Zoom (Масштаб, Miqyas). Əmr sənədin müxtəlif miqyasda görünüşünü tənzimləyir. Açılmış pəncərədə miqyası faizlə artırıb azaltmaqla səhifənin görünüşünü böyüdüb-kiçiltmək olar. Sənədin miqyası 10%-400% diapazonunda dəyişir. Bu işləri pəncərənin aşağı sağ küncündə olan paneli vasitəsilə də idarə etmək olar.
Zoom to Selection (Масштаб по выделенному, Seçilmişi miqyaslandır) Bu əmrinin vasitəsilə vərəqin miqyasını elə böyütmək olar ki, seçilmiş xanalar diapazonu bütün pəncərəni örtsün.
New Window (Новое окно - Yeni pəncərə). Cari sənədin informasiyalarını özundə saxlamaqla yeni pəncərə açır.
Arange All (Упорядочить все, Hamısını nizamla). Açılmış proqram pəncərələrini müxtəlif qaydalarla nizamlayır.
Freeze Panes (Закрепить области, Panelləri dondur). Vərəqin bir hissəsini bərkitməkə (sətri, sütunu) digər hissələrini firlatmaq əməliyyatını yerinə yetirir.
Split (Разделить, Böl). Əmr cari pəncərəni istədiyiniz yerdən bir neçə yerə bölməklə eyni bir sənədin fraqmentlərini əks etdirir. Səhifənin hər bir hissəsində işləmək olar.
Remove Split (Снять разделение, Bölünməni ləğv et) əmrini yerinə yetirdikdə isə pəncərənin bölünməsi aradan qaldırılır.
Hide (Скрыть, Gizlət), Unhide (Oтобразить, Əks elətdir). Cari kitab pəncərəsini gizlədir. Unhide (отобразить) əmri isə kitab pəncərəsini əks etdirir.
S ave Workspase (Сохранить рабочую область, İşçi sahəni saxla). Bütün pəncərələrin cari vəziyyətini işçi sahə kimi saxlayır.
Switch Windows (Перейти в другое окно, Başqa pəncərəyə keç)- açıq olan digər pəncərələrin siyahısını əks etdirir və onların hər hansı birinə keçidi təmin edir.
Macros (Макросы, Makroslar) - ALT+F8. Əmr ardıcıl yerinə yetirilmiş əməliyyatları bir əməliyyat vasitəsi ilə təkrar yerinə yetirməyə imkan verir. Kursoru bu əmrin üzərinə qoyduqda aşağıdakı əmrlərdən ibarət kontekst menyu açılır:
1. Macro (Макросы, Makroslar);
2. Record Macro (Запись макроса, Makros yaz);
3. Относительные ссылки (Nisbi istinadlar).
Nisbi istinadlardan istifadə edərkən, makrosun gördüyü işin nəticəsi kursorun dayandığı xanaya yazılır. Məsələn: fərz edək ki, makros A1 xanasından kursoru A3 xanasına köçürür. Əgər bu parametr cari makros yazilarkən daxil edilərsə onda makros işə düşərkən kursoru J6 xanasından L3 xanasına aparır. Əgər bu parametr qoşulmazsa onda J6 xanasından buraxılmış makros kursoru A3 xanasına köçürəcəkdir.
Dostları ilə paylaş: |