Mətni diqqətlə oxuyun və 1-10-cu tapşırıqları mətn əsasında cavablandırın. Vidadi dayının xəsisliyi



Yüklə 206,6 Kb.
səhifə1/4
tarix30.03.2020
ölçüsü206,6 Kb.
#102413
  1   2   3   4

Azərbaycan dili


Mətni diqqətlə oxuyun və 1-10-cu tapşırıqları mətn əsasında cavablandırın.
Vidadi dayının xəsisliyi

1994-ci ilin fevral ayi idi. Mən işə yeni başlamışdım. İş yoldaşlarımın içində Vidadi adlı orta boylu, səmimi və gülərüz bir kişi var idi. Hamı onun xətrini çox istəyirdi. Heç kimin xətrinə dəyməz, qarışqanı belə incitməzdi. Bizim gözümüzdə Vidadi dayının yeganə mənfi xüsusiyyəti xəsisliyi idi. Hətta onun 50 illik yubileyini elə həmin il toplaşaraq bir tortla qeyd etdik. Neçə ildir ki, bir yerdə işləməyimizə baxmayaraq, onun pul xərclədiyinə heç rast gəlməmişdim. Daha doğrusu, qarnını doyuracaq qədər çörəkdən başqa nə isə aldığını çox az görərdik. Həmişə də bu işini ona irad tutub deyərdik: – “Ay Vidadi dayı, səni köç basmayıb, külfət yükləməyib, niyə bu qədər xəsissən? Allaha şükür, övladlarını ad-sanla, layiqli oxudub evləndirmisən. Bundan sonra özünə bu qədər əziyyət verməyinə dəyərmi? Bəsdir, bu qədər əziyyət çəkdin. Qəpik-qəpik yığıb nə edəcəksən axı bu pulları?” O da özünəməxsus təbəssümlə: “Dar günümə saxlayıram”,- deyərdi.

5 il Vidadi dayıyla bir yerdə işlədik. Və bir gün eşitdik ki, Vidadi dayı yaşıyla əlaqədar işdən uzaqlaşdırılıb. Xəsis olsa da, onu çox sevirdik. 2 ay sonra axşam kollektiv olaraq yığışıb onu yoxlamaga getdik. Qapını tanımadığımız bir qadın açdı. Dedi ki, Vidadi dayı bu evi onlara satıb, özünə yeni ev alıb. Bir həftə sonra bir təhər ünvanı tapıb onlara getdim. Gözlərimə inanmadım.Vidadi dayı şəhərin mərkəzindəki evini kənarda kiçik bir daxmaya dəyişmişdi. Bu dəfə şikayətimi Vidadi dayının arvadı Əsmər xalaya etdim: “Ay Əsmər xala, Vidadi dayının xəsisliyini el-aləm bilir. Barı sən qoymayaydın evi satsın” . Həmişə halına şükür edən Əsmər xala gülərək: “Vidadi sizə görə xəsis ola bilər,  mən onunla qürur duyuram. O bizim xoşbəxtliyimizi hər zaman düşünmüşdür” ,- dedi. Əsmər xalanın bu cavabından sonra deyəcək bir söz yox idi. Çünki Əsmər xala da Vidadi dayı kimi düşünürdü. Vidadi dayını tanıdığım 8 il ərzində bir dəfə də olsa, həyatından şikayət etdiyinin şahidi olmadım.

Həmin gün axşam işdən qayıdırdım. Güclü qar yağmışdı. Əsmər xala zəng edib dedi ki, Ənvər, Vidadi dayı rəhmətə gedib. Özümüzü onlara çatdırdıq. Həyətdə böyük bir izdiham var idi. Yaşlı bir qadının durmadan ağladığı diqqətimi çəkdi. Vidadi dayıya inləyərək rəhmət oxuyur və vəfatına çox üzülürdü. Əvvəlcə qohumu zənn etdim. Sonra öyrəndim ki, əslində bu yaşlı qadın şəhid olmuş oglunun iki uşagına və cavan gəlininə məhz Vidadi dayının aylıq maaşı ilə baxırmış. Vidadi dayı işdən çıxarıldıqdan sonra bu yetimlər korluq çəkməsinlər deyə evini belə satıb hər ay hissə-hissə maaş kimi onlara verərmiş. Maaşından qarnı doyacaq qədər çörək alıb qalanını qəpiyinə qədər yetimə verən Vidadi dayının hərəkəti hamımızı utandırdı. Özünə qarşı xəsis olan Vidadi dayının bu əlaçıqlığı bizə əsl dərs idi. Anladıq ki, o, pulunu, həqiqətən də, öz dar gününə xərcləyirmiş. Xəsis kimi tanıdığım Vidadi dayının əslində nə qədər əliaçıq olduğunu indi anlamışdım. Həqiqətən də, Vidadi dayı dar gününə illərlə yığdıqlarını apardı və bizə də örnək oldu. Onun sayəsində öyrəndik ki, əbədi xoşbəxtliyi arzulayırıqsa, müvəqqəti narahatlığı yaşamağımıza dəyər.



1. Altından xətt çəkilmiş sözlərin sinonimləri hansılardır

1. qələbəlik 2. balaca 3. qıraq 4. ev 5. böyük

A) 2, 3, 4 B) 2, 4, 5 C) 1, 3, 5 D) 1, 2, 5 E) 1, 2, 3
2. II abzas hansı sözlə başlaya bilər?

A) Təəssüf ki B) Əvvəla C) Heyf ki D) Nəhayət E) Beləcə


3. Mətndə aşağıdakı fikirlərdən hansına rast gəlinir?

A) Vidadi dayı cox imkanlı idi.

B) Əsmər xala həmişə halına şükür edən qadın idi.

C) Əsmər xala da Vidadi dayının xəsisliyindən şikayət edir.

D) Vidadi dayı xəstələndiyi üçün işdən çıxır.

E) Vidadi dayının övladları yox idi.



4. Hansı sualın cavabı yoxdur?

A) Vidadi dayı nə vaxt anadan olub

B) Ənvər Vidadi dayı ilə neçə il birgə işləyib

C) Vidadi dayı neçənci ildə rəhmətə gedir

D) Vidadi dayı ilə son görüş neçənci ildə olub

E) Kollektiv Vidadi dayını ilin hansı ayında yoxlamağa gedir


5. Hansı fikir mətnin məzmunu ilə ziddiyyət təşkil edir?

A) Ənvər qış ayında işə başlayır.

B) Vidadi dayı ailəsini də həmişə düşünən birisi olub.

C) Vidadi dayı 58 yaşında vəfat edir.

D) Vidadi dayı 55 yaşında işdən çıxır.

E) Vidadi dayı şəxsi ehtiyacına görə evini satır.


6. Aşağıdakı fikirlərin doğru olub-olmadığını müəyyən edin.

D Y


1. Vidadi dayı hamıya qarşı xəsis idi  

2. Vidadi dayı 2002-ci ildə rəhmətə gedir.  

3. Vidadi dayı yazda rəhmətə gedir.  

4. Vidadi dayı maaşını şəhid ailəsinə verirmiş  


7. Mətnə əsaslanıb Vidadi dayının anadan olduğu və vəfat etdiyi illəri yazın.








8. Fərqləndirilmiş cümlənin mənasını iki cümlə ilə izah edin.

___________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

_________________________________________________________________________________________

9. Çərçivəyə alınmış sözü əvəz edə biləcək mümkün variantları yazın.

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

10. Mətnin abzaslarını adlandırın.

I. ________________________________________________________________________________________

II. _______________________________________________________________________________________

III. ______________________________________________________________________________________



Mətni diqqətlə oxuyun və 11-20-ci tapşırıqları mətn əsasında cavablandırın.
Gəncə xanlığının işğalında erməni xəyanəti

Bir gün Cavad xan Şuşadan Gəncəyə qayıdırmış. Yolda bir çay kənarında ağac altında dayanıb günorta namazını qılır. Sonra oturub bir az istirahət edir. Birdən bir uşağın başqa uşaqlar tərəfindən döyüldüyünü görub onlara yaxınlaşır. Bu uşağı niyə döydüklərini soruşur. Uşaqlar deyir ki, bu uşaq kənddən oğurluq edirmiş, ona görə də onu döyürlər. Cavad xanın uşağa yazığı gəlir, onu ozü ilə Gəncəyə gətirir. Bu kimsəsiz uşaq onun sarayında yaşayıb xanın xidmətcisinə çevrilir. Burada böyüyüb boya-başa çatır. Bu uşaq Aşot adlı bir erməni uşağı idi.



Bu vaxtlar Gəncə bazarına başqa ölkələrdən çoxlu tacirlər gələrmış. Onların içərisində erməni tacirləri də olurdu. Aşot Gəncəyə gələn erməni tacirləri ilə dostlaşır. Gəncə erməni tacirlərin çox xoşuna gəlirdi. Tacirlər Aşotdan xahiş edirlər ki, onların Gəncədə məskunlaşmasına kömək etsin. Aşot Cavad xandan ermənilərin Gəncədə yaşaması üçün icazə istəyir. Cavad xan xidmətçisinin arzusunu yerinə yetirir. Gəncənin gözəl yerində erməni tacirlər ozləri üçün ev və kilsə tikdirirlər.

1803-cü ilin soyuq dekabr ayı idi. Bilirik ki, dekabr ayında hava soyuq olur və bəzən qar da yağır. Rus qoşunları Car-Balakəni zəbt etdikdən sonra Gəncəyə yaxınlaşırlar. Quru qobu adlı yerdə duşərgə salırlar. Rus general Sisyanov hədə-qorxu dolu məktub yazaraq öz elçisini Cavad xanın yanına göndərir ki, şəhəri ruslara təslim etsin. Cavad xan gürcü mənşəli bu generala yaxşı bələd idi. Rusların Carda insanlara nə divan tutduğunu da yaxşı bilirdi. Cavad xan rus elçisinə rədd cavabı verib, sona qədər vuruşacaqlarını bildirdi.

Cavad xana məktub gətirən elçinin sözlərini Aşot da eşitmişdi. O, qorxu içində idi. Aşot gecə ikən gizlicə Gəncədə yaşayan varlı bir erməni tacirin yanına gedir və vəziyyəti ona danışır. Tacir Gəncədə yaşayan bütün erməniləri bir yerə yığıb vəziyyəti müzakirə edir. Onlar var-dövlətini itirməkdən çox qorxurdular. Onlar gizlicə Sisyanovun yanına adam göndərib ondan aman istədilər. Ermənilər ümid edirdilər ki, ruslar Gəncəni türklərdən alib, ”Rusiyaya sədaqətli” xristian ermənilərə verəcəklər. Sisyanovun əsgərləri Gəncəyə hücum edəndə ermənilər şəhər qapılarını rus əsgərlərinin üzünə açdılar. Bu vaxta qədər şəhəri ala bilməyən ruslar asanlıqla şəhərə daxil olub Gəncə əhalisinə divan tutdular. Cavad xan başda olmaqla, gəncəlilər əllərinə silah alıb ruslarla vuruşanda gözlərinə inanmadılar. Şəhərə soxulub onlara atəş açan rus əsgərlərinin içində ermənilər də var idi. Aşotun açdığı qəfil güllə Cavad xanın ürəyinə tuş gəldi. Cavad xan: "Ay namərd erməni”,- deyərək yerə yıxıldı. Rus general Lisaneviç ikinci gülləni xanın başından vurdu. Cavad xan vəfat etdi. Xanın oğlu Huseynqulu ağa namərd ermənini qılıncla vurub yerə sərdi. Rus əsgərlərinin açdığı atəş nəticəsində Hüseynqulu ağa da öldürüldü.


Yüklə 206,6 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin