3.2 Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü
kontekstində XTƏ-nin tənzimlənməsi problemləri.
Xarici iqtisadi əlaqələrin inkişaf etdirilməsi və bu əsasda ölkə
iqtisadiyyatının dünya təsərrüfatı sisteminə səmərəli şəkildə inteqrasiyasının
təmin olunması son dövrlərdə özünün dövlət müstəqilliyini bərpa etmiş
ölkələrin, o cümlədən də Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf
strategiyasının əsas istiqamətlərindən biri hesab olunur.
Müstəqil Azərbaycan dünya birliyinə sürətlə inteqrasiya edir. Bu gün
beynəlxalq aləmdə Azərbaycan bərabər tərəfdaş kimi qəbul edilir və onunla
uzunmüddətli əməkdaşlıq sistemi qurulur. Belə şəraitdə ölkəyə etimadın
möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir və bu etimad bir sıra prinsiplər
üzərində qurulu bilər. Belə prinsiplərdən biri Ümumdünya Ticarət Təşkilatında
üzvlükdür.
Xarici ticarət əlaqələrinin tənzimlənməsi ilə məşğul olan təşkilatları
özünün masştabına və profilinə görə şərti olaraq iki qrupa bölmək olar:
• ümümilikdə beynəlxalq ticarətin müxtəlif problemləri ilə məşğul olan
beynəlxalq təşkilatlar;
• bir və ya bir neçə əlaqəli əmtəələrlə və xidmətlərlə ticarətin
tənzimlənməsi ilə məşğul olan beynəlxalq təşkilatlar.
Birinci qrupa QATT/ÜTT, YUNKTAD, YUNİSTRAL, Beynəlxalq
Ticarət Palatası daxildir.
Əmtəələrlə, o cümlədən xidmətlərlə beynəlxalq ticarətin tənzimlənməsində
aparıcı rol Ümumdünya Ticarət Təşkilatına (ÜTT) məxsusdur. Bu təşkilatın
formalaşmasına qədər uzun bir təkamül yolu keçmişdir.
56
Uruqvay Raundunun ən əsas nəticəsi ÜTT-nin yaradılması oldu. ÜTT
1995-ci il yanvarın 1-də yaradılmışdır. Təşkilatın Qərargahı İsveçrənin paytaxtı
Cenevrədə yerləşir. 1947-ci ildə qoyulmuş Tariflər və Ticarət üzrə Baş Sazişin
(GATT) davamçısıdır. Hazırda dünyanın 154 ölkəsi ÜTT-nin üzvüdür. Bundan
başqa, 31 ölkə və bir neçə beynəlxalq təşkilat ÜTT-də müşahidəçi statusuna
malikdir. Dünya ticarətinin 97%-ə qədəri ÜTT üzvlərinin payına düşür.
ÜTT
çoxtərəfli
ticarət
sazişləri
ə
sasında
ölkələrarası
ticarət
münasibətlərinin tənzimlənməsini həyata keçirir.
ÜTT-nin əsas məqsədi beynəlxalq ticarətin maksimum dərəcədə
liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması və beləliklə də,
iqtisadi inkişafın, eyni zamanda insanların həyat səviyyəsinin yüksəlməsidir.
ÜTT-nin əsas vəzifəsi çoxtərəfli ticarət danışıqlarının Uruqvay Raundu
(1986-1994) nəticəsində formalaşmış sazişlər Paketi əsasında üzv ölkələr
arasında ticarət-iqtisadi münasibətlərin tənzimlənməsindən ibarətdir.
Dostları ilə paylaş: |