69
Yük avtomobili nəqliyyatının seçmə müşahidəsi zamanı baş məcmunu
respublikada qeydiyyatdan keçmiş bütün yük avtomobillərinin cəmi təşkil edir.
Seçmə məcmunun həcmi isə Avropa Birliyi Şurasının 1998-ci il tarixli “Yük
nəqliyyatında seçmə müayinələrin keçirilməsinə dair” göstərişinə və
əvvəl keçirilmiş
seçmə müşahidələrin nəticələrinə əsasən müəyyən edilir.
Azərbaycan Respublikası
Dövlət Statistika Komıtəsinin “Yük avtomobili nəqliyyatı sahəsində seçmə statistik
müayinənin keçirilməsi üzrə təşkilat planı”nda göstərilir ki,
Baş
Dövlət Yol Polisi
İdarəsinin təqdim etdiyi “Avtomobil, motosikl qoşqu və yarımqoşquların markaları,
tiplərinə görə sayı və vəziyyətinə dair” rəsmi statistika hesabatına əsasən 2017 –cı il
yanvar ayının 1-i vəziyyətinə ölkədə 141,5 min ədəd yük avtomobili mövcud
olmuşdur. Deməli, baş məcmudakı vahidlərin sayı 141,5 min vahid və 7 %-lik
seçmə aparılarsa , bu zaman seçmə məcmunun həcmi 10.0 min vahid təşkil edər.
Seçmə məcmunun təbəqələrə (stratalara) bölünməsi həmcinslik dərəcəsinə görə
yük avtomobillərinin qruplaşdırılmasıdan ibarətdir.Bu qruplaşdırılma seçmə
müşahidəsi nəticəsində əldə olunan məlumatların baş məcmunu daha düzgün təmsil
etməsi məqsədini daşıyır. Yük avtomobillərinin bir-birindən
yük tutumuna görə
fərqləndiyini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Statistika Komıtəsində
yük avtomobilləri quruplaşdırılması beynəlxalq tövsiyələrə uygun olaraq aşağıdakı
kimi həyata keçirilmişdir:
1)yəhərli dartqılar istisna olmaqla yük avtomobilləri(yük tutumuna görə
kiloqramla):
I qrup 999 kiloqramadək;
I I qrup 1 000 kq - 1 499 kq
III qrup 1 500 kq - 2 999 kq
I Vqrup 3 000 kq - 4 999 kq
V qrup 5 000 kq - 6 999 kq
VI qrup 7 000 kq - 9 999 kq
VII qrup 10 000 kq - 14 999 kq
VIII qrup 15000 kq-dan çox.
70
2) Yəhərli dartqılar(yük tutumuna görə kiloqramla) :
I qrup 10 000 kq - 14 999 kq
II qrup 15 000 kq –dan çox .
2013 – 2016 – cı illərdə Azərbaycan Respublikasında yük tutumuna görə
nəqliyyat vasitələrinin sayı aşagıdakı məlumatlarla xarakterizə olunmuşdur:
Dostları ilə paylaş: