Milli Kurrikulum əsasında hazırlanmış
“INFORMATIKA-1” DƏRSLİK KOMPLEKTİ HAQQINDA
İNFORMATİKA fənn kurikulumunun bəzi xüsusiyyətləri
1999-cu ildən başlanan təhsil islahatının mühüm hissəsi olan Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası - Milli Kurrikulumun tətbiqi Azərbaycanda təhsilin keyfiyyətcə yeni mərhələyə keçməsini təmin edir.
Kurrikulum sadəcə tədris proqramı deyil. O, bütöv bir prosesdir – təhsil prosesi. Kurrikulumda dəqiq qeyd olunur ki, uşaq məktəbi bitirərkən nəyi bilməli və bacarmalıdır. Əgər nəticə yoxdursa, bu ilk növbədə müəllimin nöqsanıdır. Bu çox demokratik bir sistemdir. Müəllim hər bir sinif üçün öz kurrikulumunu tərtib edə bilər. Məqsəd bir olduğundan onu müxtəlif yollarla əldə etmək olar və müəllim bunu ona rahat olan yolla edə bilər
Kurrikulum bu və ya digər informasiyanın uşağın hansı yaş dövründə onun beyninin qavraya biləcəyini nəzərə alır. Burada son məqsəd uşağa bilik vermək deyil, bilik – vasitədir. Son məqsəd isə uşağın praktiki bacarıqlara yiyələnməsi ilə onu ölkə vətəndaşı kimi formalaşdırmaqdır. Bu elmin tədrisi yox, yaşam üsuludur.
Kurrikulum mükəmməl sistemdir və o artıq Qərbdə və dünyanın ən qabaqcıl ölkələrində tətbiq olunur.
Bu günə kimi bu və ya digər fənnin tədrisi sistemli yanaşma olmadan, subyektiv amillər əsasında tədris olunurdu. Kurrikulum isə informatika fənninin niyə məhz ibtidai siniflərdən tədris olunmasına dəqiq cavab verir: bu müasir reallıqdan doğan zamanın tələbidir. Bu o deməkdir ki, məktəbdə tədris olunan fənləri elm yox, ictimai özüllər müəyyənləşdirir. Yəni təhsil sistemi cəmiyyətin bugünkü tələbatına cavab verməlidir.
Ümumtəhsil məktəblərində İnformatika fənninin məzmunu tədris prosesində tədricən və kəsilmədən açılmaqla aşağıdakı məzmun xətlərinə əsaslanır:
|