1.3.
Strateji idarəetmədə səlahiyyətlərin bölüşdürülməsi
Strateji hədəfin və səlahiyyətin işlənilməsi, məqsədin müəyyənləşməsi və
strategiyanın qəbul edilməsi, inkişaf istiqamətinin işlənilməsi prosesinin əsas
məsələsidir.Bütün bunlar müəssisənin inkişaf istiqamətini müəyyənləşdirir, onun
qısamüddətli və uzunmüddətli məqsədlərini təyin etməklə son məqsədə nail olmanı
təmin edir.Bu qeyd olunanlar birlikdə strateji planı yaradır.Öz strategiyalarını daim
təkmilləşdirən iri şirkətlər rəsmi strateji planlaşdırmanı da işləməklə, hər yeni il üçün
strateji planlar işləyirlər və bu plan rəhbərlər və işçilər arasında paylanır.Bəzi hallarda
isə yazılı olmamaqla şifahi razılaşmalarla belə planlar rəhbərlər və işçilərə çatdırılır.
Strategiyanın tətbiqi funksiyası dedikdə qarşıda qoyulan məqsədə çatmaq üçün
strategiyanın necə tətbiq olunması məsələsi başa düşülür.Bu işi həyata keçirməyin
yüksək ixtisaslaşma və məharət tələb etdiyi məlumdur.Strategiyanın tətbiqi praktiki
məsələ olsa da , onun inzibati meylləri də vardır.Bu, əsasən aşağıdakılardan
ibarətdir(27,110):
• Strategiyanı müvəffəqiyyətlə həyata keçirə bilən bir təşkilat yaratmaq;
• Bütün imkanları strategiyanın uğur qazanmasına yönəldə bilən maliyyə planı
hazırlamaq;
• Strategiyanı dəstəkləməyə yönələn siyasət yürütmək;
• İşçilər üçün elə həvəsləndirmə üsulları işləyib hazırlamaq ki, o, qarşıya qoyulan
məqsədlərə çatmaqda səfərbəredici rol oynasın;
• Lazım gəldiyi halda onların arasında mümkün olan yerdəyişmələri aparmaq şərti
ilə optimal iş bölgüsünə və strategiyanın reallaşmasında müvəffəqiyyətli nəticəyə
nail olmaq;
• Qarşıya qoyulmuş məqsədə nail olmaq ilə həvəsləndirmə sistemi arasında
uyğunluq yaratmaq;
26
• Şirkət daxilində elə işçi münasibətlər yaratmaq ki, bütün imkanlar strategiyanın
müvəffəq tətbiqinə yönəlmiş olsun;
• Şirkət daxilində əlaqələndirmə və işə birgə münasibət elə formalaşdırılmalıdır ki,
hər bir fərd günbəgün şirkətin strategiyasının təkmilləşməsinə və reallaşmasına
köməklik etmiş olsun;
• İş üsulunda daimi təkmilləşmə və təcrübələrin tətbiqinə xüsusi diqqət
göstərilməlidir;
• Strategiyanın həyata keçirilməsində iştirak edənlər arasında daxildə liderlik
hissləri aşılanaraq hər zaman strategiyanın reallaşdırılması sürətlənməli və tətbiqin
səviyyəsi yüksəldilməlidir.
Bu prosesdə inzibati məsələ ondan ibarətdir ki, faktın həyata keçirilmə səviyyəsi
ilə strategiyanın nəzərdə tutduğu proqram tutuşdurulsun və kənarlaşmalar
müəyyənləşdirilib aradan götürülsün.
Beləliklə, strategiyanın tətbiqi praktiki inzibati işdən, təşkil etmədən, maliyyə
planlaşdırılmasından, siyasi xətt yürütməkdən, həvəsləndirmə üsulunu tətbiq
etməkdən, idarəetmənin mədəni üsullarından istifadə etməkdən ibarət olmaqla,
bunların düşünülmüş kombinasiyalarının birgə əlaqələndirilməsidir.
Dostları ilə paylaş: |