stehsal amillərinin qiymətlərinin bərabərləşdirilməsi teoremi amerika
iqtisadçısı Pol Samuelson tərəfindən isbat olunmuşdur və Hekşer – Olin
teoreminə əsaslanır. Hekşer-Olin-Samuelson teoremi də adlandırılan bu
teoremə görə, beynəlxalq ticarət mübadilədə iştirak edən ölkələrdə istehsalın
homogen amillərinin mütləq və nisbi qiymətlərinin bərabərləşməsinə gətirib
çıxarır.
Xarici ticarətə dair geniş yayılmış müasir nəzəriyyələrdən biri “Texnoloji
üstünlük nəzəriyyəsi”dir. M.Pozner tərəfindən 1961-ci ildə irəli sürülmüşdür.
Bu nəzəriyyəyə görə, hər hansı bir ölkədə kəşf edilmiş texnoloji yenilikdən
ticarət edən hər iki ölkə iqtisadi fayda əldə edir. Elmi-texniki tərəqqinin lideri
olan ölkələr yeniliklər hazırlanması işini davam etdirməklə digər ölkələri
həmişə qabaqlayırlar. “Məhsulun həyat dövrü nəzəriyyəsi” Raymond Vernon
tərəfindən irəli sürülmüşdür. O göstərir ki, hər hansı bir məhsulun istehsalında
istifadə edilən müxtəlif istehsal amillərinin müqayisəli üstünlüyü müxtəlif
ölkələrdə müxtəlifdir. Hər bir məhsulun həyatı üç mərhələdən: yeni məhsul,
yetkin məhsul və standart məhsuldan ibarətdir. Bu nəzəriyyəyə görə artıq əsas
təhsil obyekti ayrı-ayrı ölkələr deyil, transmilli korporasiyalar ön plana çəkilir.
Maykl Porter 80-cı illərin axırlarında “Millətlərin beynəlxalq rəqabət
qabiliyyətliyi” adlı nəzəriyyə hazırlamışdır. O, dünya bazarlarında ölkələrin
rəqabət qabiliyyətini müəyyən edən və qarşılıqlı əlaqədə olan dörd əsas
parametri göstərmişdir:
• amillərin şərtləri;
• tələb şərtləri;
• qohum və ona xidmət edən sahələr;
• firmanın strategiyası və rəqabət.
“İqtisadi inkişaf və xarici ticarət nəzəriyyəsi”nin banilərindən biri
P.Lindertdir. O göstərir ki, istehsal amilləri cəmiyyətin inkişafından asılı olaraq
kəmiyyət və keyfiyyət dəyişikliyinə məruz qalır. Hər hansı bir ölkədə, iqtisadi
14
artım istehsal amillərinin miqdarca artımı və ya istehsal texnologiyasında təsbit
olunan yeniliklərin nəticəsində baş verir.
Xarici ticarət nəzəriyyələri və beynəlxalq ticarətin çox illik inkişaf tarixi
göstərir ki, ölkələr arasında sərbəst ticarət həyata kecirildikdə beynəlxalq
ixtisaslaşmanın yaratdığı bütün üstünlüklərdən faydalanmaq mümkündür. Lakin
tam sərbəst xarici ticarət yalnız nəzəri cəhətdən mümkündür. Təcrübədə isə
dövlətlər xarici ticarətə bu və ya digər şəkildə müdaxilə edirlər.
Xarici ticarət
siyasə ti
anlayışı altında dövlətin müxtəlif vasitələrdən istifadə etməklə digər
ölkələrlə ticarət münasibətlərinə məqsədyönlü təsiri başa düşülür. Xarici ticarət
siyasəti dövlətin ümumi iqtisadi siyasətinin vacib tərkib hissəsidir. Təsərrüfat
inkişafının daxili aspektləri ilə sıx əlaqədə olduğundan xarici ticarət siyasətinin
ə
sas vəzifəsi ölkənin daxili istehsalının genişləndirilməsi və milli sərvətin
artırılması üçün əlverişli xarici iqtisadi şəraitin formalaşdırılmasıdır.
Xarici ticarət siyasəti geniş aspektdə ölkə hökumətinin istehsal
amillərinin hərəkəti və istiqamətinə, ticarətin həcmi, strukturu və coğrafi
yönümünə və s. müdaxilə məqsədi güdən tədbirlər kompleksi kimi şərh edilir.
• iqtisadi rifah;
• iqtisadi təhlükəsizlik;
• tədiyyə balansının sağlamlaşdırılması;
• ümumi iqtisadi inkişaf.
Xarici ticarət siyasətinin mahiyyəti onun qarşısına qoyulan məqsədlər
çoxluğu ilə tam adekvat şəkildə şərh edilə bilər:
Ölkənin xarici ticarətə müdaxilə etməsinin həcmindən asılı olaraq azad
ticarət siyasəti və proteksionist ticarət siyasəti fərqləndirilir.
Dostları ilə paylaş: |