Xarici ticarətin milli iqtisadiyyat üçün əhəmiyyətini ümumi şəkildə
aşağıdakı kimi qruplaşdırmaq olar:
• İstehsal və resurs çatışmazlığının aradan qaldırılması. İnkişaf etməkdə
olan ölkələr inkişafları üçün zəruri olan, lakin özləri istehsal edə
bilmədikləriəmtəə, xidmət və resursları xaricdən idxal edir, bununla da
öz ehtiyaclarını ödəyirlər.
• Daxili tələbdən daha artıq istehsala nail olunması. Xarici ticarətin
olmadığı bir iqtisadiyyatda daxili tələbin az olması səbəbindən ölkə
resurslarından tam istifadə edilməyə bilər. Xarici ticarət isə bu
resurslardan daha səmərəli istifadə etməyə imkan verir. Eyni zamanda, bu
zaman iri bazar həcminə çıxış kütləvi istehsalın təşkilinə, yeni
texnologiyalardan istifadəyə şərait yaradır. Digər tərəfdən daxili bazarın
həcmi genişlənir və daxili bazarın dünya bazrı ilə əlaqələri formalaşır.
• Rəqabət. Xarici ticarət yerli istehsalçıları xarici istehsalçılarla üz-üzə
qoyur və onlar arasında rəqabətə yol açır. Bu da daxili istehsalın
səmərəliliyini artırır, texnologiyanı inkişaf etdirir və daha bacarıqlı
sahibkarların ortaya çıxmasına şərait yaradır. Rəqabət olmayan halda
məhsuldarlıq azalır və artıq resurs xərclərinə yol verilir.
• Daxili bazar tələbinin inkişafı. Idxal edilən əmtəələr getdikcə ölkə
daxilində həmin əmtəə üzrə bazarı genişləndirir və bununla da, əmtəənin
ölkə daxilində istehsalının təşkili üçün müsbət zəmin yaranır, yeni iş
yerləri yaranır.
• Gəlir əldə edilməsi. Beynəlxalq ticarətdə iştirak istehsal xərclərinin milli
və beynəlxalq səviyyələrində olan fərq hesabına əlavə gəlir əldə etməyə
imkan verir.
• İqtisadi dinamizm. Xarici ticarət nəticəsində ölkələr bir-birləri ilə
ə
laqədə olur, müxtəlif ölkələrdəki istehlakçılar digərlərinin davranışları,
ehtiyacları, yaşayışları haqqında xəbərdar olur, beləliklə də, yeni
ehtiyaclar meydana gəlir, daha yaxşı keyfiyyətli əmtəə və xidmətlər tələb
edilir və iqtisadi strukturlarda dəyişikliklər baş verir. Bütün bunlar ölkə
26
iqtisadiyyatına müsbət dinamizm verir, resursların daha yaxşı istifadə
edilməsinə və istehlakçı rifahının artmasına gətirib çıxarır.
Bütün bu göstərilənlər BİM sistemində xarici ticarət əlaqələrini
şə
rtləndirən amillərdir.
Dostları ilə paylaş: |