Микайыл Щцсейнов Тцрканы йаьмалайыр



Yüklə 58,44 Kb.
tarix26.06.2018
ölçüsü58,44 Kb.
#54892

WWW.E-GOV.AZ VƏTƏNDAŞLARIN DOSTUNA ÇEVRİLİR
Ölkəmizdə "Elektron hökumət" bu gün
Müasir dövrdə İKT-nın inkişafı dünya dövlətlərinin inkişaf səviyyəsini müəyyən edən mühüm amillərdən birinə çevrilib. Ona görə də demokratik inkişaf yolunu başlıca istiqamət seçən Azərbaycan üçün bu sahənin inkişafı zəruridir. Bu baxımdan elektron hökumət quruculuğu istiqamətində görülən işlər xüsusi önəm kəsb edir. Elektron hökumət hər hansı bir ölkənin dövlət strukturları haqqında məlumatların və xidmətlərin hər bir vətəndaş üçün açıq olan internet portalında yerləşdirilməsi deməkdir.

Qeyd edək ki, "elektron hökumət" anlayışı 1990-cı ilin əvvəllərində Qərbdə meydana çıxıb və yalnız 90-cı illərin sonunda təcrübi olaraq həyata keçirilməyə başlanıb. Azərbaycanda isə "Elektron hökumət" layihəsi "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində həyata keçirilir.

2013-cü ilin Azərbaycanda "İKT ili" elan edilməsi, ölkədə inkişaf xəttinin "qara qızıl"ın insan kapitalına çevrilməsi üzərində qurulduğunu bir daha təsdiqləyir. Bu strategiyanı reallaşdırmaq məqsədi ilə İKT sektoru ölkədə prioritet istiqamət seçilib və həmin istiqamətdə ilk inkişaf strategiyası 2003-cü ildə qəbul edilib. Hazırda "Elektron Azərbaycan" Dövlət Proqramının mərhələli icrası həyata keçirilir. Ölkədə "Elektron hökumət" infrastrukturu qurulub, elektron imza və elektron xidmətlərin tətbiqinə başlanılıb. "Elektron Hökumət Bülleteni"nin iyul sayının məlumatına görə, Nazirlər Kabineti tərəfindən hazırlanan elektron xidmətlər siyahısına 417 xidmət daxildir. Artıq 39 dövlət qurumu 238 elektron xidmətlə "Elektron hökumət" portalınada bir şiluz altında yerləşdirilib. Vətəndaşlara 14 mindən çox elektron imza verilib. Hazırda elektron xidmətlərin çeşidinin artırılması və əhatə dairəsinin genişləndirilməsi prosesi davam edir.

Dünya təcrübəsində elektron hökumətin qurulması, əsasən üç baza prinsipinə əsaslanır: "yuxarıdan", "aşağıdan" və "əlaqəli". Azərbaycanda elektron idarəetmə dövlətlə vətəndaşların birgə, qarşılıqlı səyi nəticəsində, yəni "əlaqəli" prinsipə əsasən formalaşır. Başqa sözlə desək, dövlət hökumətin elektronlaşdırılmasında vətəndaş cəmiyyətinin baxışlarını nəzərə alır və əməli işdə tətbiq edir. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, bir neçə ildir ki, nazirliklə BMT-nin İnkişaf Proqramı "Milli E-İdarəçilik Şəbəkəsi Təşəbbüsü" adlı layihə reallaşdırır. Layihənin başlıca məqsədi Azərbaycan cəmiyyətini informasiya sisteminə cəlb etmək, elektron hökumətin formalaşması prosesini sürətləndirmək, dövlət orqanlarının cəmiyyət üçün tam şəffaflığını təmin etməkdir.

Beynəlxalq təcrübə göstərir ki, səmərəli elektron hökumət sistemi bir neçə mərhələdə həyata keçirilir. Bunlardan birincisi ilkin web-təmsilçilikdir. Yəni müxtəlif nazirliklərin və idarələrin vəzifələri və fəaliyyət istiqamətləri haqqında informasiya yerləşdirilən veb-saytları yaradılır. Növbəti mərhələ olan geniş web-təmsilçilikdə interaktivliyin ilk elementləri meydana çıxır, internet vasitəsi ilə bəzi arayış və forma nümunələrinin alınması mümkün olur. Mərhələlərdən biri isə interaktiv qarşılıqlı təsirdir ki, bu mərhələ real interaktivlik, vətəndaşlarla dövlət strukturları arasında qarşılıqlı təsirin intensivləşməsi ilə xarakterizə olunur. Daha sonra gələn, transaksiyalar mərhələsində istifadəçinin şəbəkə vasitəsi ilə sənədləri almaq və alqı-satqı həyata keçirmək imkanı meydana çıxır. Vətəndaşlar viza, pasport, doğum və ölüm haqqında şəhadətnamə, lisenziyalar, icazələr və digər xidmətlər əldə edə bilirlər. Hökumət web-portalı vətəndaşların hökumətin bölmələrinə və xidmətlərinə birbaşa müraciətini təmin edir. Vətəndaşlar vergi və digər ödənişləri şəbəkə vasitəsi ilə elektron imzadan istifadə etməklə həyata keçirə bilirlər. Azərbaycanda elektron hökumət quruculuğu məhz bu mərhələdədir.

Yəni ölkəmiz artıq beşinci mərhələni təkimləşdirməkdədir. Hal-hazırda 39 dövlət orqanının informasiya sistemi "elektron hökumət" portalına (www.e-gov.az) qoşulub və 238 elektron xidmət portalda cəmləşdirilib. Tam qarşılıqlı təsir mərhələsi adlanan bu dönəmdə artıq tamamilə inteqrasiya olunmuş web-təmsilçilik, hökumətə bütün xidmətləri həyata keçirməyə, istifadəçilərə isə hökumət portalı vasitəsi ilə istənilən xidməti əldə etməyə imkan verir.

"Müşahidələr göstərir ki, son zamanlar vətəndaşların şikayətləri azalıb. Ölkədə korrupsiyaya qarşı aparılan mübarizə, əhaliyə verilən xidmətlərin yaxşılaşdırılması istiqamətində atılan addımların nəticələrini əyani olaraq görürük". "Elektron Hökumət Bülleteni"nin avqust sayının məlumatına görə, bu fikirləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "Facebook" sosial şəbəkəsində paylaşıb.

Onu da qeyd edək ki, Azərbaycanın bu istiqamətdə fəaliyyəti artıq beynəlxalq səviyyədə qiymətləndirilir. Belə ki, "Elektron Hökumət Bülleteni"nin iyul 2013-cü il tarixli sayında yazılıb ki, BMT baş katibinin qlobal tərəfdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Əmir Dossal deyib: "Biz Azərbaycanı yüksək texnologiyalar sahəsində dəyişikliklərdə ön cərgələrdə görürük. Azərbaycan bu sahədə region ölkələri üçün nümunəyə çevrilir". Xarici mütəxəssisin bunu deməyə əsası da var. Artıq Əfqanıstan hökuməti elektron idarəçilik sahəsində Azərbaycan təcrübəsini inkişaf modeli kimi qəbul edib. Prezident İlham Əliyevin dəstək bəyanatlarından sonra Azərbaycan Əfqanıstan hökumətinin müvafiq qurumları ilə əməkdaşlığını daha da genişləndirib.


Qarşıda duran vəzifələr
"Elektron hökumət" sahəsində əldə edilən uğurlara baxmayaraq, bir sıra vacib məsələlərin həlli öz növbəsini gözləməkdədir. Buna misal olaraq dövlət orqanlarının qeyri-elektron daşıyıcılar üzərində olan informasiya ehtiyatlarının elektron formaya keçirərək "Elektron hökumət" portalına (www.e-gov.az) inteqrasiyası və onların arasında informasiya mübadiləsinin portalın şlüzü vasitəsilə tam təmin edilməsini göstərmək olar. Bununla yanaşı, resurslar üzrə vahid texniki tələblərin müəyyənləşdirilməsi, eyni məlumatların təkrar daxil edilməsinin qarşısının alınması, fərdi identifikasiya nömrələrinin tətbiqi, resurslardan istifadədə təhlükəsizliyinin mükəmməlləşdirilməsi, ünvanlılığının və imza sertifikatından istifadənin təmin edilməsi də qarşıda duran vəzifələrdəndir.

Elektron hökumətin formalaşdırılması üzrə fəaliyyətin əsasını "hökumət-hökumət", "hökumət-vətəndaş" və "hökumət-biznes" münasibətləri təşkil edir. Bu üç münasibəti yüksək səviyyədə qurmaq üçün ilk olaraq "hökumət-hökumət" münasibətləri günün tələbləri səviyyəsində təmin edilməlidir. Yəni hökumətin əlində olan bütün informasiya resursları elektron vasitələrə yüklənməli və bu resurslar bir-birinə aktiv şəkildə inteqrasiya edilməlidir. Belə olan halda dövlət strukturlarında vətəndaşdan arayış və digər bu kimi informasiyaların kağız şəklində tələb edilməsinə ehtiyac qalmayacaq.

Hazırda sonuncu mərhələyə qədəm qoyan e-hökumət portalında daha sonra diqqətimizi çəkən internet vasitəsi ilə istifadəçi kimi qeydiyyatdan keçmə proseduru oldu. Qeydiyyatdan keçmək üçün tələb edilən 4 sənəddən 3-ü mütləq vətəndaşda olmalıdır, əks təqdirdə internet vasitəsilə qeydiyyat mümkün deyil. Düşünürük ki, bu prosedur sadələşdirilsə, yəni yalnız şəxsiyyət vəsiqəsi və vətəndaşın adına olan mobil nömrə ilə kifayətlənilsə daha yaxşı olar. Çünki ətrafımızda kifayət qədər insanlar var ki, nə ümumvətəndaş posportuna, nə sürücülük vəsiqəsinə, nə də sosial sığorta şəhadətnəməsinə malikdir.

Digər bir problem ölkənin regionlarında internetə əlçatanlıq səviyyəsinin və ya sürətin aşağı, qiymətlərin isə baha olması ilə bağlıdır. Məlum məsələdir ki, regionlarda, yəni Abşeron iqtisadi rayonunu çıxmaq şərtilə, digər 9 iqtisadi rayonda əhalinin genişzolaqlı internet resurslarına çıxışı problemdirsə, deməli, həmin regionlarda elektron hökumət istifadəçilərinin də sayı çox məhdud olacaq. Biz elektron hökumətin populyarlaşmasını istəyiriksə, hökumətin qarşıya qoyduğu "hər bir vətəndaşa internet əlçatanlığı" ideyasını reallaşdırmalıyıq. Bununla paralel olaraq isə əhalinin rəqəmsal savadını artırmaq üçün müxtəlif maarifləndirmə tədbirləri görülməlidir.

Elektron hökumət layihəsi yetərincə reklam edilməlidir. Bakı və Bakıətafı qəsəbələr üçün reklam yetərlidir, amma regionlar üçün yox. Çünki daha intensiv reklam metro qatarlarında, küçələrdə yerləşdirilən monitorlar və posterlər vasitəsilə həyata keçirilir. Düşünürük ki, reklamlar həm yerli, həm regional, həm də ölkədə daha çox izlənilən xarici telekanallarda verilsə daha səmərəli olar - əyalət əhalisi də bu reklamdan bəhrələnər.
WWW.E-GOV.AZ ilə gələcəyə ümidlə...
Hazırda icrası sürətlə davam etdirilən Dövlət Proqramının qarşısında duran məqsəd vətəndaşların xidmətinə verilən e-idarəetmə (www.e-gov.az) portalını inkişaf etdirmək, e-xidmətlərin sayını maksimuma çatdırmaq və onlardan istifadəni daha da asanlaşdırmaq, hüquqi bazanı təkmilləşdirmək, informasiya təhlükəsizliyini möhkəmləndirmək, vahid informasiya fəzası yaratmaq, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinə və şəffaflığına nail olmaq, bürokratiyanı aradan qaldırmaqla "hökumət-vətəndaş" münasibətlərini yeni müstəviyə keçirib, vətəndaş məmnunluğunu artırmaqdan ibarətdir.

Ölkədə bələdiyyələri "elektron hökumət"ə (www.e-gov.az) qoşmaq, e-xidmətlərin əhaliyə daha əlçatan edilməsi üçün genişzolaqlı internetə çıxış imkanı olan əhali qrupunun əhatə dairəsinin genişləndirilməsi də qarşıda duran vəzifələrdəndir.

İnanırıq ki, yaxın gələcəkdə "elektron hökumət"in (wwwe-gov.az) inkişafına və dövlət orqanlarının əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsinə şərait yaradan hüquqi baza formalaşdırılacaq. Bununla yanaşı, ölkədə vahid informasiya fəzası yaradılacaq, genişzolaqlı internetə çıxış genişləndiriləcək, portalda xidmətlərə və informasiyaya daha asan çıxış təmin ediləcək ki, bu da elektron xidmətlərdən istifadə edən əhali kontingentinin əhatə dairəsinin genişləndirilməsinə səbəb olacaq. Görülən tədbirlər nəticəsində vətəndaş məmnunluğu artırılacaq və "hökumət-vətəndaş" münasibətlərinin yeni müstəviyə keçməsi mümkün olacaq.

Ən nəhayət, dövlət və vətəndaş bu prosesdən həm də maddi mənfət götürəcək. Belə ki, dövlət orqanları tərəfindən xidmətlərin İKT-nin nailiyyətlərindən istifadə edilməklə həyata keçirilməsi nəticəsində əhalinin və hökumətin izafi xərcləri azalacaq.

Bütün bu ümidlər isə əsassız deyil. Belə ki, "Elektron Hökumət Bülleteni"nin məlumatına görə, bu ilin yanvar ayında portalda (wwwe-gov.az) 187 e-xidmət yerləşdirilmişdisə, iyul ayında bu xidmətlərin sayı artıq 232-ə çatdırılıb. Bu isə yarım ilə 24 faizdən çox artım deməkdir. "Elektron hökumət" portalının (www.e-gov.az) "Facebook" səhifəsi də (www.facebook.com/egov.az) fəaliyyətini genişləndirməkdə davam edir. Hazırda səhifə istifadəçilərinin sayı artıq 50 mini ötüb.

Bülletendə bildirilir ki, yaxın zamanda vergi ödəyicilərinə "Asan imza" xidməti təqdim ediləcək. Növbəti mərhələdə isə bu xidmət artıq bütün ölkə vətəndaşlarına təqdim olunacaq. Bununla yanaşı, həmin xidmətin digər nazirlik və banklarda da tətbiqi planlaşdırılır.



İnanırıq ki, yaxın gələcəkdə ölkəmizdə İKT nailiyyətləri vasitəsilə informasiya cəmiyyəti quruculuğu uğurla başa çatacaq və elektron demokratiyaya nail olunacaq.
Akif Nəsirli
Qeydiyyat nömrəsi:  096 
Yazı «Paralel» qəzetində və aşağıda linkləri yerləşdirilən saytlarda dərc edilmişdir.
http://paralel.az/index.php?mod=news&id=69572
http://www.baymedia.az/news.php?id=22679#.Ugtp8d9zaXo
Yüklə 58,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin