AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
53
Ramazan ayında oruc tutmağa, gündə üç (beş) dəfə namaz qılmağa, fitrə-zəkat
verməyə, kasıblara əl tutmağa, yetimlərə arxa olmağa, haram yeməməyə, yalan
danışmamağa, düzgün bir müsəlman kimi, insanlarla mehriban olmağa,
müharibələrə deyil sülhə, Allaha ibadət etməyə çağırırdı.
Məhəmməd Peyğəmbər 616-cı ildə İslam (İtaətetmə) dinini
yaradaraq güclü bir
natiq kimi müsəlmanları (İslam dininə inananları) Allahın kəlamlarına, Qurani-
Kərimin hökmlərinə, şəriət qanunlarına tapınmağa dəvət edirdi.
VII əsrin axırlarında Əl-Fərabinin ərəb poeziyası əsasında tərtib etdiyi ritmik-
melodik modellərlə “Qurani-Kərim” ayələrinin xüsusi avazla oxunması ərəb
natiqlik sənətinin inkişafına böyük təkan verdi. Xüsusən, İslamın böyük ideoloqu,
Peyğəmbərin əmisi oğlu və kürəkəni (xanım Fatimeyi-Zəhranın əri) Həzrət İmam
Əli şəriət haqqında xütbələri ilə özünü mahir bir natiq kimi tanıtmış, 656-661-ci
illərdə müsəlman dövlətinin başçısı olduğu dövrdə İslam dininə böyük şöhrət
gətirmişdi. Onun nəsihət və kəlamları indi də bütün dünyada məşhur olan “Nəhcül-
Bəlağə” adlı kitabda toplanmışdır.
Azərbaycanda natiqlik sənətinin formalaşması haqqında məlumatlara XI-XIII
əsrlərdə yazılmış məxəzlərdə rast gəlirik. Görkəmli söz ustaları – sənətkarlar,
vəzirlər Azərbaycan-türk dilində olmasa da, fars, ərəb dillərində söz, kəlam, dil
haqqında, təlim-tərbiyə haqqında ibrətamiz fikirlər söyləmiş, insanların
ünsiyyətinə, danışığına, nitqinə, natiqliyə xüsusi yer ayırmış,
fəzilət sahiblərinin
məntiqi çıxışlarını nümunə kimi təqdim etmişlər. Belə sənətkarların cərgəsində İbn
Sina (X əsr), Nizamül-Mülk (1017-1092) və Xacə Nəsirəddin Tusinin (1201-1274)
xüsusi yeri vardır.
Nizamül-Mülk səlcuq sarayında əvvəlcə Alp-Arslanın, sonra Məlik şahin vəziri
olmuş, “Siyasətnamə” əsərində söz- kəlam-dil haqqında öz fikir və nəsihətlərini
toplamışdır. Loğman adı ilə Şərqdə məşhur olan İbn Sina yazırdı: “Hər iki dünyada
xoşbəxt olmaq istəyirsənsə, özünü anla. Oxuyub öyrənməyə çalış ki, bilən ilə
bilməyən bir deyildir. Tənbəl olma ki, bu, bədbəxtlik əlamətidir. Dosta gülər üz
göstər və yaxşılıq et. Danışıq arasında kimsəni utandırma. Yaxşı sözləri, mənfəətli
danışıqları eşitməyə rəğbət et. Gözəl kitablar və məcmuələr oxumağa adət et.
Əvvəl fikirləş, sonra danış. Yoxsullara kömək et. Sözündə, işində,
gedişində doğru