Microsoft Word tagiyeva mehin doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə15/40
tarix31.12.2021
ölçüsü0,56 Mb.
#112452
1   ...   11   12   13   14   15   16   17   18   ...   40
taqiyeva mehin

Tarif kvotası dedikdə, dərəcələri idxalın həcmindən asılı olan dəyişkən 

gömrük  rüsumlarının  müxtəlifliyi  başa  düşülür.  Müəyyən  edilmiş  kəmiyyət 

çərçivəsində həyata keçirilən idxal zamanı ona baza tarif dərəcəsi tətbiq edilir 



 

16

və əksinə, idxalın həcmi müəyyən edilmiş səviyyəni keçdikdə ona münasibətdə 



daha yüksək tarif dərəcəsi tətbiq edilir. 

Dünya  təcrübəsində  qeyri-tarif  məhdudiyyətlərinə  münasibət  kifayət 

qədər ziddiyyətlidir. Ümumdünya Ticarət Təşkilatı rəsmi olaraq belə tədbirlərin 

ləğv edilməsi və müstəsna olaraq tarif üsullarından istifadə edilməsi məsələsini 

ortaya qoyur. 

Xarici  ticarətin  dövlət  tənzimlənməsinin  tarif  metodları  ilə  yanaşı, 

hökumətlər qeyri-tarif metodlarından-kəmiyyət, gizli və maliyyə vasitələrindən 

də geniş surətdə istifadə edirlər. Qeyri tarif metodlarının ən geniş yayılmış növü 

kəmiyyət  məhdudiyyətləridir.  Kəmiyyət  məhdudiyyəti  dedikdə  ixracına  və 

idxalına  icazə  verilən  əmtəələrin  nomenklaturasını  və  kəmiyyətini  müəyyən 

edən  qeyri-tarif  inzibati  forması  nəzərdə  tutulur.  Kəmiyyət  məhdudiyyətlərinə 

kvotalaşdırma,  lisenziyalaşdırma  və  ixracın  “könüllü”  məhdudlaşdırılması 

aiddir. 

Kvota dedikdə əmtəənin ixracını və ya idxalını müəyyən müddət ərzində 

müəyyən  edilmiş  kəmiyyət  və  ya  məbləğ  həddində  məhdudlaşdıran  kəmiyyət 

qeyri-tarif vasitəsi başa düşülür. Öz fəaliyyət istiqamətinə görə kvotalar ixrac və 

idxal  kvotalarına  bölünürlər.  İxrac  kvotaları  ya  müəyyən  əmtəə  üzrə  ümumi 

ixracda hər bir ölkənin payını müəyyən edən beynəlxalq sazişlərə uyğun olaraq, 

ya da daxili bazarda çatışmayan əmtəələrin ixracının qabağını almaq məqsədilə 

ölkə hökumətləri tərəfindən tətbiq edilir. 

İ

dxal  kvotaları  milli  hökumətlər  tərəfindən  yerli  istehsalçıları  müdafiə  etmək, 



ticarət  balansının  tarazlığına  nail  olmaq,  daxili  bazarda  tələb  və  təklifi 

tənzimləmək,  həmçinin  digər  ölkələrin  ayrı-seçkilik  tədbirlərinə  cavab 

məqsədilə tətbiq edilir. 

          Xarici iqtisadi fəaliyyətin digər növü lisenziyalaşdırma kvotalaşdırma ilə 

ə

laqədardır.  Lisenziyalaşdırma  dedikdə  xarici  iqtisadi  fəaliyyətin  dövlət 



orqanları  tərəfindən  müəyyən  müddətə  verilən  və  müəyyən  edilmiş 

kəmiyyətlərdə  əmtəə  ixracını  və  ya  idxalını  nəzərdə  tutan  icazələr  vasitəsilə 

tənzimlənməsi nəzərdə tutulur. 



 

17

          İxracın  “könüllü”  məhdudlaşdırılması  dedikdə  ticarət  partnyorlarından 



birinin  əmtəənin  ixracına  kvota  qoyulması  haqqında  rəsmi  və  ya  qeyri-rəsmi 

saziş  əsasında  ixracın  həcmini  məhdudlaşdırmaq  və  ən  azı  genişləndirməmək 

üzrə götürdüyü öhdəlik başa düşülür. 

        Hökumət milli istehsalçıların ixracını zəruri saydığı halda onlara bu və ya 

digər formada büdcədən subsidiyalar təqdim edir. Subsidiya milli istehsalçıların 

dəstəklənməsinə və idxalın dolayı diskriminasiyasına yönəlmiş pul ödəməsidir. 

          Dempinq  ticarət  siyasətinin  maliyyə  qeyri-tarif  metodu  olaraq  ixrac 

qiymətlərinin  normal  qiymətlərdən  aşağı  səviyyəyə  salınması  yolu  ilə 

ə

mtəələrin xarici bazarlara ixracının dəstəklənməsini nəzərdə tutur. 



          Dempinq həm xarici bazarı tutmağa çalışan ayrı-ayrı firmaların resursları 

hesabına, həm də ixracatçılara dövlət subsidiyalarının verilməsi hesabına həyata 

keçirilə bilər. 

          Dempinq  həm  beynəlxalq  səviyyədə,  həm  də  bir  çox  ölkələrin 

antidempinq qanunları ilə qadağan edilmişdir. Əksər ölkələr özünə qarşı tətbiq 

edilən dempinq halını aşkar etdiyi halda antidempinq rüsumları tətbiq edilir. 

        Antidempinq  rüsumu  əmtəənin  daxili  və  xarici  bazarlarda  satış 

qiymətlərinin  fərqi  həcmində  müəyyən  edilməklə,  idxal  ölkəsi  tərəfindən 

dempinq əsasında həyata keçirilən qeyri-ədalətli rəqabətinin mənfi nəticələrinin 

aradan qaldırmaq məqsədilə tətbiq edilir. 

       Xarici ticarət əlaqələri dünya ölkələrində elə qurulur ki, o ölkəyə mənfəət 

gətirmiş  olsun.  Yəni  xarici  ticarətdən  ölkənin  sosial-iqtisadi  irəliləyişi  üçün 

istifadə olunur. 

          Beynəlxalq  ticarətin  obyekti  kimi  əmtəə  və  xidmətlərin  çıxış  etdiyini 

nəzərə alsaq onun iki formasını - əmtəələrlə beynəlxalq ticarəti və xidmətlərlə 

beynəlxalq ticarəti fərqləndirmək olar. 



          Ə


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin