• dünya təsərrüfat əlaqələrinin bütün formalarının (kapital ixracı, istehsal
• xarici ticarət əlaqələrinin inkişafı regional iqtisadi inteqrasiyanın mühüm
münasibətlərinin sabit sferasını əks etdirən xarici ticarət BİM-in əsas
23
formalarından biri olmaqla onun digər formalarının inkişafı üçün münbit şərait
yaradır.
Beynəlxalq ticarət BİM-in ənənəvi və əsas formasıdır. Bütün BİM
formalarının təxminən 80%-i onun payına düşür.
İ
kinci dünya müharibəsindən sonra xarici ticarətin inkişafına təsir edən
amillər aşağıdakılar olmuşdur:
• Beynəlxalq
ə
mək
bölgüsünün
və
dünya
təsərrüfatının
beynəlmiləlləşməsinin dərinləşməsi milli iqtisadiyyatların aşıqlıq
göstəricisinin (ixrac kvotası) bütün dünya ölkələri üzrə təxminən 1,5-2
dəfə artmasına gətirib çıxarmışdır.
• Elmi-təxniki tərəqqi 1970-ci illərdə milli iqtisadiyyatlarda struktur
dəyişikliklərinə səbəb olmuşdur. Bu, məhsulların mənəvi cəhətdən
köhnəlməsinin sürətlənməsinə (əvəəl orta hesabla 15 il təşkil edən bu
müddət indi 5 ilə düşmüşdür), əsas kapitalın dinamik yenilənməsinə, yeni
sənaye sahələrinin yaranmasına, əvvəl məlim olmayan cəhətlərə malik
yeni əmtəələrin meydana gəlməsinə səbəb olmuşdur. Dünya əmtəə
dövriyyəsiən hər il təxminən 10% yeni əmtəə cəlb olunur. Zəruri
ə
mtəələrin müasir eşidi o qədər genişdir ki, heç bir ölkə özünü bütün
ə
mtəələrlə tam təchiz etmək iqtidarında deyildir. Bu isə beynəlxalq əmək
bölgüsünün dərinləşməsinə və beynəlxalq ticarətin artımına gətirib
çıxarır.
• İstehsalın və kapitalın milli və xarici bazarlarda təmərgüzləşməsi və
mərkəzləşməsi transmilli şirkətlərin dünya bazarlarında fəaliyyətinin
aktivləşməsinə gətirib çıxarmışdır. Transmilli şirkətlərin beynəlxlaq
ticarətdə payı 40%-ə yaxındır. Onların ayrı-ayrı ölkələrin xarici
ticarətində xüsusi çəkisi isə 70%-ə qədər qalxmışdır. Məhz transmilli
ş
irkətlər beynəlxalq ticarətə yeni-yeni ölkələri, regionları, əmtəələri cəlb
edirlər.
• Kapital ixracının, xüsusilə də birbaşa investisiyaların masştabının və
templərinin artımı dünyanın ixrac potensialının güclənməsinə, beynəlxlaq
24
ə
mtəə dövriyyəsinin artımına səbəb olmuşdur. Yəni, kapital ixracı əmtəə
ixracının stimullaşdırmaqla onun artmasına gətirib çıxarmışdır.
• Müstəmlkə
sisteminin
dağılması
ilə
milli
iqtisadiyyatların
formalaşdırılması yoluna qədəm qoymuş yeni müstəqil dövlətlərin
formalaşması da beynəlxalq ticarətə müsbət təsir göstərmişdir. Bu
ölkələrin müxtəlif məhsulara olan ehtiyacı artmış, həmçinin müəyyən
müddətdən sonra onlar özləri xarici bazarlara istiqamətlənən əmtəə
istehsalını formalaşdırmağa başlamışlar.
• Beynəlxlaq
təşkilatların rəhbərliyi altında beynəlxalq ticarətin
liberallaşdırılması prosesinin güclənməsi. Beynəlxalq təşkilatların
fəaliyyəti nəticəsində tarif və qeyri-tarif maneələrinin unifikasiyası və
azalması baş vermiş, beynəlxalq ticarət mübahisələrinin həll edilməsi
mexanizmi yaradılmışdır ki. bütün bunlar da beynəlxlaq tocarətin
inkişafına öz müsbət təsirini göstərmişdir.
• Azad ticarət zonalarının, gömrük ittifaqlarının və s.-nin yaradılması
nəticəsində regional maneələri aradan qaldıran inteqrasiya proseslərinin
intensivləşməsi və dərinləşməsi. Bu cür birləşmələr çərçivəsində
rüsumsuz ticarət həyata keçirilir, qarşılıqlı ticarət güclənir ki, bu da son
nəticədə özünü dünya ticarətinin məcmu göstəricilərində əks etdirir.
• İxrac-idxal əməliyyatları üçün əlverişli mühit yaradılması məqsədilə
dövlətlərin xarici iqtisadi fəaliyyətə aktiv surətdə müdaxiləsi.
• Mərkəzi və Şərqi Avropa ölkələrinin inkişafın bazar metodlarına keçidi
ilə onların iqtisadiyyatlarının açıqlığının artması.
Bu amillər son 50 il ərzində əmtəələrlə xarici ticarət əlaqələrinin
dinamikasını, onun əmtəə və coğrafi strukturlarında baş verən dəyişiklikləri
şə
rtləndirmiş, xarici ticarətin müasir inkişaf meyllərini müəyyən etmişdir.
Xarici ticarət əlaqələrinin ölkələrin iqtisadi artımına əsasən müsbət təsir etdiyi
ş
übhəsizdir. Bir çox ölkələr üçün məhz xarici ticarət iqtisadi artımın “motoru”
rolunu oynamışdır. Xarici ticarətin milli iqtisadiyyata müsbət təsirləri isə onun
dinamik mənfəətləri adlanır.