da daha sonra ona verilən ləqəbdir.
* Konqrə Qandinin Natalda hindlilərdən oluşdurduğu təşkilat idi. Bu təşkilat orada yaşayan hindlilərin haqlarını savunurdu.
* Brahmaçarya insanın öz nəfsinə hər yönlü hakim olması və qadınla da, ancaq evlad doğurmaq üçün cinsi ilişkiyə girməsidir.
1 Satyaqraha, əslində doğruluğun yanlısı olmaq deməkdir. Ancaq Qandi bu sözü özünəxas biçimdə qeyri—aqressiv dirəniş və savaş yöntəmi kimi seçmişdir.
* “Tolstoy” Qandinin Güney Afrikada təsis etdiyi bir mərkəz idi. Orada Qandi və yandaşları Tolstoyun öyrətiləri əsasında əməl etməyə çalışırdılar.
* Funiks Qandinin Güney Afrikada təsis etdiyi bir başqa eyitim mərkəzi idi. Bu eyitim mərkəzi “əşram” şəklində idi. Əşram əski Hindistanda bir növ xaniqah imiş. Eyni ülküləri paylaşan çevrələr əşramda toplaşar, bəlli əxlaqi nizama uyqun şəkildə ortaqca yaşarmışlar. Qandinin təsis etdiyi Funiks eyitim mərkəzi də əşram qurallarına uyqun idarə edilirdi. Qandinin ən ünlü əşramı Qoceratda “Sabarmati” çayının sahilində Əhmədabad şəhrində yerləşirdi.
1 Böyük humanist fransız yazarı.
* Əhmədabad Hindistanda Qocerat əyalətinin mərkəzidir və Qandinin “əşram”ı bu şəhərin kənarında idi.
** Himsa, yəni aqressiv və ahimsa, yəni qeyri-aqressiv
* Əmrtiser Hindistanın Pəncab vilayətində sinqlərin yaşadığı şəhərdi. Hindistan milli azadlıq hərəkətində bu şəhərdə önəmli olaylar oldu. İngilis zabitlər xalqı incitmək üçün onları çirkabın içində süründürürdülər.
* Qandi bu sözləri 11 sentyabr 1931-ci ildə gömrük məmuruna demişdi.
* Xristianların təbliğat kitablarından.
**Meno əski Hind tarixinin qanun yazan şəxsiyətlərindən biri olmuş.
*** Ceyn məzhəbinin Hindistanda 25000 illik sabiqəsi var. Ahimsa Ceyn məzhəbinin əsasını təşkil edər. Ceyn məzhəbinin ruhanilərinə muni deyilir.
**** Dəharma, yəni qutsal görəv və ya qutsal məzhəb.
***** Toro məhəbbət və dostluqdan yana olan Amerikalı filosof olmuş.
****** Brahmaçarya insanın öz nəfsinə hər yönlü hakim olması və qadınla da, ancaq evlad doğurmaq üçün cinsi ilişkiyə girməsidir.
******* Əşram əski Hindistanda bir növ xaniqah imiş. Eyni ülküləri paylaşan çevrələr əşramda toplaşar, bəlli əxlaqi nizama uyqun şəkildə ortaqca yaşarmışlar. Qandinin təsis etdiyi Funiks eyitim mərkəzi də əşram qurallarına uyqun idarə edilirdi. Qandinin ən ünlü əşramı Qoceratda “Sabarmati” çayının sahilində Əhmədabad şəhrində yerləşirdi.
*******Samskar, daha öncəki həyatlardan qalan güclü təsirlər.
* Söz qonusu 1947-ci ildə Pakistanın Hindistanda ayrılmasıdır.
* Qandi bu cümləni 29 yanvar 1948-ci ildə teror edilişindən təqribən 20 saat öncə demişdir.
* Burada Qandi, Hind məzhəbinin tənasüx və ya təkrar-təkrar dünyaya gəlmə görüşünü savunmaqdadır.
* Ahimsa, yəni aqressivsizlik, mülayimlik və tolerans.
1 Satyaqraha, əslində doğruluğun yanlısı olmaq deməkdir. Ancaq Qandi bu sözü özünəxas biçimdə qeyri—aqressiv dirəniş və savaş yöntəmi kimi seçmişdir.
* Tutum— duyqu, düşüncə və davranış birliyini içərən bir qavramdır. Tutum deyildiyində bu üç qavram bir yerdə nəzərdə tutulur.
* Qandinin öndərliyində Hindistanın istiqlalı üçün başladılan hərəkət idi.
* Satyaqraha, əslində doğruluğun yanlısı olmaq deməkdir. Ancaq Qandi bu sözü özünəxas biçimdə qeyri—aqressiv dirəniş və savaş yöntəmi kimi seçmişdir.
* Əllə ipəyirmə makinalarını Qandi Hind kəndlilərinə önərmişdi.
* Hind istiqlal savaşına öndərlik edən böyük siyasi örgüt idi. Bu gün də Hindistanın ən böyük siyasi partiyasıdır.
* Hz. İsanın öyrətilərindən.
* Ortaq gəlirli böyük ailələr Hindistana xas olan ailə biçimidir.
* saxlu—qarnizon
* Hindistan 17 rəsmi dil var. G.G
* Brəhmənlərin kontrolunda olan Hind məzhəbinin qanunları.
* Bu qismi Amerikalı jurnalist bir qadına müsahibəsində söyləmişdir.