Metodik vəsait – 1 sinif


Kompyuter, informasiya və kommunikasiya texnologiyalari və sistemləri



Yüklə 91 Kb.
səhifə2/3
tarix27.11.2022
ölçüsü91 Kb.
#120034
növüDərs
1   2   3
16 informatika kur (1)

Kompyuter, informasiya və kommunikasiya texnologiyalari və sistemləri

  • Cəmiyyətin informasiyalaşdırılması

    Ümumtəhsil məktəblərində “İnformatika” fənninin tədrisinin əsas məqsədləri bunlardır:



    • informatika fənni barədə bir elm kimi təsəvvürlərin formalaşdırılması;

    • şagirdlərin müasir cəmiyyətə uyğun praktiki hazırlığının təmin edilməsi;

    • informasiya mədəniyyətinin tərbiyə edilməsi.

    Ümumtəhsil məktəblərində “İnformatika” fənninin tədrisinin əsas vəzifələri bunlardır:



    • kompüter savadlılığının əsaslarının formalaşdırılması;

    • məntiqi və alqoritmik təfəkkürün inkişaf etdirilməsi;

    • fərdi və koollektiv iş bacarıqlarının formalaşdırılması.

    Təlimin metodologiyası şagirdlərin bilik və bacarıqlarına kurrikulum sənədində alt standartlar əsasında müəllim tərəfindən müstəqil olaraq müəyyən olunur. Bu zaman şagirdlərin yaş xüsusiyyətləri və bilik səviyyələri mütləq nəzərə alınmalıdır.

    İnformatika fənn kurikulumu şagirdlərdə aşağıdakı istiqamətlərdə bilik və bacarıqların formalaşması məqsədini daşıyır:


    alqoritmikşagirdlərdə alqoritmik və məntiqi təfəkkürü inkişaf etdirmək;
    texnoloji - müxtəlif praktiki məsələləri həll etmək üçün tətbiqi proqramlarla işləmək bacarığını formalaşdırmaq;
    Tədris olunan informasiya texnologiyaları şagirdlərin praktiki fəaliyyət sahəsini əhatə etməklə, on­la­rın praktiki hazırlıqlarını və beləliklə də müasir cəmiyyətə uğurlu adaptasiyalarını təmin edir. İn­for­ma­siya texnologiyaları arasında kommunikasiya texnologiyaları çox mühüm yer tutur. Kom­mu­ni­ka­si­ya texnologiyaları təlim və praktiki fəaliyyət sahələrinin mühüm hissəsini təşkil edir.
    “İnformatika” fənninin tədrisinin dünyagörüşü və tərbiyəvi aspektləri informasiya mədəniyyətinin, əqli əmək mədəniyyətinin, şəxsiyyətin ümumbəşəri keyfiyyətlərinin (zəhmətsevərlik, məqsədyönlülük, iradə, müstəqillik, yaradıcı aktivlik və s.) inkişaf etdirilməsi ilə həyata keçirilir.

    İnformatika fənninin fəndaxili və fənlərarası əlaqələri onun məktəb tədris sistemində həm bir fənn kimi, hə də müasir cəmiyyətdə bir elm sahəsi kimi vacibliyini göstərir. Bu əlaqələrin möhkəmlik səviyyəsi isə praktiki tapşırıqların məzmun və tətbiqi xarakteri ilə müəyyən olunur.


    Tədris fənninin əsas məzmununu informasiya və informasiya prosesləri, praktiki məsələlərin qoyuluşu və onların proqramlaşdırma dilləri vasitəsilə həlli, həmçinin, informasiya texnologiyaları haqqında biliklərin elementləri təşkil edir.



    Yüklə 91 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin